Bu mail adresi spam botlara karşı korumalıdır, görebilmek için Javascript açık olmalıdır
Aylıq Yazı
Uzun illərdir Azərbaycanlıların ürəklərində həbs olan səs May ayında elə gür çıxdı ki qulaqlarını pambıqla dolduran fars şovənizmi bu səsi minlərcə agac uzaqlarda belə eşitti. İsyan qarşısında tir tir titrəyən faşizm, olayı yüksək səslə öz aralarında danışmaqdan belə qorxurdu. Pıçıltılarla qulaqdan qulağa geçsə də, pıçıltılar belə qulaqları kar edəcək qədər yüksəlməyə başlamışdı. Bu səs əsirlərdir ”zülmə qarşı qiyam” diyən millətin təkrar ayaqlanmasının xəbərçisiydi. May qiyami təkcə devlət gəzətində yayınlanan soycu düşüncənin ürünü olan karikator və yazıya qarşı deyil, pəhləvi rəjimi ilə başlayan və günümüzdə də dəvam edən şövənizm və soyculuğa da qarşı Azərbaycanlının güçlü cəvabi idi. Haqlı istəklərini daha da açıq şəkildə dilə gətirən millətin yenidən varoluş bağırtısı kimi idi. Bu qiyam sanki özgürlük yelini əsdirdi. May olayları Azərbaycan milli qurtuluş hərəkətinin bəlki də ən somut göstərgəsidir və hətta bir dönüm noqtəsidir. Bu qiyamla bərbaər hərəkət Azərbaycanlılarıın evinə girmiş oldu, hamı özünü bu qiyamın bir parçası gördü. Yaşlı, gənç, qadın, kişi demədən şəhərlərin xiyavanlarını fəth edən Azərbaycanlılar milli hərkətin kitləsəlləşdiyini də ortaya qoydular. Tək millət tək dövlət sevdasını illərdir qucaqlayan faşizmin əzbərini pozmuşdu bu hərəkət. Qiyamin əlyhinə birləşən muxalif və muhafəzəkar cəphələr, İranın içərisində və eşiyində qiyamın xəbərlərini baykot etməklə qalmayıb utanmadan Türkləri məhkum etdilər. Haqlı istəklərini dilə gətirdikləri onlarca insan vurularaq öldürüdü, bir çox insan yaralandı, və yüzlərcə insan rejim tərəfindən tutuldu ama heç bir şey olmamış kimi örtbas edilirdi. Ayrımcılığa dur diyən qiyami eşitməzdən gələsə də şovənizm ordusu, o günlərin səhnələrini beynindən siləbilmədi. Beyinlərinə qazılmış olan May ayı elə bir qorxu idi ki hər hansi kiçik bir göstəri artıq rejimin ayaqlarını titrədirdi. Bu qiyamin dördüncü il dönümündə hələ də dəvam edən tutuqlamalarla bərabər artan güvənlik önəmləri mərkəzci zehniyətin bu ayın qiyamının yenidən yüksəlməsindən qorxur. May qiyami bir xatirə deyil bir isyan simgəsidir, mucadələ biçimidir. GÜNASKAM olaraq May qiyaminin il dönümü gününə simgələnmiş 22 may gününün onurlu mucadələmizin yol göstəricisi olması diləyirik. |