Bu mail adresi spam botlara karşı korumalıdır, görebilmek için Javascript açık olmalıdır


        Aylıq Yazı


Uzun illərdir Azərbaycanlıların ürəklərində həbs olan səs May ayında elə gür çıxdı ki qulaqlarını pambıqla dolduran fars şovənizmi bu səsi minlərcə agac uzaqlarda belə eşitti.  İsyan qarşısında tir tir titrəyən faşizm, olayı yüksək səslə öz aralarında danışmaqdan belə qorxurdu. Pıçıltılarla qulaqdan qulağa geçsə də, pıçıltılar belə qulaqları kar edəcək qədər yüksəlməyə başlamışdı. Bu səs əsirlərdir ”zülmə qarşı qiyam” diyən millətin təkrar ayaqlanmasının xəbərçisiydi.

May qiyami təkcə devlət gəzətində yayınlanan soycu düşüncənin ürünü olan karikator və yazıya qarşı deyil, pəhləvi rəjimi ilə başlayan və günümüzdə də dəvam edən şövənizm və soyculuğa da qarşı Azərbaycanlının güçlü cəvabi idi. Haqlı istəklərini daha da açıq şəkildə dilə gətirən millətin yenidən varoluş bağırtısı kimi idi.  Bu qiyam sanki özgürlük yelini əsdirdi.  

May olayları Azərbaycan milli qurtuluş hərəkətinin bəlki də ən somut göstərgəsidir və hətta bir dönüm noqtəsidir. Bu qiyamla bərbaər hərəkət Azərbaycanlılarıın evinə girmiş oldu, hamı özünü bu qiyamın bir parçası gördü. Yaşlı, gənç, qadın, kişi demədən şəhərlərin xiyavanlarını fəth edən Azərbaycanlılar milli hərkətin kitləsəlləşdiyini də ortaya qoydular.

Tək millət tək dövlət sevdasını illərdir qucaqlayan faşizmin əzbərini pozmuşdu bu hərəkət. Qiyamin əlyhinə birləşən muxalif və muhafəzəkar cəphələr, İranın içərisində və eşiyində qiyamın xəbərlərini baykot etməklə qalmayıb utanmadan Türkləri məhkum etdilər. Haqlı istəklərini dilə gətirdikləri onlarca insan vurularaq öldürüdü, bir çox insan yaralandı, və yüzlərcə insan rejim tərəfindən tutuldu ama heç bir şey olmamış kimi örtbas edilirdi. Ayrımcılığa dur diyən qiyami eşitməzdən gələsə də şovənizm ordusu, o günlərin səhnələrini beynindən siləbilmədi. Beyinlərinə qazılmış olan May ayı  elə bir qorxu idi ki hər hansi kiçik bir göstəri artıq rejimin ayaqlarını titrədirdi.

Bu qiyamin dördüncü il dönümündə hələ də dəvam edən tutuqlamalarla bərabər artan güvənlik önəmləri mərkəzci zehniyətin bu ayın qiyamının yenidən yüksəlməsindən qorxur. May qiyami bir xatirə deyil bir isyan simgəsidir, mucadələ biçimidir.

GÜNASKAM olaraq May qiyaminin il dönümü gününə simgələnmiş 22 may gününün onurlu mucadələmizin yol göstəricisi olması diləyirik.

 

 

Çağdaş Tariximiz ve Milli Herekatımızın Mübarize ve Meqsed Stratejisi-5

Rehim Cavadbeyi

Şah ABD-nin bir başa təşəbbüskarlığı ilə Ağ inqilabı həyata keçirsədə nə Kəndlərdə qalan kəndlilərin rifahı və iyitimi üçün nədə ki, Şəhərlərə köçmüş Kəndlilərin Şəhərə adapda-uyum sağlamasına dair hansısa əməlli və effektli-təsirli bir pruqram həyata keçirə bilmədi,Şahın bu başarısız ağ inqlabının nəticəsində keçmişdən qat-qat artıq bir şəkildə xarici ölkələrin Kənd təsərrüfatı malları ilə təmin olan Şəhərlilərlə iqtisadiyyatı iflic olmuş və əməyi önəmsənilməyən kəndlilər arasında uçuruma gətirib çıxartmışdır .  


3.4 1979 / 1357-ci il çevrilişi :

1357 / 1979 – cu il çevrilişi mahiyyətcə iran Fars şüurunu əsas tutan Dinçi , milli Məzhəbi və Sosializm ideolojisinə dayansada əsasən adı gedən güclərin – yəni İngiltərə - rusiya və ABD arasında gedən siyasi çəkişmələrin məhsulu olaraq 1342 / 1963 –ci il tarixindən başlanan ağ inqilabdan qaynaqlanmşdır.

ABD Müsəddiq sonrası öz yanlısı Zahidinin başçılığında qurulmuş Hükumət dövründən başlayaraq ölkə içində sovet Rusiyasından ziyadə əsas rəqibi olan İngiltərəyə qarşı Nüfuz dairəsini addım ba addım artırmaqda idi.bu isə İngiltərəni olduqca narahat edirdi . Sovet Rusiyası isə ölkədə Sosializmin daha açıq şəkildə desək Tudə partıyasının başqa partıyalara baxdıqda olduqca güclü olduğuna rağmən ölkədə hakim ola bilməyəcəyi inancında olduğuna görə bölgədə əsas müttəfiqi olan ingiltərənin ölkədə ABD –siz olaraq o müddətə qədər olduğu kimi əsas nüfuz sahibi olmasını öz siyasi maraqlarına uyğun hesab edirdi,bu üzdən də ABD- nüfuzuna qarşı İngiltərəni öz ictimai dayaqları ilə yeri gəldikdə qəti şəkildə ölkədə dəstəkləməkdə idi , yəni ABD genəl anlamda kürəsəl pruseslərdə Sovet Rusiyasına qarşı öz siyasətini tənzimləyirdisə İranda ingiltərə ilə Sovet Rusiyasının ortaqlıqda bulunan nüfuzuna qarşı öz siyasətini planlaşdırırdı,buna görə ki, İranda Rusiya ilə İngiltərənin 19-cu yüz illiyin əvvəllərindən bəri itirilməsi istənilməyən möhkəm və stratejik ortaq çıxarları var idi.

bu dövrdə gedən siyasi pruseslərə diqqətlə baxıldıqda görünür ki, geriçi Dini axışın rəhbərləri ilə xalqın içindən çıxan , xalqların rifahı və azadlıqları uğrunda mübarizə etdiklərini fərz edən( sanan )mübarizləri özündə birləşdirən sol axının idarə edən Sovetin əmir qulu olan rəhbərlərin güclü ortaq mövqeləri varidi , bu mövqə isə ABD – nin ölkədə günü - gündən artmaqda olan nüfuzuna zərbə vurmaq və nüfuz açısından ABD- nin İngiltərəni ölkədə əvəz etməklə bağlı planlaşdırmış olduğu kursunu vurub əzməklə öz ortaq nəzarətlərini quruyub saxlamaqdan ibarət olmuşdur.

Sol axında bulunan xalqının rifahını , xoşbəxtliyini düşünən onun üçün var gücü ilə mübarizə meydanlarına atılan insanlar isə nə yazıqlar ki, bu aləti fel olan Dini geriçilərin rəhbərləri ilə birləşən Sovet Rusiyasının əmir quluları tərəfindən daim su istimal edilmişdir,bu çirkin siyasətin qurbanları olan mübarizlərin böyük çoxluğunu isə nə yazıqlar ki, Azərbaycan türkləri təşkil etmişdir.

ABD öncə də vurğulandığı kimi ölkədə yeganə nüfuz sahibi olmağı tənha çıxış yol olaraq görürdü , buna görə ki, ABD öz açısından bölgə sorununun bir dəfəlik həll edilməsini ingiltərənin Rusiya ilə birişmiş tarixi hegemonluğuna son qoyulmasında görürdü , bilirdi ki,İngiltərə bölgədə nüfuzunu qoruyacağı təqdirdə , hətta Sovet Rusiyası çökdükdən sonra da bu bölgə sorunu açılmamış düyün olaraq kül altı köz kimi ABD – nin qlubal stratejisinə ən önəmli prublemi yaradacaqdır , bu üzdən də ABD 28 murdad 1332-1953 hadisəsindən özəlliklədə ağ inqilab sonrası ölkədə artmaqda olan iqtisadi – siyasi nüfuzunu ingiltərənin nüfuz dairəsi hesabına tam artırmaq və gücləndirmək məqsədi ilə Saraya bir tərəfdən çeşitli yardımlarda bulunmaqda digər tərəfdən isə islahatların aparılması üçün təziqlər göstərməkdə idi.bunların nəticəsində ABD istər Milli orduda( Milli arteş ), istər Şahənşahın özəl mühafizlərində ( qarde vijeye şahənşahi ) , İstər SAVAK da , istər Sarayda istərsədə digər dövlət istrukturlarında böyük nüfuza sahib olmuşdur,lakin hələ bu uzun sürədən bəri ölkənin çeşitli alanlarında dərin kök salmış ingiltərə ilə müqayisə edilməyəcək qədər az idi. ABD – nin günü-gündən daha artıq təsirinə düşən Məhəmmədrza şah 1344 / 1965 – ci ildə İngiltərənin fəsad içində bulunan geriçi ictimai dayağının başını çəkən , ingiltərənin pondları ilə saraylarda yaşayan yerli vətəndaş Casusların dırnaq arası din xadimlərinin və yalançıq modernistlərin siyahısın və bilgilərin xalqa SAVAK-əli ilə açması nəticəsində ictimaiyyət arasında ingiltərəyə və onun maraqlarına xidmət edənlərə qarşı mənfi rəy formalaşdırmağa təkan verdi .

Məhəmmədrza şahın bu və bu kimi bir çox əməlləri İngiltərəni ona qarşı ciddi tədbirlər görməyə sövq edirdi.İngiltərənin ciddi tədbirlərindən biri , ən başlıcası daim öz maraqları icabınca tam başarılı bir biçimdə istifadə etdiyi , ölkənin və ictimaiyyətin daim nəfəs borusunu – hulqumunu barmaqları arasında sıxan din öncüllərinin içindən radikal biçimdə Xomeynini,mühafizəkar biçimdə isə digər bir neçə daxili üləmaları Şahın əleyhinə qışqırdaraq siyasi meydana cəlb etməsi və bu siyasi xətti Şahın yürütdüyü siyasətə alternativ olaraq zamanına uyğun idarə etməsi idi.

bunlara baxmayaraq ABD ölkədə öz hegemon nüfuzunu yaratmaq üçün çeşitli vasitələrdən o , cümlədən maddi , nizami . tekniki yardımları ilə yanaşı müdafiə etdiyi özəl sektura dayalı reformist Milli Burjuvanın liberal demokrasiyə dayalı siyasi kursu (xətti) istər Rusiyanın Sosializminə istərsədə İngiltərənin gobudcasına dəstəklədiyi geriçi islamçılığına nisbətən daha irəliçi və inkişafa meyilli görünür və Şəhər ictimaiyyətinin orta və yüksək qatı tərəfindən olumlu qarşılanmaqda idi , bu isə ABD-ə öz siyasətini daha qətiyyətlə yürütməsinə sövq edirdi .

1340\1960-cı illərin sonlarında və 1350\1970-ci illərində ABD-nin bölgədə ən yaxın dayağı və İsrailin müttəfiqi olan və bölgənin jandarmı hesab edilən İran , İsrail – Ərəb münaqişəsində İsraildən yana olan bir islami ölkə kimi böyük iqtisadi-siyasi məziyyətlər kəsb etməkdə idi.dünya neft bazarına nəzarətləri güclü olan dövlətlər o , cümlədən İngiltərə Quzey Dəniz neftini yüksək qiymətlə bazara çıxartmaq məqsədi daşıdığına və ardınca Orta doğuda şiddətlənən Ərəb israil münaqişəsində Ərəblər neftin ixrac edilməsini dayandırdıqlarına görə dünya neft bazarında neft son rekordunu vuraraq görünməmiş həddinə qalxmışdır, hər barel neftin qiyyməti 20 Dolardan 50 Dolar civarına qalxması Dünyanın üçüncü ən çox neft ixrac etmə məqamına malik olan İran üçün göydən düşmə oldu. Bu dönəmdə İranın dövlət büdcəsinə milyardlar Dolar pul axmaqda idi.bu isə təxminən 30 milyun əhalisi olan bir ölkənin özəl sekturunun ( xüsusi bəxşin ) inkişafı ,ölkənin Sənayeləşməsi və ümumi inkişafı üçün qaçınılması fəlakət doğuracaq böyük fürsət idi . bu dönəmdə yanılmıramsa iki rəqəmli tümənlə dəyərləndirilən dolar pul vahidi ilə desək ölkənin illik adam başına milli gəliri 2000 doları yoxlamaqda idi ,müqayisə üçün desək təxminən 20 – ildən sonra-yəni 1374\1995-ci il statiktik mali dəyərləndirmələrinə görə ölkənin adam başına milli gəliri üç rəqəmli tümənlə dəyərləndirilən dolarla desək 500 dolar təşkil etməkdə idi , lakin ölkədə heç bir şeyin istər siyasi istər iqtisadi istər ictimai istərsədə digər gərəkilən elmi sahələrdə baş verən dəyişiklər xalqın şüurlu iradəsindən doğmadığına və xalqın iradəsini təmsil etmədiyinə görə əks nəticəni-yəni fəlakətlə sonuçlanmasına gətirib çıxartdı , bu isə bu tip geriçi və zoran isarətə alınmış xalqlar yığımı olan bir ölkə və onun rejimi üçün tam təbii və qaçınılmaz bir sonluq idi.

