Azerbaycan Türklüyünün Ulusal Kimlik Biçimi

Eldar Qaradağlı

Bir toplumun millət halına gəlməsində onun Milli Beynini genişləndirir və ona özəl baxışaçısı verir. Tarix bilgisi özgür toplumların sürəkli ulusallaşmasına yardımçıolarkən, özgürlük savaşında olan əsir toplumlar üçün də vaz geçirilməz dayanışma, dirənmə və milli ideya bağlantısıdır. Hər millətin milli tarix anlayışı, o millətin bütövlüyünün qarantısı olur. Tarix anlayışı bir milləti mənəvi bölünmələrdən, millətaltı, millətüstü əngəllərdən, uzun müddətli coğrafik və fiziksəl qopuqluqlardan qoruyur.


Azərbaycan Türklüyündə tarix anlayışı

Sözsüz ki, tarix bilgisinəyiyələnməyən hər hansı toplum, istər - istəməz, azadlıq və özgürlük anlamınımənimsəməkdə ağırlıq çəkər. Bir millətin, nə ölçüdə millət olmasının təməlindətarixsəl bilgi yatır. Ulusal kimlik [1]biçimlənməsində[2] tarix amili ən təməlomurqadır[3]. Tarix bilgisi, milli kimlik bilincinə anlam verir. Hərəkət yönünü bəlli edir.

Bir toplumun millət halına gəlməsində onun Milli Beynini genişləndirir və ona özəl baxış açısı verir. Tarix bilgisi özgür toplumların sürəkli ulusallaşmasına yardımçı olarkən, özgürlük savaşında olan əsir toplumlar üçün də vaz geçirilməz dayanışma, dirənmə və milli ideya bağlantısıdır. Hər millətin milli tarix anlayışı, o millətin bütövlüyünün qarantısı olur. Tarix anlayışı bir milləti mənəvi bölünmələrdən, millətaltı, millətüstü əngəllərdən, uzun müddətli coğrafik və fiziksəl qopuqluqlardan qoruyur.

Söz yox ki, torpaqlar tarix boyu parçalanarkən dövlət sistemindən uzaqlaşa bilir, hətta qalib dövlətlər tərəfindən onun əsil sahibləri sürgünə belə göndərilə bilir. Ancaq öz kökü üstündə bitən toplumlar bütün fəlakətlərə qatlanaraq yenidən dirçəlməyi başlır, bir daha doğuş yapır, boy atır və dövlətlər sırasına girməyi bacarır. Azərbaycan Türklüyü bir tarixsəl varlıq olaraq bu haqda bir canlı örnəkdir. 16-ci yüz illiklərdən başlayaraq Farsın ən böyük baş bəlasına çevrilən Rus Çarizmi, Steplərdən başlayan 300 illik qalib yürüşünü Azərbaycanı bölməkləbaşa çatdırdı. Qacar Türklərinin Fars sülaləsi ilə dəyişməsi, ölkəmizin bütünlüklə işqal olunmasına yol açdı. Quzeydə rus, Güneydə isə Fars asimilasiyon siyasəti yürüyərkən millətimizin yox olunmasına höküm sürüldü. Başda Türk dili və tarixi basqıya uğradı. Çünki, onlar bu millətin dil və tarix varlığının nə gücə malik olmasını bilirdilər. Düşmənlər, Azərbaycanda bütün varlıqların kökündə Türklüyün dayanmasını görür, bu millətin asimila olmasının başlanqıcını doğru başa düşmüşdürlər. Bu üzdən öncə budağı kökdən ayırmaq gərəkirdir. Elə buna görə, kor zehniyyət yaratmaq, milləti öz adından, tarixindən uzaqlaşdırmaq projəsi şiddətlə davam edirdi. İstər öz, istərsə özgəalanlarda çeşidli adlar, terminlər və anlayışların kəsilmədən ortaya qoyulmasıda bu acı yürüşə qulluq amili olmuşdur. “İran Türkləri”, “ İran Azərbaycanı”, “Rusiya Azərbaycanı”, “ Şurəvi / Sovet sosialist Azərbaycanı”, “Azəri milləti”, “Azəri xalqı” “Aran milləti”, “Qafqaz Azərbaycanı”, v.b. terminlərin işlədilməsi sistemli bir qoparma stratejisinin ayrılmaz bölməsi kimi hər gün millətin qafasını qarışdırmaqda idi.

Plan, Azərbaycanın Türk dünyasından qopması idi. Bu qopuqluq ən başda beyin dəyişməsi ilə başlar, Türk tarixini parçalamaq və onun ortaq düşüncə mərkəzini aradan qaldırmaqla davam etmişdir. Elə bu yürüşün sonucudur ki, Azərbaycan Türklüyünün bugünkü siyasal, geopolitik, ekonomik və sosial yaşam tərzində fəlsəfə uyuşmamazlığı[4] aydıncasına görünməkdədir.

Azərbaycanın tarixsəl yeri və yönü.

Özünün özəlligi, bitişik doğası,etnoqrafik durumu və tarixsəl axışıyla başqa etniklərdən fərqlənən Türk dünyasıvə yaxud Türküstan, Asiyanın batısında, önündə, ortasında və doğusunda yerləşən alt - üst 7 - 8

milyon kvatrat metrlik böyük bölgə sayılmaqdadır. Bu böyük bölgənin güney sınırları İran adlanan yerin quzeyində yerləşən Gürgan Çayını, Xorasan Dağlarını, Kopet, Baba, Mezduran, Tapcak və Ağ Dağlarını içinəalaraq güney doğudan Hindkuş, Mustaq-Kuenker Sıradağlarına, güney batıdan isəXəzər həndvərindən daha güneyə sarı Azərbaycanın Ələmut, Əlvənd dağlarınıiçərərək Həmədan (Əsədabad) bozqırlarından Zaqros sıradağlarına, oradan da Kürdüstan, Süleymaniyə dağları, Musul, Kərkük ucalıqlarını, Anadoludan Ağdənizəçəkilir. Bu sınırlar başqa yandan isə, Doğu Türkistanı seyr edib Qazaqistanın quzeyindəki İrtiş bölgəsini, Aral-İrtişi dövr edərək Quzey yamaçlarına dayanır. Həmin bölgə batı sərhədlərində Quzey Ural Dağından çəkilərək Yayıq və İtil[5] çaylarının Xəzərə dayanan yerlərini ihatə idir.

Başqa sözlə, Azərbaycan, BatıTürkistanın ən güney sınırıdır. Üstəki xəritədə də göründüyü kimi qırmızıcizgilə bəlirlənən Azərbaycan, Türkistanın və yaxud Fars bitişik sınırlarının ən güney bölməsidir. Bu bitişik sınırların genişliyindəyayğınlaşan Türk ulusu gənəlliklə Batı, Doğu və Quzey Türkləri adıyla tanınmaqdadır.

a) Batı Türklərinin yayıldığıbölgələr: Türkiyə, Azərbaycan (Ərakdan Dərbəndədək), Quzey Qıbrıs, Qaşqayistan,İsfahan (Fridən..), Tehran (böyük bölümü) və İran adlanan yerin başqa-başqa bölgələrində yerləşən Azərbaycan Türkləri, Rusiya, Suriyədə yerləşən Cövlanda,İraqın quzeyinin bütünlüyündə (Ərbil, Kərkük, Musul, Təll Ətər, Məndəli, Duzxurmat), Gürcüstan(Qara yazı, Borçalı, Abxaz Türkləri, Axısqa Türkləri /bütünlüklə Azərbaycan Türkcəsi danışırlar/), Ermənistan, Yunanistan, Bulğaristan, Bosniya, makedoniya, Qaradağ (Montneqro), Muldaviya.

b) Doğu Türklərinin yayıldığıbölgələr: Batı Türküstanda yerləşən Türkmənistan (Quzey-Güney), Üzbəkistan, Qırqızıstan, Qazağıstan, Xurasan, Qaraqalpaq Türkləri və Çinin işqalında olan Doğu Türküstanda (Sincan bölgəsi, Qaşğay, Urumçu v.b. şəhərlər) yerləşən Qazaq və Uyğur Türkləri.

c) Quzey Türklərinin yayıldığıbölgələr: Sibir Yaqut Türkləri, Tüvalar-Xaqaslar (Abaqan Türkləri), Altay Türkləri, Volqa və İtil Türkləri, Oral yaylaqlarında yaşayan Sibir Tatarları,Qazanlar, Başqurdlar, Çuvaşlar, Krim Tatarları (Krime - Ukrayına), Qafqaz vəDağlıda yaşayan Qaraçay, Malqar, Noğay, Komuk, Macar, Fin, Litva və QarayıTürkləri.

Göründüyü kimin geniş alanda yayılan Türk Ulusunun tarixsəl evi, Çindən çəkilərək Adriatik dənizinə dək uzanır. Bu uzantı çox böyük yayla[6] və düzləri içərən[7] bölgədir. Belə ki, Türklər, bugünkü Türkiye, Azərbaycan (Zaqrosdan-Kiçik Qafqazadək), İran, İraq, Suriya, Misir, Qibris, Yunanistan, Bulğaristan, Makedoniya, Bosniya-Herzek, Kozova, Krovatiya, Qaradağ (Montneqro), Məcaristan, Finlandiya, Rusiya Federasiyonu, Moldaviya, Ukrayına, Romaniya, Gürcüstan, Ermənistan, Əfğanistan, Pakistan, Çin, Türkmənistan, Qırqızıstan, Tacikistan, Qazağıstan, Üzbəkistan v.b. kimi ölkələrin ya bütünlüyündə ya da bölgələrində yurd salmış və tarix yaratmışdır. Bu yurd salmanın tarixi o qədər uzaqlara qayıdır ki, cəsarətlə bu torpaqlar Türklərin ana torpağıdır desək yanılmamışıq belə. Hətta tarixsəl faktlara dayanaraq bu torpaqların bir çoxunun ilkin sərkərdələri və dövlət sistemleri Türk olmuşdur. Sözsüz ki, yaşadığımız çağın izləri tarixsəl olaylar vədeyişimlərlə bağlıdır. Hər ulus və toplumun harada yaşaması və yurd salmasıkəsinliklə onun keçmişinin göstərcəsidir.

Dünyanın ən eski 40-a yaxın ölkəsində yurd salan bir ulusun nə qədər böyük və tarixsəl varlıq olduğu danılmazdır. Şərq aləmində tapılan gündəlik abidə və tapıntıların sonucunda Türk izlərinin bulunması o qədər addı və normal halə gəlmişdir ki, tanınmışanti Türk batılı bilgin və alimlər də artıq onu danmağa qalxışmırlar. Türklər tarix boyu qonşuluğunda yaşayan Çinlilər, Monğullar, Parslarla və 15-16-cıçağlarda isə Ruslar, Afğanlılar, Hindlilər və yenə Çinlilər və Farslarla iç-içə olmuş, olaylı tarixlər yaşamışdır. Bu yaşamın ürəyindən doğan böyük insan kültürü və uyğarlığın günümüzədək çəkilməsi, böyük bir varlığın varoluşunun danılmazlığını sərgiməkdədir. Sözsüz ki, bu varlıqların varoluşunda zaman-zaman oluşmaqda olan çeşidli inancların özəl rolu olmuşdur. Ancaq, illər boyu insanları öz etgisi altına alan inancların etgili duruma gəlməsi 2 və ya 3 yüz ilin ürünü yox, bəlkə ən azı minlər ilin və hətta 10-min illərin yenişli-yoxuşlu sürəcinin sonucudur. Azərbaycan isə, bu sürəc içindəsistemləşmiş və bu uyğarlığın vaz keçirilməz tərkib hissəsinə aiddir. Sayılıtarix araşdırma mərkəz və inistitotlarına görə, M.Q. 4-cü minilliklərdə Orta asiya və Ön asiya bölgələri Türk etnik sistemi altında olduğunda çeşidli Türk gələnəklərinin də gəlişmə alanına çevrilmişdir.

Son zamanlar “Tarix Sumerlərdən başlanır” düşüncəsinin yayqınlaşmasıyla Azərbaycan və Anadolu tarixinin dəbulanıqlığına son qoyulmaqdadır. Çünki, Azərbaycan, Anadolu və Quzey İraq, Seyhun-Ceyhunla Dəclə-Firatı birləşdirən orta zolaq, başqa anlamda isə iki genişalanın orta yaylalarıdır. Sumerlərin dünyanın ilk mədəni toplum adlanılması,Azərbaycanın da bu mədəniyyətlə yaxın ilişgidə olmasını və ya ən azından bu mərkəzin bitişikliyində yerləşməsini göstərməkdədir. Belə ki, M.Q. ən azı 5 min illiklərdən başlayan Orta asiya axınları Qaradəniz, Ağdəniz, Xəzər və Kəngər körfəzi[8] arasında yurd salmış, bu böyük sulardan etgilənən İkiçay arası[9], Araz-Kur və Urmu, Van, Azaq, Göycə kimi suluq bölgələrdə yayılmışdırlar. Sumerlər İkiçay arası və daha güneyə – Kəngərə qədər çəkilsələr də, eyni kökdən və haman axından olan Quttilər və Lullubilər də, Xəzər Dənizi vəUrmu-Van-Göycə-Azaq gölləri arasında böyük güc mərkəzi yaratmış, İkiçay arasısınırlarında Sumerlərlə və az sonra Elamlarla birləşmişlər. Başqa yandan Quttilərədaha yaxın məsafədə olan böyük Elam dövləti və yenə quttilərə bitişik olan Anadolu Orartoları görünməkdədir. Bunlar və bunlara bənzər bir çox örnəklər bugünki Azərbaycanın Etnoqrafikini və özül daşını uluşdurmuşdur.

Qissaca, tarixsəl faktlara görə, M.Ö-sindən günümüzədək uzanan bir kəsintisiz tarix axışı aydıncasına görünməkdədir. Beləki, Kəngər Körfəzi alanında Sumerlər, biraz quzeyə sarı Zagrosu da içinə alan Elamlardan Ön asiya, Kiçik asiya, Orta asiya və daha ötədə Sibir, İtil vəAvrupaya çəkilən torpaqlarda qurulmuş İmperaturluqlar və böyük dövlətlər ProTürk, ProtoTürk, EskiTürk, OrtaTürk və ÇağdaşTürklərinin el və el birləşmələri olmuşdurlar. Onlar, bir kök, bir özül və bir ulus olsalar da, geniş torpaqlarda yayğın olduqlarına görə, çeşidli etnik və xalqlarla qonşuluq etmiş, dil, gələnək və yaşam alış-verişi sonucunda özəl kimlikə və çeşidli adlara yiyələnmişlər. Bugün tam əminliklə demək olar ki, dünyanın heç bir etniksəl qurumu və varlığı, Türk ulusu kimi çeşidli adlarla səslənilməmişdir. Hər hansı bilimsəl nədənlərdən asılı olsa belə, Milad Öncəsindən günümüzəuzanan tarix ardıcıllığı göstərir ki, Sumerlər, Elamlar, Quttilər, Lullubilər, Subarlar, Mannalar, Hurrilər[10], Kassilər, Orartolar[11], Hittilər, Midiyalar[12], Turukilər, “Gilzan, Zamua, Qızılbunda, Allabria, Karalla, Buşta, Məssi, Surikas, Alateyə, Uişdiş, Zikertu, Andia, Subi, Sanqibutu, Puluadi, Saklar[13], Qamərlər,[14]Massagetlər, Kassilər, Kaspilər, Arşakla,[15] Atropatenlər, Hunlar, Tabgaçlar, GökTürklər,[16]Uyğurlar, Xəzərlər, Sabırlar, Avarlar, Qənqəllər, Türkeşlər, Qarluqlar, Peçənəklər, Uzlar, Bulğarlar, Finlər, Qıpçaqlar,[17]Qaraxanlılar, Albanlar, Aranlar, Azərbaycan Saciləri, Azərbaycanlılaşmış Ərəb Rəvvadilər, Araz-Kür Şəddadiləri,Şirvanşahlar, Xələclər, Oğuzlar, Səlcuqlar, Atabəylilər, Qırqızlar, Qazaqlar, Türkmənlər, Üzbəklər, Türkmanlar[18], Eldənizlilər, Monqol-Türk birliyi, Qəznəvilər, Xarəzmilər(şahlılar), Osmanlılar, Qaraqoyunlular, Ağqorunlular, Səfəvilər, Azərbaycan Xanlıqları,Avşarlar, Qacarlar v.b. kimi el və el birləşmələri bir etnikdən, bir dildən, bir özül daşdan yə`ni Türk Etnolojisindən törənmiş və çeşidli Türk soy və Türk boylarını yaratmışdır. Yuxarıda da qeyd olunduğu kimi, Azərbaycan bu böyük Etnoqrafik və Etnolinquistik dayrənin batı körpüsüdür. Eramızdan qabaq 2-ci min illiyin axırı, 1-ci min illiyin əvəllərində Zaqros dağları bölgəsindəbə`zi kiçik bəyliklər yarandı. Gilzan, Zamua, Qızılbunda, Allabria, Karalla, Buşta, Məssi, Surikas, Alateyə, Uişdiş, Zikertu, Andia, Subi, Sanqibutu, Puluadi və digərləri vardı. Ancaq onların ən qüdrətlisi Zamau idi...[19]

Azərbaycanda Türk millətinin gəlişməsi!

