Gürcüstan Türklerinde Milli Kimlik Sorunu

Rəhim Cavadbəyli

Gürcüstan da yaşayan türk-müsəlman topluluğu olduqca dərin milli kimlik sorunu yaşayır. Əsasən Borçalı, ahıska, Acar və avarlardan oluşan türk-müsəlman topluluğu istər ölkə çapında, istər bölgə də, istərsə də bölgələrarası münasibətlər də bir bütöv-vahid toplum kimi özünüifadə etməkdə olduqca dərin sorunlar yaşamaqdadır.


Giriş:

Gürcüstan da yaşayan türk-müsəlman topluluğu olduqca dərin milli kimlik sorunu yaşayır. Əsasən Borçalı, ahıska, Acar və avarlardan oluşan türk-müsəlman topluluğu istər ölkə çapında, istər bölgə də, istərsə də bölgələrarası münasibətlər də bir bütöv-vahid toplum kimi özünüifadə etməkdə olduqca dərin sorunlar yaşamaqdadır.

1989-cu ilin rəsmi statistik sayına görə Borçalı Türkləri 307000 nəfər, o dövrdə qeyri-rəsmi saylara görə 640-650 min nəfər, 2002-ci ilin statistik sayına görə 284761 nəfər, hal hazırda ədib və adlım yazarların iddiasına görə Borçalı Türklərin sayı 500 mindən çoxdur.

Gürcüstanın Axetiya bölgəsində yaşayan yerli müsəlman Avarların sayı təxminən 15 min nəfər təşkil edir. Axetiya Azərbaycanla Dağıstan sınırlarına yaxın bölgədir. Muxtar  Vilayət statusuna  sahib Acaristan bölgəsi Türkiyə sınırına bitişik bölgədir, idarı mərkəzi Gürcüstanın ən önəmli Turizm mərkəzi olan Qaradənizin sahilində yerləşən Batumidir. Acaristan əhalisinin sayı 2002-ci ilin statistik sayına görə təxminən 500 min nəfər təşkil etmişdir. Acarlar Sovet imperaturluğunun qurulduğu dövrə qədər mütləq çoxunluqla müsəlman olmuşlar, ancaq Sovet qurulduqdan sonra onların böyük hissəsi zorunlu şəkildə Məsihiləşdirilmişdir. Hal-hazırda Acarların təxminən %35-40-ni yanı 150-160 min nəfərini müsəlmanlar təşkil edir.

Ahıska türkərinə gəldikdə qeyd etmək lazımdır kı, Gürcüstanın Türk-Müsəlman həyatında ən ağır zillət və zülmə qatlaşan Ahıska Türkləri olmuşdur. Bunun ən əsas səbəblərindən biri Onların yerləşdiyi Samsxe-çavaxetia vəya həmin Mesxeti bölgəsinin Gürcüstan Türk-Müsəlman toplumunun- Acarlarla Borçalı Türklərinin yaşadığı torpaqların tam ortasında yerləşməsi olmuşdur. J. Stalin Mesxeti Türklərinin qətlam edilməsinə və tümünün, yəni hardasa 120 mindən çoxunun Sibirə sürgün edilməsinə dair fərman vermişdir və bunu yuxarıda göstərdiyimiz amillə, yəni Acarlarla Borçalı türklərinin torpaq bitişikliyini kəsməklə əsaslandırmışdır. Hal-hazırda Gürcüstan da yaşayan ahıska türklərinin sayı olduqca azdır, hardasa 6-7 min cıvarında olduğu bildirilir, ancaq xarıcdə yaşayan Ahıska türklərinin sayı 500 mindən çox olduğu beyilir.

Indi Gürcüstanda yaşayan türklərin sayı statistik rəqəmlərə görə yaxlaşıq 300 000 nəfər, Türk və müsəlmanların sayı yaxlaşıq 500 000 nəfər, qeyri rəsmi rəqəmlərə görə türklərin sayı 500 000 nəfər, Türk və Müsəlmanların sayı 700 000 nəfər təşkil edir. Xaricdəki Ahıska türklərinin sayını buna artırdıqda yaxlaşıq 1200000 nəfər təşkil etdiyini görürük.

Gürcüstanın son statistik rəqəmlərinə görə toplam əhalinin sayı yaxlaşıq 4500 000 nəfər təşkil etmişdir. Türk-Müsəlman topluluğu ilə yanaşı Gürcüstanda yaşayan Abxaz, Asetin və Erməni kökənli etnik qrupları gözdən keçirdikdə görürük kı, Gürcüstan əhalisinin böyük bir hissəsini milli azlıqlar təşkil edir.

Abxaz və Asetinlər 7 avqust 2008-ci il tarixindən öncə Muxtar Vilayət statusuna sahib olaraq aktiv toplum kimi ölkənin bütün proseslərin də iştirak edirdilər. Qeyd edilən tarixdən etibarən Rusiya Federasionunun bir başa hərbi müdaxiləsi ilə faktiki şəkildə Gürcüstanın nəzarətindən çıxmış və Rusiyadan başqa heç bir dövlət tərəfindən legitimliklərinin tanınmamasına baxmayaraq bağımsızlıqlarını elan etmişlər. Başqa etnik qrup olan və sayları 260 000 nəfər olan Ermənilər də ölkənin ictimai-siyasi-iqtisadi həyatında olduqca aktiv çıxış edirlər. Amma ölkənin ən böyük azınlığı olan, başqa deymlə desək Gürcü xalqından sonra sayca ikinci toplum olan Türklərin tam geri qalmış pasiv həyatının şahidiyik! Niyə?

