| Çağdaş Tariximiz ve Milli Herekatımızın Mübarize ve Meqsed Stratejisi-4 |
|
Rehim Cavadbeyi Ağ inqilab prujəsi mahiyyətcə Batının elmi və məntiqi inkişaf prosesinə uyğun şəkildə Sərmayəsi daşınmaz əmlak üzərində qurulmuş ölkənin Feodalizmdən kapitalizmə və ya xodda ki, xan xanlıqdan təhərrükdə olan Sərmayəyə dayalı açıq azad bazara ABD – nin bir başa iştiraki ilə əhalinin ictimai-iqtisadi –siyasi şüurunun qatqısı yetərincə olmadan , təziq vasitəsi ilə keçidini təmin edirdi. 3.3 Ağ İnqilab :
Ağ inqilab adından da bəlli olduğu kimi Sovet Rusiyasının Qırmızı devrimçilik prujəsinin alternativi olaraq o zamanın üçüncü ölkələrində o , cümlədən iranda batı , daha dəqiq desək ABD tərəfindən Sovet Rusiyasının ideoloji hücumunun qarşısına maneə olaraq dikilmışdir.bu ağ inqilab projəsi dırnaq arası iran Milli Hükumətinin devrilməsi ilə ABD yanlısı Zahidinin Başnazir olaraq yeni Hükumət qurmasının ardından solçular tərəfindən daim icrası istənilən torpaq islahatı doğrultusunda, ABD tərəfindən müdafiə edilən ABD – nin İctimai dayağı olan asılı Milli Burjuanın kütlə içində yayqınlaşmasına , möhkəmlənməsinə xidmət edəcək bir önəmli projə idi. Ağ inqilab prujəsinin başlanması ABD – nin Avrupaya yardım paketi –Marşal planının sonlarına təsadüf edir , 1962 / 6 Bəhmən 1341 –ci il genəl xalq səs Sorulması ilə start götürmüşdür . bu dönəm bu üç güçün bölgədə özəlliklədə iranda nüfuz və ölkəni nəzarət üzərində ardı kəsilməz çəkişmələrlə keçməkdə idi.ölkənin əhalicə böyük çoxluğu toprağa təhkim Xan-Xanlıq , Feodalizm üsul idarəsində rəyət olaraq İnsan Hüquq və Azadlıqlarından məhrum orta çağda olduğu kimi gün keçirməkdə idi. Din xadimləri ilə qırılmaz sıx bağları olan Feodallar İngiltərənin ictimai dayağının əsas aparıcısı olaraq bu sayca ölkənin böyük çoxluğunu oluşduran dünyadan xəbərsiz saxlanılan hüquqsuz Ellər (Əşairlər) və kəndli kütləsi İngiltərənin siyasi çıxarları doğrultusunda ən yüksək dərəcədə su istimal edilməkdə idi. ABD bu ağ inqilab projəsi ilə bu torpağa təhkim bədbəxtliklə istər istəməz razılaşdırılmış olan Kəndli kəsimi Torpağa təhkimlikdən azad etmək, onların böyük Şəhərlərə axışına şərait yaratmaq , yaranacaq işsizlik trafiyini isə ABD doları hesabına açılmış və açılması planlaşdırılan Montaj Sənaye fabriklərində işə götürməklə və yaranacaq tikinti işləri ilə və digər böyük Şəhərlərə xas olan (plansız Orbanizasiona məruz qalan , böyüməyi məcburiyyətdən irəli gələn şəhərlərə xas olan ) parazit işlərlə həll etmək və nəhayət ölkədə rəqibi olan ingiltərənin əsas ictimai dayağı , Rusiyanın isə potansiel ictimai dayağı hesabına öz ictimai dayağını tam gücləndirməyi planlaşdırmışdır.