Dünyanın ən adlım bilim inistutlarının son araşdırmalarına görə, Türklərin ata yurdu yalnız Orta asiya yox, daha geniş alanı içinə almışdır.“Türklərin əsil ilkin vətənləri olmuş Orta asiya yalnız Xəzər dənizi və Aral gölü arasındakı ərazilə məhdudlaşmamış, bəlkəo, Oral və Altay dağları arasındakı ərazidən geniş, yə`ni böyük, onun şərq kanununda Balxaş gölü, qərb kanununda Xəzər dənizi və mərkəzində Aral gölü yerləşir. Demək bütün Azərbaycan, Xəzərin ətrafı, Zəngan, Qəzvin, Həmədan vəhətta çağdaş Türkiyənin şərqi və mərkəzi də Türklərin əsil və ilkin vətənlərinin bir qisməti olmuşdur.”[20]

Bu torpaqların zəngin doğası, heyvandarlıq və əkinçiliyə uyğun olduğu, geniş kütləaxınına nədən olmuşdur. Beləki, M.Q. 5 və 6-ci yüzilliklərdən başlayaraq Sumer axınları ilə yanaşı çeşidli axınlar kəsilmək bilməmişdir. Bu axınların gənəlliklə barış içində olması və qan tökülmədən, basqı yapılmadan gərçəklənməsi gəlmələrlə yerlilər arasında olan ünsiyyət və yaxınlığın göstərgəsidir. Əlbətdəbəzi zamanlar toqquşmaların da istisna olmaması görünməkdədir. Ancaq köçmənlərlə yerlilər arasında olan basqılı ilişgilərin bir çoxu da gözəçarpmaması və olan qaynaqlardan ələ gəlir. Bir çox tarixçi bilginlərə görə,yeni köçlər bugünkü Azərbaycan və həndəvəri üçün güc birliyi, insan çoxluğu, yaşayış bölgələri, qarşılıqlı ilgi alış-verişləri və yavaş-yavaş şəhərləşməmədəniyyət sistemini ərməğan gətirmişdir. Hər köç özüylə çeşidli yaşam təcrübəsini gətirərkən, başqa köçlərdə də təcrübə qazanmağı bacarmışdır. Bu köçlərin uzun sürməsi və qalibən bir və ya iki, üç yaxın zolaqlardan olması da el birləşmələri və tale birləşmələrini oluşdurmuşdu. Beləki, yol uzaqlığı,fəsillərin dəyişkənliyi, bölgə və daglıqların sərtliyi, vəhşi heyvan yürüşləri, yol üstü olan yerlilərin qarşı durmaları v.b. çeşidli köçmənləri birləşməyə vətal`e birliyinə çəkir və hətta onların əbədi birləşməsinə əl verişli imkanlar yaraldırdı.

Nə isə, yeni gələnlərin yavaş-yavaşyerlilərlə qatılması, yeni inkişaf sürəcinə girən kütlə dilini dəzənginləşdirmiş, onun birləşdirici özülünün yaranmasına nədən olmuşdur. Yerli və gəlmə kütlələrin qovuşması və bu birlikdən ortaya çıxan yeni gələnəklər, ProTürk* (Miladdan qabaqki Türk dilinə ProTürk də deyilir. Başqa sözlə İlkin Türk.) sürəcinin də güclənməsinə və mərkəzləşməsinə yol açmışdır. Göründüyü kimi, böyük gümana görə, dünyanın ilkin inteqrasiya oluşumu da buradan başlamışdır. Sümerlərin Güney və İkiçay arasında İlkin Hirogilif (Mixi)əlifbanı yaratması, hər yerdən daha ərkən Azərbaycanda öyrənilməyə və yayılmağa başlamışdır. Çünki, Sumerlərin yaratdığı dil qaydaları və yazı sistemi Azərbaycanda yerləşən el birlikləri üçün böyük alanda daha da doğma idi. Bu açıdan Sumerlərin yaratdığı mixi əlifba o günkü Azərbaycanda çətinlik yaratmadan öyrənilir və yayılırdı. Necəki, az sonra bugünkü Azərbaycanı da içərən Elam imperatorluğu Sumerlərdən alınan mixi əlifbanı daha da geniş vəuyğun duruma gətirmiş, sonralar hirogilif sisteminin aşurlara ve Farslara keçməsinin ana mərkəzi olmuşdur. Demək dil, Azərbaycanda oluşan millət və ya toplum yüksəlişinin özül daşı kimi ən önəmli yer almaqdadır. Dilin Azərbaycanda mərkəzləşməsi ilə var olan kiçik qəbilə və qovm deyimləri də çox tez bir zamanda otomatik olaraq assimilə olmağa başlamış, yazının ortaya gəlməsi ilə bütünlüklə aradan getmişdir. Türk dilinin gəlişməsi və var olan yaşama qatqı qatması, Türk yaşam fəlsəfəsinin təməl dayaqlarını yaratmağa başlamışdır. Dilin çevrədən alıçı xasiyyəti və çevrəyə sobyektiv varlıq qazandırması, öz-özlüyündə yiyələnmə və malik olma zehniyyətini yaratmağa başlamışdır. Doğanın insana verdiyi hər obyekt, insan tərəfindən qarşılıqsız buraxılmamışdır. Bu qarşılıqlı alış-veriş Azərbaycan insanıyla Türk dili arasında elə ilişgi yaratmışdır ki, torpaq amili ilə insan amilini eyniləşdirmiş və birləşdirmişdir. Dilin yazılı sistemə girməsi ilə sosiyal savadlaşma başlamış, yazılı qurallar[21]yaranmışdır. İnsan acı-dadlı duyğularını yığmağa başlayınca öncə sözlü, sonar isə yazılı ədəbiyyat yaratmışdır.

Duyğuların dilə gəlməsi ilə musiqili nəğmə yaranmış, yavaş-yavaş kütlə duyğusunu oxşayan müzik alətlərinin dəyaranması ortaya çıxmışdır. Yaşam alanını qulluğa almaq çabasında yeniş-yoxuşluəngəllərlə uğraşan toplum, özünə, gücünə, çevrəsinə uyğun olan ən əlverişli imkanlara əl uzaldaraq yeni kimliklər qazanmışdır. Azərbaycanda, bu kimlik qazanmanın sürəci öz özəl keyfiyyətləri ilə bugünkü İran adlanan bozqırlarla tam-tamına fərqili olmuşdur. Elə bu üzdən 7000-illik Azərbaycan Türk tarixinin 2500 illik Fars tarixilə qonşuluq etməsi və geniş ilişgi qurmasına baxmayaraq bu iki millətdə dil, tarix, gələnək, din[22], görünüş, ruhsal davranış,sosial-siyasal görüş bir-birindən tam fərqili və dəyişikdir.

Jacob M . Landao öz adlım “PanTürkizm” kitabının 10-cu səhifəsində Məcar yəhudisi olan gəziçi və araşdırıcı yazar “Arminius (Herman) Vambery” dilindən ilginc bir bənzətməni irəli sürür: “Tüm Türki qurupların fiziksel özellikleri ve geleneklerine göre alt bölümlere ayrılmış bulunan tek bir ırka ait oldukları(bəllidir).”[23]

Dil amilinin Azərbaycan Türklüyü üzərində fəlsəfi etgisi

Çox geniş anlamıyla dil, hər hansıbir toplumun düşüncə, duyğu və dünya görüşünü, davranış gücünü və yaşam sürücülüyünü sərgiləyən canlı varlıqdır. Türk dili geniş alanlarda yayılan, ancaq bitişik yaylaq və alanda dağıntılı durumda yaşayan insanları bir araya gətirməkdə, onlara birgə işarət, birgə görüş, birgə duyğu ifadəsi, cansız nəsnələri[24] səslə canlandırma, yaxın canlıları adla səsləndirmə, çevrəni işarətlə deyil, ağızdan çıxan iç duyğuyla anlatmağı öyrədən bir sistem olqusu olmuşdur. İlk insan nəsnəyə ad verirkən, o adları mənimsəmiş və özü də həmən adlara bağlanaraq sosial təməl qurmağa başlamışdır. İlkin insan, doğaya necə baxmışdırsa, elə də ona bağlanmışdır. Bir ad öz ardıca bir yaşam tərzini ortaya qoymuşdur. Bu ortaya qoyulan yaşam tərzi, bəlli bir toplum üçün qudsallıq və ya qarşılığlı alanlar yaratmışdır. Beləgəlişmə sürəcindəndir ki, toplum içində ortaq çərçivələr, inanclar və bircəanlayışlar ortaya çıxmış və mənimsənməyə başlamışdır. Hər ortaya çıxan bir sözcük, toplum malına çevrilmiş, onun üzərində dayanışma və dirəniş məntiqləri yaranmışdır. Dil yarandıqca toplum qarşılıqlı ilgilənməyə meyl göstərərək, işarət və səs alışverişinə qalxmışdır. Bir öyrənilən səs və ya söz təkrar olaraq qalargi halə gəlmişdir. Hər səs, öz çevrəsinə ilişərək yeni boyutlar almış və doğuşa başlamışdır. Dil, hər toplumda olduğu kimi, Türk topluluqlarında da, vəhdət və toparlayıcı güc olaraq ana kimlik simgəsi olmuşdur. Hər əski millətin gəlişməsində rol oynayan çeşidli amilləri gözəalaraq, Türk millətinin millət olmasında ən önəmli rolu dil oynamışdır. Sözsüz ki, Türk dilinin yaranmasının kəsin tarixi yalnız təxminlər üzərində deyiləbilər. Ancaq bu dilin dünyanın ən əski dili olması və ya ən azında ən əski dünya dili olmasında artıq şübhə qalmamışdır. Örnək olaraq Qobustan köhüllərindəki mağaralar üzərində çəkilən pictografik (şəkilli) yazılar, çox geçmədən haman ərazidə tapılan çeşidli daşqazmalarda (örnək: Azıx) ideografik (Fikir bildirən) yazılara, biraz sonra tapılan anıtlarda işarə xətlərinəçevrilir. Sözsüz ki, ilkin insan, hər hansı çizgidən daha öncə danışmağa başlamışdır. Belə olan halda Qübustan izlərinin 12-min il yaşını təsdiq edən bilim insanları Türk dilinin sistemləşməsinin ilk varyantlarının ən azından 10-min il olmasının da yəqinliyi üzə çıxır. Tarix açısından Sumerlərəyaxınlaşdıqca Türk dilinin varlığı yavaş-yavaş ortaya çıxmışdır. Sumerlərdən qalan yazı izləri və bu izlərdən ələ alınan sosial çizgiləri[25], Türklərin də həmin çizgilərə bağlıolmasını aydınladır. Sumerlərin ardını tutan Elamların dil alanında daha da irəliləməsi, sözcüklərə daha da sistem verməsi və ilkin qayda yaratmasınıdilçilik bilimi təsdiqləməkdədir. Son 50-60 ildə Avrupa, Amerika və Rusiya bilim mərkəzlərin Türk torpaqlarına aid olan qazıntı işlərinin sonucu tarix bilimində dərin dəyişikliyə nədən olmuşdur. Sözsüz ki, bu arxolojik çalışmaların sürməsilə daha da dəyişik faktların ortaya çıxması qaçırılmazdır.

Bu çalışmalardan əldə olunan arxolojik sonuclara görə, M.Ö.-sindən çox qabaq zaman, orta asiya insanı dilini gəlişdirmişdir. 8-ci yüzilliyə aid olan Orhun abidələri, GökTürk imperaturluğunun daha formalaşmış Türk dilini işlətməsini göstərir. Bu abidələrindəyazılan dil, GökTürklərin və Uyğurların geniş dil qrafikinin cümlə və söz quruluşunu ortaya qoyur. Bu kitabətlərdə dövlət quralları və işləmləri yazılır. Türk dili artıq bir imperatuluq dili olaraq göstərilir. Bu durum eyniləAzərbaycan torpaqlarında da gözə çarpır. Baxmayaraq ki, bu bölgədə gedən qazıntı işləri son zamanlara dayanır və bu qazıntılar bir çox zaman panFarsist və paniranistlər tərəfindən əngəllənir. Ancaq əldə olan sonuclardan bəllidir ki, ortasiya, önasiya və ortadoğunun yaşam tarixi gənəlliklə və Türk tarixi özəlliklə böyük alanda eyni anlamı ifadə edir. Azərbaycan və onun daha güneyindən tapılan daşyazılarının batı bilginləri tərəfindən oxunması əski Türklərin çağdaş Türklərə nə qədər yaxın olmaqlarını isbatlayır. Sumer, Elam, Qutti, lullubi, Mana, Mediyadan qalan adların oxunması və bu adların çağdaşAzərbaycanda danışılan dil ilə üst-üstə gəlməsi, Türk dilinin Azərbaycan Türklüyünün millət halına gəlməsində vaz keçirilməz rolunu göstərməkdədir.

Azərbaycanda Türk millətinin gəlişməsində Türk dilinin rolu

Dilçi alimlərin ortaq düşüncəsinə görə, Türk termeninin geniş işlədilməsinin zamanı Hunİmperaturluğunun çağına dayanır. Hun imperaturluğunun xidmətində olan GökTürklərin bu imperaturluqdan sonra dövlətlər quruluşu məhz Türk adıyla olur. Miladın 4 və 5-ci yüzilliklərində yavaş-yavaş böyüməyə başlayan və geniş qəbiləve el birləşmələrini oluşduran döyüşkən, qorxmaz və ölümə qoşan Turan ellilər, çox geçmədən Türk Hun imperatorluğunda böyük öncüllüklə geniş yerlər almağa başladılar. Hunların gücdən düşməsi Muğul Çuvan-Çuvanların bölgəyə kölgəsalmasına nədən olmuşdur. Bu üzdən soy və kök yaxınlıqları olan Aşna eli Muğullarla bir ittifağa girməyə üstünlük verdilər. Çuvan-Çuvanların gücdən düşməsi ilə, 552-ci ildə Aşna eli Çuvan-Çuvanları yenərək İlk dəfə tarixdə Türk adlı bir dövlət təməlini qoymağa başladı. Özlərini GökTürk* (*Türk: Qorxmaz,İgid, Gök:Göy, İlahi, Qudsal. GökTürk: Qudsal Qorxmaz.) adlandıran el birləşmələri az bir zamanda bütün step və həndəvərdə olan soydaş el birləşmələrini öz himayəsi altına aldı. 745–ci ilədək uzanan GöyTürkİmperaturluğunun qoyduğu ən qalarğı irsiyyə özündən öncəki atalar tarixinin ad mahiyyəti və milli kimlik adı oldu. GökTürklərin ən böyük başçılarından biri imperatuluğun başbaxanı Tunyuquq, Bilgə Xaqan olmuşdur. O, ilk kəz olaraq Türk adı daşıyan bir dövlət sistemi yaratmışdır.

Gənəlliklə GöyTürklər Dövlət sistemini milli ideolojiyaya bağlarkən, üç özül daşı GöyTürk dövlətçiliyinin başında yerləşdirmişlər:

a) Çin,i basqı altında tutmaqla, Türk dövləti rahat olub, yeməkdən təmin olsun.

b) Çin,də dağınıq olaraq səpələnmişTürklər ana yurdu Ötükənə qayıtmalıdırlar.

c) Asiyada nəqədər Türk varsa Türk xaqanının bayrağı altına toplanmalıdır.[26]

Bəlli olduğu kimi, dövlətçiliyin təməlində milli ideoloji təməlinə dayanan zaman dövlət yönədiçiləri nəistədiklərini, necə istədiklərinini, nə zaman istədiklərini və kimdən istəməklərini bir yapıd olaraq ortaya qoymağı bacarmışdırlar. 734-cü ildə BilgəXaqan öldu. Yenisey Daşqazmalarında Bilgə Xaqan dililə tapılan kətibədəyazılır:

“EY TÜRK MİLLƏTİ, ÜSTƏ GÖK YIXILMAZ, ALTDA YER DƏLİNMƏZSƏ, DÖVLƏTİ, TÖRƏNİ KİM YIXA BİLƏR!”

Aydındır ki, GökTürklərin Dövlətçilik sistemində olan Türk özülünün yaranış çağı qıssa vədəli bir tapıntıdeyildir. Tarixin göstərdiyinə görə, Sumerlərdən başlayan dövlətçilik gələnəyi Türk ellərinin içində yayılaraq el gələnəyinə çevrilmişdir. Ancaq GöyTürklərədək dövlətçilik sistemi el və qəbilə kimliyi üzərində qurulmuşdur. Belə ki, el birləşmələrinin başında dayanan böyük xan, elin ən aparıcı başçısı kimi, həm dədövlət başçısı olmuş və el birləşmələrinin dövlət başçısı tanınırdı. Demək GökTürklərdən daha 5000-il qabaq bölgədə və özəlliklə Azərbaycanda hakim olan el birləşmələri hər hansı ad daşımasından asılı olmayaraq Türk dilli vəzaman-zaman gəlişməkdə olan Türk törəli gələnəksəl toplumlar olmuşdur. Sözsüz ki, bütün bu gəlişmələrin mərkəzində Türk dili və bu dildən ortaya gələn yaşam fəlsəfəsi dayanmaqdadır. Biraz geniş alanda Türk dili də, bütün başqa dillər kimi tarixsəl görəvi üzərində yayıldığı yerlərdə insanların düşüncə və duyğu sistemini oluşdurmuş, onların ortaq təməlini, bildirisini, anlatım vəbirləşdirici bağını biçimləndirmişdir. Bir sözlə, Türk dili el birliklərinin birləşməsində ən böyük rol oynamışdır.

Azərbaycanda Türk milletinin mərkəzləşməsində dövlətçiliyin önəmi!