Bizcə bunun ən təməl nədəni dış faktorlarla yanaşı toplumdakı milli kimlik bilirsizliyidir, başqa deyimlə milli kimlik sorunudur. Biz aşağıda milli kimlik sorununu incələyərkən dış faktorlara da deyinəcəyik.

Milli kimlik zəminin də özünüifadə problemi kimi qeyd etdiyimiz sorun əsasən iki çarpaz istiqamətdə özünü göstərməkdədir.

1.         Məzhəb açıdan;

2.         Milliyyətcə türk olmalarına baxmayaraq çeşitli atmosferdə formalaşmaları.

Birinci:

Gürcüstan da yaşayan dincə müsəlman olan topluluq əsasən Şiə və Sünni cəmiyyətlərinə bölünür. Şiə məzhəblər əsasən Azərbaycan sınırlarına bitişik Borçalı türkləridir. Sünni məzhəblər isə Avarlar, ahıska türkləri və Türkiyə sınırlarına yaxın bölgədə, özərk hüquqlara sahib Acarlardır. Bu iki cəmiyyətlə yanaşı digər bir qısım da soyca gürcü olan müsəlmanlardır.

Ikinci:

Gürcüstan da yaşayan milliyyətcə türk olanların çeşitli adlarla - ahıska türkləri,  Qara papaq, Borçalı türkləri vəya Gürcüstan Azərbaycanlıları kimi fərqli ideolojilərə yataqlıq edən çeşitli atmosferdə formalaşmalarıdır.

Gürcüstandakı türk-müsəlman topluluğunun bu cür fərqli formalaşmasının olduqca dərin tarixi, ictimai və siyasi nədənləri olmuş və bu fərqlilik hala davam etməkdədir. bu bütöv-vahid toplumun çeşitli cəmiyyətlərə bölünməsi və fərqli adlarla adlanmalarının arxasında fərqli bəzən isə tam ziddiyyətli ideolojilərin dayanması ən böyük problemdir.

Fərqli maraqlardan doğan çeşitli ideolojilər üzündən bu türk-müsəlman topluluğu bir bütöv toplum kimi gürcüstanın siyasi-ictimai-iqtisadi həyatında alnıaçıq özünüifadə edib, gərəkli rol üstələnməkdən aciz və yoxsun qalmışdır.

Gürcüstan türklərinin bü cür didik-didik didilməsinin arxasında dayanan əsas dış faktor, onların yaşadığı bölgənin üç imperaturluğun – 1. Osmanlının, 2. Məmalek ol Məhrusə (İran)-nin və 3. məsihi-xristian Çar Rusiyasının siyasi-hərbi maraqlarının çəkişdiyi, bəzən isə savaşdığı alan olmasıdır və indinin indisi də bu ziddiyyətlər fərqli formatlarda davam etməkdədir. Və bu ziddiyyətlər Gürcüstan türklərinin bütöv bir toplum kimi milli kimlik sorununu həll etməsinə və ölkədə özünə layiq yer tutmasına əngəl törətməkdədir.

Birinci: Türkiyə

Osmanlı imperaturluğunun siyasi maraqları daim bu bölgədə Məmalek ol Məhrusə - İran özəlliklə Çar Rusiyası ilə çarpışmışdır. Bu siyasi bəzən isə hərbi girişimlərə baxmayaraq Osmanlılar axıra qədər bu bölgədə Çar Rusiyasına qarşı öz təsir imkanlarını saxlamağı bacardılar.

Osmanlının hüquqi varisi kimi çıxış eləyən yeni Türkiyə dövləti Çar Rusiyasının hüquqi varisi kimi çıxış eləyən Sovet Sosialist Cumhuriyətləri Birliyi qarşısında müəyyən geri çəkilimlərə uğrasa da Rusiyadan tam bağımsız bir iddialı dövlət kimi öz mövqeində qalmağı bacardı. Qars anlaşması ilə Türkiyə həm Azərbaycanın Naxçıvan bölgəsində həmdə Gürcüstanın Türkiyə sınırlarına yaxın Acarıstan və Ahıska bölgələrində müəyyən nüfuz haqqını əldə saxlamaqla öz ictimai-siyasi təsirini qoruyub saxlamağı bacarmışdır.

 

Sovet Rusiyasının qəddar tiranı J. Stalin Türkiyənin bu iç təsir imkanlarını rəhbəri olduğu imperaturluq ərazisində aradan qaldırmaq məqsədi ilə kütləvi qırqınlar törətmək, müsəlman Acarları zorla Məsihiləşdirmək-Xristianlaşdırmaq, Ahıska Türklərini ölkəni tərk etməyə zorlamaq, Sibirə kütləvi sürgünetmək kimi olduqca vəhşı, insanlıqdışı profilaktik-önləyici tədbirlərə əl atmış və bu vəhşiliyin ağır acısını zorla xristianlaşdırılmış Acarlar və çeşitli yerlərə kütləvi sürgün edilmiş Ahıska Türkləri hala yaşamaqdadırlar.

NATO-nun tam hüquqlu üzvü olan Türkiyə ilə Sovet Rusiyası arasında bu qarşılıqlı gərgin ilişkilər Sovet-in dağılmasına qədər sürmüşdür. 1991-ci il tarixində SSCB-nin dağılması qarşılıqlı münasibətlərin yumuşalmasına səbəb oldu. yeni qurulmuş bağımsız dövlətlərlə o cümlədən incələnmə qonusu olan bölgəni içində bulunduran Gürcüstan dövləti ilə Türkiyə qarşılıqlı gözəl diplomatik münasibətlər qurmağı bacarmaqla öz ictimai-siyasi təsir imkanlarını yenidən bölgədə bərpa etmək yönündə irəliyə doğru möhkəm addımlar atmışdır. Bu dəyərli möhkəm diplomatik addımlar dediyimiz istiqamətləri Türkiənin Dışişlər Baxanı sayın Əhməd Davudoğlu “Stratejik Derinlik- Türkiyənin Uluslararası Konumu” adlı əsərində belə dəyərləndirir: “ bu gün biz Türkiyə olaraq iç güvənliyimizi Sovet dövründə olduğu kimi Anadolu da deyil, Qafqazlar da – Gürcüstan da qurumağı bacarmışıq” (anlamca. Yazardan.).