Doğrudur! Ölkə əhalisinin böyük çoxluğu mövcud durumdan tam narazı idi.dövlət xəzinəsinə milyardlar doların axışına baxmayaraq ölkədə doğru-düzgün bir ədalətli sistemin olmaması ,neftdən gələn gəlirin şah və ətrafı tərəfindən mənimsənilməsi ,montaj sənayenin ana sənayeyə keçidini sağlayacaq bir biçimdə qurulmaması ,ağ inqilabdan sonra şəhərə axışan kəndlilərin qeydinə qalacaq əməlli-başlı görülməsi gerçək olan planlara əsaslanan bir istrukturun olmaması,şəhərlərdə evsizlərin sayının artması,parazit işçilərin sayının həddən artıq çoxalması,yenicə torpağa təhkimlikdən azad olaraq torpaq sahibi olmuş kəndlilərin torpaqlarından yararlı bir biçimdə istifadə etməsinə istər tekniki istərsədə mali vəsaitlərinin ayrılmaması,istər kənd də istərsə də şəhərlərdə əhalinin çoxluğunu oluşduran bu kəsim ( Kəndli və Kəndlərdən yenicə şəhərlərə köçmüş ailələr) üçün təlim-tərbiyənin yüksəldilməsinə dair gərəkən işlərin dövlət tərəfindən görülməməsi, əksəriyyətini savadsızların oluşdurduğu bu kəsim bir tərəfdən şəhərlə ayaqlaşmada zorlanır-adapta ola bilmir,bir tərəfdən özünə varlığına tam biganə olan yabancı Fars dilində mövcud olan təhsil sisteminə girməkdə və başarı ilə tamamlamaqda çox böyük çətinliklərlə üzləşməkdə idi.bu və bu kimi onlar məsələnin çıxılmaza girərək ictimai fəlakət törədəcəyi qaçınılmaz idi.

heç bir prublem özü-özlüyündə həll edilmir, öz başına buraxılmış prublem çürüməyə buraxılmış yaraya bənzər. otraqlığındən-məskunlaşdığı yerdən asılı olmayaraq ölkənin böyük çoxluğunu oluşduran kəndli kəsim şəhərlərdə gedən 50-ilə yaxın bir dönəmdə ki, anti milli - millətin ürf və adətlərinə,Tarix və Şifahi Ədəbiyyatına və bunları özündə cəmləşdirən Dilinə zidd dəyişikliklərlə ayaqlaşa bilmədiyinə görə ruhi-psikoloji açıdan tənha dayaq yerini ənənəvi bir biçimdə xalqın ürf-adətinə uyğun öz dilində danışan geriçi mollalara sığınmaqda görürdü . Şəhərə köçmüş İnsanların bütün hər sahəli ictimai Münasibətləri hüquqi dövlətə uyğun bir biçimdə - Dövlət-fərd və Fərd-Dövlət formasında deyil Fodalizm dönəminə xas bir biçimdə - Xan Rəyət arasında ki ilişkilərin Molla vasitəsi ilə Şəriət qaydaları əsasında tənzimlənməsi kimi idi. bu isə İngiltərənin ən güclü ictimai dayağını oluşduran mərcəi-təqlidlərin mövqeyinin tam güclənməsinə xidmət edirdi.ABD Şahı məhz buna görə geniş qapsamlı islahatların aparılmasına zorlayırdı,lakin Şahın öncə vurğulandığı nədənlərdən dolayı təbii olaraq buna ləyaqəti çatmadı.

Şah ABD-nin bir başa təşəbbüskarlığı ilə Ağ inqilabı həyata keçirsədə nə Kəndlərdə qalan kəndlilərin rifahı və iyitimi üçün nədə ki, Şəhərlərə köçmüş Kəndlilərin Şəhərə adapda-uyum sağlamasına dair hansısa əməlli və effektli-təsirli bir pruqram həyata keçirə bilmədi,Şahın bu başarısız ağ inqlabının nəticəsində keçmişdən qat-qat artıq bir şəkildə xarici ölkələrin Kənd təsərrüfatı malları ilə təmin olan Şəhərlilərlə iqtisadiyyatı iflic olmuş və əməyi önəmsənilməyən kəndlilər arasında uçuruma gətirib çıxartmışdır . Şah bu Ağ inqilabın əsas hədəflərindən biri olan olumlu və sənayeləşmək üçün gərəkilən kontrullu Orbanizasion siyasətini – Kəndlilərin müəyyən bir miqdarda Böyük Şəhərlərdə yerləşməsini təşkil etmə siyasətini yuxarıda sadalanan becəriksizlik və laqeydlik üzündən başarılı bir biçimdə həyata keçirə bilməyib böyük bir ictimai prublemə çevirmişdir . Şahın bu islahatları həyata keçirə bilməməsinin və gəldiyi kimi ağlar gözlə getməsinin ən əsas səbəbi Xalqların isarətdə tutulmasına təbii bir biçimdə yanaşması ,onlara millət olaraq haqq tanımaması ,Milli hüquqlarını saymazdan gəlməsi olmuşdur.Məhəmmədrza şahın ölkəni atası quldur Rzaya bənzər bir şəkildə tərk etməsi gerçəkliyini nəzərə almış olarıqsa , bu hadisəni Böyük ideoloqumuz M.T.Kirişçi 1946\22 azər 1325-ci ildə çox gözəl ifadə etmişdir.

 

İstəsən qardaş olaq,bir yaşayaq,birlik edək,

Veribən qol-qola bundan sonra bir yolda gedək.

əvələn,özgə küləklərlə gərək axmayasan,

saniyən,varlığıma,xalqıma xor baxmayasan.

Yoxsa gər zor deyəsən,millətimi xar edəsən.

Gün gələr səfhə çönər,məcbur olarsan gedəsən.

 

və eyni halda ən əsas müxalifətdə bulunan yüzlər bəlkədə minlər ölkənin igidlərini Şah Fars faşizminə qarşı mübarizə meydanlarında itirən sosialistlərin və digər qrup və təşkilatların geriçi mollaların qarşısında meydanda tək qalmalarının və təzyiqlərin qarşısında duruş gətirə bilməyərək geri çəkilib Məğlubiyyətlə razılaşmaqlarının ən önəmli nədəni yenədə o , bu gücün mənafei icabınca uydurulmuş olan irana doğrudan inanmaqları , İranı mərkəz tutan fars Şüuruna dayanmaları , digər tərəfdən isarətdəki xalqların hüquqlarına səmimi yanaşmamaları və isarətdəki xalqlarla bağlı tutarlı və məntiqə əsaslanan real bir pruqramlarının olmaması olmuşdur,hal – hazırda da bu təşkilatlarda bu bir açılmaz düyün olaraq ən önəmli prublemi oluşdurmaqdadır . adı gedən bu təşkilatların bu gün təmsil etməkdə iddaalı olduqları isarətdəki xalqların tərəfindən təcrid olmalarının yeganə ən əsas amili elə həmin bu isarətdəki millətlərin məsələsidir.

Burada belə bir süal ortaya çıxa bilər ki, görəsən bu böyük şəhərlərin qərb uyqarlığı-mədəniyyəti ilə birişməkdə olan erş-işrətli məclislərinə,ziyafətlərinə-partılarına ,açıq-saçıqlığına,uslu ,şik geyinmələrinə, ürf və adətləri ayaq altına alan öz dilində danışmağı kiçilmək kimi sanan orta özəlliklədə yüksək qat(yüksək təbəqə)mənsubları ilə uyum sağlaya bilməyən acınacaqlı Kənd həyatından nisbətən daha yaxşı həyat yaşamaq məqsədi ilə yenicə şəhərlərə axışan bu nəcabətli ,sadiq və səmimi kəsim niyə məhz geriçi din xadimlərinə-mollalara pənah gətirərək onların mənfur mövqelərində su istimal edilərək həll edici QaraGruhçu rolunda çıxış etməli oldular?Mollalar bu Şah rejimi ilə müxalifətin arxa plana atdıqları qeyri farsların özəlliklədə inkar və təhqir edilən Türk Millətinin özünə məxsus mahiyyəti ilə bağlı hansısa ciddi bir pruqramları varıdımı süalına gəldikdə deyilməlidir ki, Mollalar Məmaliki-Məhrusə dönəminə xas bir şəkildə klasik və ənənəvi bir biçimdə çıxış etdiklərinə görə Məmaliki-Məhrusə sonrasına xas dılğır və lovğa Paniranizm və Panfarsizm kimi qeyri insani anlayışlar önəmsiz və anlam kəsb etməyən bir şəkildə təzahür edirdi.birinci süala gəldikdə isə qeyd edilməlidir ki, o süal özü özlüyündə öz yanıtını-cavabını verməkdədir,belə ki, böyük şəhərlərin 40-50 illik bir dönəmdə almış olduğu yeni həyat tərzini istəmədiyinə və ya xodda kı, ona müxalif olduğuna görə deyil əsasən onunla uyum sağlamaqda zorlandığına ,o özünə yad mühitdə özünü izhar , özünü dərk edə bilmədiyinə və o mühitdə özünü azad his edə bilməyib sıxıldığına görə məhz mollalara pənah gətirmişdir.bu kəsimin özünü dərk və özünü izhar edə biləcəyi din xadimlərindən və dini yığıncaqlardan başqa siğınacaqları bağlanacaqları bir mərkəz bir siyasi cərəyan var idimi ki, bunlar o cərəyana qoşulmasınlar?əlbəttə ki, yox idi. Buna görəki o dönəmin bütün siyasi cərəyanları uydurulmuş İranı mərkəz tutan Fars şüuruna dayalı qeyri Fars özəlliklədə Türklərin ürf və adətlərinə,Ədəbiyyatına tarixinə , özəlliklə o kəsimin başa düşəcəyi şifahi ədəbiyyatına və ən başda sadalananların hamısını özündə yaşadan dilinə vəhşi hücumçuların qalığıdır deyə , köhnədir deyə arxaya atmaqda idilər.hal-hazırda kı, Milli Azadlıq hərəkatımızın ən əsas aktiv-fəal hissəsini hətta tam qətiyyətlə deyə bilərik ki, böyük çoxluğunu o dönəmdə kəndlərdən Şəhərlərə köçən ənənəvi formada olmuşsada tam türklük karakterini yaşadan ailələrin tərbiyyəsini almış gənc nəsil təşkil etməkdədir, bu anlayış isə ata nisbətəndə baba-dədə nəslinin geriçi mollalar tərəfindən su istifadəyə məruz qalaraq yeganə Məmaliki-Məhrusəlilik vəhdətini təşkil edən imamlı Şiyəçilik(şiyei imami-şiyei cəfəri ) öz tarixi birliklik-vəhdətlik önəmliliyini itirmiş və bu ailələrin tərbiyyəsini almış iyitimli gənc nəsil aydın nədənlərdən dolayı önəmsəmədiyi dırnaq arası opozisionla yanaşı su istifadəyə məruz qaldığı din fakturundanda bezərək özünü izhar və özünü dərk prusesini özünə məxsus milli mahiyyətində axtarıb tapma çabasından və dolayısı ilə geoplotik pruselərin olumlu təsirindən qaynaqlanmışdır.yeri gəldikdə geniş bir biçimdə bu qonu ələ alınacaqdır.

doğrudur siyasi cərəyanların önündə gedən sol kəsim deyə bilər ki, biz xalqın dilinə hörmətlə yanşaraq əlimizdən gələn qədər o dilin ayaqda durub dirçəlməsinə çalışmışıq,lakin unudulmamalıdır ki,alnlarında Kommonist allahsızlıq damğasını-armını daşıyan iyitimli insanlarımız o dönəmdə nə qədər bu yüz illər boyu din inancı ilə ,müqəddəs saydığı şəriətlə islamiyyətlə yoğrulub yaşıyıb keçinib getmiş babalarımızın tərbiyəsi ilə yetişmiş bu kəsimi inandıra bilərdi?Marksın öz ifadəsi ilə desək Hegelin ayaq-baş İdealist Məntiqini düzünə qoymuş olduğu realist Məntiqindən və vilademir iliç Leninin “ Din hər bir xalqın uyuşdurucusudur” kimi adlım finomenindən çıxış edən yüksək iyitimli materialistlər(maddiyatçı-maddigəra) xalqımızın böyük çoxluğunu oluşduran bu təmiz və səmimi kəsimi özü ilə yolçu etməsi o dönəmdə hardasa ağıl eşiyi xəyaldan başqa bir şey deyildir , məhz elə buna görədə Moskova dövləti öz drijor çubuğu ilə idarə etdiyi Tudə partıyasının bu ölkədə hakim olacağına hec bir zaman inanmayıb sadəcə dünya görüşündən asılı olmayaraq hakim olacaq Rejimə təzyiq vasitəsi kimi istifadə etməyi əsas tutmuşdur.digər açıdan qabaqdada geniş açıqlıq gətiriləcəyi kimi bu dünyaya maddi baxan Solçularımızın ən əsasını oluşduran Tudənin və sonralar əksəriyyət adı ilə seçilən kəsim ideoloji açıdan ən əks cəbhəsində dayanan ən geriçi , sağçı radikal dinçilərlə necədə birişmiş eyni siyasəti ölkədə izləyirdilər.