ABD – nin o dönəm ki, Cümhurbaşqanı Kenedi ölkənin geriçi durumuna , əhalinin böyük çoxluğunu oluşduran torpağa təhkim kəndlinin orta çağ xan-xanlıq üsul idarəsində qalmasını və Böyük Mülkədarların varlığını güclü mərkəzçi Hakimiyyətin yaranmasına mane olduğunu və ölkənin modernləşməsi və inkişafı üçün böyük əngəl törətdiyini vurğulamaqla Şahı bu islahata getməyə zorladı .ABD bununla həm Rusiyanın həmdə İngiltərənin ölkədə ki ictimai dayağına böyük zərbə vurmuş olurdu .Məhəmmədrza Şah isə öz növbəsində ölkədə böyük Reforma ehtiyac olduğunu çox yaxşı bilirdi . Şah bu dinc islahatlarla ölkənin feodalizm sistemindən Şəhərləşməyə ( Şəhərlərə sürətli axış , Orbanizasion ) və Montaj Sənayeləşməyə dayalı Burjua mərhələsinə keçidin nə qədər inkişaf və çağdaşlaşmaq üçün önəmli olduğunu dərk edirdi .Şah bu islahatlarla yanaşı digər ictimai-siyasi islahatlarda aparmaqda qərarlı idi.buna qadınlara səsvermə hüququnu tanıması , Qurani Kərimi digər göydən gələn kitablarla bərabər hüquqda olmasını bildirməsi bariz nümunədir . Şah ABD – nin Müdafiə etdiyi Əli Əminini Başnazir və yaradılmış torpaq islahatı üzrə örgütün məsulu seçərək üç mərhələdən (birinci İsfənd 1343 , ikinci Mehr 1347 və İsfənd 1349 ) ibarət torpaq islahatına start verdi.birinci mərhələ ölkənin ən narazi bölgəsi olan Güney Azərbaycanda , yəni Marağada ,Qaradağda ,Əhərdə həyata keçirildi. İngiltərə isə bir tərəfdən bunu önləmək məqsədi ilə Din xadimlərinin vasitəsi ilə uzun vadəli tədbirlər alırdısa digər yandan qarşısı alınmaz prujə olduğunu gördüyündən dolayı bu prujədən bacardığı qədər yararlanmağı məqsədə uyğun hesab edirdi.Tudə isə potansiel dayaq hesab etdiyi kəndlini və kəndlidə ən aktual məsələ olan torpaq islahatı kimi bir vasitənin əlindən çıxdığını görərək istər istəməz ona qarşı çıxmağı məqsədə uyğun görürdü. Ağ inqilab prujəsi mahiyyətcə Batının elmi və məntiqi inkişaf prosesinə uyğun şəkildə Sərmayəsi daşınmaz əmlak üzərində qurulmuş ölkənin Feodalizmdən kapitalizmə və ya xodda ki, xan xanlıqdan təhərrükdə olan Sərmayəyə dayalı açıq azad bazara ABD – nin bir başa iştiraki ilə əhalinin ictimai-iqtisadi –siyasi şüurunun qatqısı yetərincə olmadan , təziq vasitəsi ilə keçidini təmin edirdi. İdeoloji açıdan isə Tudə V.İ.Leninin nəzəriyyəsinə dayanaraq güclü və mütəşəkkil sosialist ideoloqların kütləni məqsədli şəkildə irəliyə aparmağa qadir bir kəsimin varlığı ilə Feodalizmdən Kapitalizmə keçid etmədən bir başa sosializmə keçidin təmin etməyin mümkünlüyünə inanaraq bu ABD ürünü olan ağ inqilaba qarşı çıxırdısa , ingiltərə sadəcə xan-xanlığın qalmasını öz mənafeinə uyğun hesab etdiyinə görə ona qarşı çıxırdı. ABD 1330-cu illərin axırlarından və 1340 –ci illərin əvvələrindən etibarən ictimai dayağının əsasını oluşduracaq özəl sektura(xüsusi bəxşə) böyük önəm verməyə başlamışdı.bunun nəticəsində ölkənin böyük şəhərlərində o , cümlədən Təbrizdə , Tehranda , Şirazda , İsfahanda , Ərakda Sənaye fabriklərinin açılışını təşkil etməkdəidi . İngiltərə bu Sənaye fabriklərinin qoyuluşunda nəsibsiz qalmamışdır,belə ki, qoyulan Sənayə Fabrikləri demək olar ki, bir çoxonun Bir başa və ya xodda ki, dolayısı ilə İngiltərə Sənayesinin tərkib hissəsi olduğuna görə onların imtiyaz sahibi idi , misal olaraq Rumaniyadan alınmış Təbriz Traktur qayırma Fabrikinin imtiyazi bir başa İngiltərəyə məxsusidi . 