Sözsüz ki, Azərabaycanda Türk dövlətçiliyinin gələnəksəlləşməsi, bütün Türk tarixində olduğu kimi el, el birləşmələri, tayfa və qəbilələr üzərində olmuşdur. Bu danılmaz gərçəkdir ki, Türk insanı Türk olduğunu deyil, qəbilə, el, xaqan və bu kimi millət altıamilləri mənimsəmiş, onu tanımış və üzərində dayanmışdır. Bu dövlətçilik sistemi öz zamanına görə nə qədər də doğal olmuşsa, Türk insanının çağdaşdövlətçilik baxışında olduqca uyumsuzluqlara yol açmışdır. Sözsüz ki, bir millətin tarix bilinci, ən çox o millətin tarixsəl dövlətçilik gələnəyindən bəslənərək düşüncə olqusunun biçimləndirir. Bir toplum, hafizəsilə millətəçevrilər. Hafizənin nə dərəcə güclü olduğu və ya olmaması o topluluğun millətəçevrilməsində danılmaz rol oynayır. Hafizə bir millət tərəfindən sürəcli yaranarsa, dövlət tərəfindən arxivlənər, nəsillər arası ortaq ulusal kimlik oluşumuna çevrilir. Hərgah, tarix hafizəsi yaşanan olqular arasında harmonik sistem kimi görünərsə, o millətin özünə tabeçiliyi kəsilməz halə gəlmış olar. Bu, o deməkdir ki, milli hafizə yaranandan bəri kəsintisiz olaraq bir anlamısərgiləməyə xidmət edər və millətin gənəl anlayışının ölçü və çəkisini bəlirləndirər.

Örnəyin, Çin, Misir və ya Almaniya kimi toplumlardır. Bu millət-dövlətlər də əzəldən oturaq dövlətlər olmamışlar. Onlar da Türklər kimi öncə qəbilələr, el birləşmələri, kiçik topluluqlar olaraq dövlət sistemi qazanmışdırlar. Ancaq Türklərdən daha ərkən millət-dövlət anlamını qapsamış, dövlət və millət ilişgilərini sağlama almışlar. Çin, Misir (ərəb) millətlərindən danışarkən başqa adresləri axtarmağa gərək qalmır. Çinin dövlət və milləti[27] eyniləşir, eyni ifadədaşıyır və tam ayrılmaz bir ulusal tarix hafizəsinə dayanır. Bu üzdən Çın tarixində çeşidli soy, boy, tayfa hakimiyyəti olsa belə, hamısı Çin Tarix Hafizəsində yerləşir. Misir və almaniya da az-çox çin kimliyinə bənzər uyuma sahibdirlər. Azərbaycan tarixinə gəlincə, sorunun çəkisi bir yana qalsın, təməl olaraq bir bəlirsizlik ortada dolaşır. Bu bəlirsizlik yalnız Azərbaycan deyil, həm də Anadoluda, Qafqazlarda, hətta tarixi Türküstanın başa-başında görünür. Tarixi Türküstanda GökTürklərin 552-ci ildə ilk dəfə olaraq sülalə və qəbiləyox, soy dövlətçilik yaratması, Türk ulusal bəlləğini[28] yaratmağa başlasa da, onlardan sonra Uyğur, Oğuz kimi dövlətlərin yenidən tayfa, qəbilə dövlət yaratmaqları,GöyTürklərin yaratdıqları millət-dövlət ənənəsini yarı yolda qoyur. Həmin yalnış gələnəyin sonucu olaraq bugün Türk tarixindən söz açılanda ucsuz-bucaqsız bir sıra çeşidli adlar meydana gəlir. Hətta iş ora çatır ki, bəzi ünlü Türk tarixçiləri belə ifadələr işlədirlər: “AtaTürkün əlilə Osmanlıimperoturluğu yıxılandan sonra Türk dövləti quruldu!!!” və ya, “OsmanlıPadişahı, Sultan Səlim, İran Şahı(?), İsmayili Çaldıranda yendi!!!”

Göründüyü kimi Osmanlı dövləti Türk dövləti deyildir kimi göstərilir və AtaTürkün Osmanlı-İslam sentez dövlətini yıxandan sonra Türk dövlətçilik gələnəyini qurmağa başlayır. Şah İsmayil isə,İran şahı adlanılır. Və onun Osmanlı Sultan Səlim tərəfindən yenilməsi böyük sevinclə qarşılaşır. Hal buki, O zaman İran adlı bir dövlət ortada yoxdur. Ən azından Türk soylu bir Səfəvi Dövləti var. Göründüyü kimi, bulanıq tarix zehniyyəti, yalnız kütlə deyil, hətta aydın Türklərin də tarix bilincində dərin çatlaq yaratmışdır. Sözsüz ki, Azərbaycan Türklüyünün bulanıq zehniyyəti də eləbu yalnış tarix baxışından qaynaqlanır. Keçmiş sətirlərdə qeyd olduğu kimi, Sumerlərdən az sonra yaranan Elam, Qutti, Lullubi, Hurri, İskit, Kamer Aratta, Urarto, Hitt, Manna, Mada kimi dövlətlər məhz Azərbaycanda, Anadoluda yarandıqları üçün Azərbaycan və Türkiyənin əski dövlət sistemləridir. Azərbaycan və Anadoluda Türk dövlətçiliyinin 11 və 12 yüzillikdə Qəznəvilərin, Səlcuqların, Çingizxanlıların (Monğul-Türk birləşmələri) gəlməsi ilə başlanmasıdastanlarının nə qədər boş və milli kimlik şüurundan yoxsun olması gündən-günəaydınlaşmaqdadır. Bu arada bəzi dar görüşlü və mühafizəçi tarixçilərimiz o qədər irəli gedirlər ki, Amerika və Avrupa inistitutetlərinin Türk tarixi haqqında yaydıqları dərin bilgiləri belə şantaj və provkasiyon meydanına çevirirlər.

Azərbaycanda 1918-ci ildən öncədövlətçilik sistemi olubdurmu? Bu sorunu ortaya qoyanlar iki qurupdurlar. Birincisi ayıq-sayıq düşmənlərimiz, İkincisi isə tariximizi yarımcıq öyrənib, yarımcıq öyrətməkdə israrlı olan özümüzden olanlardır. Kimsəçıxıb da diyə bilər ki, ən azı Hurilərdən başlayan və Qacarlarda sona çatan sülalə dövlətləri Türklərdən başqa kimlər olmuşdurmı? Kimsə çıxıb iddia edəbilər ki, bugünkü Azərbaycan yaylası adlanan güney Qafqazlardan doğu Zagrosadək çəkilən bu dağ-daşlarda Türklərdən başqa ayrı yerli dövlətlər də olmuşdurmu? Bugünün Azərbaycanı, kəsinliklə Quttilərin, Elamların, Saqaların, Kamerlərin (Qamər), Xəzərlərın, Mannaların, Mediyaların, Albanların, Şırvanşahların, Səfəvilərin, Avşarların, Qacarların v.b.. Kimi sülalə dövlətlərin evladlarıdırlar. Bu sülalə dövlətlər, bir gündə ortaya qonan dövlət sistemleri deyillər ki, kimsə durub onları bir-birindən ayrı araşdırmağa qalxsın! Onlar ardı-ardından gələn soy bir, dil bir, el bir çeşidli batı Türkləri olmuşdurlar.

Alman dövlətçilik tarixini araşdıranda, Germən termenilə, Germəniya termeni elə birləşir ki, kimsənin ona toxunacaq gücü qalmır. Halbuki, Pros dövlətinin tarixində ən azından 38 bağımsız dövlət birliyi varidi. Bu 38 dövlət hamısı German olduqlarını düşünür, hətta ən təmiz German olduğunu isbat etmək üçün kəsintisiz olaraq bir-birilə savaşırmışlar. Pros, Bavariya, Baden, Saksoni, Hes, Vürtomberg, Darmoçtaq, Karlesrohe v.b.. Kimi müstəqil şahlıqlar olan Prosa bac verənlərinin tarixini yalnız Almaniya tarixində araşdırmaq mümkundur. Demək Almaniyada olanlar, nə üçün və hansınədənlərə görə Azərbaycanda olmaz halə gəlir!? Aydındır ki, ortada dövlət vəmillət iradəsini olqulandıran bir sistem görüntüsü olmalıdır. Doğrudur ki, tayfa, sülalə, ümmət, xanlıq, atabəylik kimi dövlət sistemləri keçəri olduğundan Milli Etnik Dövlət sisteminin yaranmasına əngəl olur, ancaq özü-özlüyündəmillət sistemindən qıraqda qalmayır və öz qaynağı olan ulusundan qaynaqlanır. Millət bir soy olaraq qalar, yeniş-yoxuşlarıyla ufanır və dirçələr. Çünki millət, insan deməkdir, insanların toplusu isə ruhsallanmiş bir biolojik varlıqdır. Azərbaycan Türk milləti bir ruhsəl biolojik varlıq olaraq bu qonu içində anlam tapır və tərif olnur.

Azərbaycan varlığının biçimlənməsində, ulusal Türk kültür kimliyinin rolu

Bir toplumun anlaşılan kimliyi, ortaya qoyabiləcək doğal tanıtım tərzi, sadəcə “mən kiməm, kimlərdənəm, haradan gəlmişəm, olduğum, bulunduğum yer haradır!„yanıtına bağlıdır. Ayrıca bir toplumun, özünü nə sayaq dərk etməsi, necə tanıtması, duyğu və düşüncəsini hansı özəlliklərlə sərgiləməsi dəyəşməz şərtdir. Bir çox düşünürə görə, Ulusal kültür kimlik bir toplumun düşüncə sisteminin gözgüsü və o toplumun dünya görüşünün göstərgəsidir. Ulusal kültür kimlik həm qorucu və həm axıcıdir. Buna görə qurucudur ki, ulusu bir arada tutmağın ən təməl daşıdır. Onun olmadığıyerdə daş daş üstündə durmaz, toplum param parça olar. Dövlətlə ulus arasında özgəlik hükm sürər və cəmiyyət dağılaraq özgələrin tabeliyinə girər. Və ondan ötür axıcıdır ki, istər ordu gücüylə, istər ekonomi, tarix və dil kanalları iləbaşqa millətlərin kültür alanına girməyi bacarar, öz insanlarının gələnək, görənəklərini başqa millətlərin də malına çevirər. Ulusal kültür kimlik bilinci olmayan bir toplumun ulus kimi yaşaması mahaldır. Dövlətini, ordusunu və hətta dil kimi təməl ünsurunu itirən bir toplumun ulusa dönüşü mümkün olası deyilsə,birlikdə ulusal kültür kimlik bilincini əldən vermiş bir toplumun yenidən dirilməsi olumsuz mövcüzəyə bənzər. İran adlanan yerdə milyonlarla dilini itirmiş Türk kökənli insan yaşamaqdadır. Onlar Farsların assimiləsiyasətinə tuş gələrək dillərini əldən vermişdirlər. Lakin köklü-kültürlü bir Türk varlığının gündən-günə güclənməsi ilə assimilə olunub, itmiş kimi görünən milyonlar Türk öz ulusal kimliyini yenidən qazanaraq, tarixsal səciyələriniəldə edəcəklər. Azərbaycanda milli kimlik bilincinin artmasıyla öz dilini unudan Türklər hər şeydən öncə Türk dilinə sarılacaq və zaman sürəcində həttaən kəsgin Türk kimliyi davasına qalxacaqlar.

Ulusçuluq düşüncəsinin biçimlənməsində ulusal kültür kimlik bilinci beyin sayılarsa, kəsinliklə, dil, tarix, ədəbiyyat vəordu, ulusal kültür kimlik bilincinin şah damarları sayılmalıdırlar. Adlarısadalanmış bu dörd təməl ünsur, bütün yeniş-yoxuşları, fərqlı zamanlara aid etginliyi və çeşidli axarlarıyla geniş insan kütləsinin varlığıdır. Bu varlıq ünsurlərilə geniş insan kütlələri, mən kiməm sorusunu yanıtlayır, mən hardan vəkimlərdən gəlmişəm sorusuna aydınlıq gətirir. Sözsüz ki, Azərbaycan kimliyi təkbaşına belə bir sorğunun altından çıxa bilməz. Çünki, Azərbaycan tarixini gənəl Türk tarixi dışında görmək mümkun deyildir. Vil Durant “Mix xəttinin yaranıb, təkmilləşməsi, Sumerlərin bəşəriyyət inkişafına verdikləri ən böyük hədiyədir.”[29]diyəndə, əslində Türk varlığının izində və oluşma nöqtəsində yerləşən əski Türk insanların yaşadığıtorpaqlardan danışmaqdadır. Bu torpaqlar, Orta Asiya, Orta Doğu, Avrasiya bölgələrini içinə alan böyük bir alandır. Sözsüz ki, Azərbaycan Sumer axarındanən çox pay almış bu məkanlardan biri olmuşdur. Azərbaycan varlığı, istər M.Q 5-ci minillikdə Sumerlər, istər M.S 11-ci yüzillikdə Səlcuqlar, istərsə də bu günkü durumunda bir an olsun belə, Türk varlığının dışında olmamışdır. Demək, Vil Dorant Sumerlərdən danışarkən, əski Azərbaycan Türk topluluqlarını da göstərməkdədir.

Ulusal kültür bilincin öz tarixilə uyum sağlaması, danılmaz bir ön şərtdir. Heç kültür öz tarixinə, dilinə vəgələnəklərinə bağlı olmadan ulusal kültür ola bilməz. Ulusal kültür kimliyi bir inistitot və bilimsəl tapınaq deyildir, bəlkə bir ulusun doğuşundan yaranan zamansız, yaşsız bir doğallıqdır. Tarix axarında bəlirsiz kütlə tərəfindən yaranmış kültür kimliyi, qoşaqdan qoşağa yeni boyotlar qazanaraq, min illər boyunca qol-budaq atmış, ulusuyla pekişmiş və birləşmişdir. Bu üzdən, insanlarına güvənc qaynağı olmuş, onların idareçilik gücünü hamarlamış və millət dövlət olaşımına ən böyük yardımçı ünsur olmuşdur. Ulusal kültür kimlik bilinci, millətin düşüncə və yaşama ölçüsünü yuxarı zərfiyyətlərə daşıyar. Ulusal şüuru yüksək və oyanıq olan bir millətin idarəçilik və özqabiliyyətçiliyi zorakılıqla deyil, doğal yaşam olaraq özünü göstərər. Onun qazandığı hər şey, millət malıolar. Yabancıların nüfuz dayrəsi daralar. Milli şüur, hər şeydən öncə bütün insanlarla eşit ilişgi qurmağın ön şərtidir. Milli şüurdan yoxsun olan toplum, yalnız neçə dərəcəli tabe vətəndaş sayıla bilər. Ən ufaq şərtlər içində başqa millətdən olan birisi ilə evlənmək milli şüurun yoxsunluğunun aydın örnəyidir. Tarix milli şüurun beyinidir. Bəzi millətçilərə görə, yalnız tarixin qəhrəmanlıq səhifələrini işıqlandırmaq gərəkir. Onlara görə, milləti yalnız qəhrəmanlıq tarixi ayaqda saxlaya bilər. Halbu ki, tarix bütün boyutları iləbir millətin malıdır. Bir ulus tarixinin olumlu-olumsuz olayları iləyaşamışdır. Millət bütövdürsə, tarixi də bütövdür. Yalnız bütöv dildən, tarixdən, ədəbiyyatdan ulusal kültür kimlik bilinci yarana bilər. Dili vətarixi bölünmüş bir millətin özü də bölünür. Nə qədər ki, bir ulusun olumlu tarixini şişirtmək xətadır, ondan daha faciəlisi, olumsuz[30] tarix sərgiləməkdir. Bir millətin tarixinin yalnız ulumsuz tərəflərini böyüdüb gənclərə aşılarmaq o millətin haqqında üz verən ən böyük cinayətdir. Tarixin qorunub düzgüncə nəsillərəötürülməsi, onun qəhrəman və ərdəmli yönlərini daha da böyüdərək qivanc halə gətirilməsi, zamanda yaşayan hər bir tarixçi bilginin başlıca görəvidir. Bu baxımdan hər millətin tarix və dil qurumlarının başında yalnız və yalnız öz kökünə bağlıolan uzmanların dayanması gərəkir.

Gənəllikdə Türk tarixinin yabancılar vədüşmənlər etgisində yazılması əsil faciədir. Türk yaradır, yaşadır, insanlara öndər olur, bəşəriyyətin ilk ocağını qurur. Ancaq qələmə deyil qılınca sarınınca, öz əlaltıları və rəqibləri vərindən ya tarixdən silinir və ya silinməz olunca öz tərsinə dönüşür. Turan elinin dünyaya hakim olduğu bir dönəmdə, heç yenilgisi olmayan Saka (İskit) impratorluğunun “Alp Ər Tunqa”sı da belə bir tale ilə tuşlanır. Türk Qəznəli İmpratoru Sultan Mahmudun sarayında 30-il boyunca əzizlənərək, Türklərə qarşı çabalayan Fars kökənli şair, Ə.Q. Firdövsi də onlardan birisidir. Firdövsi Milad öncəsi 7, 8-ci yüzillərə uzanaraq, Fars elini ərəb basqısından qurtarmaq uğrunda qələm mücadiləsinə əl vurur. O, bütün boyutları ilə bir Fars sevdalısıydı. O, nə sayaq ulusu, ölkəni sevmək yollarını özündən sonraki Fars nəsillərinə göstərdi və buna görə, ulusu üçün bu gün də yaşamaqdadır. Firdövsi, ulusunu ərəbləşməkdən qurtarmaq yolunda heç birəngəl tanımadan, öz vəlineməti olan Türklərin tarixinə əl uzatmaqla ən qəhrəmanlıq dastanlarını yazmağa – Bir tərəfdə Turan gərçək qəhrəmanlarını, başqa yanda isə, mifolojik uydurması olan İran qəhrəmanlarınıqoymaq şərtilə - başladı. O, bu uydurma mifolojik çalışmasıyla yalnız ulusuna necə yardım edəbiləcək yolların axtarışındaydı. Gələcəkdə onun uydurmalarının bir başqa millətə nə kimi ziyan verəcəyi, onu maraqlandırmırdı. Fars şairi, ərəb kültürünün qarşısında əriməkdə olan Fars toplumunun qurtuluşu yolunda, zamanların ən yenilməz obrazını yaradmalıydı! Bu üzdən, yaşamında yenilgi görməyən bir Türk başçısı – Alp Ər Tunqa- devləşmişbir Fars qəhrəmanı – Rüstəmin sürəkli yenilgisinə uğrayacaq və ən sonunda dağlar-dərələr veylanı[31]olaraq başını əldən verəcəkdir. Çağdaş tariximizdə Azərbaycan qəhrəmanıSəttarxan, modern Farsların dostu kimi göstərilir. O, Azərbaycan Türkündən daha çox İran igiti kimi tanıdılır. Budur ki, bir millətin tarixi özünə qənim kəsilir. Çünki, tarix yabancı əllərdədir. Tarix şüurunun gərcəkdənşüur qaynağı olması üçün, tarix öz dilində yazılmalıdır. Tarix yazan, öz ana dilində deyil başqa dildə tarix yazarsa, istər-istəməz haman dilin, qaynaqlarına bağlanacaqdır. Dil canlı bir varlıqdır. Dil qullanış verməz, qullandırar. Bunun tərsini düşünənlər, nəinki, dil fəlsəfəsilə tanış deyillər, həm də, ulusal kültür kimliyi bilincinin fərqində deyillər.