Türkiyə dövləti bağımsız Gürcüstanla 1991-ci ildən etibarən dostluq mümasibətləri qurmuşdur. Dostluq ilişkilərilə yanaşı Rusiya federasionunun 7 avqust 2008-ci il hərbi müdaxiləsi dövründə və ondan sonrakı sürəclərdə Gürcüstandan tam yana olaraq sərgilədiyi bir mənalı və düzgün mövqeyə görə gürcüstanın istər rəsmi dairələrində istərsə də çeşitli ictimai qatlarında möhkəm ictimai dayaq qazanmışdır.

Türkiyə qurabildiyi bu gözəl münasibətlərə görə Gürcüstan toplumu və rəsmi dairələri üçün daha bir təhdid deyil bir dost, bir müttəfiq halına gəlmişdir. Son 20 ildə özəlliklə son 4 ildə Türkiyə Gürcüstanın çeşitli yerlərində özəlliklə Tiflis və öz sınırına bitişik  Acarıstanın idari mərkəzi olan və eyn-halda gürcüstanın ən böyük Turizm şəhəri Batumi də böyük yatırımlar yatırmaqla öz nüfuz dairəsini artırmış və artırmaqda davam etməkdədir.

Bu iqtisadi yatırımlarla yanaşı iki ölkə yurddaşları arasında gediş-gəliş vizasının aradan qaldırılması, vaxtı ilə Türkiyəyə köç etmiş Müsəlman Gürcü və Acarların Gürcüstandakı soydaşları ilə din və kültürəl münasibətlərin günü-gündən gəlişdirilməsi, sayı minlərlə ülçülən təhsil vizaların verilməsi, dolayısı ilə islam və türk kültürünün yayqınlaşması və Türkcənin qeyd edilən bölgədə qonuşulan dil halına gəlməsinə səbəb olmuşdur. Siyasi iqtisadiyyatda əskidən dartışma qonusu olan bir fikir vardırki, dil və kültür qoyulmuş yatırımların qoruyucusudur yoxsa yapılmış yatırımlar Dil və kültürün mühafizidir. Bu iki elementin bir-birinə üstünlüyü konkretləşməsə də, konkretləşən bir şey var oda bundan ibarətdirki, yapılmış yatırımın nüfuzunun sürməsi toplumda onu mühafizə edən dil və kültürün varoluşudur. Yazarca məhz buna görədir ki, Əhməd Davudoğlu bu gün açıq-aşkar bildirirki Türkiyə  iç güvənliyini daha Ana doluda deyil, əksinə Qafqazlarda təmin etməyi bacarmışdır.

Ikinci: İran İslam Cumhuriyəti

İran Türk dövləti yüz illiklər boyu öz nüfünu Qafqazlarda sürdürmüşdür. 16-ci yüz illiyin başlarından Şiə məzhəbini rəsmi dövlət dini elan edən Səfəvi Türk dövləti Qafqazlarda  öz nüfuzunu qorumaq məqsədi ilə məzhəb ayrımcılığına dayanmışdır. Şiə sadəcə bir məzhəb kimi deyil ideolojik olaraq siyasi-məzhəbi bir oluşum olmuşdur və bu tərz-təfəkkür Səfəvi türk dövlətindən bəri bütün İran türk dövlətlərinin əsaslandığı ideolojiya olmuşdur.

Səfəvilərdən başlanan bu siyasi ənənə iki istiqamətdə Türklərə ən böyük zərbə vurmuşdur. Birincisi Islam ümməti arasındakı Şiə-Sünni davasının başlanması, ikincisi Türk dünyasının yerləşim açısından (coğrafi  qonumuna görə) göbəyində yəni İranda Şiə məzhəbli türk dövlətinin qurulması ilə  Ortaasiya ilə Anadolu türklərinin arasındakı bağların qopması olmuşdur. Həmin bu qopmalardan biri də elə incələnmə qonusu olan Gürcüstandakı Türk və müsəlmanların arasındakı məzhəbdən yana baş verən qopmalardı.

İranın qafqazlardakı faktiki nüfuzu 1813/1828-ci illərdə Qacar Türk Dövləti ilə Çar Rusiyası arasında imzalanmış Gülüstan və Türkmənçay adlı yenilgə anlaşmaları ilə bitmişdir. Qacar türk dövləti qeyd edilən yenilgə anlaşmalarından sonra bir daha faktiki olaraq qafqaza qayıda bilmədi. Və eyn-halda bu yenilgə ilə heç vaxt razılaşa balməmişdir. Məhz buna görə də Qacarlar həmin yenilgə anlaşmalarından sonra bölgə də şiə məzhəbinə dayalı öz  mədəni təsir imkanlarını qoruyub saxlamağa çalışmışlar. Bunun üçün qafqazlarda işğalçı Ruslara qarşı vur-qaç savaşların davam etdirilməsinə və siyasi-ideoloji mübarizənin sürdürülməsinə çalışmışlar. Bu siyasi-deoloji mübarizə də atılan önəmli addımlardan biri 1850-ci illərdən etibarən ilk dəfə “Azərbaycan” adında bir neçə qəzet və gündəliklərin Təbrizdə çap və bölgələrdə yayımlanması idi. Bu siyasi mübarizənin əsas məqsədi quzey azərbaycanla ətraf bölgələrdəki Şiə-Türk Müsəlmanların Çar Rusiyasından xilas olmasına və Anaşəhərə-Təbrizə ilhaq olmasına hesablanmış ideoloji-dini addım idi. Bu siyasi-ideoloji mübarizə Nasirəddin Şahın İngilis ajanları tərəfindən Şahəbdüləzim də terror edildiyi dövrə qədər davam etmişdir.