1342-ci ildən 1350-ci illərə(1962-3-1971)kimi sürən Torpaq islahatı özü ilə özəl sekturun yaranmasını və inkişafını da qaçınılmaz etmişdir.1342-ci ildə ağ inqilaba şah start verdikdə öz nüfuzunu itirəcəyindən ehtiyatlanan ingiltərə Din xadimlərinin ən radikal kəsimi ilə - yəni İntelicens Servisin əmir qulu olan Şeyx Fəzlüllah Nurinin Qardaşı nəvəsi Ruhullah Musəvi Xomeyni ilə ən sərt mövqeyini ortaya qoydu. Ağ inqilab elan edildikdə Xomeyni Qum şəhərində ağ inqilabın həyata keçirmək istədiyi torpaq islahatını İslam Şəriətinə daha dəqiq deyilsə Mülkiyyət hüququna zidd olduğunu bəyan edərək Xan və böyük maliklərdən yana bədbəxt torpağa təhkim kəndlilərin əleyhinə olaraq torpaq islahatına qarşı çıxmağa başladı.öncə də qeyd edildiyi kimi bu ölkədə baş verən reformlar kütlənin ictimai-siyasi-iqtisadi şüurunun ürünü olmadığından və təziq vasitəsi ilə ölkədə baş verən reformlar olduğundan dolayı bu geriçi din xadimləri yenə xalqın iradəsini xalqın əleyhinə su istimal etməyi bacardı.Xomeyninin bu ağ inqilaba qarşı çıxışı 1342-ci il Qum hadisələrinə nədən oldu,bunun nəticəsində isə 15 Xurdad –da Xomeyni həbsə alındı ,13 abanda isə Türkiyəyə sonra İraq daha sonra isə Fransaya göndərildi.ingiltərə ABD – nin asılı Milli Burjua və özəl sekturla ortaya gətirmək istədiyi güclü ictimai dayağına qarşı ən böyük təsirə malik Din Fakturunu ,xalqın daim dini etiqadını öz qrup mənafei icabınca su istimal edən onu arxasınca sürüyən Din xadimlərini qoymuş oldu , bu faktur gələcəkdə də görəcəyimiz kimi ölkənin siyasi arenasında həll edici faktura çevrildi. Torpaq İslahatı üzrə Örgüt Senat və Məclisdə bulunan və ya xodda ki nüfuz sahibi olan böyük maliklərin torpaq islahatına qarşı çıxışlarına dinc yollarla son qoymaq məqsədi ilə çeşitli vasitələrdən istifadə edirdi . bunlardan biri mülkədarların bilikli mənsublarına hərbi və Güvənlik sahəsi kimi Dövlət əhəmmiyyətli görəvlər verməkidi.bu isə ŞAh ordusunda özəlliklədə Güvənlik örgütündə ABD-nin nüfuzunu hakim səviyyəyə qaldırmışdır , Buna nümunə olaraq Qaradağlı Böyük Əmirin[12] (Böyük Əmir Ərşəd Xanın ) mənsublarını göstərmək olar , lakin buda gözlənilən tam nəticəni verməmişdir.Senat və Məclisdə bulunan Mülkədarlar bu Torpaq islahatı taslağını-layihəsini dəfələrlə mübahisəli layihə kimi müzakirəyə çıxartmışlar , nəticədə isə layihədə Maliklərin xeyrinə bəzi qərarlar qəbul edilmışdir.bu qərarlardan biri maliklərə torpaqlarından 800 Hektar dem 400 Hektar sulu Əkin sahəsini özlərində saxlamaq hüququnun verilməsi və digər tərəfdən ölkənin böyük bir bölgəsində torpaq islahatının Mülkədarlarla Rəyət arasında uzlaşmalara buraxılması idi.bunun nəticəsində isə Maliklərlə Rəyətlər arasında çeşitli çətinliklər yaranır , iki kəsim arasında uzlaşmaları çıxmaza soxurdu,bu isə ölkənin ənənəvi Kənd təsərrüfatına çox böyük mənfi təsir buraxırdı.digər yandan torpaq islahatının bir tərəfli aparıldığına görə azad olmuş torpağa təhkim kəndli əldə etdiyi əkin torpağından yararlanmaq üçün gərəkilən vəsaitlərin olmadığından dolayı Böyük Şəhərlərə axışmağı daha əlverişli hesab edirdi.beləliklədə bu dövrdən başlayaraq ölkənin böyük çoxluğunu ,yəni 70% -80% -ı oluşduran kəndlilərin Şəhərlərə köçü kütləvi hal almağa başladı.bununlada demək olar ki, ABD – nin gözlədiyi olan torpağa təhkim gözü bağlı Kəndlilərin Şəhərlərə axışıb asılı Milli Burjuanın yaranıb güclənməsinə planlaşdırılmış ağ inqilabın hədəfə nail olmasını göstərir Bu irəli sürülmüş fikrimizi dövrün sitatiktik (amar) saylarıda təsdiq etməkdədir.Məşrutə dönəmində təxminən 8-9 Milyonluq , 1320 – ci illərdə 12-13 Milyonluq əhalinin azından 75% - nı kəndlilər təşkil edirdi , 1330 –cu illərdə isə Kəndlilərin Şəhərlərə köçünə nədən olan çeşitli Hadisələrə rağmən Ölkənin təxminən 18 Milyonluq Əhalisinin 70%-nı kəndlilər təşkil edirdi, lakin bunun tam tərsinə 1340 –ci özəlliklədə 1350 –ci illərdəki statiktik saylar tam bir yer dəyişmə devrimini göstərməkdədir.belə ki, 1350-ci illərin sitatiktik sayına görə ölkənin 33 – milyonluq əhalisinin təxminən 16 milyona yaxın hissəsi yəni 48-49 % -nı Şəhər sakinləri təşkil etməkdədir.aşağıda çeşitli dövrləri içərən sitatiktik say cədvəlini veririk.