Tarix öz dilində yazılarkən, dil fəlsəfəsindən də qıdalanır, ruh tapır və ruhaniləşir. Bu üzdən öz oxucusuyla doğmalaşır və ona doğma dünya bağışlayır. Bu doğmalıq içində tarixin bir roman oxşarlığından uzaqlaşmasını və gərçəklik qazanmasını görmək olur. Millət vəvətən şəhidi Dr. Zehtabi uzman bir tarixçı olmadığı halda millətimizin böyük bir bölümündə tarix şüuru oyandırdı. Dr. Zehtabi yalnız millətini düşündüyü üçün millətinin dilində yazdı. Onu, başqa millətlərin nə düşündüyü ilgiləndirmədi. O, çəkinmədən öz ana dilində yazdı. Çünki, yazılan bu tarix, ulusunun malıolmalıdır. Ancaq bəzi tarixçilərimiz öz tariximizi Fars dilindəyazarkən, o millətin içində olan yaxın qələm dostlarını, sol düşüncəli qələmçiləri və ömrü boyu Türk millətini təhqir edən Fars və başqa düşmən fıqorları da, göz önünə alirlar. Farslar sevdasına alışan bu yazarlar, doğma ulusunun olumlu yönünü qələmə alarkən, həm də, uzaq dostlarıincitməsin diyə, illər boyu millətimizin tarixini yalan göstərən uydurma faktlara da meydan verirlər. Onlar, məsələn tərəfsiz olmaq istəyirlər! Tərəfsizlərdən usanmış millət isə, uzman tarixçini deyil, millətdən ötəri tarix yazan zehtabilərin düşüncəsini mənimsəyir. Ulusal kültür kimlik bilinci, bütün boyutları ilə insanların yaşamında özünü göstərir. Japon insanı dünya yolçuluğuna çıxarkən yalnız və ya ailə kimi çıxmaz! Japonlular istər yaxın, istər uzaq yerə gedərkən topluca gedər, yolçuluq sürəcində bir-birlərini tək buraxmazlar. Hara getmələrindən asılı olmayaraq orada öz kültür və yaşantısistemlərinin elçiliyini edərlər. Yəhudilər dünyanın ən güçlü labisinəmalikdirlər. Onlar say miqyasında dünyanın on mindən birisidirlər. Ancaq, bu kiçik miqyaslı ulusun Amerika bankalarındaki payı inanılmaz dərəcədədir. Bütün dünya siyasətinə rəğmən, kiçik ermənilərin etgili sayılan var oluşu onların milli kimlik şüurunun biçimlənməsi ilə bağlıdır. Az qalsın 20 ilə yaxındır ki, Qarabağın bütünlüyü və bir neçə başqa bölgəmiz Ermənistan və Rusiyanın növbəti işğalında inləməkdədir. Torpaqlarımızın işğalında olmasına baxmayaraq, ərməni qüvvətlərinin hər gün atəşkəs sındırmalarına tanıq oluruq. Azərbaycan yalnız cavab atəşi açmağa qalxır və onu da çox böyük qurur hissi ilə dünyaya car çəkir. Bu cür davranış Azərbaycan hakimiyyətinin savaşa meylsizliyini göstərir. Necə ola bilər ki, müstəqil olmuş bir dövlətin %25 torpaqları işğal altında olsun da, o dövlət savaş adı gələndə titrətməyə düşsün. Demək, o hakimiyyətin milli şüur təməli yoxdur. Olursa, bir an düşünmədən yalnız torpaqlarının azadlığı uğrunda adlımlayar. Milli şüuru olmayan həqiqi və ya hüquqi şəxslər üçün yalan söyləmək, yalan davranmaq, para və mala xidmət etmək ən normal hayat sayılır. Milli şüurdan yoxsun bir tolum içində, ilşgilər yalnız rüşvət mahiyyəti daşıyar. Öyrətmən[32]öyrəncini dərs oxutmadan məzun edər. Bilim rüşvət qurbanısı olar. Əllərdəsaysız-hesabsız bitiklərə və sənədlərə baxmayaraq toplum sürətlə savadsızlığa və cəhalətə uğrar.

Toplumda ərkək-qadın, ərbab-rəiyyət, pullu-pulsuz v.b. ziddiyyətlərin helli deyil, bu ziddiyyətlərin normal haləgəlməsi hər kəs tərəfindən qəbul olunar. Bu tablo bir boşluğun yəni ulusal kültür kimlik bilinci- nin olmamasının eyniyyətidir, doğal göstərgəsidir.

Milli şüurun olduğu yerdə, vətən tablosunun başında iri cizgi ile MƏNİM DİLİ, MƏNİM ANLAMIM! Sözləri yazılar. Dil milli kimliyin hər şeyidir. Dilsiz milli kimlik şüuru yoxdur. Dilini əziz tutmayan, onu bütün var-yoxunun anlamı saymayan, evində öz uşağıyla yabancıdildə danışan və danışarkən qulaqlarının arxasından şərm və utanc təri tökməyənlərdə ulusal kültür kimlik bilincdən iz-toz ola bilməz. “Mənim dilim ucadır, qutsaldır[33] və mən onu uca saxlamaqda borcluyam” diyənlər əlbət ki, qısqanc olmaqda haqlıdırlar. Belə olan insanlar, yalnız ulusal kimlik bilincilə deyil, həm də insanlıq səciyəsi iləölçülür və dəyərlənirlər.

*“Mənim dilim Göygöl, Xəzər,

Mənim dilim Şahdağımdır,

Qoy dilçilər öcəşsinlər,

Yoxdur bəhsə meylim mənim.

Heç bir dildən əskik deyil,

Bəşərin dil ağacının

Şah budağı dilim mənim![34]

X.R.UluTürk[35] yuxarıdaki şerini diyəndə, ulusal kimlik bilincinin dillə nə ölçüdə bağlı olduğunu söyləyir. Y`əni, dil bir millətin torpağıdır, dağı və suyudur. Dünyaya açılan pəncərəsidir. Tarixə vəmədəniyyətdən səslənəcək sözüdür. Dili, tarixi, dəbləri, ulus özəlliklərinin hamısını bir arada sistemləşdirən ulusal kültür kimlik bilinci, yaşam fəlsəfəsini dinamikləşdirən güc mərkəzidir. Həyata dönük dinamizmində ki, duyğu, ağıl, inam və inanc təməlidir. Ulusal kültür kimlik bilinci, bir millətin ülküsəl, ekonomik, siyasal və ordu yüksəlişinin dinamikasıdır. Bu üzdən bir ulusun varlığının ulusal kültür kimlik bilincinə bağlı olması,danılmaz gərçəkdir. “Milli şüur, bir millətin yaşama ifadəsi, hayat qaynağı və ən quvvətli silahıdır. XX. yüzildə milli şüuru olmayan millətlər yıxılmaya məhkumdurlar.

Unutulmuş milli dili, milli şüur sayəsində yenidən dirildən Yəhudilər və İrləndalılarla, diriltməyə çalışan Norveçlilər, XX. Yüzilin üç milli mucizəsini göstərmişlərdir”.[36]

Milli bilincin həm məntiq və həm dəduyğu yönləri vardır. Necə ki, məntiqsiz duyğu yoxdur, eləcə də duyğusuz insan yoxdur. Duyğu milli şüurun qəlbidirsə, məntiq və bilim onun beyini hesab olur.“Mənim Babəkim var. Mənim Nəsimim var” kimi deyimlərin məntiq yönü Babək vəNəsimi gərçəyidirsə, “Mənim” vurğusu onun duyğusu və qıvancdır. Əgər Türk anasıNəsimi və Babək doğubsa, nədən onlar mənim olmasın ki! Məgər məni də bir Türk anası doğmayıbdır. Əgər şərq irfançılığının böyük bilginləri arasında saysız Türk evladı varsa, nədən irfan mənim olmasın ki!? Əgər Tümris Ana kimi anam varsa, nədən modern və demokratik fiminizmidə mənim payım olmamalıdır ki!? Bu dünyada neçə Tümrıs Ana tapılar!? Bəzi batı vurğunu aydınlarımıza görə, belədüşünənlər faşist Türklərdirlər. Olsun qoy özümüzə yiyələnmək üçün bizə faşist desinlər. Budur milli bilinc sevgisi. Budur bir millətin ayaqda qalma şansı.

Azərbaycan varlığının biçimlənməsində ulusal dilin rolu

Ulusal dil, bir toplumun tarixsəl bilincini, sürəkli duyğu və düşüncəsini, gələnək və dəblərini, yaşam axışının anlamını qullanışa gətirən bir fəlsəfi biçimdir. Türkiyədə, Azərbaycanda, Uzbəkistanda və 100-ə yaxın aparıcı və ya azınlıqda olan Türk topluluqlarının milli dili Türk Dilidir. Ulusal dil və ya başqa anlamla Ana dil, dövlət dili olub-olmamasından asılı olmayaraq dəyişməz və təkdir. Hər hansı səbəbdən dilin dəyişimə məruz qalması, o dilin ölməsi və ya ölməyə tuşlanması anlamına gələr. Milli dil ifadəsi çox az qullanan bir termin olsa da, öz anlamını daşıyan aydın bir anlayışdır. Dil ədəbiyyat, musiqi, teatr, sinema, ilətişim v.b. alanlarıyaradarkən, özü də zənginləşir. Milli dil, həm də yabancı dil qarşısında etnososial və etnocoğrafik anlayışı daşıyan ulusal qavramdır. 17-ci yüzillikdən rus dilinin yürüşünə uğrayan böyük Türküstan, gənəl alanda darbədən-darbəyəməruz qalmışdı. Burada tək amac Türk ulusunu yer üzündən silinməsi idi. Ruslar bu bacarıya əl tapmaq yolunda ən başda Türküstanın dil birliyini hədəfəaldılar. Ruslar orada çeşitli dil faktorları ortaya qoymaqla ana Türk dilinin çeşitli qollarını bütünlüklə bir-birindən ayırmağa başladı. Sonra tək başına qalmış dillərı rus ədəbiyyatı və dil alanları ilə şiddətli hüçüma uğratdi. Dil bilimində isbat olunmuş bir əslə görə, hər dilin aradan getməsi, o dilin kökündən və gücündən asılı olaraq ən azı 100-illər uzun sürər. Ruslar, Türk dilinin çox böyük keçmişə dayanmasını hər kəsdən daha da aydın bilirdilər. Bu üzdən, bu dilin geniş alanda qarşısını almağın rahat olmayacağını da yaxşı başa düşmüşdürlər. Hər imperator dövlət kimi, ruslar da, öz hegomonluğunun əbədi olmasına inanaraq, Türk dilinin imhası üçün çox metodik assmila siyasəti irəli sürürdü. Hadisələrin, dəyişməsi, rus imperatorluğunun zədələnməsi, əski Türküstanın ürəyindən özgür Türk dövlətlərinin ortaya çıxması, ulusumuzun aydınlıq mücadiləsinin genişlənməsi, rusların və rus dilinin məğlubiyyətəuğramasında böyük rol oynadı. Azərbaycanda durum daha da fərqlı olmuş, daha da mürəkkəb vəziyyətə düşmüşdür. Türkmənçay yenilməsindən sonra ikiyə bölünmüşulus və torpağımız iki özgə dil basqısı altında qalaraq, hətta öz içində belə,parçalanmağa və özgələşməyə sövq edildi. Bu üzdən Quzeydə Rus dili hakim olduğu halda Güneydə Fars dili ən basqın şəkildə Türk dilinin üzərinəyürütüldu.Türk dilinin Fars dili qarşısında ağır darbələrə qatlanmasına baxmayaraq ayaqda durmağı bacarmışdır. Çox qəribədir ki, bəziləri Türk dilinin bu illərdə ayaqda durmasını inanılmaz möcüzə kimi alqılandırmışlar. Halbuki, belə yanaşma bilimsəl baxımdan heç də doğru deyildir. Tərsinə, belə bir böyük ulusun, dililə birlikdə bütün varlığının özündən qat-qat aşağıda olan bir millətin hegomonluğunda qalması məntiqə sığmazdır. Nədən məntiqə sığmaz? sorusuna Güney açısından baxarsaq bütünlüklə yanılıb, milli dilimizi (Türk dilini) öz əlimizlə aşağılayacayıq. Bu üzdən, olaya biraz dərindən baxmağımız lazimdir. Çünki, orta yüz illərdən bəri (Şah İsmayildən sonra) Türk hakimlərin öz millət dilinə vurduğu ağır darbaları görməmək olmaz! İnanılmaz haldır ki, Türk hakimlərinin Fars dili sevgisi, öz ana dilimizin imhası qədər irəliləmişdir.

Nəticə e`tibari ilə hər baxımdan Türk dilinin altında qalan Fars dili Türk dərbarlarında rəsmi dil həddinə çatmış vəulusumuzun bir başa asimila olmasında əsas yardımçı amil olmuşdur. Bu üzdən, öz hakim atalarımızın zamanında, Azərbaycanda qullanılan Türk dili Fars dililə dəyişmiş, yazı gücünü itirərək rəsmi dil səviyəsindən yenilməyəitələnmişdir. Ancaq, Güneydən dışarı gəlincə Quzeydə zədələnmiş (ruslaşmış,krilləşmiş) dilimiz özünü saxlaya bilmişdir. Ortasiyada durum çoxda parlaq olmasa, yenə Güneydən qat-qat üstün olmuşdur. Türkiyə uzun zaman milli dil mücadiləsi verən, hətta qurtuluş savaşını dilin üzərində quran təkcə ölkəmiz olmuşdur. Elə buna görə, Türkiyənin Güney üzərində dil etgisi çox önəmli sonuc vermişdir. Hazırda, Quzeydə, dilin genişlənməsi və arınması yolunda bir para işlər görünməkdir. Ancaq, hələ də, rus dilinin etgisi, dilimizin tam bağımsızlığına və bütövlüyünə imkan verməyir. Bu durumdan qurtuluş yolu, öncədövlət sistemində yer alan elit kəsimdən asılıdır. Belə ki, dövlət sisteminəbağlı olanların bir çoxunun ailə dili hələ də, rus dilidir. Belə durumda, 20-illik özgür bir respublikanın ana dilindəki axsaqlığından və bu durumdan yaranan ulusal yaşam bicimindən dartışmağa belə, güc qalmayır. Azərbaycanda, Türk dilinin rus dili etgisindən qurtarılmasının və tam bağımsız dövlət, bilim, ilətişim, sənət, teknik, sağlıq dili halinə gəlməsinin təkcə yolu bir çox dövlət adamının ailə dilinin ana dilinə çevrilməsinə bağlıdır.


Güneyə gəlincə,dilimizin indilikdə, ilətişim, basın, ədəbiyyat, teatr, musiqi, elit dili qatına yüksəlməsinə imkan verilməsə də, gündəlik kütlə dili olaraq mücadiləverməkdədir. Sözsüz ki, Güneydə Türk dili, yalnız dil sorunu deyil, geniş qapsamda bir milli-qurtuluş mücadiləsinin açarıdır. Güneydə, Türk dilinin sempatikləşməsi, öz dilim, öz yaşamım anlamına gəlməsi, toplumun uluslaşmasıuğrunda atılan ən ilkin və ötkəm addımıdır. Türk dilinin sempatikləşməsi ilə,milli dirçəlişin alanı genişlənirkən milli tarix, milli musiqi, milliədəbiyyat, milli dəb-gələnək və səciyəvi xarekter daşıyan bütün gizli varlıqlar canlanır. Bu üzdən, dilin milliləşməsi ilə yanaşı, insanlarımızın da milli bilinci yüksəlməyə başlayır. Ölkənin, bütün yaşam alanı özəlləşmə aşımasına girməyə başlayır. Dil bilinci, milli-qurtuluş və dövlətçilik savaşının sürəcində ən geridə qalmış sosial kəsimi mübarizəyə çəkir. Dil bilinci, təkcəsilahdır ki, parçalanmış millətin yenidən bütövləşməsini kəsinləşdirir. Buna görədir ki, Bütöv Azərbaycan məfkürəsi dil birliyi üzərində qurulmuş bir amacdır. Sözsüz ki, bu amaca olaşandan sonra, onun vahid bir dövlət halinəgəlməsində də dil mərkəz rol oynayacaqdır. Başqa anlamla, dil sadəcə birəysəl[37] bir varlıq olmadığına görə, güc dəyərlərini ulus və dövlət birləşməsindən alır. Kəsinliklə dilin yaşayıb, yaşatması yalnız onun toplum malı olması ilə bağlıdır. “Haray-haray, mən Türkəm” uyunu[38], birəysəl bir ifadətərzi olmadığına görə, burada “mən”, bir ulus bilincini göstərməkdədir. Haray-yaray isə, o məmin – ulusun- səslənişidir. Bəlkə, milyonlar il bundan öncə, dil bilməz insanların ilkin dil işarəti elə eyni qorxudan yaranmışdır. Dil bir insan evidir və ya Almanın dünyaya verdiyi ən dahi felosoflarından biri Viktor Haygerin[39] fəlsəfəyə baxışaçısı olmuş “Dil Varlığın Evidir” ifadəsi ilə desək, dilin yalnız insanlar arasında bir arac olmasına deyil, yaşamın özü və fəlsəfəsi olmasına daha çox inanacayıq. Sözsüz ki, dil bir yaşamdır, onun fəlsəfəsidir! deyimi, bügünümüzün anlayışı yox, Türk və Azərbaycan tarixində bəlkə də, batıdan öncə yayılmışgeniş dünya və yaşam axarı olmuşdur:

Ərşilə fərş, kaf və nun MƏNDƏ bulundu cümlə çün,

Kəs sözünü və əbsəm ol, şərh və bəyanəsığmazam![40]

BU qissa beyti diqqətə alanda, Nəsimi sadəcə sözlərin birləşməsini deyil, onların içində birləşməsini və dildə ki qavramların özünə hakim olduğunu sərgiləməkdədir. Nəsimi, göyün, yerin, dünyanın MƏNDƏ birləşməsini və o MƏNİ dildə - yalnız dildə və başqa varlığda yox – sığmasını göstərincə, əslində dilin sığmazlığını və hər şeyin dildəsığmasını ifadə etməkdədir. Göründüyü kimi, günümüzədək çəkilən Hürufilik fəlsəfəsinin də düşüncə mərkəzində dil bilinci dayanmaqdadır. Hər şey tanrıdır, hər şey sözdür (dil). Hər şey dörd ünsur– su, od, hava, torpaq- təməlindən yaranmışyaranışdır. Dünya varlığı 28 sözdürsə, bütün kayinatı bu sözlər içindəsığıştıran yalnızca dildir, dil bilincidir. Bir daha Dil Varlığın Evidir!deyimilə bu bölümə nöqtə qoyuruq.