Böyük şəhərlərin təbriz , Tehran , İsfahan , Şiraz , Məşhəd kimi eləcədə digər bunlardan kiçik əksər başqa şəhərlərdə yaşayan Şəhərlilərin özəlliklədə orta və yüksək iyitimli kəsimin siyasi cərəyanlarda hansı mövqedən çıxış etməkləri iç amil kimi ən əsas həll edici rol oynamışdır.hər şeydən öncə bunu nəzərə almaq gərəkdir ki, bu kəsimin bütün siyasi cərəyanlarda kı , rolları tam və nisbətən siyasi şüura dayalı olmuşdur-yəni sudan duru niyyətləri və Şəhərlilərə görə fiziki açıdan aktivistliyi-fəallığı ilə seçilən Kəndli və Kənddən şəhərlərə təxminən 40-cı ilin əvvəllərindən bəri köçən və hardasa böyük şəhərlərin beş nəfərindən ikisini oluşduran bu çox uşaqlı ailəliyi ilə seçilən vətəndaşlar böyük Şəhərlərin öncə vurğuladığımız fakturları ilə ayaqlaşa və dil tapa bilmədiklərinə görə və mövcud narazılıqlarını gedirmək üçün yeganə sadalanan prublemlərdən çıxış yolunu adət üzrə üləmaların yanında dayanmağı və üləmaların əmrinə tabe olmaq kimi bir siyasi seçim (hələ siyasi seçim olduğunu demək mümkünsə daha düz demiş olsaq ictimai durumdan qaynaqlanan məcburiyyətdən irəli gələn bir dırnaq arası dini zorunluq) etməmişlər və zatən Şəhərlilərin bu adda bir prublemləri də olmamışdır.Kəndli və kənddən yenicə Şəhərlərə köçmüşlər üçün ən dərin və təməl saydıqları yuxarıda sadalanan prublemlərin həlli məsələsi əsas təşkil edirdisə bunun əksinə bu prublemləri yaşamayan və o çətinliklərə laqeyd yanaşan şəhərli kəsimini əsasən ictimai azadlığın azlığı ,siyasi əqidə azadlığının olmaması,şahlıq diktaturasının hökm sürməsi , demokratik və hüquqi istrukturların olmaması və olanlarında işləksizliyi,ictimai təminatsızlığın və bu qəbildən olan prublemlər maraqlandırırdı.

bu şəhərli kəsim özəlliklədə bizə xas olan yəni qeyri farslara dair kəsimin ümumi durumunu nəzərdən keçirərkən bir aşılanmış zəyiflik gerçəkliyi özünü tam qabarıq şəkildə göstərməkdədir.bu təxminən 40-45 il özünə məxsus olmayan milli hüquq və azadlıqlarını görməzdən gələn onu millət olaraq alçaldan düzənə qarşı başarısızlıqla sonuçlanan ardıcıl qanlı mübarizələrindən sonra formalaşan bir tür oportonist anlayışdan ibarətdir.bu baxış açısını başqa sözlə ifadə etmək istəsək deyə bilərik ki, Şəhərlilərimizin Paniranizmə qarşı savaşıb savaşmamasından asılı olmayaraq savaşa girməzdən öncə sonda məğlubiyyətlə sonuçlanacağı qənaətinə gəlməsidir , yəni mübarizə edib etməməsindən asılı olmayaraq məruz qalmış olduğu anti türk və asılı panfarsizm ağalığının təsirindən doğan fiziki və psikoloji məhkumluqla bir tür uzlaşmaqdan yana olaraq mövcud Panfarsizm sistemin ən azından yaxşı bir sistemlə tək başına xalq olaraq o , bu gücün müdaxiləsi olmadan dəyişdirilməsi iqtidarında olmaması qənaətinə gəlməsidir, buna görə ki, ölkədə siyasi açıdan başarılı bir biçimdə nə baş veribdisə hamısında istisnasız xarici müdaxilə həll edici rol oynamışdır . belə bir düşüncə tərzi də əlbəttə ki, hakim güclərin iradəsinə təslim olmaq anlayışını gücləndirir . bu reallıqdır,bunun danılması ancaq və ancaq duyğunun , qərəzin ağıla üstün olduğu kəllənin-başın ürünü ola bilər .bu gerçəkliyi o dönəmə xas olan dırnaq arası opozision güclərin haralara tam bağlılığı əmir qulu olması və rejimin nə qədər xarici güclərdən asılı və tabelik siyasəti yürütdüyü sübut edir , belə bir məhkumluğa məhkum olma vəziyyəti və düzəni ilə razılaşmağın nəticəsi ancaq və ancaq elə bu gün biz gənc nəslin məruz qaldığı bədbəxtlik,səfalət,məhbus və didərgin həyat ola bilər,zatən də biz bu gün bu səfaləti və didərginliyi yaşamaqdayıq . bizim mənsub olduğumuz gənc nəslin gələcək nəslimizə bağışlayacaq həyata gəldikdə isə deyilməlidir ki,bu bu günkü gənc nəslin formalaşacaq dünya görüşündə millətinə nə qədər bağlı olub olmamasının , çıxaracağı şüurlu qərarlarda nə qədər bağımsız olacağının və nəhayət çıxaracağı qərarları həyata keçirəcək döyüş iradəsinin ölçüsü həll edəcəkdir.

Mövzunu daha dəqiq , konkret və tam başa düşüləsi bir biçimdə araşdırmaq üçün birinci dırnaq arası 1357\1979-cu il çevrilişinə doğru davam edən pruseslərdəki rol ifaçılarının təşkilatı mahiyyətlərinə və tutmuş olduqları istiqamətlərinə açıqlıq gətirmək,ikincisi devrimədək davam edən siyasi olayları krunuluji-ardıcıl bir biçimdə vermək və nəhayət hər bir istiqamətin rol ifaçılarının baş vermiş olaylara dair sərgiləmiş olduqları mövqelərinə açıqlıq gətirməklə davam etməyi məqsədə uyğun hesab edirik.1357\1979-cu il çevrilişinədək onuda çevriliş demək mümkünsə ölkədə var olan ideoloji opozision-müxalifət yuxarıda sadalanan fikizi və psikoloji açıdan super güclərə arxalanmağın-əslində isə aləti feli olamağın nəticəsi olaraq üç əsas istiqamətdə bulunmaqdadır. Xalqın Fədai Çirikləri (XFÇ)və Xalqın Mücahidləri Örgütünə(XMÖ) gəldikdə deyilməlidir ki, bu iki cərəyan özünə məxsus bir biçimdə 3.4 bölümündə müstəqil bir mövzu olaraq ələ alınacaqdır.

 

1. İngiltərənin bir başa iradəsinə özünü və özünə tabe olan kütləni tabe edən klasik - ənənəvi quruluşa malik islamiyyət içi devrimçi karakterli imamlı şiyəçiliyinə dayanan dırnaq arası Din öncülləri;

2. sovet Rusiyasının bir başa drijor çubuğu ilə idarə edilən Sosializm anlayışına əslində isə Sovetizmə dayanan Tudə partıyası;

3. ikinci dünya savaşından sonra ölkədə ABD –nin tam siyasətinə uyğun bir biçimdə yuxarıda sadalanan iki istiqamətin alternavi olacaq bir şəkildə asılı milli Burjuvanın təmsilçisi rolunda çıxış edən Milli Məzhəbilər.

 

1. Hər şeydən öncə deyilməlidir ki, bu bizim nəsil bə nəsil inandığımız müqəddəslik verdiyimiz dindir və dəyərlərimizin ən əsasını təşkil etmiş dini hövviyətimizdir, lakin o buna əsas vermir ki, biz onu nəqd etməyək.Şiyəliyin dəyərlərimiz içində önəmli bir yer tutduğunu nəzərə alaraq onun tarixi köklərinə azda olmuş olsa nəzər salmağımızda yarar var. bu bir həqiqətdir ki, Şiyə anlayışı-məzhəbi siyasiləşdirilərək böyük zərbə almış və çağdaş dönəmdə diktaturun , terrurun alətinə çevrilmişdir.İslamiyyət içi devrimçi karakterinə-xüsusiyyətinə malik İmami Şiyəçiliyi-şiyie imami böyük mübarizə tarixinə dayalı bir etiqad-inanc oluşumudur.bu söhbətini etdiyimiz dönəmdə etiqad etdiyimiz inandığımız imami Şiyənin özünə məxsus sərt və toxunulmaz nəzm və intizamı vardır,lakin din üləmaları çoxonluqla daim Şiyəçiliyin bu toxunulmaz sərt nəzm-intizamından disiplinindən gobudcasına su istifadə edərək öz ağalıqlarını qara bəxt insanlar qarşısında siqorta-bimə etməyə çalışmışlar və bunada nə yazıqlar kı, nail olmuşlar.bunun tarixi mübarizəsinin başlandığı dönəm Həzrət Məhəmməd (s) sonrası bir-biri ilə qan qohumluğu olan dörd xəlifə zamanına təsadüf edərək Həzrət Əli ilə başlamışdır.sonralar bu devrimçi, siyasi və ideoloji mahiyyət qazanaraq Ərəb Xəlafətindən narazı olan qeyri ərəblər-Əcəm əsasəndə Fars qara icmaları tərəfindən bir mübarizə metoduna çevrilmişdir.bir dönəm Şuubiyə adı ilə siyasi-mədəni fəaliyyətlə bir zamanlarda Böyük türk Səlcuqlular imperaturluğuna qarşı həsən səbbahın başçılığında İsmailiyə qruplaşmasının terrur – vur qaç mübarizəsi ilə sürdürülmüşdür.sonra bu İmamlardan biri olan altıncı imam Cəfər Sadiq tərəfindən bu məsələ genəl bir biçimdə ələ alınaraq 14 məsumlu 12 imamlı şiyəçiliyin elmi-nəzəri əsasları qoyulmuşdur.bu elmi –nəzəri əsaslara görə o cümlədən qeyb olmuş Həzrət Mehdinin ortaya gəlməsi ilə baş verəcək devrimədək ki bir müddətdə Şiyə anlayışlı insanların gözləmə mövqeyində dayanması və bu gözləmə mövqeyində durarkən adi həyatlarını yaşamaları,dini fəraizlərini gün üləmalarının öndərliyi ilə yerinə yetirmələri vurğulanmışdır.bununla yanaşı vurğulanması yerində olar ki, Şiyə məzhəbi siyasətə qoşulmaq və siyasətin aləti olmağa zidd bir əsasları olmuş daha çox raz-niyaza dua və ibadətə və əsasən məzlum vaqe olmağa - məzlumluğa əsaslanmışdır və bu məzlumluğu gedirmək üçündə həzrət Mehdinin gəlişini zühurunu gözləməklə yetinmişdir.sonra əslən Azərbaycanın Ərdəbil türklərindən olan Şeyx Səfiəddinin rəhbərlik etdiyi xanqahlarda bu təriqətin elmi- nəzəri əsasları tədris edilərək sürdürülmüşdür.