Qacar türk dövlətinin qafqazlarda öz mədəni təsir imkanlarını qorumaq məqsədi ilə atdığı bu addımlar Çar Rusiyasına Azərbaycan da, qərbi Azərbaycan da və Borçalı bölgəsində müəyyən problemlər yaradırdı, amma  buna qarşılıq Çar Rusiyasının ən önəmli rəqibi olan Osmanlıların qafqazdakı Türk müsəlmanlardan yararlanmasına şiə-sünni problemi mane olurdu.

Nasirəddin şah terror edildikdən və Müzəffərəddin şah hakimiyyətə gəldikdən sonra Qacar Türk dövləti çöküşə doğru sürükləndi. xarici siyasətindəki uzağa hesablanmış stratejisi o cümlədən quzey Azərbaycanın və ətraf bölgənin ümmülqəraya-Anaşəhərə-yəni Təbrizə birləşməsi uğrunda 50 ildən çox bir zamanda sürdürülmüş siyasi-ideoloji mübarizə tam iflasa uğradı. Bununla yanaşı 1907-ci il tarixin də gizlicə Çar Rusiyası ilə İngilis Krallığı arasında İranı iki nüfuz bölgəsinə bölən anlaşmanın imzalanması Qacar türk dövlətinin iç müstəqilliyini də böyük təhdidlərlə qarşı qarşıya qoydu. Beləliklə də Qacarların qafqaz siyasəti tam anlamı ilə məğlub oldu. Çar Rusiyası isə öz növbəsində qafqazlarda şiə-sünni ixtilaflarından yararlanaraq həm Osmanlıların bölgəyə nüfuzunu əngəllədilər həm də qafqazlarda Türk-müsəlmanların mütləq çoxunluq təşkil etməsinə baxmayaraq qeyri-müsəlmanların xeyrinə siyasi yapılandırma apardılar. 

1907-ci il Rus-İngilis anlaşması Qacar türk dövlətindən gizli imzalanmasına baxmayaraq zatən İranı iki nüfuz bölgəsinə bölmuşdur. Bu nüfuz bölgüsü anlaşması İranın batı şəhəri Qəsri-şirindən başlayaraq İsfahanın quzey batı bölgəsindən keçib, Xorasanın sərəxsinə və bu günkü Əfqanistanın Xaf dağlarına qədər uzanan böyük bir dairəni qapsamına alırdı. Təxminən iki milyon kv Km ərazini əhatə eləyən bu anlaşmaya görə güney topraqlar İngilislərin, quzey topraqlar isə Ruslararın nəzarətinə verilirdi. Bu sümürgəçilik anlaşması 13 il gizli saxlandıqdan sonra 1920-ci ildə Qacarların son şahı Əhməd şaha İngilis və Rus diplomatları tərəfindən dövlət adına rəsmən imzalanması və qəbul edilməsi üçün sonuldu. Qacar türk dövlətinin bəqası və davam etməsi üçün bu anlaşmanın dövlət adına rəsmən imzalanması tələb olunurdu. Ancaq Əhməd şah gerçək tarix səhifəsində qızıl sözlərlə yazılması gərəkli olan məşhur tarixi ifadəsi ilə bu alçaq anlaşmanı geri çevirmişdir. Əhməd şah demişdir: “bu sümürgəçilik anlaşması ulu nəslim Qacara şərəf gətirməz. Mən bu şərəfsizlik damğasının, bu tarixi ləkənin ulu nəslim qacarın adına vurulmasına boyun əymərəm. bunu imzalayıb İranın şahı olmaqdansa paris küçələrində ləbləbi-çuğundur satmağı tərcih edərəm.”(anlamca. yazardan). Belə də oldu. Qacar Türk dövləti İranın bağımsız son türk dövləti olaraq gerçək tarixin qızıl səhifəsinə keçdi.

Imperaturluqiçi böhran keçirən Rusiyanın razılığı və İngilislərin bir başa müdaxiləsi ilə İran da 3 isfənd 1299/21 fevral 1921-ci il  tarixində dövlət çevrilişi həyata keçirildi. Bu çevrilişlə də qeyd edilən anlaşma açıq-aşkar hüquqi qüvvə kəsb etdi. Bu çüvrilişlə İranda Rusla İngilisin tam sümürgəçiliyində geriçi bir hakimiyyət qurulmuş. Və bu Pəhləvi sülaləsi adlanan hakimiyyət azınlıq olan farsların böyük çoxunluq olan Türklər üzərində ağalığını qurmağa hesablanmışdır.

Pəhləvi sülaləsi hakimiyyətə gətirildikdən sonra İranda türk dili və  mədəniyyəti qəti qəddarlıqla yasaqlandı. Türk bölgələri tam ögey münasibətə məruz qaldılar. Türklər vəhşicəsinə ayrı-seçkilik siyasətinə tabe tutuldular. Türkcənin məktəblərdə oxunması yasaqlandı. Mərkəzdən Türklərə qarşı elan edilməmiş savaş başladıldı. Tarixdən Ümmülqəra-Anaşəhər ləqəbi alan Təbriz şəhərinə qarşı mərkəzdən təzyiqlər artmağa başladı. İranın ən gəlişmiş, ən böyük və ən abad şəhəri olan Təbriz az bir zamanda İranın geri qalmış şəhərləri sırasına keçirildi. Işsizlikdən, Türkə qarşı nifrət siyasətindən dolayı aclıq və səfalət Türk bölgələrində günü-gündən artmağa başladı və bu vəhşi siyasət yanısıra türk bölgələrindən fars bölgələrinə kütləvi küçlərə səbəb oldu və b.