[13](cedvel burada yerleşmediyine göre onu aşağıdakı siteden elde ede bilersiniz) Son söz olaraq o dönəmin siyasi-ictimai Partiyalarının və söz sahibi Din xadimlərinin nə qədər asılı və xalqın iradəsini və manafeini təmsil etmədiklərinə dair nümunə kimi bəzilərinə işarə etməyimizdə yarar var , Ağ İnqilab yalnız və yalnəz ABD –nin müdafiəsi və himayəsi altında həyata keçdiyinə görə bir neçə qrup istisna olmaqla əsasən bütün siyasi Partiyalar və yüksək din xadimləri bu islahata obyektiv dəyər vermədən , onu olduğu kimi dəyərləndirmədən ,buna qarşı çıxmağın nə qədər geriçi olduğunu nəzərə almadan bir mənalı şəkildə ağ inqilaba qarşı çıxdılar.buna misal olaraq Bütün yüksək Din xadimlərinin özəlliklə Xomeyninin islahata qarşı sərt Bildirilərini ,2. Fərvərdin 1342 – ci il Qum və sonra Məşhədin qarşıt əyləmlərini , bu etirazlara Ayətüllah Məhmud Əlayi Taliqaninin , Ayətüllah Məkkarimi Şirazinin və b. yüksək səviyyədə dəstək verməsini və ya xodda ki, Batı Təhsilli Təbrizli Bazərganinin başçılığında ki, Nehzəti Azadi ( azadlıq Nehzəti ) nin , Tudənin və ümumiyyətlə bütün Milli Məzhəbilərin ,M. Mehrdadın Rəhbərliyindəki Paniranist Bayraqdarların , İran Partiyasının , Dariyuş Fruhərin başçılığında ki, Paniranist Millət Partiyasının ümumiyyətlə ikinci Milli Cəbhəçilərin çıxışlarını göstərmək olar.maraqlıdır ki, bu anlarda İngiltərənin mənafei icabınca ağ inqilaba qarşı çıxan Milli Məzhəbilər və ya xodda ki, Milli Çəbhəçilər gələcək siyasi oluşumlarda görəcəyimiz kimi ABD-dən asılı Milli Burjua tərəfindən qıdalandıqlarına görə ölkə içində İngiltərə ilə Rusiyanın ictimai dayaqlarına qarşı ən əsas ABD yanlısı ictimai dayağa çevriləcəklər. burada qeyd edilməsi yerinə düşər ki, ölkədə hansısa bir ictimai kəsim ümum ölkənin , ümum xalqın Milli çıxarlarına yönəlik fəaliyyətdə deyildi , çünki hamısı o və ya bu gücün aləti feli olaraq sadəcə öz şəxsi və qrup mənafelərinin qorunulub saxlanmasını və digər qrupun hesabına varlanmağı əsas məqsəd olaraq güdmüşlər. Belə ki, necə ki, Din Xadimləri öz sinfi hegemonluqlarının ölkədə sürdürülməsini İngiltərənin gizli servisinə mədyun hesab edirdi,necə ki, dırnaq arası Sosialistlərimiz başqa ifadə ilə desək Mütaliə ilə Kommonist olmuşlarımız öz mövcudluğunu Sovet Rusiyasına burclu hesab edirdi , böyük maliklər və Şəhərlərin Böyük tacirləridə öz sinfi güclərinin qorunulub saxlanmasını və ölkənin Hərbi və güvənlik servisində (SAVAKda)böyük görəvlərə sahib olmalarını bir başa ABD-ə borclu olduqlarını düşünürdülər.buna görə də İran adlanan ölkədə buracan hec vaxt faktiki olaraq İctimai Şüur açısından Könüllü və Şüurlu şəkildə bir Millət anlayışı olmamışdır nə olubdusa Təziqə , Zora və Riyakarlığa söykənibdir.buna görə də Paniranizm və Panfarsizm qondarma anlayışı xalqın şüurlu iradəsinə bağlı deyil , bu qondarma anlayışın ictimai dayağı və ya başqa ifadə ilə desək ictimaiyyət arasında ki, Dirəkləri asılı iqtisadiyyata və süni-saxta ideoloji formalaşma üzərində durduğundan həddən artıq zəif və vurma-düşərdi , İran adlanan ölkədə bu isarətə və ictimai fəlakətə son qoymaq üçün Xalqların milli mənlik qazanması və qlubal güclərin bu yalançıq müstəmləkəçilik uydurulmasından vaz keçməsi yetərlidir,bu bölgədə mənafe çəkişməsində olan güclərin bu İrançılıq uydurulmasından geri çəkilməsidə yalnız və yalnız yerli isarətdə ki, xalqların şüurlu Milli iradəsinə dayalı qurtuluş savaşının güc ölçüsünə bağlıdır. |