Şeyxin mürüdləri tərəfindən sürdürülən və təbliğ edilən bu pruses 15-ci yüz illiyin sonlarında Şeyx Səfiəddinin törəməsi Ağ Qoyunlu böyük Sultan Həsənin kürəkəni Heydərin təşəbbüsü ilə bu təriqət siyasiləşdirilmiş və hakimiyyətə gəlmək üçün əsas hədəfə çevrilmişdir,bu mübarizənin ardınca Heydərin oğlu Böyük Şah İsmayılın öndərliyində yenilməz Qızılbaşların soydaşlar arasında aparmış olduqları uzun sürəli qanlı savaşların nəticəsində Azərbaycanın baş Kəndi Təbrizdə “tam mütəmərkiz olmayan Azərbaycan Sünni Dövlətini” devirərək “tam mütəmərkiz Azərbaycan Şiyə dövlətini”qurmuşlar . bununlada İmam Cəfər Sadiqin qoymuş olduğu Həzrət Mehdinin gəlişini gözləməyə və məzlumluğa əsaslanan elmi-nəzəri əsaslar daha artıq şişirdilib siyasiləşdirilərək dövlətin əsas siyasi kursuna çevrildi,lakin bu siyasiləşmiş , dövlət dininə çevrilmiş Şiyə islamiyyəti nəzəri açıdan özünü doğrultsada təcrübədə islam ümməti arasında heçdə xoşa gələn bir nəticə verməmişdir.bu anda dünyada , İslam ümməti arasında eləcədə Şiyələrərin öz arasında bu siyasiləşmiş Dövlət dininə çevrilmiş Şiyəçilik bir böyük prublem olaraq qalmaqdadır.bunun isə ən əsas səbəbi bundan ibarətdir ki,dinin əsas misiyasının-vəzifəsinin yəni ” ruhi dinclik bağışlaması” əvəzinə “özəl həyata müdaxilə” ilə o bu qrupun mənafeyi icabınca dəyişdirilməsidir , yəni insanlara ruhən dinclik bağışlayacaq olan dini siyasiləşdirərək insanların özəl həyatına müdaxilə etmək alətinə çevrilməsi olmuşdur.önəmli məsələlərdən biridə budur ki, Şiyəçiliyin şiyasiləşdirildiyi,dövlət dininə çevrildiyi bir vaxtda Avrupanın Osmanlı imperaturluğuna qarşı döyüşəcək olan doğu dövlətləri bulmaq , onlarla osmanlılara qarşı ittifaqa getmək stratejisini əsas tutduğu bir dönəmə təsadüf etməsi olmuşdur.burada Azərbaycanda-Osmanlı torpaqlarının tam böyründə yerləşən Məmaliki-məhrusədə şiyəçiliyin dövlət dininə çevrilməsi avrupa misionerlərinin tam ürəyindən oldu . avrupalılar yüz qat bundan yararlandılar.

iki qardaş arasında üzün sürəli və çoxlu soydaşların qanlarının axıdılmasına nədən olan bu yersiz savaşlar hər iki böyük dövlətin zəyifləməsinə gətirib çıxartdı.digər tərəfdən həmin güclərin – misionerlərin uzun vadalı pruqramları Məmaliki-Məhrusədə Fars etnikin-qumun üst düzəyə qaldırılmasına hesablanması olmuşdur. Məhz buna görədə ingiltərənin qərəzli bir şəkildə Məmaliki-məhrusə ilə bağlı olan bütün sənədlərində ,tarixi əsərlərində,təhqiqatlarında məmaliki-Məhrusədən Persiən olaraq ad çəkmişdirlər,birinci dəfə olaraq 15-yüz illiyin axırları 16-yüz illiyin əvvəllərindən bəri Məmaliki-Məhrusə adı əvəzinə Persiən adının işlədilməsinə İngilis səyyahlarının-misionerlərinin səyahətnamələrində,təhqiqat əsərlərində rastlaşmaq mümkündür,o dövrdən öncə əsasən tayfalar adı ilə bağlı olan Məmaliki-Məhrusənin Persiən kimi yad edilməsinə hansısa ciddi tarixi önəm kəsb edən bir sənəddə ,əsərdə rastlaşmaq qeyri mümkündür. şərqin tarixini yazan Avrupalı qeyri İngilis araşdırmaçılarının əsərlərində o dönəmdən bəri bu Məmaliki-Məhrusə yerinə Persiən adından yararlanmaqlarının ən əsas səbəbi bir başa ingiltərə araşdırmaçılarının tutmuş oladuqları stratejik xəttən çıxış etməkləri olmuşdur.

İngiltərənin Məmaliki-Məhrusə ilə siyasi ilişkilərinin kökləri Şiyəliyin dövlət dininə çevrildiyi dönəmlə başlasada ilişkilərin ulaşım çətinliyi üzündən çox zəyif olduğuna görə ingiltərənin çox zəyif siyasi təsiri olmuşdur,lakin 19-cu yüz illiyin ortalarından bəri telqraf xətlərinin çəkilməsi ardınca dənizçilik sahəsində ki yeni tekniki nailiyyətlərlə təchiz edilmiş ingilis donanması gediş gəlişləri rahatlaşdırdığına görə hər sahəli ilişkilər dahada artmış və ilişkilər artdıqcada ingiltərənin siyasi nüfuzu artmış və nəhayət həll edici faktura çevrilərək “durqun orta çağ feodal quruluşuna malik Məmaliki-Məhrusə yönümlü ənənəvi türk dövlətini” “İran Fars Dövləti” ilə əvəz etməyi planlaşdırdığı uzun vadalı pruqramını Rza quldur kimilərlə həyata keçirməyə nail olmuş oldu .[14]

Şiyəlik dövlət dininə çevrildiyi andan təxminən 50-60 il yəni Osmanlı qardaşları ilə tam barış içində yaşayan barışı qoruyub saxlamaq qabiliyyəti ilə seçilən böyük dövlət adamı Böyük Təhmasib Şahdan sonra bəzi nadan türk üləmalarının və ingiltərə misionerlərinin də içində bulunduğu fars üləmalarından ibarət bir dəstə saray içində çaxnaşmalar törətməyə başladı.bu şaxnaşmalar üzdə Şiyə sünni deyə Osmanlı ilə Səfəvilər arasında ziddiyyətlərə dayanırdısa əslində bir başa Səfəviliyin türklüyünü qoruyan böyük Qızıl başlara qarşı yönəlmişdir.bu çaxnaşmaların nəticəsində isə heç özünü tanımağa belə yaşı çatmayan uşaq ikən Şah Abbasın səltənətə gətirilməsinə nədən oldu.Qızıl başların Hakimiyyətdən çıxarılmasına hesablanan bu iş saray içi çaxnaşmaların müəllifi olan riyakar din üləmalarının sarayda əsas güc olmalarına nədən oldu ,lakin bu uzun sürmədi , buna görə ki, üləmalar arasında dövlət işinə müdaxiləni şəriət qanunlarına zidd bilən bir çox Türk din adamları bulunmaqda və həll edici rol oynamaqda idilər.

faktiki olaraq Həzrət Mehdinin Zühurunu gözləyən qalmaqalsız üləmaları və din adına bəzi yaranan cərəyanları nəzərə almasaq bu dönəmdə əməlli bir şəkildə Din üləmaları əsasən siyasi açıdan həll edici iki tirəyə bölünmüşdür:

1. Misionerlərin də tərəfdarları olduğu üləmaların Siyasi işlərə tam müdaxiləsini istəyən üləmalar;

2. əsasən Səfəvi sülaləsinin üzvləri böyük Qızıl başların və ümumiyyətlə Xanların , bəylərin fikirləri ilə bölüşən və üləmaların Siyasətə müdaxiləsini Şəriətə zidd olduğunu savunan üləmalar.

 

Qeyd edilməsi yerinə düşər ki, bu din adına yaranan bəzi üzdən ıraq çaxnaşma , nifaq və təfrəqə karakterli cərəyanlar əsasən siyasi işlərdə tam müdaxilənin tərəfdarları olan üləmalar tərəfindən yönəldilirdi,buna misal olaraq yalançıq Həzrət Mehdilərin zühur etməsi və bu qəbildən olan axınları göstərmək olar.bu tür neyrənglərə daha çox 19-cü yüz ildə ingiltərə məmurlarının aləti feli olmuş siyasətə tam müdaxiləni müdafiə edən mənfur üləmalar Qacar ənənəvi Türk Dövlətini zəyiflətmək məqsədi ilə ölkənin cənub bölgəsində , mərkəz bölgələrdə və Darülxilafədə-Tehranda həyata keçirirdilər.Şiyəliyin önündə gedən din öncüllərin fəaliyyət istqamətləri əsasən iki tirəli bir biçimdə - siyasi və qeyri siyasi şəkildə davam edirdi,bu fəaliyyət kursu Səfəvilər sonrası Böyük döyüş sərkərdəsi dövlət adamı Avşarlı Nadır Şah dönəmində dəyişərək ,əsasən siyasi şiyəliyin tərəfdarları olan din adamları tam geriləməyə məruz qaldılar, buna görə ki,Böyük Nadır şah nə təkcə dövlətə müdaxilə üçün əvam xalqın inancını su istimal edən dırnaq arası üləmaların fəaliyyətini qısıtlı tutdu digər yandan islam dünyasını qarşı qarşıya gətirən ,ziddiyətləri artıran Şiyə-Sünniliyin dövlət siyasətinə müdaxiləsinə son qoymaq təklifi kimi irəliçi mütərəqqi ideyanı irəli sürməklə İslam ölkələrinin bir çox əsas inkişaf manelərini ortadan köklü bir biçimdə qaldıracaq islahatların həyta keçirilməsini sağlayacaq yenilməz bir iradə ortaya qoydu . hamıya bəllidir ki,bu Nadır Şah tərəfindən irəli sürülən ideya 20-ci yüz illikdə şərq aləminin eləcədə tam geridə qalmış islam ölkələrinin uğrunda döyüşdüyü mübarizə apardığı sekular və laik dövlətin ən əsasını oluşduran bir irəliçi ideya idi.böyük Osmanlı imperaturluğu ilə Məmaliki-məhrusənin Sünni - Şiyə ayrıseçkiliyinə son qoyubda vahid məcradan çıxış etmə fikri əgər o zaman yerində oturmuş olsaydı nə qədər bu günkü saya gəlməz ictimai-siyasi-psikoloji anlayış uzlaşmazlığı öz həllini tapmış olacaqdır.nə qədər xarici müdaxilələr təsirsiz olmuş olacaqdır,lakin Böyük dahi Dadır Şah az bir zaman içində çeşitli neyrənglərlə aradan qaldırıldı və ortaya atmış olduğu qızıl ideya tarixin arşivinə buraxılmış oldu.

Böyük Nadır şahın neyrənglə ortadan qaldırılması ilə klasik Avşar türk dövləti də Məmaliki-Məhrusəni qapsayacaq bir dövlət olma durumunu və gücünü itirmiş oldu və yerini hərc-mərcə verdi .siyasi hakimiyyətə müdaxilə məqsədini güdən riyakar fars din adamları ingiltərənin ölkənin cənubunda kı, gücünə sözsüz tam arxalanaraq bölücü mövqeindən çıxış edib Məmaliki-Məhrusənin cənub bölgəsində yəni Şiraz və ətrafında Farsistan dövlətini yaratmağa qalxışdılar.dərə xəlvət gedə bəy misalında xan adını ardında çəkən Kərim zənd Fars dövlətini qurduğunu elan etdi , lakin Böyük Ağa Məhəmməd Xan Məmaliki-Məhrusə ölkəsində gedə bəyliyə yol verməyəcəyinə ingiltərənin gücünə arxalanıbda ölkənin bir parçasında Farsistan deyə bir İngilis müstəmləkəsinin yaranmasına izin verməyəcəyini sübut etdi.Azərbaycan Türk Ordusunun ləyaqət və yenilməz iradəsi ilə bu bölücülüyə qarşı qoyub Məmaliki-Məhrusə yönümlü Qacar ənənəvi türk Dövlətini quraraq Kərim xan zənd başda olmaqla digər xalqın dini inancını öz şəxsi mənafeləri icabınca su istimal edən, hakimiyyəti əldə etmək məqsədini güdən dırnaq arası din üləmalarını da olduqca möhkəm cəzalandırdı.