Azərbaycan varlığının biçimlənməsində ulusal tarixin rolu

Azərbaycan tarixi anlayışı deyilən zaman, insanın gözü önünə anasının ürəyindən qopan bir söz gəlir: “Bala biz Türkəsayar adamıq.[41] Bizdə şilə-pilə olmaz!”. Sözsüz ki, bu sadə sözün anlayışına varmaq üçün, tarix hafizəsinin ən dərin qatlarına getmək gərəkir. İnsan tarixinin yüzminlərə vəhətta milyonlar ilə uzanması, istər-istəməz, Türk və Azərbaycan adını da ortaya gətirir. İlkin insan yaşayış yerlərinin birisi olan Azərbaycan torpaqlarıda ümum Türk torpaqları kimi bəşəriyyət beşigi olması ap-aydın görünməkdədir. “Azərbaycan insanın yaşadığı ən qədim məkanlardandır. Füzuli şəhərinin yaxınlığında yerləşən Azıx mağarasının tapıntısı Pali-olit (Daşçağı) dövründən bəri Azərbaycanın toplu insan yaşayış yer olmasını isbatlamaqdadır. Azıxantrop od yandırıb, onu yanıq saxlamağı və hətta özünə ev dikməyi belə bacarmışdır.”[42]

İlk öncə yuxarıdaki ifadələr çox sadəvə normal görünə bilər. Ancaq bir az düşünülürsə, hardan gəldik, necə gəldik, kimlərdən gəldik kimi bir tablo gözümüzün önündə dayanacaqdır. Geçmişlərdən çağımıza yaxınlaşdıqca, daha aydın tarix qaynaqları tapılır. Bu qaynaqlarda axtarış sonucu əldə edilən bəlgələr hansı bölgələrdə kimlərin yaşamasını, nəkimi kimlik daşıdığını bələ edir. Mədəni tarix sumerlərdən başlanır nəzəriyyəsi son dövrin tarixçilərinin bir çoxunun ortaq düşüncəsi olmuşdur. İkiçayarası[43] nəzəriyyəsinin get-gedəbilimsəlləşməsi, Azərbaycan və Anadolunu da ortaya gətirməkdədir. Avrupa vəAmerika arxoloqlarının oxuduqları daşyazmalar yeni sonucları ortaya qoyur. M.Ö.ən azı 5-ci minilliklərdən Ön asiya və Orta asiyadan güneyə axınan sumerlər kəsinliklə iltisaqi dilli xalqlardan olmuşlar. Çox keçmədən Sumer dililə Türk dili arasında 300-dən artıq bənzər və ya eyni sözlərin oxunuşu baş vermişdir. Ortaya belə bir sorğu atılır. Doğrudan bu Sumerlər kimlərdirlər? “MüasirŞumerologiyada Şumer dilinin Türk dilləri ilə qohum olması fikrini söyləyən mütəxəssislər də var. Məşhur Türk dilçisi prof. Osman Nədim Tuna iyirmi ildən artıq şumer-Türk dillərinin əlaqələri üzərində araşdırmalar apardıqdan sonra bu dildə 168-dən çox Türk mənşəli sözün olduğunu sübut etmişdir. Bu barədə o, yazır: (Şümer və Türk dilləri ən qədim dövrlərdən bir-biri ilə qohum ola dabilərdi, olmaya da. Bu mövzu burada bizi maraqlandırmır. Ancaq şumerlərləTürklər arasında dil baxımından tarixi bir bağlılığın olması, bu 168 sözəhəmiyyətli açıqlamalarla sübut edilmişdir.) Prof. O. N. Tunanın müəyyən etdiyi şümer dilində olan Türk sözlərinin böyük əksəriyyəti bu gün də Azərbaycan dilində eyni mənada işlənilir: ilgük // ilgək, elik // əlik, yilik// ilik, kabkagak// gabgacaq, dubur// yumuru// Azərbaycanın qərb dialektində - dumuru, dingir// tanri və s. Buradan belə bir qənaətə gəlmək olar ki, hətta əgər şümer dilinin protoTürk dili olması məsələsi mübahisəli olsa belə bu dilin formalaşmasında Türk dilinin rolunu inkar etmək olmaz.[44] Göründüyü kimi Türklərin Anadoluya və Azərbaycana gəlişlərinin M.S 11-ci əsrə dayanması bütünlüklə Fars və bəzən qərb və ərəb tarixçiləri tərəfindən uydurma və ağ yalandır. Hətta uzaq bir fərziyyəyə görə, əgər sumer və Türk eyniliyi olmasa belə,sümerlərin Türklərdən etgilənməsi aydıncasına ortaya çıxır. Demək ki, Türklərin ikiçayarası və Urmu gölü yaxasında, habelə Ön və Orta Asiya, Van və Azaq yaxalarında mədəniyyət qurmaları M.Q.5-ci minillikdən də uzaqlara dayanır. Ulusal tarix kimliyi buradan başlayır və bir millətin ulus kimliyini bilincləşdirir. Aydın və öncül insan toplusu başqalarını yönəltməkdən öncəkəndini ifadə etməyi bacarmalıdır. MƏN kiməm, kimlərdənəm, soyköküm hara dayanır. Atalarım-analarım kimlər olmuş. Haralardan gəlmiş, necə yaşamış vəümum bəşəri yaşama nə kimi qatqı vermişdirlər?

“Türk Adı” vəAnlamları

(Nurer Uğurludan)

”Tarixdə ilk TÜRK adi Orhon yazıtlarında Türk olaraq geçir. Dövlətinə bağlı xalq, təbəə, güclü, qüvvətli ulus anlamında. Kaşqaylı Mahmud,a (və ya Türk əfsanəsinə) görə, tanrının qoyduğu Türk adı, gənclik, sağlıq, olğunluq anlamına gəlmiş. Ziya Gökalp, Türkün törəli, yasalı anlamında, törə və ya türədən gəldiyini düşünür. Çin qaynaqlarında, „Miğfer“ anlamına gələbilən Tu-kue/ Törük olaraq geçirmiş.Herodot Tarixində, İskit ölkəsində yaşayan Tyrkae,nin Türk olduğu sanılır. Hind qaynaqlarında, Türklər Turukha olunur. Perslərin Şahnaməsində, (İran iləqafiyəli) Turan əsilli savaşçı Türklərdən söz edilir. Bu yorumlarda çoxunu doğrulayan Türkoloq Vambery,nin Türk sözcügünü, türəyən anlamında, törəməkdən törətdiyini əkliyir. (Kz TKAE 1992-I:106-7.)[45]

”Beləliklə, bu nəticəyə gəlmək olar ki, Türk xalqları min illər boyu dünyanın hər yerində və tarixin bütün dövrlərindədərin izlər qoymuş, tarixlər yaratmışlar. Lakin bu tarixi izləri özündə əks etdirən elmi və tarixi nümunələrdən xəbər tutmaq uzun müddət bizə, o cümlədən digər Türkdilli xalqların bir çoxuna çətin olmuşdur.[46]

Sözsüz ki, Azərbaycanda milli bilincin altyapısı Türklükdən qaynaqlanır. Bəzilərinin Türklük dışında Azərbaycançılıq axtarışları süzgeçdə su daşımağa bənzəyir. Rusların Azərbaycana başlayan basqısı zamanından son illərədək istərsə Çar, istərsə Sevet rejimləri tərəfindən çox ağır bir anti Türk siyasəti yürüdülmüşdür. Belə ki, quzeydə Türk sözünə yasaq qoyulmuş, Türkçü yazar, şair və siyasətçilər qurup-qurup öldürülmüş, sürgün düşmüş, dustaq olmuş və ya hər hansı yolla olsa belə,ölkədən qaçaraq didərgin düşmüşdürlər. Ancaq qalanlarsa ya boyun əyərək rusların siyasətinin bir parçası olmuş və ya susaraq ömür sürmüşdürlər. Latinəlifbası dəyişərək kiril cizgisi ulusa hakim olmuşdur. İş burda bitməmişAzərbaycan Türkcəsində olan bir çox köklü sözcüklər dildən alınaraq yerinə ərəb, rus və hətta Fars sözlüklər qoyulmuşdur. Amac Azərbaycanıözəlləşdirmək idi. Necə ki, haman siyasət Özbək, Türkmən, Tatar, Qırqız, Qazaq v.b.Türk toplumlar haqqında da tətbiq edilirdi. Bu özəlləşdirmə siyasətinin amacı Türk tolumlarının Türklüyünü əllərindən almaq, onların soykök birliyini unutdurmaq, Türk anlayışını qaldırmaqla yanaşıyeni toplum kimliyi vermək idi. Ruslar bu siyasətlərini özəlliklə 1930-dan sonra çox radikalcasına dəvam etdirdilər. Azərbaycanda və başqa Türk topluluqlarda Türk adı yerini Sevet dəyişdirdi. Türk insanı, Sevet insanı oldu və Türklük anlayışı, Sevet anlayışı ilə dəyışıldı. Güneydə daha da pis durum hakim olmuşdu. Türk kimliyi hakim olan Fars şovinist tərəfindən inkar olunmağa başlamışdı. Ancaq bunlar hamısı geridə qaldı. Quzeydəmüstəqil dövlətin qurulması və gündən-günə böyüməsi, Türkiyeylə bütün alanlarda paylaşması, başqa Türk cümhuriyyətlərlə yaxınlaşması, Güneydə isə milyonlar insanımızın “Haray-haray mən Türkəm” “Bakı,Təbriz, Ankara- Fars lar hara bizlər hara” “Ölüm olsun faşizmə”... kimi stratejik mövqe ortaya qoyması,ulusumuzun Ulusal Tarix Bilincinin gündəmə yansıtmasının aydın görüntüsü oldu.

Çağdaş insanımızın MƏN özləmi, tarixdən gələn bir varlıq olaraq ulusal kimlik bilincinə hakim olmaqdadır. Əgər bir millət tarixin alt qatlarında gömüş Babəklərini üzə çıxarır və onu çağdaşlaşdırırsa, demək o ulus milli kimlik bilincini əldə edibdir. Və əslindəulusal bilincinin yüksəlişinin yeni dalğalarına çatmağa başlayıbdır. Başqa anlamla deyilərsə, bir millət öz ulusal davasını etnik kimliyi və soykökü üzərində düzənləyə bilərsə, demək olar ki, artıq o milli, özəl davasının özəl düşüncəsini əldə edəbilib, əldə edilən düşüncə sistemi ilə, minlər il boyunca qazandığı yaşam kültürünü, kütlə təməllərini, tarixindən gününədək çəkilən doğallığını siyası həyatıyla uydura bilibdir. Azərbaycan Türk tarixinin doğal axışı, öz dərinliyi ilə insanının alacağı hər cürə sorumluluğu yönətməyəqadırdır. “Başqa millətlər bu günkü mədəniyyətə girmək üçün keçmişlərdən uzaqlaşmağa məcburdurlar, halbuki Türklərin bu günkü mədəniyyətə girmələri üçün yalnız əski keçmişlərinə dönüb baxmaları yetər.”[47] İnsanımız təki MƏN, dünyanın ən yenilməzi, ən bilgini, ən əskisi və ən gənciyəm inancına qalxarsa əgər!

Çağdaş Azərbaycan milli-siyasi davasının mərkəzi və beyini kimi sayılan tarix və dil bilinci ulus və torpaq bölünməzliyini bir mütləq olaraq ortaya qoymaqdadır. Azərbaycan, Türk mədəniyyətinin ayrılmaz hissəsi olduğu kimi, öz varlığının ruhunda da ayrılmaz və bütündür. Bu bütövlüyün parçalanma faciəsini başlıca Azərbaycan yaşasa da, sorunun təkcə Azərbaycana bağlı olduğunu da düşünməməliyik. Bu bir Türk sorunudur. Türk dünyasının bu soruna yiyə çıxması gərəkir. Demək, genişbilgiləndirmə çabası gündəm bulmalı, bununla bağlı səfərbər olmaq gərəkir. Dünya ildırım xızıyla dəyişməkdədir, artıq ilişim və ilətişim formaları 20-ci yüzilliyin hətta sonlarıyla belə, qiyaslana bilməz halə gəlmişdir. Uluslar gündən günə postmodernizm yaşam sistemilə alışılır, İnsan yaşamı, artıq alt qatlarda deyil, üst qatlarda dəyişməyə başlayır. Dünya sürətlə kürəsəlləşir[48], kiçilir və güncəlləşir. Belə olan durumda, kimlikləri gizlənmiş millətlər ilişim sisteminə alışmaq yolunda inanılmaz modern əritmə sistemilə daha artıq kimlik itirmə təhlükəsinə tüşlanırlar. Bu, bizim üçün də keçərli sayılır. Bir tərəfdən dünyayla ayaqlaşmaq zorundayıq. Digər yandan isə, Türk insanının bu ayaqlaşma yolunda özgür və bağımsız seçim iradəsinin yetərsizliyi ortadadır. Türk kültür kimliyi keçmiş zamanına uyan sistemilə də aralanmış durumdaykən, belə modern yarışa girmək gücü hardadır sorusuna əlbətdə ki, Türk insanı yanıt axtarmalıdır. Öncə birlik və birlik ruhuna yiyələnmək gərəkir. Türk insanı, çox az zamanda bu birliyi yaxalaya bilmesə, artıq çox gec olacağını gözümüzlə görəcəyik. 19-cu əsrdə Azərbaycan dramator alim və düşünürü, Mirza Fətəli Axundovun Türklər üçün Ortaq Latin alfabeti ortaya qoyub və diyar-diyar bu ən gərəkən tezistini qəbul etdirmək üçün səfərə çıxması, habelə Krim Tatar Türklərinin yetişdirdiyi ən böyük dahilərdən biri İsmayil bəy Kaspıralının Türklər üçün “Dildə, Fikirdə, İşdə birlik”çağrısı hələ də, qulaqlarımızda səslənməkdədir.

Tariximizin bizə verdiyi olumlu vəolumsuz dəyərləri nədən araşdıra bilməyirik sorunu, bir başqa dərdimizdir. Analarımız deyimini bir də anarkən ki, “bala biz Türkəsayar millətik, bizdə şilə-pilə[49] olaz!” belə sonuca varmaq olar ki, sadəliyimizlə yaşadıq, qurduq, mədəniyyət yaratdıq,şilə-pilə,siz insanlara dövlət, imperatorluq, hakimiyyət qurduq, içimizə sızanşilə-pilə,li düşmənlər vərində isə sırtımızdan vurulduq! Buna əngəl olamadıq, hey yıxılıb durduq. Zaman bizə acımadı. Zaman uçarkən, biz yürüdük. Uçma bilənlər zamana çatdılar, biz isə çatanlara heyran qaldıq! Ancaq, biz dəxızlanmalı və zamana çatmalıyıq, bizim buna qadir olacağımız bəllidir. “Bu gün parçalanmışıq, kiçilmişik, zəyifləyib geri qalıb və əsarətə düşmüşük. Ancaq dünən bütöv idik, böyüküdük, güclü, öncül və müstəqilidik, Milli şüurun tələbinəgörə, mütləq dünənki əzəmətimizin qururunu daşımalı və həm də ürəkdən inanmalıyıq ki, su gələn arxa bir də gələr! Keçmiş bütünlüyümüzü, böyüklüyümüzün, güclü və öncül olmamızın səbəblərini öyrənməli, yapdığımız yalnışlıqları araşdırıb bilməli və sabah`da bütöv, böyük, güclü, öncül olacağımıza bütün varlığımızla inanmalı, ona indidən hazırlaşmalıyıq”[50]

Çox sevindirici haldır ki, artıq ulsal dəyərlərimizi yalnız həsrət, nisgil yazında, duyğulu şeirlərdə, musiqidədeyil, həm də, yazarlarin qələmlərində, milli-siyasi oranda da yayğın olaraq görməkdəyik.