İranda Fars azınlığını təmsil edən asılı pəhləvi sülaləsinin 54 illik (1925\1979-ci  illər) hakimiyyəti dövründə İranın xarici siyasəti əsasən qeyd edilən nüfuz bölgəsi anlaşmasının gərəyincə həyata keçirilirdi. Buda Qafqaz bölgəsində Rus və qeyri türklərin xeyrinə, Ərəb bölgəsində isə Ərəblərin əleyhinə İngilislərin xeyrinə hesablanmışdır. Bir sözlə bağımız bir dövlət olmadığına görə asılı, boyunduruqlu və geriçi bir hakimiyyət olaraq asılı olduqları Rus və İngilisin maraqları icabınca çıxış etməli olurdu.

1979-cu il devrimindən sonra da mahiyyətcə konkret bir şey dəyişilmədi. Devrim ölkəiçi qeyri farsların özəlliklə Türklərin Pəhləvi hakimiyyətinə qarşı  olan həddsiz nifrətindən qaynaqlanan etirazlara dayanırdı, başqa bir sözlə desk İslam devriminin ictimai dayağı və lokomotivi qeyri-fars özəllilə narazı Türk toplumu idi.  ancaq xarici maraqlı tərəflər – başda İngilslə Sovet Rusiyası olmaqla ABD və vasitəçi rolunda çıxış eləyən Fransa İranda Federal, hüquqi, dünyəvi və pluralist bir demokratik sistemin qurulmasında maraqlı olmadıqlarına vəya ortaq məxrəcə gələ bilmədiklərinə görə ölkədə maraqlarına uyğun yeni bir dini dispotizmin qurulmasına əlverişli şərait yaratmış oldular. Bu dini dispotizm bir sıra Türklərə yönəlik sərt qadağaları aradan qaldırsa da milli zəmində konkret bir şey dəyişilmədi. Türk dilinin tədrisi yenə yasaqlı olaraq qaldı, türk bölgələrinə ögey münasibət Pəhləvi dövründəki kimi vəhşicəsinə olmasa da yenə başqa bir formatlarda davam etdirildi. Bu Türkə qarşı olmaq anlayışı istər istəməz İranın xarici siyasətinə də yansımış olurdu.

1991-ci ilə qədər İranın Qafqazlardakı gerçək təsirindən danışmaq sadəcə boş söz olardı. 1991-ci ilə qədər nəinki İran Qafqazlara yönəlik təsir imkanlarına sahib deyildi, əksinə qafqazları yönəldən Sovet Rusiyası faktiki şəkildə İranın quzey bölgəsi üzrə tam nəzarət hüquqna sahib idi. Sovet Sosialist Cumhuriyətləri Birliyi dağıldıqdan sonra İran da Türkiyə kimi bölgəyə giriş imkanları qazandı. Ancaq İran Türkiyənin tərsinə Rusiyadan asılı olduğuna görə Türkiyə kimi bağımsızlığını yeni qazanmış dövlələrə yönəlik müsbət rol üstələnməkdən aciz qaldı. İran Rusiyadan ayrılmış bağımsız yeni dövlətlərə yönəlik təsir və nüfuz siyasətini Rusiyanın  imperialist maraqları istiqamətində qurmağı tərcih etdi. İranın bu geriçi siyasəti bölgə millətlərinin gəlişməsinə, demokratikləşməsinə, xalqların azad seçiminə və Rusiyanın təsirindən çıxmağa yönəlik göstərdikləri cəhdlərin məğlub olmasına səbəb oldu.

Bu haqda İranın Rusiyadakı səfiri Məhmudreza  Səccadı son vaxtlarda Moskvada keçirdiyi mətbuat konferansında İranın bu siyasətini belə izah etmişdir: “İran Rusiyanın cənub bölgəsində Rusiyanın bütün nüfuzunun keşişçisi kimi çıxış edibdir. İranın Rusiyaya yönəlik bu səmimi və qardaşlıq münasibəti olmasaydı Rusiyadan ayrılmış yeni bağımsız dövlətlər bu gün batının müttəfiqləri olmuşlar. Biz daim onları Rusiya ilə sıx münasibətlərdə olmağa itələmişik..., (anlamca. Yazardan).” İranın Mərhum Elçibəyin rəhbərlik etdiyi AXCP-nin Azərbaycanda qurduğu bağımsız demokratik hakimiyyətinə qarşı sərgilədiyi münasibət səfirin bu izharatına tam açıq bir nümunədir. Azərbaycanın Rus imperaturluğunun siyasi təsirindən çıxmaq cəhdlərinin məğlub olmasında İranın buna qarşı çıxması böyük rol oynamışdır. Tam bunun tərsinə Gürcüstanda Mixail Sakaşvilinin Rusiyanın təsir dairəsindən çıxmaq uğrundakı mübarizəsinin qələbəsində İran kimi bir qonşunun olmaması, əksinə Türkiyə kimi yeniliyi, demokratik islahatları özəlliklə Rusiyanın imperialist maraqlarına boyun əyməməyə göstərilən cəhdləri dəstəkləyən bir qonşunun olması önəmli rol oynamışdır.