Qacar Türk Dövlətinin ilk çağlarında ümumiyyətlə din adamları feodal quruluşa xas bir biçimdə Sultanla Rəyətlər arasında kı , ilişkiləri sultanın amacları doğrultusunda tənzimləmək misionunu yerinə yetirirdilər , lakin bu uzun sürmədi.Fətəlişah dönəmindən başlayaraq din üləmaları arasında özəlliklədə Fars bölgələrində iki tirəlik yenidən baş qaldırdı. Bir kəsim şəriətin gündəlik qərarlarını Sultandan yana olaraq tənzimləyirdisə digər bir kəsim əsasən İngiltərənin mənafei icabınca nifaq və təfrəqə salmaqla məşğul olurdu.bu nifaq və təfrəqə salmaqla məşğul olan din üləmaları 19-cü yüz illiyin sonları 20-ci yüz illiyin əvvəllərində əsasən ölkəyə qayıtmış avrupa təhsilliləri və dövləti avrupa ölkələrində təmsil edən nümayəndələrin bir çoxunun iştirakı ilə daha da güclənərək əsas aparıcı xəttə çevrilmişdir.bu xətt Seyid Əbdullah behbəhanilərin və digər bu kimi üləmaların qatılımı ilə ingilis səfirliyində bəstə(otraq aksiyaya )oturmaqla nəticə etibarı ilə ingiltərənin mənafeinə xidmətlə sonuçlanan məşrutənin başlanmasına gətirib çıxartdı.öncə qeyd edildiyi kimi ingiltərənin 16-cı yüz illiyin sonundan etibarən “Məmaliki-Məhrusə yönümlü ənənəvi Türk Dövlətinin” , “ İran Fars Dövləti” ilə əvəz edilməsinə hesablanmış planı məşrutə hərəkatı ilə başarıya yol açtmış oldu.bu istiqamətdə isə üləmalar bilər bilməz xalqı səfərbər etməklə ən əsas rol oynadılar.öncə bu məsələyə tuxunduğumuza rağmən məşrutənin bəzi hadisələrinə burada tuxunmağımızda yarar var.bəllidir ki , Məşrutə Əsnafların , Tacirlərin Ticarət və iqtisadiyyat prublemlərindən ziyadə Rus nüfuzuna qarşı İngiltərənin ölkədə nüfuzun artırmaq məqsədindən qaynaqlanmışdır.bu çağdaşçılıq və özgürçülük şüarları ilə ilk öncə avrupa təhsilliləri tərəfindən ortaya atılsada İngilis yönümlü üləmalar tərəfindən mərkəzi əyalətlərdə və darülxilafədə müdafiə edilərək güclənmişdir,lakin onlar tərəfindən ortaya atılan yönəldilən məşrutə Azərbaycanlılar özəlliklədə Təbrizin yenilməz qəhrəman döyüşçüləri tərəfindən döyüş meydanında rəhbərliyi ələ alındığında bütün dırnaq arası məşrutəçilərin narazılığına eləcədə Rusiya ilə ingiltərənin müxaləfətçiliyinə şahid oluruq.bu müxalifətçilik narazılıq o qədər güclü olmuşdur ki, onu hec biri gizlətmək belə istəməmişlər.bəllidir ki, ulu Səttar xan yenilməz bir döyüşçü və səmimiyyətli bir dindar idi. O, Osmanlıların Şahbəndərində(konsulxanasında) otraq aksiyada olarkən Müxbir Məhəmmədəmin Rəsulzadəyə verdiyi müsahibədə deyirdi:İngilislərlə Ruslar mənə deyirlər ki,Məşrutə sənin əlinin içindədir,məndə deyirəm ki,məşrutə mənim əlimin içində deyil mən sadəcə Məşrutənin iti dişli bir qoruqçusuyam,məşrutənin əsil sahibləri Nəcəfdə oturan üləmalarımızdır. Buraya çox diqqət edilməlidir ki, ulu səttarxanın bu qədər dərindən inandığı həmin bu üləmalar o,zaman kı, İngilslə Rusların məmurları Səttarxanla Bağıxanın və tabeçiliyində olan igid fədailərin Təbrizdə qalmasını ziyanlı hesab etdiklərini bildirdikdə həmin bu üləmalar Səttarxanla Bağırxanın təbrizdən çıxarılması üçün dəridən qabıqdan çıxdılar.min bir hiylə və alçaqlığa əl atıb bu şərəfli Qəhrəmanları ölümün ağzına tərk etdilər.o , dönəmdə İstanbulda çap olan “Şəms” qəzeti yazırdı ki, Müstufi ül Məmalik kabinəsinin Məhəmmədəli şah yanlısı Əmir Ərşəd xana qarşı döyüşmək üçün göndərmiş olduğu Erməni Yeprem xanla Bəxtiyarlı Bahadırxan Təbrizdə ki, Rus Konsulluğu və Ordusu ilə birlikdə Səttarxanı və digər fədayiləri Təbrizdən çıxartmaq üçün hər hiyləyə əl atırlar. Buna görə ki, Səttar xan çox əziz və səmimiyyətli dost olduğu böyük Əmir Ərşəd xanla bundan sonra nə savaşası idi , nə Təbrizi tərk edəsi idi, nədə ki, Tehrandakı riyakar məşrutəçi Sərdarlara əyəsi idi ,lakin Səttar xanı Təbrizdən qaldıran Təbrizi tərk etməyə razı salan yenə elə o Nəcəfdə oturan Üləmalar oldular.hələ Təbrizdən çıxmağa razı salmaları azmış kimi ölkədən Çıxarmaq məqsədi ilə məktublar göndərmişlər.Səttar xanın Təbrizdən çıxandan sonra yolda kı , şəhərlərin hamısında bir xilaskar və yenilməz Qəhrəman kimi qarşılanmasını görən riyakar Sepəhdar , Bəxtiyari ellərinin başını çəkən Əliquluxan-Sərdar əsəəd və buna tay yalançı pəhlivanlar vəhşətə düşərək Nəcəf üləmalarından Axund Xurasani və Hacı Şeyx Mazandaraniyə telqraf çəkib Səttar xanın tehrana gəlməsini önləyib Nəcəfə- yanlarına çağırmaları istənmişdir,əlbətdə bu istək daha çox yuxarıdan olmuşdur.adı gedən bu üləmalarda Səttarxana telqraf çəkib yanlarına çağırmışlar,lakin Səttar xan ölkəni tərk etməyəcəyini bildirib Tehrana doğru yolunu davam etdirmişdir.daha Səttar xan Şəhərin dar küçələrinə endirilmiş dağlar qaflanına-pələnginə bənzərdi , bu təhsil almamış lakin böyük bir millətin şərəf və namusunun ələ düşməməsi üçün ağla sığmayan qəhrəmanlıqlar yaratmış igidin Tehranda kı, bu aman günü Məmaliki-Məhrusədə Azərbaycanın ənənəvi türk Dövlətinin qalıb qalmamasının son imtahan günlərindən biri idi. Səttar xanı bu son ağır günlərində ömür boyu sidq- ürəkdən inandığı bu dırnaq arası üləmaların bu yüksək din adamlarının , bu məşrutədən dəm vuran demokratların , Etidalçıların hansısı müdafiə etdi?!!! Bircə Osmanlı qardaşların Tehranda kı, Səfirliyindən başqa hamısı bu böyük döyüşlərdən zəfərlə çıxmış qoca aslanın yatıbda ölüm xəbərini gözləyirdilər,hələ bir çoxuda onun-bunun uşağı sepəhbud ,Sərdar Əsəəd,Erməni Yeprem xan və bunların yanında dayanan zamanında Məşrutə üçün qəhrəmanlıqlar göstərmiş Demokrat Heydər Əmi oğlu kimi qardaşlarda öz gülləsini Ulu Səttarxandan və digər fədailərdən əsirgəmədi.13

 

 

yeri gəlmişkən deyilməsi yaxşı olar ki, bu gün silahdaşlarımızdan bəziləri bu günün Azərbaycançı və Millətçi anlayışından çıxış edərək o dönəmin özünə məxsus ənənəvi vətən pərvərlik anlayışını mənimsəmiş Məmaliki-Məhrusə yönümlü ənənəvi türk Dövlətçiliyinin qorunulub saxlanması və xarici müdaxiləyə son qoyulması üçün döyüşərək böyük qəhrəmanlıqlar göstərən Səttar xanın , Bağır xanın , Böyük Xiyabaninin yüksək ləyaqət və qəhrəmanlıqlarını “ niyə türkcə yazmayıblar, niyə Farsları bir qırağa buraxmayıbda Müstəqil Azərbaycan Dövlətini yaratmayıblar “ kimi o günün məntiqinə uymayan fikirlərlə kölgə salmaqdadırlar . birinci Səttarxan və ya Bağırxan unudulmamalıdır ki, böyük Fədailər olmuşdur,onlardan bir siyasətçi kimi platfurm və ya pruqram gözləmək və ya xodda ki, siyasi nitq söylənməsini istəmək məntiq dışıdır.Səttar xan , bağırxan və digər igid fədailərimiz unudulmamalıdır ki, qəhrəmanlıqlarını Rus qoşununun Azərbaycandakı,vəhşiliyinə və təcavüzkarlığına qarşı döyüşdə göstərmişlər.Nitq söyləyəsi olan pruqram və platfurm irəli sürəcək olanlar Həsən Təğizadələr və buna taylar olmalı idi,nə yazıqlar kı, bunlarda onun-bunun uşağı olduğuna görə Vətənə , Millətə heç bir xəyanətdən vaz keçmədilər , elə Səttar xan , Bağırxan və digər igid fədailərdə bunların xəyanətlərinin qurbanı oldular.böyük Xiyabaniyə gəldikdə deyilməlidir ki, o dönəmdə Xiyabaninin tutmuş olduğu siyasi mövqe çox dahiyanə bir platfurm olmuşdur.o an elə bir dönəm idi ki, nə tənha Avrupanın bəlkədə dünyanın taleində əsas rol oynayacaq bir pruses həyata keçməkdə idi.bu Avrupada özəlliklədə Almaniyada baş qaldıran Sosializmin yarım Feodal Rusiyaya transfer edilməsi idi.Rusiya ilə İngiltərə böyük (kəlan)siyasətlərini tənzimləşdirməkdə idilər.bu iki əsas gücün Məmaliki-Məhrusə yönümlü ənənəvi Türk Dövlətinin İngiltərənin keçmişdən bəri planlaşdırmış olduğu pruqramına uyğun bir biçimdə bayağı dildə “çağdaş” anti Türk İran Farsçı Dövlətinin yaradılması ilə bağlı tam razılığa gəlmişdilər .belə bir dönəmdə Böyük Xiyabani o dönəmin özünə məxsus bir biçimdə tam bağımsız heç bir biganəyə boyun əyməyən bir dahi şəxsiyyət kimi həm Rusiyadan həmdə İngiltərədən tam bağımsız – müstəqil , dünyəvi demokratik dəyərlərə əsaslanan tək bə tək vətəndaşlarının qeydinə qala biləcək yeni Məmaliki-məhrusə dövləti uğrunda döyüşmüşdür.o məmaliki-məhrusə dediyimiz ölkə bu gün bizi 80 ildən artıq bir zaman içində məhkum xalq səviyəsinə endirən və digər hüquqlarımızdan məhrum edərək təhqir edən bu dırnaq arası uydurulmuş İran deyildir . o məmaliki-məhrusədə yoxsulluq , savadsızlıq ,gerilik olsada məhkum millət və ya hakim millət anlayışı olmamışdır.Türklərin hakimiyyətdə olmalarına baxmayaraq millətlər arasında heç bir zaman ayrı seçkilik edilməmişdir.o vətən pərvərlik Hitlerləri doğan Avrupa Millətçiliyindən doğmamışdır, o vətənpərvərlik sadəcə klasik Şərqin dünya görüşündən qaynaqlanmışdır.

Türk dilində danışıbda Farsca yazılmasına gəldikdə deyilməlidir ki , bu 16-cı yüz illikdən bəri uzağa hesablanmış planın tərkib hissəsi idi. Bu Şah Abbas dönəmindən start götürmüş saray içi ədəbi Farslaşmanın acı nəticəsi idi,zatən bu Türk dünyasının Ədəbi dil açısından ümumi bir prublemi idi.19-cu yüz illiyin ortalarınadək böyük Osmanlı İmperaturluğunda da bu prublem keçərli idi.bu prublemi zaman aşımı ilə qardaş Osmanlılar tam olmasada nisbətən özlərində həll etdilər , lakin Məmaliki-Məhrusənin zəhərlənmiş elit-yüksək təbəqəsində bunun həllinə dair atılan addımlar nə təkcə saray tərəfindən alqışlanmadı bəlkə tam tərsinə Ədəbi Farslaşma çox böyük rəğbətlə qarşılandı , bu prusesin təbii nəticəsi olaraq 20-ci yüz illiyin əvvələrində Türk yüksək təbəqəsində savadlılığın ən əsas göstərisi Böyük Füzulinin , Əli Şirnəvainin , Şah İsmayılın Türkcə-Farsca əsərləri ilə yanaşı xüsusi vurğulanmalıdır ki, Hafizin , Sədinin və Məlun Ferduvsinin Farsca əsərlərinin oxunması təşkil edirdi .bu acınacaqlı məsələni Məhəmməd əmin Rəsulzadə “Azərbaycan Cümhuriyyəti”adlı əsərində çox gözəl ifadə edir. o , yazır kı , iranda- Məmaliki-Məhrusədə ölkənin əsasını təşkil edən və siyasi-iqtisadi-ictimai həyatında ən böyük rol oynayan Azərbaycanlılar Türkçə danışıb Farsca yazmanı təbii qayda olaraq qəbul edirlər.məsələdən bundan artıq uzaqlaşmayıb öz mövzumuza dönək.