“Bax, bu böyük mədəni irsi öyrənəcəksən, onda səndə belə böyük kompleks yaranacaq və deyəcəksən ki, mən bu ulu mədəniyyətin daşıyıcısıyam, mən bu böyük tarixin daşıyıcısıyam. Dünyaya tərəqqi və rifah, ədalət və mədəniyyət gətirmişəm. Bundan sonra sən özünü sübut edəcəksən. Dünya dahilərini ortaya qoyacaqsan. Mən çox təəssüf edirəm ki, biz hələ də bu işdə çox geriyik. Aristoteli, Platonu, Qaliyevi, koperniki...az qalaəzbər bilirik, ancaq İbn Sina, Farabi, Biruni, Nesrəddin Tusi, Ulug bəy...kimi nəhənglərimizin nə yazdığından, demək olar ki, xəbərimiz yoxdur. Halbuki dünya elm və mədəniyyəti onlardan nə qədər qidalanıb və qidalanmaqdadır.[51]

Azərbaycan varlığının biçimlənməsində ulusal kültürün rolu

Quşqusuz, tarixlə kültürün bağlarınıbir-birindən qoparmaq mümkun olası bir iş deyildir. Hətta bəzi bilim insanlarına görə tarix elmi kültürün detallarından oluşan bir insan varlığıdır. Ancaq bir çox bilginlərə görə, bu nisbət tərsinədir. Yəni, kültür tarixin hissəsi və onun ən incə və doğrudan- doğruya keçidi və ardıçıl zamanların körpüsüdür. Kültür, toplumların damla-damla toparladığı insan incisidir. Tarixdə yaşayan hər insan toplusu kəsinliklə özünə özəl[52] olan ulusal kültürə bağlıdır. Bu bağlantı, o toplumun yaşam tərzi, sərgilədiyi dəb və adətinin göstərgəsidir. Hər insan toplusu, öz dünya görüşünü, yaşam sisteminin qurulmasını zaman-zamanəldə etdiyi kültür biçimindən alaraq, onu ulusallaşdırır. Onu, mənimsəyir, onun qorunması üçün var-yoxundan geçməyə belə, hazır olur. Sözsüz ki, kültür dəzaman-zaman başqa kültürlərin etgisi altında qalır. Millətlərin özgürlüyü, barış və hüzur içində yaşaması halində, insanların milli kültürləri dəçiçəklənir, insanlar arası kültürəl alış-verişi gərçək anlam tapır. Ulusal kültürlər ayrı-ayrı toplumlar tərəfindən könüllü olaraq qəbullanır və dünya malına çevrilir. Kültür əsil anlamda dünyanın qarşılıqlı anlaşması üçün ən barışcil yoldur. Bu işin gözəl üzüdür, bir də işin pis üzü vardır. Belə ki, zaman sürəcində savaşlar üz verərkən, qalib-məğlub kültürlərin də savaş alanıaçılmağa başlayır. Hər hansı nədən üzündən qalib olan dövlət, hər addımdan öncəməğlub millətin asimila olmasına, onun kültürünün aradan qaldırmasına və öz kültürünü aşırmağa çalışır. Ordu, ekonomik və politik üçlüyünün birləşməsi üzündən çağın güclüsü olan sömürgəçi[53]bir neçə dövlətin basqıçı siyasətləri nəticəsində yenilgiyə ugramış ulusal kültürlərin təhlükə altında olması daha da çoxdur. Çünkü, mədəniyyət vəkültürdən boşalan bir millətin yenidən toparlanıb tarixsəl maddi və mənəvi dəyərlərinə dayanaraq düşüncə sistemi qurması olduqca çətindir. Düşüncəsistemini əldən verən bir toplumun önə baxış stratejisi`də olmaz duruma duşür. Sözsüz ki, kültürün və toplumun yaşam fəlsəfəsinin təməlindəki tabandan çox şey asılıdır. Toplum var ki, qalib dövlətlərin ilk kültür hücümüna uğrarkən təslim olub yenmiş kültürün içində sürtülüb aradan gedər. Məğlub ölkə də var ki, illər boyu qalib ölkə mədəniyyətinə baş əymədən öz kültürünü yaşadar vəhətta qalib kültürü öz köklü gücünün etgisi altına alaraq əlverişli bir zamanda öz kültür bağından qopmayan ulu iradəsi ilə bağımsızlığını da qazana bilər. Bir ulusun ulusallaşmış[54] maddi dəyərləri onun gündəlik çalışma tərzində, ekonomu dayaqlarında (Sənaye, əkin, mal-davar, karprativ v.b.), mətbəq kültüründə, geyim və davranıştiplərində, tikinti və memarlıq görüntülərində, şəhər və kənd yaşamında özünəanlam verən halda, mənəvi dəyərlərini`də: ədəbiyyatda (öykü[55], şeir, roman, mifoloji, xatirələr v.b.) müzik sənətində (Türklərdə ozan, muğam), əl işlərində, folklor, teatr, sinemada, rəssamlıq və heykəltraşlıq çeşidləri (Azərbaycanda miniatür), danışıq, davranış, gələnək, dəb və adətlərində, dinsəl görənək və ayinlərində,ulusal idman tiplərindən (pakistan və əfğanlarda çoğan, ispanişlərdəmatadorluq, Türklərdə gürəş v.b.) insan adlarında, fəlsəfə və dünya görüşlərində, sosialoji, psikoloji və siyasi davranışlarında və başqa özəlliklərdə tanıtdırar.

Tarix hafizəsini özəl sistemlər halindəgünümüzə və sınırsız gələcəyə daşıyan və insanların yaşam moralının düzeyini oluşduran Kültür Kimlik Bilinci, hər köklü və əsil millətdə olduğu kimi Türk ulusu üçün də həyati rola malikdir. Elə ki, Türk tarixini onun kültüründən ayırmaq mümkun deyildir. Azərbaycan Türk milləti, Türk ulusunun ayrılmaz bir bölümü olaraq öz zəngin və tükənməz kültür xəzinəsini bəşəriyyətin toplumsal tarixinin ən dərin qatlarından almışdır. Dünyanın ən qədim insan toplusu ocaqlarından birisi kimi təsbit olunan Azıx bölgəsində ilk dörd ayaqlı meymun tipli antropogenez insan yaşamışdır. Bu insan, doğanın səslərini duymuş,100-min illər boyunca ahəngdar səs ritmini öyrənmişdir. Özündən daha yırtıcıheyvanlarla baş etmək üçün birlikdə olmağı bacarmış və bu birlikdə olmaq yoluyla zəka və alt bilincə əl tapmışdır. Ac qalmamaq üçün, daşlardan soxucu vəkəsici alətlər düzəltmiş, heyvanları ovlamışdır. Diri qalmaq üçün, yerlə,göylə, vəhşi doğayla və hətta özü ilə belə, mübarizə etməyi öyrənmişdir. Habelə, arxolojik təsbitlərə görə, Xazər, Aral, Van, Urmu gölləri, Amodərya vəSirdərya[56], Qızıluzən, Dəclə-Frat[57] çayları və Kəngər körfəzi[58] ilə bəlli yayla kimi görünən hövzədə, ilk insan mədəniyyətləri quruluşudur. Azərbaycan, bu bölgənin ortasınada yerləşdiyinə görə, həm də qurup axınlarının terminalı olmuşdur. Bu üzdən ən ilk başdan ilkin insanların dil və davranış qavramlarını toparlama rolunu da üzərinə çəkmək zorunda qalmışdır.

Doğal olaraq bu ilətişim Azərbaycanın sonrakı kültür zənginliyinin önəmli nədənlərindən birisi olmuşdur. Bu bölgədə,M.Q 10,000-ci illərə dayanan Qobustan Mağarasının üzə çıxması, oradaki daşqazıntıları və çəkilən rəsimlər, insan toplusunun mədəniləşməsi ilə bağlı ilkin tapıntıları ələ vermişdir. Bir az sonra Urmu bölgəsində yerləşən Həsənli təpəsində və ayrı-ayrı arxolojik təsbitlərdən əldə olunan bilgilərə görə,Azərbaycan Türklərinin ilk mədəni toplumlardan olması kəsinləşmişdir. M.Q 3 və4-cu minilliklərə dayanan Urmu Gölu yaxasındaki Aratta kültür bölgəsi, Təbriz, Akbatan[59], Muğan-Savalan və Zaqros dağları arasında yayılan Qutti-Lullubi dövlətləri, Xəzər, Azaq, Van, Göycəgöllərinin yaxasında ilk dövlətlər quran İskitlər, Orartolar, Hittitlər kimi mədəni toplumlar və zaman sürəcində Türk dilli xalqların mərkəz dövləti olan Manna hakimiyyəti öz yüksək mədəniyyəti və kifayət qədər dövlətçilik sistemiləməhz bugünkü Azərbaycan Türk mədəniyyətinin anası olmuşdurlar. Mannalar, doğanı əziz sanmışlar. Günəşi, ayı qutsal bilib, doğa olaylarına tanrı əlaməti kimi yanaşmışlar, saraylar dikmiş, tikintiləri üçün incə əl işlərindən istifadəetmiş və Elamlar tərəfindən qurulan mix cizgilərini işlətmiş, genişlətmişdir. Elə Mannalar zamanından oda qutsal gözüylə baxmaq ənənəsinin Mada zamanında Zərdüştliyin geniş yayılmasına və Mad dövlətinin rəsmi dini olmasına nədən olmuşdur.[60]

Mannalar, qonşu dövlətlərə elçi göndərmiş, onlarla mal və heyvan alışverişini genişləndirmiş və bölgədə barışla yaşamaq yolunda dostluq körpüləri qurmuşdurlar. Mannalar öz yaxın qohumlarıolan Elamların zəyifləmiş durumuna sahib çıxaraq, hücümçü qonşuların da qarşısında savunma gücünü saxlamışdırlar. Əski dövlətçilik və uyqarlığa malik olan Azərbaycan Türkləri Makedoniyalı İskəndərin M.Q 4-cü yüzilliyin sonlarında Fars kökənli Əhəmənlər (Həxamənişlər) dövlətçiliyinə son qoyan zaman, Madların bu savaşa qatılmaması və özəlliklə Güney bölgələrini idarə edən Atropatena, Quzeyin, Dağistanın hakimi olan Albaniya dövlətlərinin vahid bir stratejik əsasında İskəndərlə anlaşması gözə çarpan önəmli olay olmuşdur. İskəndərin ən zirvə çağında və bölgənin ən gərgin durumunda istər Quzeydə, istərsə Güneydə, Azərbaycanı özgür və savaşdan uzaq saxlamaq başda Atropaten özü olmaqla, Türklərin böyük siyasətçi olmasının və mədəni davranışlarının nəticəsiydi. Yenə həmin dövrüdə irəliləmiş və tam olaraq toplum düzənləmə və ruhani sistem kimi yayılan Zərtüşt dininin rəsmi din olmasına rastlanılır. Əski dövrlərdə Azərbaycanın bu həddə böyüməsi və orada yaşayan insanların vahid dil və din ətrafında birləşməsi, formalaşmış bir ulusal kültürün kəsin örnəyidir. Sözsüz ki, müstəqil Atropaten və Albaniya dövlətlərinin Azərbaycanın sosial-siyasal formalaşmasında böyük rollarıolmuşdur. Bu iki qardaş dövlət gərəkən zaman düşmənlər qarşısına birlikdəçıxar, dinc zamanında isə birgə yaşam alanı oluşdururdular. Elə bu üzdən Azərbaycan ən əski zamanlardan bəri kültür qazanmış, birlikdə yaşam biçimi qurmuş və bu birliyi günümüzədək daşımışdır.

M.S 8-ci yüzillikdə AzərbaycanınƏrəblər tərəfindən basqıya alınmasıyla yanaşı ərəb-İslam kültürünün Türk kültürü ilə toqquşması baş vermişdir. Bu toqquşma əsasında qalib tərəf olanərəblərin kültür ağırlığı da duyulmuş, islam idelojisi Azərbaycanda yayğınlaşmışdır. Ərəb kültürünün islam dinilə bağlı olduğundan dolayı,Azərbaycan Türklüyünün kültür bicimi də islamiləşmiş, dil, yazın və tarixişıddıtli basqılarla qarşı-qarşıya gəlmişdir. Bu üzdən, bir çox Türk alim, yazar və şairi öz əsərlərini ərəb dilində yazmağa üstünlük vermişdir. Ərəb istilasından sonra, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi, Afşar və Qacar dövlətlərinin iş başına gəlməsi tayfa və sülalə hakimiyyətləri olduqlarına görə, Azərbaycanda dövlətçilik kültürünə böyük qatqılar verməmişlər. Yalnız Şahİsmayil zamanında Azərbaycan mərkəzli dövlətçilik sistemilə tanış olmaq olar. Ancaq Şah İsmayilin Sultan Səlimlə qardaş savaşına girməsi və yenilməsi bəlkə dəAzərbaycanın mərkəziyyətdən düşməsinin başlıca nədəni olmuşdur. 1813 və 1828-ci illərdəki anlaşmalar, Azərbaycanın yaşam biçimini, bağımsız dünya görüşünü, bir millət kimi yeni çağ aşamasına keçid şansını darma-dağın etmişdir. 1925-dən isə, Azərbaycanın milli kimlik və Türk varlığı iki yırtıcı düşmən basqısıaltında yalnızca ölüm-qalım mücadilsi verməyə məcbur qalmışdır.

Azərbaycan Türk kültür kimlik biçimlənməsində

elat və oturaq yaşam faktları.

Azərbaycan Türk kültür kimlik bilincinin biçimlənməsində iki elat və oturaq yaşam düzeyinin danılmaz rolunu unutmamaq gərəkir. Bəlli ki, ən əntiq zamanlardan bütün Türk qəbilələrindəolduğu kimi Azərbaycanda da elat və oturaq yaşam sistemləri yan-yana sürmüşdür. Azərbaycan böyük bir yayla olaraq özünə özəl doğasıyla insanların necəyaşamasını, gəlişməsini və qarşılıqlı ilşgidə olmasını da bəlirləmişdir. Bu yayla, quzeydən başlayaraq, Güney Qafqazdan çəkilib Şahdağı, Kiçik Qafqazda yerləşən Zəngəzur, Qapıcıq, Qarabağ dağlarını orta batıda yerləşən Doğu Ağrı,Sərdəşt, Şidan dağlarını, güney batıda Səhənd dağlarını, güney doğuda Qaradağ,Keçiqıran(Bozquş), Savalan, Talış dağlarını, mərkəzdə Qaflan dağını, güney güneydə isə Əlvənd və Gərin dağlarını da içərən Zagros sıradağları kimi saysız ucalıqlar arasında yerləşir. 400,000 qara metrədən də geniş alan oluşduran Azərbaycan yaylası, özül iqlimi, dörd fəsil hava çeşidi, geniş dərə və düzləri və ucalıqlarıyla, habelə böyük axar çayları və göllərilə ən əski zamanlardan elat (qışlaq-yaylaq) və oturaq (Kənd, şəhər və təxtəqapı) yaşam sisteminəalışmışdır.

Bütün adlım və tanınmış tarixçilərəgörə, Azərbaycan Türkləri başqa Türk elləri kimi oturaq yaşamla birlikdə həm də, sürəcli yaylaq-qışlaq edən böyük insan toplumu olmuşdur. Elatlar, genişheyvan sürülərini və habelə özlərini qış soyuğundan uzaq tutmaq üçün aran vədüzlərə (Gəncə,kür,Araz düzləri, Mil-Muğan, Laçın v.b.) və yay istisindən qorunmaq üçün geniş dağ ətəklərinə, göy-çəmənlə dolu obalıqlara (Savalan, Səhənd, Qoşqay,Şahdağı v.b.) yerləşirdilər. Bəziləri bu yaşam sistemini köçəbəylik vəya köçərilik adlandırlar. Halbuki, elat mədəniyyəti yalnız öz doğma torpaqlarıiçində olan fəsil hərəkətlənməsidir. Elatların yaşadığı qışlaqlar geniş alanda tikili və oturaq formaya yaxındır. Lakin, yaylaqları çadır və obalardan oluşmuşgeniş dağ yamaclarıdır.

Azərbaycanda olan elatlıqla köçərilik sistemi bir-birindən fərqlənən yaşam tərzləridir. Köçərilik, hər hansı səbəbdən dolayı öz doğma diyarını buraxıb əlverişli imkanlar axtarışında sınırsız göçdür. Olabilsin ki, bu göç çabası yeni şərtlərdən asılı olaraq bir neçə kərətəkrar olsun. Bu əməl bir düşünüşlü tərcih olmadığına görə, bəlirsiz amaclara`da nədən ola bilər. Köçərilik, bir yaşam sistemindən daha çox, hər hansı doğal və ya yaranmış nədənin törəməsidir. Bir neçə örnəklə yuxarısətirlərə aydın gətirək:

A) 1946-ci ildə Güney Azərbaycan Milli Hakimiyyətinin çöküşündən sonra 100 minlərlə suçsuz Azərbaycan Türkünün İran adlanan ərazinin ən itmiş-batmış yerlərinə sürgün edilməsinin bir milli-siyasi deportasiya olmasında ən kiçik belə şübhə yoxdur. Bu düşmən tərəfindən olan bir köçürmə eyləmidir.

B) Yenə haman olaylarda, 100-minlərlə hərəkat fəalı və Firqə üzvü düşmən basqısından əmanda qalmaq üçün Quzey yolunu tutdular. Sevet dövlətinə sığınanların böyük bölümü sibir steplərinə sürgün düşərək bir daha vətənə dönmək imkanı əldə edə bilmədilər. Onlar oradan evləndilər, ailə qurdular. Bu istəmədən bir savaş köçüdür. Çünki, onlardan sonraki nəsilləri özlərini daha çox yerli insanlar biləcəklər. Onların yeni vətəni istər-istəməz sibir olacaqdır.