İran bağımsızlığını elan edən Gürcüstanla siyasi münasibətlərini qeyd etdiyimiz kimi Rusiyanın çıxarlarına zidd olmayacaq bir şəkildə qurmuşdur. Bu münasibətlər 7 avqust 2008-ci il müharibəsində də özünü açıq göstərdi. O dövrdə İranın Dışişlər baxanı təmsil etdiyi dövlət Rusiynın bir başa hərbi müdaxiləsi sonucunda Gürcüstandan ayrılmış Abxaziya və Asetiyanın bağımsızlığını taniya bilər kimi bəyanat verməkdən belə çəkinməmişdir. İranın Gürcüstana yönəlik siyasəti çörəklə dəyənək siyasəti olmuşdur. Bir tərəfdən Gürcüstanın çeşitli sahələrində böyük yatırımlar yatırmaqda vəya İran-Ermənistan-Gürcüstan boru neft kəməri kimi böyük iqtisadi-siyasi-stratejik layihələrin həyata keçirlməsin də maraqlı tərəf kimi çıxış edir, digər tərəfdən Abxaziyada, Asetiyada iqtisadi yatırımlar yatırmaq və ölkə də Borçalı Türklərinin dini inanclarından su istifadə edərək Əhl-e-Beyt kimi olduqca radikal dini icmalar qurub Gürcü dövlətinə yönəlik təzyiq vasitəsi kimi əldə saxlayır.

İran-Gürcüstan münasibətləri günü-gündən daha pisləşəcəyi gözləniləndir. Gürcüstan Prezidenti Mixail Sakaşvili 15 gün öncə ABD-ə etdiyi səfərdə açıq bildirdiki İran-ABD arasında hərbi durum yaransa biz bir başa ABD tərəfindən çıxış edəcəyik.

İranın Gürcüstanda yürüddüyü təriqət yönümlü siyasət Türk və Müsəlmanların vahid-Bütöv bir toplum kimi formalaşmasına və ölkənin ictimai-siyasi-iqtisadi həyaında özlərinə layiq yer tutmalarına mane olur. yenə Şiə-Sünni ixtilafları baş qaldırır. Buda Gürcüstanda bütöv-vahid Türk-Müsəlman tərz-təfəkkürünə olduqca zərərlidir.

 

 

Üçüncü: Rusiya Federasionu

Ruslara gəldikdə istər Çar Rusiyası, istər Sovet Rusiyası, istərsə də indiki Rusiya Federasionu daim imperaturluq həvəsindən çıxış edərək Qafqazlarda öz ağalıq nüfuzunu nəyin bahasına olursa olsun qoruyub saxlamaq istəmişdir. Və bir çox zamanlar Ruslar qafqazlardakı nüfuzlarını törətdikləri saysız-hesabsız cinayətlərin hesabına qoruyub saxlaya bilmişlər.

Ruslar Qafqazlarda əsas iki dövlətlə çəkişməkdə idilər. Bunların biri İran o birisi isə Osmanlı dövlətləri idi. Çar Rusiyasını əvəzləyən Sovet Rusiyası Qafqazları öz tərkibin də saxlaya bilməsinə dolayı təminat verən  iki anlaşma imzalmışdır. Bunların biri İranı iki nüfuz bölgəsinə bölən 21 Fevral 1921-ci il anlaşmasıdır, digəri isə Türkiyə ilə bağladığı Qars anlaşmasıdır.

İranı iki nüfuz bölgəsinə bölən anlaşma nə tənha İrandan qafqaza olan iddiaları yerli dibli yox elədi, həm də İranın özünü belə Rusiya ilə İngiltərənin koloniyasına çevirdi. Sovet Rusiyası Abbas Mirzə dövründən Quzey Azərbaycan və ətraf  bölgələrin Rusiyanın işğalından azad olması uğrunda başlanmış olan siyasi-ideoloji mübarizənin məğlubiyyətindən,  İranda Türklərin vəhşicəsinə ayrı-seçkilik siyasətinə tabe tutulmasından və Anaşəhər deyilən Təbrizin yeni qurulmuş pəhləvi fars hakimiyyəti tərəfindən xarabalığa çevirmək siyasətindən məharətlə su istifadə etməyə başladı.  İrandakı türklərin ayrı-seçkiliyə məruz qaldığını bəhanə edərək ictimai dayaq kimi su istimal etməyə başladı və bunu Türk kimliyi ilə deyil, milli kimliklərini təhrif  edərək mahiyyətcə boş Azərbaycanlılıq adı altında həyata keçirdi. bu yöndə İran Solçları bilər-bilməz böyük rol oynadılar. İran Türklərini vurub-əzən, təhqir edən, onlara yönəlik ayri-seçkilik siyasəti tətbiq edən azınlıq hakimiyyəti olan Pəhləvi sülaləsi, onları Türk olduğu və güclü alternativ olduğu üçün vururdu. Azərbaycanlı olduğu üçün deyil. Hər halda vaxtı ilə quzey Azərbaycanın Rus işğalından azad olunmasına hesablanmış siyasi-ideoloji mübarizə Qacar Türk Dövlətinin çökülüşündən sonra Sovet Rusiyası tərəfindən təhrif edilərək mahiyyətcə boş Azərbaycançılıqla əvəz edildi və cənubi Azərbaycanın Sovet Rusiyasının İrandakı maraqları uğrunda top ətinə çevirdi.