Tarixin verdiyi önəmli dərslərdən biri bundan ibarətdir ki,bəzi istisnalar olmaq şərti ilə üləmaların aparıcı bir biçimdə qatılmış olduqları siyasi hərəkatlar əsasən fəlakətlə sonuclanmışdır, məşrutə isə bunlardan biri idi.Qafqazda Rus işğalçılığına qarşı böyük Şeyx Şamilin dirənişi , Böyük Xiyabaninin Məmaliki-Məhrusə yönümlü xarici müdaxilədən xilas olmaq və demokratik dəyərlər və istiqlaliyyət uğrunda kı, savaşı başqa mövzulardır.əlbəttə unudulmamalıdır ki, Böyük Xiyabani dini kimlikdən artıq dünyəvi bir kimliyə malik idi və mübarizəsi isə əsasən dünyəvi dəyərlər üzərində qurulmuşdur.

mövzumuz dini şəxsiyyətlərlə bağlı olduğuna görə burada toxunması gərəkən bir üləma da vardır ki, həm özü həmdə sonrakı nəsli dırnaq arası İranın siyasi həyatında çox geriçi rol oynamışlar, bu Şeyx Fəzlüllah Nuri dir. nəvəsi Tudə Rəhbərlərindən Nurəddin Kiyanuri,qardaşının qız nəvəsi dırnaq arası inqilab Rəhbəri Ruhullah Xümeynidir.mənim burada deyəcəyimi ailə tərbiyyəsi ilə məşğul olan sosioloqlar və psikoloklar təsdiq edər ki, bu tip köksəl – soylu –ağazadə kimi ifadələrlə seçilən ailələrə mənsub insanlarda ailə düsturları hər bir ideolojiyə üstün gəlir.ailənin şan-şöhrətinin yüksək tutulması əsas rol oynayır.elə buna görədə eyni bir kökdən gələn eyni ailənin bir başa və ya dolayısı ilə tərbiyyəsini mənimsəmiş bu iki şəxsiyyət ideoloji açıdan bir-birinə tam tərs cəbhədə dayanmalarına baxmayaraq gələcəkdə görəcəyimiz kimi eyni mömqedən çıxış etmələrinə bu almış olduqları eyni ailə tərbiyyəsinin böyük rolu olmuşdur.doğrudur ki, bu ikisinin eyni mövqedən çıxış etmələri ingilislə Rusiyanın ABD-ə qarşı mübarizəsindən qaynaqlanmışdır,lakin unudulmamalıdır ki,1357\1979-cu ildə Tudə partiyasında həm ləyaqətinə həm bacarığına görə qat-qat Nurəddin Kiyanuridən öndə olan İrəc İsgəndərini boş yerə partiyanın baş katibliyindən çıxarıb Şeyxin Nəvəsini baş katib etmədilər.bu İngilis tərəfindən şaha alternativ kimi irəli sürülən Xumeyni ilə qohumluğu və eyni törənin tərbiyyəsini aldıqlarına bir-birinin dilini başa düşəcəklərinə görə idi.

bu ailəyə bağlılığı,ailənin adlımlığının – məşhurluğunun qorunulub saxlanmasını biz Nurəddin kiyanurinin sonralarda yazmış olduğu xatirələrində çeşitli formalarda görürük.Məşrutə hərəkatı ilə bağlı yazılmış əsərlərdə ,xatirələrdə o cümlədən Nazim ül İslam “İran oyanış tarixi”adlı əsərində Şeyxin dara çəkilməsi ilə bağlı yazır ki, “ Mirzə Mehdi atasının kənd istehsalı mallarını pula çəkərək qəməri ili ilə 28 məhərrəm 1327 –ci il tarixində Məşrutəçilərə qoşulub Rəştə getdilər.orada Məscidin minbərinə çıxıb atasının əleyhinə danışaraq atasını lənətlədi və ...” [15] M.Rəsulzadə isə Bakıya göndərmiş olduğu raportlarda deyirdi ki, “ əcəba... əcəba... hadisəyə bax oğul gözləri önündə atanın dara çəkilməsini əl çalaraq alqışlayır ... ”[16] , lakin Nurəddin Kiyanuri atası Mirzə mehdinin bu işlərini öz xatirələrində inkar etməyə çalışır və qeyd edir ki, “ bunlar hamısı əsası olmayan boş yalanlardır, atam Mirzə Mehdi Məşrutəçilərin içində bəzi qərəzli mücahidlərin Şeyxi dara çəkmək məqsədini gütdüklərini bildiyi üçün babaya-Şeyxə bu böhranlı durumun düzəlməsinə qədər Tehranı az bir müddətə tərk etməsini xahiş etmişdir . ” Kiyanurinin öz babasına göstərmiş olduğu bu münasibət tam başa düşüləsi və tam insani atifəyə-sevgiyə uyğundur , buna söz yoxdur.bizi burada maraqlandıran ailə bağlarının üstün tutulmasıdır .

Şeyx fəzlüllah Nurinin özünə gəldikdə deyilməlidir ki,bu bir başa çəkinmədən yenilik sözünü sifət olaraq özü ilə çəkən hər bir təklifə bütün var gücü ilə qarşı çıxan və bu qarşı durmada heç bir cinayətdən çəkinməyən bir böyük din adamı idi. Sonralar Məşrutəçi olduğuna görə özünü çox qınamış seyid Məhəmməd Təbatəbaidən və xalqı İngilis himayəti altında ingilis səfirliyində otraq aksiya keçirməyə təhrik edən Məşrutəçi seyid Əbdullah Behbəhani kimi mərcəi - təqlidlərdən daha artıq önəmsənilən bu şeyx yeniliyə qarşı qənim kəsilmişdir. hətta o qədər yeniliyə düşmən idi ki,Məhəmmədəli Şahın masonların əlində alətə çevrilmiş Məşrutə hərəkatını framason icmaların nüfuzundan azad edibdə Sultandan hökümətdən yana məşrutə şahlığını yenidən bərpa etmək kimi irəliçi fikrini də “ ali həzrət sizin bu fikriniz bu dinsizlərə imtiyaz verməkdir ,bu imtiyaz isə bunları daha qəddar və tələbkar edəcəkdir” deyə Sultanı bu irəliçi fikirdən yayındırmağa çalışmışdır. Şeyx Fəzllüllah “Məşrutəyə” qarşı “Məşruiyyət” müdafiəçisi idi. Maşallah Acudaninin ”İran Məşrutəsi” adlı əsərində Şeyxin Nazim ül İslama xitabən çıxışını oxuyuruq : “ səni islam həqiqətinə and verirəm yeni oxulların (mədarisi cədidə) açılması islam Şəriətinə zidd deyil? Bu yeni oxullara getmək islam dininin izmihlalı deyil? Görəsən yabancı dillərin öyrənilməsi,Fizik və Kimiya bilimləri öyrəncilərin fikirlərini qarışdırmır?bu dini ayağa salan yeni Məktəbləri açdınız , kütləvi informasiyalarda bu haqda geniş təbliğat apardınız hal-hazırda da Məşrutə və Cümhuriyyət tələb edirsiniz?. O şey ki, islam qanunlarına ziddir qanuniyyət-yasasallıq mahiyyəti almayacaqdır.ey qeyrətsizlər , ey şərəfsizlər Şəriət sahibləri sənə Şərəf müqərrər edib imtiyazlar veribdir , və sən bədbəxt verilən imtiyazlardan üz döndərib deyirsən ki, mən gərək nəcis və Erməni və Yəhudla bərabər və qardaş olam “ .

Şeyx Fəzllülah Nuri Cuma axşamı 9 mordad 1288 \ 1909-cu il tarixində Tehranın məşrutəçilər tərəfindən fəth edildikdən sonra Topxana meydanında dövlət ittahamçısı Zəncanlı Mirzə İbrahım Qızılbaşın və digər məşrutəçilərin o cümlədən Erməni Yeprem və başqalarının iştirakı ilə dara çəkilmişdir. Deyilməsi yersiz olmaz ki, 1357\1979-cu il islam çevrilişindən sonra Şeyxə Xumeyninin bir başa göstərişi ilə Şəhid statusu verilərək Şəhid Şeyx fəzlüllah Nuri olaraq rəsmiləşdirildi və Baş kəndin ən böyük otubanına onun adı verildi.

Maraqlıdır ki, Məşrutə Hərəkatında iştirak etmiş üləmaların və iyitimlilərin böyük çoxluğu Məşrutə sonrası həddən artıq peşmanlıq hisi ilə özlərini tənqid etmişlər, amma nə yazıqlar kı, sonrakı peşmanlıq bərə bitirməz demişlər.bunlardan biridə elə bu Prokuror aktiv və atəşin Məşrutəçi Zəncanlı alim Mirzə İbrahım Qızılbaşdır.Qızılbaş (doğum ili 1272 h.q\1234.ş\1855) kiçik malik ailəsində doğulduğuna görə çox çətinliklərlə təhsilini sürdürmüşdür. Sultaniyyədə çox xeyirxah bir şəxsiyyət kimi ad qazanmışdır.Qızılbaş 1250\1871-ci il aclıq dövrünü yaşamış və onu öz əsərlərində belə xatırladır: “ bəziləri ölülərini qüsl edib kəfən verərkən ölkənin böyük çoxluğu köhnə dəriləri , ayaq qabılarını suya salıb yumuşaltdıqdan sonra qaynadıb dişlərinə çəkirdilər . dinə görə məkruh olan at , eşşək səhldir it,pişik əti , hətta bəzi yerlərdə diri qalmaq üçün ölülərin ətini belə yeyirdilər,insanlar ölməsinlər deyə qafqazlara üz tutmuşdular “ . maraqlıdır ki, bu kütləvi aclıq dönəmində İngiltərə Sistan və Bəluçistan Əyalətlərinin böyük hissəsini ələ keçirməyə çalışırdı ,buna görədə bir tərəfdən Qacar Dövlətinə başqa Ölkələrdən yeyintinin idxalına maneçilik törədirdi bir tərəfdəndə özü bu gərəkilən yeyinti mallarını pulu ilə Ölkəyə gətirilməsini bilərəkdən gecişdirirdi. İngiltərənin bu dəhşətli cinayətlə nəticələnən qeyri insani siyasətin sonucunda həm adı gedən topraqlar İngiltərənin əlinə keçmiş həmdə ölkə əhalisinin üçdə biri həlak olmuşdur.bu böyük faciələr doğuran qeyri insani siyasətin həyata keçirilməsində iç amil kimi İngiltərənin bir başa yardımı ilə 1871-ci ildə Sədarət məqamına gətirilmiş üzdən ıraq Fars zıyalısı Mirzə Hüsenxan Sepəhsaların böyük rolu olmuşdur.[17]

Qızılbaş da digər üləmaların bir çoxu kimi bu Mason icmalarının bilər-bilməz alətinə çevrilmişdir.özü öz əsərində dolayısı ilə yazır kı,”Ərdəşir Riporter-Ərdəşir Ci məni dünyada böyük nüfuzu olan icmaya apardı “ . Qızılbaşın qeyd etdiyi bu İcma Erməni mülkümün müridləri tərəfindən idarə edilirdi.yazır ki, “ burada məmləkətin önəmli simaları bulunmaqda idi , o cümlədən bunların adın çəkir: “ Ərbab Cəmişid Cəmişidiyan(Məşrutə sonrası 1000 tümən Təbatəbaiyə və ya Behbəhaniyə rüşvət verərək ilk rüşvət müqabilində birinci məclisdə iştirak edən adam olmuşdur.), Ərbab Kixisrov Şahrux,Abbas quluxan və hüsen quluxan Nəvvab (yanılmıramsa “İslam Fədayləri təşkilatının” qurucusu Ərdəbilli Nəvvabın babası –yuxarıda haqqında bilgi verilmişdir) ,Məhəmmədəli(Zəkaülmülk) və Əbülhəsən fruği ,Mirzə Həsənxan Məşirətdülə və Mirzə Hüsenxan mütəmən ül mülk(Pirniya –Panfarsizmə dayalı Antı türk “ İran əski tarixi”adlı kitabın müəllifi ),Əliməhəmməd və Məhəmmədəli tərbiyyət(Təbrizli ) ,Dr Hüsenxan Kəhal,seyid nəsrüllah əxəvi(Təqəvi), təbrizli Mirzə İbrahım ağa,İbrahım Həkim ül Mülk(saray Həkimi ) ,Vəhid ül Mülk Şeybani , Məazəd ül səltənə pirniya ,Təbrizli Seyid Həsən Təğizadə,Əsədüllahxan Əbülfəthzadə,İbrahımxan Münşizadə,Süleymanxan meykədə,Mirzə Mehdixan(Məmaliki-Məhrusənin Hərat Şəhərini və ətraf bölüklərini İngilislərə verən Müqaviləni imzalayan İranın Məşhur birinci masonlarından olan Fərüx xan Əminəddülə kaşinin oğlu) və başqaları” .[18]Qızılbaş Məşrutə sonrası deyirdi : “Məşrutədən əsas məqsəd nə azadlıq, nədə millətin oyanışı olmamışdır, Məmaliki-Məhrusə dövlətinin Ruslara yaxınlaşdığını görən İngilislər Xalqı aldadıb öz tərəflərinə çəkərək Məmləkəti bir-birinə vurmaq,Dövlətə qarşı qoymaq olmuşdur,bunun nəticəsində isə hələdə ölkədə illərdir qan axır,aclıq,yoxsulluq,işsizlik və bədbəxtliklər davam edir,beləliklədə onlar öz istəklərinə nail oldular “ .vurğulanması yersiz olmazdı ki, Zəncalı Qızılbaş Refurm və Məşrutə ilə bağlı bir sıra yazıları İstanbul Türkcəsindən farscaya çevirmişdir.