C) 1784-cü ildə Osman Hakimiyyətinin Ruslar qarşısında ardıcıl yenilməsi sonucunda təslimnaməyə boyun əyən Osmanlıdövləti 100,000-lər Kirim Tatar Türklərinin Osman torpaqlarına deportasiya olmasını qəbul etdi. Kirim Tatarları istəmədən Anadoluya axın etdi. Bugün bir neçə nəsil keçəndən sonra Kirim Tatarları bütünlüklə Türkiyələşiblər.

D) 15.ci üyzilliyin ortalarında Balkanların Osmanlı ordusu tərəfindən tutulması ardından minlər Türkün Balkanlara axın etməsi və orada dayimi yerləşməsi bir sosial-siyasal köç kimi alqılanır. Bu köçün ən baş memarı Osmanlı dövləti özü olsa da, köçmənlərin də sosial-ekonomik istəklərini unutmaq olmaz!

E) 1940.lardan başlayan Filistinin torpaq satışının sonucunda İsrail ölkəsi yarandı. Öz ana torpaqlarını para qarşısında yəhudlara satan filistinlilər Lobenan, Ordoniya, Misir, Suriya kimi qonşu ölkələrə köçdülər. Onlar bir daha geri qayıtmaq imkanlarını itirdilər. Çünki, artıq satılan torpaqları geri almaq mümkun deyildir. Bu bir, istənilən deportasiyadır.

Türkmançay anlaşmasından sonra rusların böyük planı Qafqazı əldə saxlamaq və Türklərin bitişik torpaqları arasında boşluq bölgə yaratmaq idi. 100,000-lər ərməninin Anadoludan və Güney Azərbaycandan, İsfəhandan və başqa Farsistan bölgələrindən İrəvana vəQarabağa köçdürülməsinin sonucunda, yerli Azərbaycanlılar öz torpaqlarında köçməyə məruz qalaraq böyük torpaq itirimi üz verdi. Ayrı-ayrı yerlərdən köçdürülən ərməni yığınaqları millət kimi formalaşarkən zorla evlərindən dışlanan Türklərin torpaqlarında ərməni dövləti quruldu. Rus Çarlığının bir başa öndərliyi altında baş verən bu tarixsəl olayın bir zorakılıq köç olduğu bəllidir. Göründüyü kimi, köçərilikdə zamanlama, düzənləmə bəlirtisi, ön stratejik planlaması, odaxlanma və qarşılama iradəsi yoxdur. Bəzi qərəzli vəmanqortlaşmış düşünürlərə görə, güya Azərbaycan Türkləri keçmişdə köçəri olmuşvə onun etgisi və adəti əsasında elat mədəniyyətinə yetişmişdir. Bu iddia təmamilə uydurma və saxtadır. Çünki, Azərbaycan Türkləri Ortadoğu, Ön Asiya vəOrta Asiya bölgələrinin ən ilkin otraqları olmuş, bəşər mədəniyyətinin bir çox varlığına imzasını atmışdır. Bu ulus köçəri olmuşdursa, yerin yuvarlaqlığına, ilin, ayın, günün və saatın tapılmasına, insanlar üçün ilk sosiyal qurallrın düzənlənməsınə, alifbanın yaranmasına, heyvanların əhliləşməsinə, sarayların dikilməsinə, yerli hakimiyyətlərin qurulmasına v.b. necə öz imzasını qoymuşdur? Və ya, M.Ö-dən üzü bəri 100-lərlə imperatorluq, dövlət, xanlıq, atabəyliklərin sistemləşməsi kimlər tərəfindən oluşmuşdur? Sözsüz ki, köçəbəyliyin özgün iradəsi olmadığıüçün, prespektivli sistem qurma iradəsi də çox aşağıdır. Elatlıq köçəbəyliyin tərsinə öz bölgəsində yaylaq-qışlaq sistemidir. Elatlıq, özünə özəl, yerləşmiş,düzənləşmiş, qurallaşmış, taktikalaşmış, ölkə qanunlarına uyğunlaşmış bir yaşam kültürüdür.

Stanford J Şav yazır “...GöyTürkİmperatorluğu (552-744) Türklərin adını daşıyan birinci siyasi hakimiyyətdir. Onların İmperatoluq alanı Qaradənizdən başlayaraq Muğulustan və Çinin quzeyindən hardasa Sakit Okeanadək çəkilirdi. GöyTürk hakimiyyəti birləşik çadır otraqlı tayfaların liderliyində idarə olunurdu...Keçmişlərdən fərqli olaraq bunlar el birləşmələrinin başçılarından qurulan bir mərkəzçi gücdətəbəəçilik edirdilər... GöyTürk başçıları bir yerdə təxtəqapı olmayırdılar. Onlar dam-davarlarıyla birlikdə yaylaq-qışlaqlarda yaşayırdılar...”.[61]

Sözsüz ki, modern və çağdaş şəhərçiliyin etgisi altında, elat yaşam biçimi də dəyişmiş və çox özəlliyiniəldən vermişdir. Eytim, şəhər yaşantısı, kəndlərin modernləşməsi, elat yaşam alanında ürətilən əl işləri ürünlərin böyük fabrikalar ürünləri qarşısında zəyif qalması, heyvandarlığın sənayeləşməsi, kəndlilərlə elatlar arasındaki sürəcli problemlərlə yanı-sıra, dövlətin də elatları himayəsiz buraxması v.b. böyük elat tayfalarının kiçilməsinə nədən olmaqdadır. Otraq yaşam sistemi iləyanaşı, elat mədəniyyətinin Azərbaycan kültürünə verdiyi pay hesaba gəlməz qədər böyükdür. Vətən azadlığı uğrunda can qoyan saysız iğid, ölkə ədəbiyyatına saya gəlməz bayatı çeşidləri verən, on minlərcə atalar sözünü qosaqdan-qoşağa daşıyan şifahi xalq ədəbiyyatını, habelə ozan və aşıq kültürünün ortaya gəlməsində doğadan qıdalanan bu sadə və təmiz Türklərin olduqca payıtükənməzdir. Elat yaşam düzeyinin, ulusal mənəviyyətimizə verdiyi payı saysız kitablarda yerləşdirmək olar.

Azərbaycan varlığının biçimlənməsində ulusal dövlət.

Dövlət oransal[62] bir varlıqdır. Dövlət kimliyi oransal bir anlayışdır. Zaman var ki, böyüyüb, imperatorluq kimliyi qazanar. Zaman var ki, formadan düşüb, aradan qaldırılar. Ulus nə qədər qalıcı və mütləq bir varlıqdırsa, dövlət sürəcə bağlı, imha ehtimalına yaxın bir varlıqdır. Bir dövlətin uzun, sürəkli yaşaması, ulusunun köklü, güclü, çağa uyumluluqla dünyada olan durumu və ilişgilərinə bağlıdır. Rus-Azərbaycan[63]isti və soyuq savaşlarının sonucu, Azərbaycanda olan dolayı Türk hakimiyyətinin sonu oldu. Bu hakimiyyət formal olaraq 1925-dək İran adlanan yerdə sıxılıb qalsa da, əslində Türkəmənçay fəlakətindən sonra, Rus və İngiltərə başda olmaqla sümürgəçi dövlətlərin seçimi olan Fars siyasətçilərinin quşatmasında[64] olmuş, formal halda öz hakimiyyətini saxlaya bilmişdir. Türk Qacar dövləti, Türklük kimliyi bilincindən boşalmaqla, yavaş-yavaş Fars dövlətçilik sisteminə girmiş, öz əlilə azınlıqda olan Farsçı panların dövlət olmasına imkan yaratdı. Bu üzdən, Türkmənçay anlaşmasından[65] sonraki dövrü, Türk dövlətçiliyindən Fars dövlətinə keçid dövrü kimi dəyərləndirmək heçdə yalnış deyildir. Türkmənçaydan sonraki zamanlarda, Türk Qacar dövlətinin Türk dövlət olduğu ilə bağlı hər hansı simgəsi, aydın nişanı, rəsmi dil yazısı,sosiyal çıxışı və bir sözlə Türk kimlik izləri olmamışdır. Əslinə baxarsaq, yer üzündə tayfa, sülalə, din, sinif və təbəqəyə dayanan, imperatorluq və xanlıq təməlləri üzərində qurulan dövlətlərə ulusal dövlət adı vermək doğru ola bilməz. 1828-ci ildən bəri Azərbaycanın ikiyə bölünməsilə yanaşı ulusumuzunda fiziksəl ikiyə bölünməsi üz verdi. Bu bölünmənin həman ardından ilk dəfə olaraq ulus qarşısında bir ölüm-dirim davası dayandı. Ya yenidən birləşmək və var olmaq, ya başqaları boyunduruğu altında əzilib, aradan getmək!

Ulusun qarşısında duran bu böyük sorğu işarəti, milləti hərəkətə saldı. Düşmənin daha güclü olması və Azərbaycan Türkünün daha darmadağın duruma düşməsi, əlbətdə ki, gizli və dözümlü mücadiləni məsləhət görməkde idi. Buna görə, mübarizə meydanlarda deyil, yazarların qələmlərində, ulusal aydınların yaratdığı gizli örgütlərdə,[66] şairlərin duyğularında, Qoçaqların saldırısında, ayrı düşmüş ana-babaların göz yaşlarında davam etdi. Ancaq, bu sürəc uzantısına baxmayaraq, Bütöv Azərbaycan ideyası yalnız Ə. Elçibəyin 1976-cı il tutuqlaması ilə siyasi düzeyə (müstəvi) girdi. Bütöv Azərbaycanİdeyası, Türk ulusçuluğunun ortaq düşüncə sistemini oluşdurdu. Bu ulusal ideyanın mərkəzində ikiyə bölünmüş ulusumuzun birləşməsi və birləşik dövlətin çatısı altında özünü qurumsalaşdırma təməlinə dayandı. 1990-cı ildə neçə yüz il öncədən Türk düşmənliyi üzərində dövlət qurmuş Rus imperatorluğu çöküncə,ölkəmizin Quzeyi, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Qazaxıstan və əlavə 10 yeni cümhuriyyət özlərinin ulus-dövlətlərini qurdular. Təbiki, yeni qurulmuşdövlətlərin özlərinə aid sorunları varkən, dışarıdan olan müdaxilələrin də can sıxıcı olması qaçırılmaz idi. Bu arada Azərbaycan üçün daha böyük sorunlar yolda idi. Başqa cümhuriyyətlərdən fərqlı olaraq ölkənin bölünmüş durumu, Qarabağın erməni-rus birlikləri tərəfindən işğal olunması öz damğasını ölkəgündəminə vurmuşdur.

Sözsüz ki, yeni yaranmış bir dövlətin diplomatik ilişgilərində mühafizəkar davranışın hakim olması çox önəmlidir. Lakin, demokratik bir toplumda Sivil Toplum Quruluşlarının[67] rolu heç də dövlətdən az deyildir. Söz bir ulusun varlığından gedən halda millət-dövlət bir sistemin ulusa verdiyi gənəl alanı və o alandan ən üst düzeydə himayə etməyini öz dəyişməz stratejisi kimi görməlidir. Azərbaycanda gərçək ulus dövlətinin yaranması yalnız Bütöv Azərbaycan Dövlətçiliyi simasında olasıdır. Bu üzdən, bütün qutsallığına rəğmən, bugünkü yarım hegemon dövlətimizi ulusal dövlət adlandırmaq olmaz! Milli dövlət dedikdə ali hakimiyyətin hər hansı bir şəxsə, xanədana, klana, partiyaya, zümrəyə və ya sinifə yox, qeydsiz-şərtsiz yalnız millətə məxsus olduğu və yalnız millətin iradəsinin üstün tutulduğu bir dövlət anlayırıq.

Sekolar /laik/ dövlət dedikdə dinin dövlətdən ayrılmasını, dinin və şəriətin dövlət işlərinə qarışmamasını başa düşərək, heç bir toplum dinsiz ola bilməz. Ancaq din toplumun dövlət işlərinəqarışmamalı, heç bir siyasətə alət olmamalı və toplum düzəyində öz varlığınısürdürməlidir. Sosial dövlət dedikdə sosial ədalətin gözlənilməsi, bütün vətəndaşlar üçün fürsət bərabərliyi, milli gəlirin ədalətli bölünməsi, hər kəs üçün iş, təhsil, səhiyyə və s. sosial, iqtisadi, mədəni imkanların yaranması vəhamının insan kimi yaşaib rifaha qovuşa bilməsi məqsədilə demokratik sistemi zədələmədən dövlətin sosial və iqtisadi həyatda müəyyən nizamlayıcı rol oynamasının gərəkliliyini nəzərdə tuturuq. Hüquq dövlətini yalnız hüququn hakim olduğu dövlət kimi başa düşür. Anayasada təsbit olunmuş və Azərbaycanın qəbul etdiyi uluslararası sənədlərə uyğun insan haqları, vətəndaş hüquqları vəazadlıqlarının qanunla qorunması, hakimiyyət bölgüsünün gərçəkləşməsini vəməhkəmə hakimiyyətinin əsas götürürük.[68]

Azərbaycanda, Türk ulusunun milli bilincinin təməlində bütövlük ideyası dayanmaqdadır. Azərbaycan özəlliyinəgörə, bütövçülüklə ulusçuluq anlayışları iç-içə girmiş termindir. Bu ikisini ayrı-ayrı tanıtmaq mümkün deyildir. Daha radikal anlamla desək, Azərbaycanda bütövçü olmayan millətçi, millətçi olmayan isə bütövçü olamaz! Hər millətin yaşam sistemində kəsinliklə bir birləşdirici ülkü vardır. Çünki, ülküsü olmayan bir millətin hara gedəcəyi, necə gedəcəyi, hardan gedəcəyi bəlli olmaz. Elə buəslə dayanaraq Azərbaycan Türk milləti də bu aşamadan geçməli və ulus-dövlət ideyasına çatmalıdır. Sözsüz ki, Quzeyin istiqlalından sonra Güneyin də müstəqilliyi millətimizin gündəliyinə gəlməli və bütövləşmə yolunun şahdamarına dönüşməlidir. Güneyin dövləti olmadan, Azərbaycanın ulus-dövlətindən danışmaq mümkun deyildir. Bir başqa açıdan baxarsaq, Azərbaycanda ulusal dövlətçiliyin milli kimliyi kəsinliklə Türklük və Türkçülük təməli üzərində olmalıdır. Çünki, Azərbaycan kimliyi üzərində yaşayan Türklərlə bağlıdır. Göründüyü kimi, ulusal kimlik ulusa bağlıdır. Buna görə də, ən azından Azərbaycan şərtlərində torpaq deyil, millət üzrə ideolojik kimlik yarana bilər.

Bu arada Azərbaycan dövlətçiliyinə məhz Azərbaycançılıq ideolojisi verənlər də vardılar. Sözsüz ki, hər hansı ideolojik tərifi kimi Azərbaycançılıq ideolojisi də bir dövlət ideolojisi olaraq özünü tərif etmək gücünə malikdir. Əgər dövlətçilik ideolojisini dövlət sisteminin teorik beyini, dünya görüşünün düzənləyicisi, güc alanlarının birləşdiricisi, dövlətin topluma ötürəcəyi fikir bağlantısı v.b.. kimi bəlli bir düşüncəsistemi olaraq dəyərləndirsək. O zaman Azərbaycan dövlətçiliyinin də, öz amaclarıyönündə bir ideolojik sahibi olması olduqca doğaldır. Bu qonuda heç şübhəyoxdur. Yalnız var olan ideolojik olqusunun hansı payalar üzərində qurulmasıdartışılacaq bir sorundur. Hər dövlətin bəlli təməllərdən oluşan idarəçilik sistemi vardır. Bu idarəçilik sistemi istər-istəməz bir ideolojik təmələdayanmaqdadır. Bu ideolojik dayağın ölkədən ölkəyə dəyişik formada olması da böyük alanda o ölkənin tarixsəl təcrübələrilə bağlıdır. Gənəl olaraq çağdaşdövlətçilikdə ideolojinin kölgədə qalması görünür. Demokratik dövlətlərə görə,zaman sürəcində dövlət anayasasının üzərinə dəyişiklik verərək onu güncəlləşdirmək çox önəmlidir. Parlement çoxunluğunu əldə edən iqtidarların anayasa üzərində manovra verməsi, səs çoxunluğundan yararlanaraq iqtidar xeyrinə eyləmə girməsi çox görünməkdədir.