Qars anlaşmasına gəldik də demək yerinə düşərki, bu anlaşmaya görə həm Naxçıvan həm də Acarlar Sovet Rusiyası kimi vəhşi və qəddar bir sistemdə Müxtar Vilayət statusu qazandılar. Bu Türkiyənin qeyd edilən bölgə əhalisinə ərməğanı olmuşdur. Məhz buna görə də Sovet rəhbəri J. Stalin əhali arasında Türkiyəyə olan sevgini aradan qaldırmaq və Gürcüstandakı Türk və müsəlmanları didik-didik etmək, zəiflətmək, azınlıq halına düşürmək üçün olduqca vəhşi və insanlığa sığmayan addımlar atdı. Acarları zorunlu Xristianlaşdırdı, Mesxeti Türklərini qətlam edərək toplu şəkildə Sibirə sürgün etdi, belə ki Acarlarla Borçalı Türkləri arasında yerləşən ahıska Türklərini tam köçürdükdən sonra başqa Gürcüləri o bölgəyə köçürtməklə faktiki şəkildə Acarlarla Borçalıların torpaq birliyini kəsdi. Digər tərəfdən Materialist sistem olduğuna baxmayaraq Şiə-Sünni təriqətləri arasında Şiə-İran mədəniyyətinə önəm verməklə Osmanlıların və onların varisi olan Türkiyənin mədəni təsirini daim zəiflətmək istəmişlər. Bunun da olduqca aydın səbəbi vardır. birinci Türklər tərəfindən idarə olunan bağımsız İran çökmüşdür. Onun hüquqi varisi kimi çıxış eləyən Pəhləvi fars sülaləsi qolçaqdan başqa bir şey deyildir. Ikincisi Rusiya üçün əsasən siyasi anlamda Azəraycanlılıq təhlükə kəsb etməmiş, əksinə tarix boyu döyüşdüyü türk kimliyi, türk mənliyi təhlükə kəsb etişdir.

Məhz buna görə Gürcüstandakı Sünni Ahıska Türklərini toplu şəkildə sürgün etməyə və dolayısı ilə məhv etməyə, Türkiyə ilə kültür birliyində olan Acarları zorunlu şəkildə Xristianlaşdırmağa əl atdığı bir zaman da Şiə Borçalı türkləri arasında Sovet sisteminə boyun əyməyənləri, Türklükdən arınmış mahiyyətcə boş Azərbaycanlılıq mahiyyətini qəbul etməyənləri aradan qaldırmaqla kifayətlənmişdir. Başqa sözlə desək Acar vəya Ahıska Türkləri kimi kütləvi qırqına vəya toplu sürgünə məruz tutulmamışdılar.

Borçalı Türkləri arasında “mahiyyətcə boş Azərbaycanlılıq” milli kimlik kimi hakim olduqdan sonra bu toplum müəyyən mənada milli kimlik bilirsizliyinə uğramışdır. Mumlaşdırılmasına cəhd göstərilmişdir və müəyyən mənada bacarmışlar. istənilən sol və gerici güclərin alətinə çevrilməyə açıq toplum halına gətirilmişdir. Sovetlər Borçalı Türklərinə Gürcüstan Azərbaycanlıları kimi bilirsiz və mənasız bir mahiyyət verməklə Gürcüstanda özləri üçün ictimai dayaq yaratmışlar desəm yanılmaram. Sovet dövründə Gürcüstan Azərbaycanlıları kimi formalaşan kəsim Gürcüstanda Gürcü xalqı ilə riqabətdə olmuş və bu riqabətdən doğan bütün məsələlərin Moskvada həll edilməsinə şərat yaradan lokomotiv olmuşlar. Buda Gürcüstan da vahid Gürcüstanlı kimliyinin yaranmasına mane olmuşdur. Necə ki bu rolu Azərbaycan Sovet Cumuriyətində bu rolu Ermənilərlə digər azınlıqlar oynamışlar. Bu Sovet Rus İmperaturluğunun vahid siyasi xətti olmuşdur və bütün cumhuriyətlərdə icra edilmişdir.

Bu gün Gürcüstan da Rus dili və ədəbiyyatı ancaq və ancaq Gürcüstan Azərbaycanlıları tərəfindən müdafiə edilir. Gürcülər ölkələrində Rus İmperaturluğunun ağalığını xatırladan bütün elementləri aradan qaldırdıqları bir dövrdə nə yazıqlar kı, bizimkilər Rusiyanın İmperialist maraqları üçün və onların dili və ədəbiyyatı üçün dirənirlər. Harda Gürcüstan Azərbaycanlıları yaşayır orada Rus müstəmləkəçilik əhval-ruhiyyəsi tamami ilə hiss olunur, Rus dili danışılır və Rus hegemonluğu özünü göstərir.

Bəllidirki bu gün Azərbaycanı idarə edən kəsim mahiyyətcə boş Azərbaycanlılıq məfkurəsinə dayanır. Bu məfkurənin müəllifləri elə Rus İmperaturluğunun qorunub saxlanmasında əsas rol oynayan stratejistlər olmuşlar. Bu hakimiyyət Rusiyadan tam asılı bir vəziyyətdədr. Dış siyasətini  o cümlədən Gürcüstana yönəlik siyasətini Rusiyanın imperialist maraqlarına uyğun qurur.

Məhz buna görə də bu gün Gürcüstan Azərbaycanlılarının bir çox aktiv siyasiləri Gürcüstanın batı tərəfindən dəstəklənən nisbətən demokratik hakimiyyətinin əleyhinə Rus bluku ilə birləşir. Və bu geriçi mövqeləri ilə həm Gürcüstanın ictimai-siyasi-iqtisadi həyatına inteqrasiyanı əngəlləyirlər, həm “Gürcüstan Azərbayanlıları” kimi mahiyyətcə boş və bilirsiz bir kimliklə Gürcüstandakı Türk və Müsəlman topluluğunun vahid-bütöv toplum kimi çıxış etməsinə mane olurlar.