Bu üləmalardan biridə Seyid Məhəmməd Tətatəbai idi.Mason icmalarının təhriki ilə Məşrutəçi olmuş Təbatəbai yumuşaq-mötədil mövqesi ilə digər radikal Məşrutəçi üləmalardan seçilirdi.o dörd oğlu ilə Qacar Hökumətinə və Sultana mülayim münasibət bəsləyəcək Məşrutənin var olması üçün çalışırdı,lakin bu pruses mason icmalarından da yuxarıda planlaşdırıldığından dolayı istər istəməz radikallaşmalı ,Sultana və Qacar türk Dövlətinə qarşı olmaq tələb edilirdi. o dönəmdə Məşrutə istəkləri nə qədər yaxşı ,irəliçi və yerli camaatın hər tərəfli inkişafı üçün lazım olsaydı da, o istəkləri şüurlu şəkildə həzm edəcək camaat olmadığına görə fəlakətlərlə nəticələnəcəyi qaçınılmaz idi. bu gün çox az hissədə olmuşsada SİS(Secret İntelligence Service ) və özəlliklədə mövzu ilə bağlı CİA[19] tərəfindən açılmış sənədlər sübut edir ki, ş . 1272 \1893-cü il tarixindən İngiltərənin İran üzrə gizli servisinin başçısı seçilmiş Hindistan Zərdüştlərindən Ərdəşir Ci ölkədə işə başlarkən ən əsas bir mision-görəv üzərinə qoyulmuşdur ,oda bundan ibarət idi ki, Məmaliki –Məhrusə yönümlü türk Qacar Dövlətinin zəyiflədilməsi üçün gərəkən işlərin - fitnə və fəsadların törədilməsi və nəhayət bayağı İran Fars Dövlətinin yaradılması üçün gərəkən Şəraiti və kadrları hazırlamaq idi.Məşrutə Hərəkatı ilə bağlı yazılmış olan əksər əsərlərdə özəlliklədə Məşrutə Hərəkatının anseklopedisi-dairət ül maarifi adlanan lənətlənmiş Kəsrəvinin əsərində üzərindən çox hiləgərcəsinə keçildiyi əsas bir məsələ vardır bu Mirzə Məhəmmədəli Şahin Məşrutə Şahlığı ilə razılaşmaması məsələsidir.Müzəffərəddin şah Məşrutəli şahlıqla bağlı qəbul etdiyi fərmanla Ərdəşir Cinin ölkədə qalamaq istədiyi ot-alovun üzərinə su tükmüşdür.bu Ərdəşir Cinin həyata keçirməkdə olduğu plana qarşı böyük zərbə idi, onlara görə ot-alov yenidən hər yanı bürüməli idi.

Müzəffərəddin şaha görə daha bilikli,daha bacarıqlı və daha güclü olan Məhəmmədəli Mirzə əvvəldən Məşrutəli şahlığın qəbul etdiyi anayasaya , Məşrutə Məclisinə ,söz azadlığına , Mətbuat azadlığına tabe idi , nə olduda bu qanunlarla tam razılığını bildirən və ona bacardığı qədər əməl edən Məhəmmədəli Mirzə birdən birə o qanunları ,Məşrutəli Şahlığı ilğa etdi və ona tam gücü ilə qarşı çıxdi?Kəsrəvi çox hiləgərcəsinə bunun üzərindən belə keçir: “ ədəm təmayol an(məhəmmədəli mirzə)əz ağaz,hətta əz dorane vəliəhdi be səltənəte Məşrute...; tərcüməsi belədir : o əvvəldən ,hətta Vəlihədlik dövründən Məşrutəli Şahlığa təmayülü-razılığı yox idi və ona zidd idi “ .amma əslində belə deyildi.bu framasonların davası əslində məşrutə davası deyildi bunlar sadəcə insanları bir cox alim və düşünürləri təhrik edən fitnəkarlar idi. Bunlar hətta Məşrutə Şahlığı ilə bağlı fərmanı imzalamış müzəffərddin şahı fərmanı imza etdikdən sonra terrur etməyi belə planlaşdırmışdılar,yuxarıda işarə etdiyimiz kimi Məhəmmədəli Mirzə əvvəldən bu yasa ilə tam razı idi,lakin bu fitnəkar Ərdəşirin maliyyələşdirdiyi və İngiltərənin himayə etdiyi Mason İcmalarının üzvləri bilər-bilməz onun göstərişi ilə Məhəmmədəli Şahı normadan xaric tənqid atəşinə tutmağa başladılar, Fridun Adəmiyyət[20] yazır ki, “ ağızlarına gələn layiqsiz söyüşləri Şura Məclisində ağızlarına gətirdilər,hətta daha irəli gedib Məməhəmmədəli Şahın ailəvi heysiyyətini ,ləyaqət və şərəfini alçaldacaq böhtanlar ataraq dedilər ki, Məhəmmədəli Mirzə naməşru-qeri qanuni cinsəl ilişkidən törənibdir və ona görədə Şah ola bilməz,bu bicin İslam ölkəsində şah olması bizə üz qarasıdır “ !!!? . əlbəttə ki, Məhəmmədəli Şah buna layiqincə cavab verməli idi.o bilirdi ki, bu haradan su içir,amma nə yazıqlar kı,çoxunluqla Mason yığıncağına çevrilmiş Şura Məclisi topa tutulduğundan həmən sonra qocaman Təbriz Məhəmmədəli Mirzənin qarşısında dayandı,hər yan susmuş ,Şahı söyənlər sıçan deşiyinin satın alırdılar . səs çıxarmağa biri belə cəsarət etmədi.Seyid Təbatəbai təhrik edilmiş bir Məşrutəçi üləma kimi ürəkdən ağrısada , bu çaxnaşmaların xalqa nə isə xoş bir şeyin vəd etmədiyini bilərək Məşrutədən yana olan bir üləma kimi fəaliyyətini dayandırmadı . 1913\ ş. 1292-ci il tarixində üçüncü Şura Məclisi dönəmində başını soxmadığı torba qoymayan soysuz soydaşımız Təbrizli seyid Həsən təğizadə atrafı ilə Almanlara sığınıb bu dəfədə birinci dünya güclər arası savaşda tərəfsiz olmağı düşünən Məmaliki-Məhrusəni Masonlarla əl-ələ verib ot-alovun içinə sürüklədilər.bu fəlakətli oyunda da Təbatəbai xidmətdən geri qalmadı .1292\1913 – cü ildə bu Məşrutəçilər başda sosial demokratlar (İctimaiyyun-amiyyun)olmaqla azda olmuşsa yumuşalmış siyasi-ictimai durumu gərginləşdirmək məqsədi ilə prupaqandaya başlayıb Baş kəndin Tehrandan İsfahana köçürülməsini və Qacar türk Dövlətini geri çəkilməyə məcbur etməklə yeni tam bir Fars dövlətin qurulmasını istədilər.maraqlıdır ki,bu prusesin üzdə başını çəkən Sosial-Demokratların böyük çoxluğunu soy-kökünü danmış ata-babasına dönük çıxmış , Mason İcmalarının əmir quluna çevrilmiş Azərbaycan türklərinin əsasən dırnaq arası Düşünürləri təşkil edirdi ,Təşkilatın özüdə Qafqazda-Quzey Azərbaycanda yaranmış və fəaliyyətə başlamışdır.

bu dönəmdə siyasilər və üləmalar mövcud siyasi vəziyyəti idarə etmirdi ,bəlkə mövcud durumda hakim olan siyasi cəv-mühit bu Siyasilərlə üləmaları öz ardınca çəkirdi , başqa dillə desək bu öndə gedən siyasilər əslində cərəyanları yaradan deyil yaradılmış və törədilmiş hadisələrin ardınca sürünürdülər.bu arada Məşrutə sonrası 5-ci kabinənin Vəzirül- vüzərası-baş baxanı Səttarxanla Bağırxanı və Azərbaycan Fədailərini bir dəfəlik aradan qaldırmaq üçün var gücü ilə Sosial Demokrat və digər Tehranda kı məşrutəçilərlə birlikdə çalışan və nəhayət istədikləri xəyanəti layiqincə yerinə yetirən bu dırnaq arası sosial demokratçı Mustufiül- məmalik Baş Kəndin İsfahana köçməsinin vacibliyini qeyd etdi, digər tərəfdən də Eynüddövlə ,Fərmanfərma,Samsamül-səltənə və Sepəhdar- Tənkaboni Əhməd Şahı insirafa getməyə– geri çəkilməyə təhrik etməyə başladılar və ardınca da Qum Şəhərinə ordanda İsfahana köçməyə başladılar , lakin planları isfahanda deyil Kirmanşahda baş tutdu və orada özəl Milli ordu təşkil edib keçəri Milli Hökumət qurduqlarını elan etdilər.bu dırnaq arası Milli Hökumətin başçısı isə Rzaqulu xan Mafi(Nizam ül Səltənə) oldu. Təbatəbai bu sürəcdə də əsas fəal üləmalardan oldu.amma bağdad da Osmanlılar məğlub olduqda bu özdən ıraqlar hamısı baş götürüb qaçmağa başladılar və tərəfsiz olmağı düşünən Məmaliki-Məhrusə əhalisini çıxmaza soxaraq ölkəni İngilislərlə Rusların yenidən at culangahına çevirdilər .Təbatəbai isə o birisilərə nisbətən yumuşaq mövqe tutaraq İstanbulda Osmanlılara sığındı,Osmanlı dövləti isə 6 ay müddətində bu üləmadan yardımını əsirgəmədi, Təbatəbai 6 aydan sonra Ölkəyə qayıdıb Məşrutədən və ümumiyyətlə üləmalara görə olmayan siyasətdən uzaqlaşaraq dey 1299\1920-ci ildə təxminən 78 yaşında dünyasını dəyişdi.deyilməsi yersiz olmazdi ki, Məşrutə ikinci dəfə qələbə qazandıqdan həmən sonra London Framasonik İcması tərəfindən Təbatəbai Midal və Himayillə ödülləndirilmişdir.Təbatəbai siyasətdən geri çəkildikdən sonra Məşrutəçiliklə bağlı fəaliyyətini tənqid edir və narazılığını birlirirdi . O , çox mənalı bir biçimdə deyirdi : “sirkə tökdük Şarab çıxdı ,yeni bir Binanı tikməyə daş-qumumuz olmadan var köhnə binamızıda yıxdıq allah bizi bağışlasın !!!” .xalqın tələbinə gəldikdə isə deyirdi ki, ” bu xalqın əsas istəyi yerli hakimlərin amansız zülmündən amanda qalması üçün Şura Məclisi lazımdır,amma Məşrutə və Cümhuriyyət çox tezdir,buna görə ki,Məşrutə və Cümhuriyyət əhalisinin savadlılardan ibarət olan ölkəyə yaxşıdır “ . vurğulanmalıdır ki, o dönəmdə ən əsas gündəliklərin ikisi Tehranda ikisi isə Təbrizdə çıxırdı , Tehranda Çıxan iki əsas gündəlikdən biri “İstiqlal” Etidaliyunların , o birisi isə Məhəmmədəmin Rəsulzadə tərəfindən yayımlanan “İran No” Təğızadənin –Sosial Demokratların orqanı idi.buna tay Təbrizdə də iki gündəlik biri Kərbəlai Hüsenağa Fişəngçi tərəfindən çıxarılan və Səttarxanın Türkcə Çıxışlarını Farscaya çevirən katibi mərhum İsmayıl Yekanlı tərəfindən əsasən yazıları yazılan “Təbriz” Etidaliyyunların, o birisi isə Ağamirzə - hacağa Rzazadə(Dr.Şəfəq) tərəfindən buraxılan “Şəfəq” Təğizadənin - Sosial Demokratların orqanı idi. 14

 

Qaynaqlar:

[1] Məmaliki-Məhrusə -İran Hərbi Modernləşməsini Böyük hərbi Sərkərdə Abbas Mirzəyə borcludur.bunu qətiyyətlə deyə bilərik ki, əgər Böyük Ordu Başçısı Abbas Mirzə vaxtından tez dünyasını dəyişməsəydi, Rusiyanı Orta çağ geriliyindən çıxarıb Super və Modern Avrupa İmpitaturluğuna çevirən birinci Piyutır (təxminən 1670-1724)kimi Abbas Mirzədə bunu Məmaliki-məhrusədə etməyə qadir və məqbul bir komutan idi. Abbas Mirzə Böyük Komutan olmaqla yanaşı bir Mədəni-Siyasi devrimçi və çağdaşçı olaraq daim islahatlarda öndə gedən biri olmuşdur.19 – cu yüz illiyin ilk çeyrəyində ( ilk 25 illiyi)Avrupaya ilk öyrəncilərin göndərilməsidə bir başa Böyük Abbas Mirzənin xeyir-düası və maddi-mənəvi dəstəyi ilə baş tutmuşdur.Abbas Mirzənin təşəbbüskarlığl ilə 350 - ə yaxın öyrənci Avrupaya yeni bilimləri –ülumi cədidəni öyrənmək üçün gəndərilmişdir.

[2] 8 . cildlik tarixe rəvabete siyasiye İran o İngilis – İranla İngiltərənin Siyasi ilişkilər tarixi – kitabının 8-ci cildi .Vilson İngiltərənin Məşrutə və Məşrutə sonrası Əhvaz konsulu olaraq orada ki. Neft qazıntılarına və tədqiqatına nəzarət edən şəxs idi.