Toplumla dövlət arasında çağdaş,demokratik, laik və toplum anlaşması olursa, bu yeniləşmə daha da yasal çözümlənər.[69] Ancaq, yüksək demokratik aşamaya ayaq basmamış ölkələrdə işlərin tərsinə dönməsi çox əndişəvericidir. Çağdaşlığın bütün boyudlarını əldə edəməyən toplumların əslində ən böyük sorunu özlərini tanımamalarıdır. Bir toplumun çağdaş olmasının anlamımütləq Avrupalı və ya Amerikalı sistemlərə yiyələnməsi demək deyildir. Hər hansı millət öz ulusal çıxarlarını sərbəst və özgürcəsinə gündəmə alıb, dinin dövlətə dəxalət etməsinin qarşısına çıxıb, toplumun təməlini formalaşdıran birəy haqları yaşada bilərsə, çağdaş dövlət sahibidir. Demək, belə olan halda bir toplumun idarəçilik sistemi zorlanmadan hüquq və qanun özgürlüyünü əldəetmişdir. İdeolojik dayağından asılı olmayaraq bu toplum çağdaşlığa varmışdır. Azərbaycan, çoxunluğu Türk etniki olan çeşidli xalqların vətənidir. Türk etniki Azərbaycanın yüzdə 95-ini oluşdurmaqdadır. Bir neçə nadir ölkəni çıxmaqla, Azərbaycan dünyanın ən aparıcı etnik tərkiblərindən birini öz içindəbarındırır. Tarixdən gələn bir özəlliyə görə, Azərbaycanda torpaqla millət adıüst-üstə düşməyir. Bu isə, Azərbaycanın bir başqa özəlliyidir. Ancaq bu özəllik milli kimlik haqqında və dövlətlə ulus ilişgilərində ikili standarda yol açmayır. Türk və Azərbaycan bizim ölkəmizin etnik və torpaq adlarıdır. Bu iki termin heç zəman bir-birindən ayrı olmamış və ola da bilməz idi. Etnoloji elminin əsaslarına görə, milli kimlik dil və etnikə görə bəlirlənər. Dil vəetnik kimliyi insana bağlı oldğu üçün necəlik bəlirtisidir. Coğrafiya qalib şəkildə bu bəlirtinin objektiv alanını oluşdurur. Bu üzdən, Azərbaycan kimliyinin özü Türklüklə bəlirlənir. Onun dövlətçilik ideoloji isə, Türkçülük üzərində dayanmalıdır. Azərbaycan dünyanın ilk mədəniyyət ocaqlarından biri və torpaqları ilk uyqarlıqdan bəri Türklərin yaşadığı yer olmuşdur. Bu torpaqda Türklərlə yanaşı başqa etniklər yaşasa da, heç zaman aparıcı güc kimi çıxış edəbilməmiş, yalnız kiçik etnik qurup ölçüsündəTürklərin qorumasında yaşamış, yaratmışdırlar. Azərbaycanın milli kimliyi Türklükdür. Bu üzdən dövlət kimliyi də Türklük və Türkçülük təməli üzərindəqurulmalıdır. Türkçülük, ulusçuluqdur. Ulusçuluq isə bir ulusun irəliləməsi vəgələcəyi uğrunda[70] ülkü gücüdür. Ülkü kəsinliklə insan üzərində anlam tapar, insanın içində formalaşar vəinsanın formalşmsına imkan verər.

Bu qonuyla bağlı iki dövlət-millət sistemini örnək gətirək. Erməni dövlətilə, erməni milləti və Alman dövlətiləalman milləti eynilə bir ad altında tanımlanırlar. Onlar üçün etnik və ölkə ad dəyişimi anlamsızdır. Ortada nə varsa eynidir. Dövlət tarixilə millət tarixi bircə anlaşılır, bircə tanımlanır. Hər hansı tarixsəl nədənlər üzündən Azərbaycan öz özəlliyini yaşayır. Yəni, Azərbaycanda Türk milləti var vəAzərbaycan dövləti var. Burada dövlət idarəçilərinin üzərinə iki dəfə vəzifədüşür. Bu vəzifəyə görə, iki varlıq bir yerdə yaşamalı, çiçəklənməli və uyğun bir durumda bir ada çevrilməlidir. Bu ad kəsinliklə Türk təməli üzərindəqurulmalıdır.

Azərbaycan varlığının biçimlənməsində ulusal ordunun rolu

Ordu sözü əski zamanlardan Türklər arasında hakimiyyət anlamı daşımışdır. Türk el və ya el birləşmələrinin mərkəz yığıncağına ordu deyilirmiş. Xaqanı və ya el başçısını qorumaq elin görəvinədüşürmüş. Bu üzdən əski Türklərdə orduyla millətin eyni varlıq olmasıgürünməkdədir. Ölkənin savaşa girmsilə uşaqlar, qocalar dışında bütün əli silah tutan toplum üyəsi hakimiyyətin bəqası üçün savaşa qalxırdılar. Qədim Türklər üçün başçının qorunub saxlanılması torpağın saxlanılmasından daha önəmli sayılırdı. Türklərə görə, igid bir ərin başçılığıyla böyük torpaqlara çatmaq olar, lakin böyük torpaqları igid başçı olmadan saxlamaq olmaz! Məhz buna görə də, Türkləri ordu ulus adlandırırmışlar. Türk hakimiyyət alanının böyüməsi ilə yavaş-yavaş ordu görəvliləri də seçilmiş və düzənli olaraq qoşun adı almışdır.

İnsanların ən sıx yaşaydığı yerləndən birisi olan Ortadoğu, Ortasiya, Uzaq Asiya və Avrupa həndəvəri, tarıx boyu dünyanın ən çəkişməli bölgələri olmuşdur. Bölgənin bir neçə böyük gücün böyüməehtirasının qarşısında ən əziləni isə, kiçik ellər olmuşdur. Kiçik qəbilə vəellər sürəkli olaraq böyük dövlətlərin boyunduruğu altına düşmüşlər. İstər bu durum M.Q olsun, istərsə də miladdan sonrakı zamanlarda öz sürəcini dəvam etdirmişdir. Sözsüz ki, Türklər dəvamlı olaraq ya bu savaşların mərkəzindəolmuş və ya da onunla yaxın ilgidə olmuşdurlar. Belə ki, toplumsal kültürün tanınmasından üzü bəri Türk kimliyi ilə bölgədə var olan başqa kimliklərin kültürəl hafizəsi iç-içə girmiş bəlli bir bütünün yaranmasına nədən olmuşdur. Türklər, bu bölgədə yaşayan ən geniş və güclü hemogen birliyi olmuş, bir çox xalqları öz bayrağı altında tutmayı bacarmışdır. Sözsüz ki, zaman-zaman başqa xalqların da baş qaldırdığı çağlar olmuş və etkənlik çağları bölünmüşdür. Türk dilli Sumerlərə qarşı Sami dilli əkkədlərin qələbəli savaşı (M.Q 2800), yenə Türk soylu Elamlara qarşı sami dilli Asurilərin yürüşü(M.Q.655), Türk Midiyaya qarşı Fars kökənli Əhəmənlərin[71]zəfəri (M.Q 550) və tarix ərsəsində ilk kəz bir Fars kökənli hakimiyyətin yaranması, Makadoniyalı İskəndərin Türklərlə anlaşması(Atropatenlə) və Əhəmənilərə Qələbəsi (M.Q 330) v.b.

Habelə miladdan sonra da bu savaşlar durmaq bilməmişdir. Sürəkli hərəkətdə olan Türk ellərinin ən bariz özəlliyi hərbi hazırlıqda olmaqları idi. Türklər yaz, qış bilmədən öz qoruma sistemini bütün şərtlərlə tətbiq verir, yaşam boyunca savaş taktıkalarını öyrənirmişlər. At, Türk yaşamının vaz geçirilməz idi. Türk ordusu atı yaxşı qullandığı üçün bir çox zaman az qüvvəylə çox saylı düşmənlərə rahatcasına qalib gəlirdi. Türklər üçün iki savaş taktikası təməl sayılmaqdaydı.

A) Araşdırma sürəci[72]. B) Aşındırma savaşları[73].

Bu iki sürəcə görə, Türk ordusunun casuslarının tacirlər və usanmışlar şəkilində düşmən içinə sızması və gərəkən bilgilə olaşması gərəkirdi. Casusların bilgisi gəlmədən ordu savaşa girməz idi. Onlar, savaşdan öncə düşmənin nə qədər savaşa hazır olmasını bilərmişlər. Eləbu bilgilərə dayanaraq necə savaş taktikini də seçərmişlər. “Türk ordusunu qurdlara bənzədərdilər. Türklərin atlı qoşunlar sistemi miladdan 318- il qabaq çin ilə bağladıqları anlaşma sonrası çində də tətbiq edildi. Və haman atlıqoşunlarla çinlilər (M.Q 117) Turan taktikilə Türkləri yendilər. Türk atlılarıyel-şalvar və çəkmə geyib, başlarına börk qoyardılar. Bozqır islahatı şəkili formasında ilk dəfə olaraq Kuruş İran ordusunda və ondan sonra İskəndər turanlılarla savaşdan sonra Makedoniyalı ordusunda islahat elədi. Rom ordusu da bu islahatı Türk əskərlərini ücrətli olaraq ordularına almaqla elədilər. Ilk dəfə Sezar Turan taktikini işlədib atlı ordu yığdı. Rom da unlu onlu tərtib vəkot-şalvar daxı yayılmışdır. Hətta özəngi daxı Avarlar vasitəsilə yayılmışdır. Bizanslarda, Turan sistemli ordu islahatı 5-6-ci əsrdə başlamış və az müddətdəyayılmışdır. Bizans tarixçiləri Prokopios və Aqathias yazdıqlarına görə, bu islahat Bizansların Qutlara qələbələrinə səbəb oldu. İmperator Justi Nianos zamanından İstanbulda Hun, Bulğar və Avarlar kimi geyinmək və saç, üz qırxmaq mod olmuşdur. İmperatorun özü də taktika adında yaddaşlarında bu islahatdan bəhs və tərif etmişdir. Məsələn Heraklitos miladda sonra 622-624,dəbu taktiki işlətməklə Sasanlılara qalib olmuşdur.” [74]

Məlum olduğu kimi, Türk ordusu, zaman-zaman geniş taktikalar yaratmış və bu əldə etdigi bacarıları çeşidli formlarda öz qonşu və rəqibləri ilə də paylaşmışdır. Hətta tarixsəl bilgilərəgörə. Bu paylaşım sınırlı qalmamış batının ən ucqar bölgələrinə beləçəkilmişdir. Bu uzantı istər Türklərlə savaşda, istərsə də üçüncü ölkələr meydanında işə salınmış və böyük qələbələrlə sonuclanmışdır. “Franklar da ordularında Türk əskəri sistemini işlədərək 7-ci əsrdə Avarları məğlub etdilər. Franklar 9-cu əsrdə bütün ordularını atlılardan mütəşəkkil etmişdilər. Buşəkildə Almanlar və ğərblilər 11-ci əsrin ərəfəsində Bozqır əskəri sistemini tətbiq etmişlər. Ruslar daxı 9-cu əsrdən başlayaraq Xəzərlər, Peçənəklər, Qıpçaqlardan Turan taktiki və nizami sistemini öyrəndilər və bu islahat sayəsində Xəzərləri məğlub etdilər. Çəngizxan xanlığını elam etmiş qəbiləyə dayanan ordu nizamını dəyişdirib, Türk nizami onlu tərtibi qurdu və vahidin başına öz qəbiləsindən birini qoydu”[75]

Sözsüz ki, yer üzündə Türklər qədər savaşan və özlərini savunan ikinci bir ulus olmayıbdır. Bu savaşlar çox zamanlarda yabancılarla olsa da, Türklərin Türklərə qarşı savaşları da az olmamışdır. Türklərin özlərinə qarşı savaşları Türk savaş sisteminin gəlişməsinə təkan versə də, Türk ulusunun sürəkli kiçilməsinə, irəliləyişdən uzaq düşməsinə, fürsətləri qaçırmasına, yaşam alanlarında dünyadan qopmasına və ən sonunda başqaları qarşısında yenilməsinə yol açmış və bugünkü geri durumuna gətirib çıxarmışdır. Bunlara baxmayaraq, bugün də özgün örnək olaraq göstərilən, Türk qorxmazlığı, Türk, inamı və döyüşkənliyilə öz tarixsəl varlığına imza atmışdır. Əskidən ordu ulus adlanan Türklərin yaşam fəlsəfəsindəinsanın yaşadığı yer qudsal olmuşdur. Yerlə insan arasında olan ruhsəl bağlantının Vətən anlayışına çevrilməsi də elə məhz bu yandan oluşmuşdur.

Balkan Savaşları yenilgisindən[76] sonra ardı-ardına imperatorluq alanının daralması ilə fəlakətə uğramış olan Osmanlı dövləti, tam bir ölüm-dirim sorunuyla qarşı-qarşıya dayanmışdır. Qafqazlardan, Afriqadan, Asiyadan, Balkanlardan geri çəkilərək Anadoluya sığışmaq[77] zorunda qalan bir qoca imperatorluq hər yandan quşatılmışdır. Türk torpaqları və ölkəsi bütünlüklə yox olma təhlükəsilə üzləşmişdir. Batılı saldırqanların iradəsini əks etdirən Serv anlaşması, Türklər üçün yalnız Orta Anadolunu pay vermişdir. Əzginlik və təhqir bütün milləti bürümüşdür. Osmanlı ordusu bütün alanlarda darma-dağın olmuşdur. Millətin Türkçü iradəsini bir daha topalamaq üçün güc qalmamışdır. Türk düşmənləri, ən sonunda Türklərin ordu ulus ünvanına qələbə çalacaqlarına inanarkən, ulus içindən bir səs qoparaq yeni ruh ortaya qoydu. Müstəfa Kamal Paşa, biz varıq, ölməmişik şüarilə Türk millətini diri qalmaq yolunda ölüməçağırdı. O, at belində, ulusuna səslənərək “Mən sizə geri dönməyi deyil, ölməyiəmr edirəm!” dedi. Böyük AtaTürk, Türk ordu qamandanı kimi dünyaya adınıyazdırdı. O, eyn zamanda böyük bir Türk lideri kimi, dünyanın öndə gələn dövlət adamlarının ön sırasında yerləşdi. Onun, millətinə verdiyi, ulus mənlik bilinci, böyük qalmaq üçün öz güvənlik, qul olmamaq üçün laiklik, çağdaşvə modern olmaq yolunda ulusallıq düşüncəsi verdi. Onun fəlsəfəsinə görə,məğlub duruma duşən bir millətin təkcə qurtuluş yolu, ölümün gözünə dik baxması, düşmənə kiçilməmək[78]üçün hər qarış torpaqdan çörək çıxarması və bir anlamda vətən adlı qutsal torpağıqanla təmizləməkdir. Elə buna görə də, bütün vətəndaşların ordu olmasıgərəkməkdədir. “Əziz və mübarək vətənimizi qurtarmaq üçün ziyalıların, hərkəsin hazır bulunması gərəkir”...“Milli mücadilənin önündə olan, doğrudan doğruya millətin kəndisidir, millətin evladlarıdır. Millət birəyləri, anaları ilə,babaları ilə, ablaları ilə birlikdə mücadiləyi kəndilərinə ideal bilirdi.”AtaTürkün bu deyimilə ulus-dövlət yolunda, həm də ulus-ordu olmaq gərəkir. Ona görə ki, millət iradəsi olmadan hər hansı milli ordudan danışmaq boş sözdür. Hər varlığın ilki də, sonu da insandır. İnsanı isə insan yapan aşağıdaki iki anlamın idrakıdır:

a) İnsan toplumunun Ulus olması!

b) Torpağın Vətən olması!

“Tam bu uğurlar yalnız mənim əsərim deyildir və olamaz…Tam millətin qərarı birlikdə imanla çalışmanın sonucudur. Qahraman millətimizin və ünlü ordumuzun qazandığı uğurlar və zəfərlərdir”[79] Bütün tarix boyu ulusuyla ordusunun iç-içə girdiyi bir ulu etnikin bundan sonra da belə yaşaması və belə dirənməsi gərəkir. Çünki, “Nə mutlu Türkəm diyənə!”-in fəlsəfəsilə batının və dişi yumuşaq ət istəyən imperiyalizmin yaşam fəlsəfəsinin barış içində yan-yana yaşaması yalnız ekonomik, siyasal, sosial və ordu gücünün birliyilədir. Ən əski çağlarda olduğu kimi, bugün də, hər bir dövlətin ən kəsgin qorunma[80] sistemi ulusal ordudur. Doğal olaraq, hər dövlət öz sistemi üzərində ordu qurur. Azərbaycanın güneyində,1945-46-ci ildə Azərbaycan Demokrat Firqəsilə yanaşı yaranmış Azərbaycan Milli Ordusu, Milli Hükuməti qorumaq üçün bir tələskənlik eyləm idi. Belə ki, Firqənin özü kimi ordusu da, tam olaraq nə istəyini, necə istəyini, kimdən istəyini ortaya qoya bilməyirdi. Bu üzdən Firqənin ən başda gələn dərdlərindən biri də, orduda ulusal kimlik ruhunun olmaması idi. Doğru ki, neçə aylıq bir ordudan çox şeylər gözləmək doğru deyil. Burada söz qonusu zaman deyil, daha doğrusu ideolojik xətanın oluşmasıdır. Sözsüz ki, Milli Kimlik Bilincinin öz təməli üzərində qurulmaması, başlı-başına bir dövlət sisteminin yerə vurulmasıüçün yetərlidir. Ordu, bir dövlətin savunma gücü və geniş kütlə alanı olduğuna görə, milli kimlik bilincindən boş olunca, ən tez yıxılan qala ola bilər. Hazırda Azərbaycan cümhuriyyətinin ordusu gündən-günə modern və çağdaş forma almaqda və boyut açısından böyüməkdədir. Azərbaycan dövlətçiliyini qorumaq üçün bu ordunun üzərinə düşən borc çox böyükdür. Rusların açıqca, Farsların isəgizli olaraq hər tərəfli yardımları ilə Azərbaycan dövlətinin torpaq bütünlüyü erməni faşizmi sarından zəbt olunmaqdadır. Bu üzdən Azərbaycan ordusunun ən başda gələn görəvi vətənin azad edilməsidir.


[1] şüurunun

[2] oluşmasında

[3] bel dayağı/ sütun-e fəqərat

[4] bir-birnə uyğun olmaması

[5] İtil/indiki Volka çayı

[6] fəlat

[7] içinə alan

[8] Kənkər:Smerlərin özlərini səslədiyi ad/Sumerlərin yaşadığı bölgənin adı. Körfəz:xəlic

[9] Dəclə-Fərat çayların arası.

[10] (Xurrilər)

[11] (Urartu)

[12] (Madlar)

[13] (İskiflər,İşquz)

[14](Kimmerlər)

[15] (Ərəşkilər,Partlar,Əşkanlar)

[16] (Göytürklər),

[17] Kumanlar),

[18] (Türkman Eli, Türkmaniyə, İraq vəSuriya Türkləri)

[19] Arazoğlu, Müxtəsər Azərbaycan Tarixi, BAB kitabxanası yayını, Bakı 2000. s21 ).

[20] (*Prof. Zehtabi, İslama qədərki İran türklərinin dili və