Sonuç:

Gürcüstan Türklərinin milli kimlik sorununun həllinə dair yazarın fikri

Yazarın gəldiyi qənaətə görə Gürcüstanın parçalanmasını Rusiyadan başqa heç bir güc istəməz və istəndiyi təqdirdə də başarılı olması inadırıcı deyildir. Rusiyanın ipi ilə quyuya düşən, çıxmaz və çıxamaz desəm yanılmaram. Azərbaycanın mövcud hakimiyyəti Gürcüstan Azərbaycanlıları kimi mahiyyətcə boş kimliyi burada dəstəkləməsi Azərbaycan Türk millətinin xeyrinə deyil, məhz Rusiyanın imperialist maraqlarına qulluqdan irəli gəlir. Buna getmək nə Azərbaycan Türk millətinə nə Gürcüstanda yerli torpaqlarında yaşayan Borçalı türklərinə fayda gətirməz. Bu Buradakı türkləri Gürcüstanın ictimai-siyasi həyatına inteqrasiyadan geri qoyar. Gürcü xalqı tərəfindən potansiel təhlükə qaynağı kimi alqılanar.

Bizcə Gürcüstan da yerli torpaqlarında yaşayan türk və müsəlmanlar gerçək milli və dini (məzhəb deyil, din.) kimlik ətrafında birləşməyi bacarmalıdır. Bu milli kimlik əskidən bəllidir: biz Türkük və Müsəlmanıq. Gürcüstandakılar Gürcüstan Türkləri və Müsəlmanlarıdır. Gürcüstan onların vətənir. Gürcülər qədər bu vətən onlar üçün də əziz olmalıdır. Bütün sahələrdə Gürcülərlə tam bərabər hüquqlara sahib olmalıdırlar. Və bu haqlara sahib olmaq üçün də tam demokratik və sivil mübarizə aparmalıdırlar və bunun üçün ictimai həyatda aktiv omalıdırlar.

Son qənaətim belədirki Gürcüstandakı Türk və Müsəmanlar vahid bir toplum oluşdurmalıdırlar. Bunun üçün birinci şərt Gürcüstan Azərbaycanlıları kimi bilirsiz və mənasız siyasi deyimə son qoyulmalıdır. Azərbaycan Cumhuryətində Ləzgi və Talış kimi qeyri Türklərdə yaşayır. Onlar Azərbaycanın bu günkü ərazisində yaşadıqları və Azərbaycan yurddaşları olduqları üçün Azərbaycan Türk milli kimliyinə sahiblənməlidirlər. Gürcüstandakı Türk və Müsəlmanlar da Gürcüstanda yaşadıqları və buranın yurddaşları olduqları üçün Gürcüstan milli kimliyinə sahib olmalıdırlar. Amma o milli kimliyi öz türk və müsəlman milli kimliyi ilə bərabər götürməlidir. Gürcütanda yaşadığı üçün Gürcüstanın milli kimliyində türk-müsəlman dəyərləridə özünə layiq yeri tutmalıdlr. Başqa bir sözlə Gürcüstan Milli kimliyi Gürcüstanda yaşayan bütün toplumların milli-dini dəyərlərinin sentezi rolunda çıxış etməlidir və bizim Türk-müsəlmanlar da bu istiqamətdə çıxış etməlidirlər.

Özünü unutdurmadan Gürcüstan milli kimliyinə sahiblənmək üçün birinci buradakı Türklər “bütöv Gürcüstan Türkləri” topluluğunu təşkil etməlidirlər. Buradakı Müsəlman Avarlar “Avar Müsəlman topluluğu” və Acarlar  “Acar müsəlman topluluğu”-nu təşkil etməlidirlər. Ardınca bu topluluqlar türk-müsəlman toplumunu təşkil etməklə Gürcüstanın ictimai-siyasi həyatında özünə layiq yer tutmaq uğrunda sivil mübarizə də bulunmalıdırlar.

Gürcüstanda sivil və demokratik mübarizə üçün olduqca əlverişli hüquqi şərait vardır. Gürcüstan dövləti milli və dini azlıqların hüquqları ilə bağlı  bir çox bölgəsəl və uluslararası anlaşmalara qoşulmuşdur. Doğrudur bir sıra şərtlərlə, məhdudiyyətlərlə qoşulduğu müqavilələrdə vardır. amma buna baxmayaraq Gürcüstan türkləri düzgün istiqamətdə irəiləsələr bir çox sahədə başarılar əldə etmək mümkündür.

1.         Qeyd etdiyimiz istiqamətdə düzgün fəaliyyət göstərmək;

2.         Türkiyə ilə Gürcüstanın sıx itifaqda hərəkət etməsi faktoru;

3.         Gürcüstandakı Türk-Müsəlman toplumunun  say etibarı ilə ən böyük milli azlıq olduğu faktoru.

zaman daxilində öz təsirini göstərəcəyinə şübhə yoxdur. Gürcüstanda Türklərin toplu şəkildə yaşadığı Borçalı mahalında türk dilinin bölgəsəl dil statusunun verilməsi qaçınılmaz olacaqdır. Və dolayısı ilə Gürcüstanla türkiyənin sıx ilişkiləri günü-gündən gəlişdikcə, irəlilədikcə  Gürcü milli kimliyi ilə yanaşı türk milli kimliyi Gürcüstan həyatında özünə layiq yeri tutmasına şübhə etmirəm. Yetərki qeyd edilən istiqamətdə düzgün və səmərəli addımlar Türk toplumu özəlliklə Borçalı türk aydınarı tərəfindən atılmış olsun.

O günün ümüdi ilə....

Sonda bir sıra bilgilərin əldə edilməsində yardımı toxunan sayğıdəyər dostum E. B. Bəyə təşəkkürümü bildirirəm.

Rəhim Cavadbəyli

Tiflis

 

                                                      Son

23/02/2012

Saat: 02:36

04/12/1390