[3] Biz Qacar Türk Dövlətinin eləcədə hər hansısa digər bir Türk Dövlət sulaləsinin bir Şahını və ya xodda ki, bir Şəxsiyyətini Böyük deyə yad etdikdə öz yaşlı aydın kəsimimiz tərəfindən – dərə bəyliyi , xan xanlığı , zülm və fəsadı öyürük deyə intiqada məruz qalırıq ,nəyə görə ? buna görə ki,bizim Millət-dövlət anlayışımız düzgün formalaşmayıbdır,buna nədən olan ən əsas iki amildən biri İngiltərə ilə Rusiyanın Məmaliki-məhrusəyə sıramış olduqları Rza quldurun hakimiyyətə gətirilməsi və onun Panfarsist və anti Türk Siyasətini hakim etməsi , ikincisi isə orta çağ Fodalizmini yaşayan Milli Burjuvanın və asılı olmuşsada komprodor Sənayenin hələ yaranmadığı və 90% -nı savadsızların oluşdurduğu Məmaliki-Məhrusədə özəlliklədə Azərbaycanda kı, ziyalılar Sovet Rusiyasının vəəd etdiyi dırnaqarası işçilərin,kəndlilərin Mədineyi-faziləsini yaradacaq olan və mahiyyətcə Millət-Dövlət tezisinə qarşı olan Sosializmə uyması olmuşdur . yeni aydın nəslimizin qələm sahibləri bu gün ki, mənəvi həyatımızı tamamı ilə etgiləyən tarix anlayışını formalaşdıran bu sahələri dərindən araşdırmaq üçün qollarını çırmalamalı qələm və incələmə meydanına girməlidir . İran Dövlət arşivində eləcədə qardaş Türkiyənin Osmanlı Arşıvlərində bu haqda geniş və zəngin faktlar bulunmaqdadır , Osmanlı Arşıvındən nümunə olaraq birinə işarə etməkdə yarar var , Böyük Nasirəddin Şah avrupa səfərinə çıxarkən İstanbulda Osmanlı Sultanı yanılmıramsa Əbdülhəmidlə görüşləri olmuşdur.bu görüşdə Məmaliki-Məhrusədə türk dövlətçilik ənənəsinin qalıb davam etməsinin Türk dilinin Dövlət dili olub-olmamasından ,Türklərin Türk şüuruna dayalı idarəçiliyindən asılı olduğu haqda geniş və olumlu müzakirələr olmuşdur.bu səfərdən qayıdan böyük Nasirəddin şah bir az müddətdən sonra Mirzə Kirmani tərəfindən Terrur edildi . M. Kirmani Şeyx Cəlalətdin Əsədabadinin mürüdlərindən biri olaraq Şeyxin göstərişi ilə Şahı terrur etmək məqsədi ilə İstanbuldan gəlmişdir.Əslən Türk olan bu Şeyx cəlalətdin Əsədabadi bu əməli ilə Məmaliki-Məhrusənin Türk Dövlətçilik ənənəsinin bəqasına-qalıb davam etməsinə böyük zərbə vurmuş oldu , doğrudur bu cəsarət və qorxmazlıq Şeyxin deyil , Şeyx Əmirə tabe bir Əmir qulu idi! Şeyx üyəsi olduğu Framasoner Örgütün sadəcə verilən əmrini yerinə yetirmişdir, bu isə millətinə,vətəninə bağlı olmayan onun-bunun iki-üç qıranlıq əmir qulu olanların vətən və millətinə edəcəyi xidmətin bariz nümunəsidir.

 

[4] Profesor Məhəmməd tağı Kirişçi (Zehtabi)elə bir dahi şəxsiyyətdir ki,çağdaş Güney Azərbaycan Milli Azadlıq Hərəkatımızın elmi-nəzəri əsaslarının yazılıb yaradılmasını onsuz təsəvvür etmək qeyri mümkündür.O , deyirdi ki, daim öz ana dilimdə soy adımın səslənməsini istəmişəm.buna rəsmi sənədlərimdə çatmasamda yazmış olduğum öz əsərlərimdə nail olmuşam. Bəlli dir ki, Kirişçi sözünün Farsca qarşıtı Zehtabidir. Məhəmməd tağının atası Kirişçilik işi ilə məşğul olduğuna görə Soy adınında Kirişçi kimi sənədlərdə getməsini istəmişdir,lakin buna o dönəmdə ümum Azərbaycanda olduğu kimi icaze verilməmiş və onun farsca qarşıtı olan Zehtabi sənədlərdə rəsmiləşdirilmişdir. Yaxşı olar ki, Böyük dahilərimizdən olan Kirişçini soy adı olaraq Fars ağalığını nümayiş etdirən Zehtabi kimi yox öz doğma Türkcəmizdə ki, Kirişçi kimi səsləyib Kirişçi kimi xatirələrimizdə yaşadaq.

[5] Sadiq Padiqan məşhur Tudəçi olmuşdur.bu Tudəçinin Pişəvərinin könüllü və ya zoran Bakıya gəlməsində və ya gətirilməsində böyük rolu olmuşdur .bu Tudəçi böyük Profesor ...M.T. Kirişçinin də Pantürkist deyə Bakıda mühakimə edilib Sibirə sürgün edilməsində böyük rolu olmuşdur.ümumiyyətlə Milli Hükumətimizin dövrünə obyektiv yanaşıb doğru dəyərləndirmək üçün MH-in yaranış və faciəli bitişində əsas idarəçilik misiyasını yerinə yetirən bu beş şəxsiyyətin ADF_MK nin əsas üyələri olan Pişəvərinin , Biriyanın ,Şəbistərinin ,Cavidin və adı gedən Padiganın və başqa MK üyələrinin Milli Hükumətimiz öncəsi Siyasi Həyatlarını və faciə ilə bitmiş Milli Hükumətimiz sonrası yaşadıqları talelərini öyrənməklə çox şeyə aydınlıq gətirmək olar.

[6] (Sər gozəşte ma və biganegan – Bizim taleimiz və yabancılar)yayın yeri :Almaniya , yazar : Nüsrətüllah Cahanşahlı avşar . bu adı gedən şəxsin öz ideoloji dünya görüşü ,Vətən və Millət anlayışı bir çox şeyin çılpaq göstərisidir.bu Cahanşahlı baxmayaraq ki, böyük Avşar elinin adlım Xanzadələrindən və Zəncanın böyük maliklərindən olmuşdur . ana babası Böyük Ağa Məhəmməd Xan dönəmində Eşik İşlər baxanı olmaqla yanaşı Böyük Ağa Məhəmməd xan tərəfindən Mərsə Qılıncla ödüllənmiş bir Türk döyüşçüsü olmüşdür ,ancaq özü tam tərsinə anti Azərbaycan , Anti Türk anlayışına meyilli Panfarsizm və Paniranizm olmağa can atan biri idi. Nüsrətüllah Cahanşahlı məşhur 53 – nəfərlərdən olmuşdur. Həbsdən azad olduqdan sonar yaranmış Tudə partıyasında fəaliyyətə başlamışdır.Tudənin göstərişi ilə ADF - ə girmişdir.yüksək ailə tərbiyəsi almış yüksək iyitimli Cahanşahlı gəncikən MH-nin Dövlət Başçısı Mərhum Pişəvərinin birinci müavini görəvində çalışmışdır.Sovet Rusiyasını tərk etdikdən sonra yazmış olduğu Əsərində yaşamış dünya görüşünə tam zidd və tənaqqüzlü mövqə sərgiləmişdir. əsərində Mənsub olduğu Böyük El-obasına və böyük Türk xalqına layiq olmayan bir biçimdə Pəhləvi ailəsinə məddahlıq etmişdir. cahanşahlı istər MH dönəmində istər Sovet Rusiyasına gedib yerləşdikləri dönəmdən sonra bir mənalı şəkildə bir lovğa Panfarsist kimi İran Farsçılığını savunan və Azərbaycanı , Türklüyü müdafiə edənlərə sərt qarşı qoyan biri olmuşdur . O , Mərhum Biriyaya Farsçılığa qarşı Azərbaycançılıq-Türklük etdiyinə görə olmazın sözünü (əsərində) deyərək tənqid atəşinə tutur . amma bunlar bir tərəfə yazmış olduğu bu əsər bir çox gerçəklikləri o, cümlədən Tudə və ADF də KQB –nin nüfuzu haqqında eləcədə bu dönəmin dırnaq arası Kommonistləri haqqında bir çox bilgi içərməkdədir.Əsərində Azərbaycanın və türklüyün hətta MH-nin tam ziddinə çıxaraq bütün məsələlərə tam Farsçılıq mövqeyindən yanaşır , zatən Azərbaycan Milli Hükuməti müstəqil Azərbaycan Türklüyünə və Dövlət-Millət anlayışına dayalı olmuş olsaydı bu kimilər orada nə inki rəhbərlikdə bəlkədə sıravı bir fədai kimidə bulunmasına yer verilməzdir.

[7] Vilson İngiltərənin Məşrutə və Məşrutə sonrası Əhvaz konsulu olaraq orada ki. Neft qazıntılarına və tədqiqatına nəzarət edən şəxs idi. O bu ifadəni öz xatirələrində Məşrutə sonrası vəziyyətə dair işlətmişdir,lakin mahiyyətcə hec bir şey fərq etmədiyindən tam əminliklədə neftin milliləşdirilməsi dövrünə də sidq etməsini deyə bilərik.

[8] Freestone Mason sözü Ingiliscə daş işində olan , daşçı , daş üzərində incə iş görən və ya Bənna deməkdir.bu Termin təxminən Orta çağ dönəmində tikintiçilər tərəfindən avrupada işlədilməyə başlanmışdır.Türk araşdırmaçılarının qəti fikirlərinə görə Framasoner icma quruluşu İslam sonrası təxminən 10-11 yüz illiklərdən bəri uzun sürə fəaliyyətdə olan Türk örgütlənmə gələnəyindən qaynaqlanan Əxəvilik ideyasından götürülmüşdür,Framasoner örgütlənmə Əxəvilikdən götürülsədə əsaslarına görə fəqlənir. 17 – ci yüz illikdən etibarən tam Siyasiləşmiş Framasoner icmalarda 4 əsas prinsip vardır.1 ci Şəhərdə qurulacaq icma Şəhərdəki Böyük İcmanın tabeçiliyində olmalıdır,2-ci hər üzv dünyada ən böyük Lojun və başçının olmasına qəti şəkildə inanmalıdır, 3-cü Qadınlar əsla içəri alınmazdır , 4-cü hər üzv dini və siyasi etiqadını bir qırağa atmalı və İcmanın – Başçının Əmirlərinə tam tabe olmalıdır.bu Framasoner icmalar 18- yüz illiyin axırlarından 19 –cü yüz illiyin əvvəllərindən bəri Doğuya Avrupa Təhsilli Aydınlarla və hükumət Nümayəndələri ilə gətirilmişdir. Bu İcmaların üzvünə Mason və ya Framason deyilir.İranda bu icmalara gizli əncümən və ya Fəramüşxanələr deyilirdi ,İranda bu icmaların Banisi məşhur Erməni Mülküm xan olmuşdur. Məmaliki – Məhrusə anlayışının İran-Fars anlayışına dönüşməsində ,Məşrutənin ingiltərənin Alət - felinə çevrilməsində ,Böyük Dahi Xiyabaninin məğlubiyyətində , Rza quldurun Hakimiyyətə gətirilməsində və digər dövlət əhəmmiyyətli sonar ki, Hadisələrdə də bu İcma üzvlərinin ən böyük rolu olmuşdur. Bu Icmaların ictimai ,Siyasi və iqtisadi istrikturlarında eləcədə Dövlət quruluşunun çeşitli dairələrində və süni opozisionunda yüksək təsirə malik olduqları ölkələrdə bu günədək yerli millətin və ya xodda ki , xalqların İradəsi ilə hansısa Siyasi bir sistem qurulmağa müvəffəq olmamışdır. bu icmalar iranda başqa formada olsada öz fəaliyyətlərini yüksək səviyyədə hala davam etdirməkdədir. İran adlanan ölkə bu gün bu iddaanın ən bariz nümunəsidir.

 

 

[9] İslam Fədailəri fanatik – aşırı Şiyə İcması olaraq 1941 /1320 . 20 Şəhrivərdən sonra terrur fəaliyyəti ilə mübarizəyə başlamışdır.bu İcmanın Rəhbəri Nəvvab Səfəvi adı ilə ...məşhurlaşmış Ərdəbilli Seyid Müctəba mir lohi idi. Təbrizli Framason Kəsrəvini ,Məhəmmədrzanın Qəvam demişkən balaca Pəhləvinin Saray Naziri Həjiri , Azərbaycan Milli Hükumətinə qarşı Tehran ordusunu hazır duruma gətirən ordunu Azərbaycana yürüdən və Azərbaycanda törətdiyi qətlama görə Balaca Pəhləvi tərəfindən Sepəhbud hərbi dərəcəsi ilə ödüllənən sonra Başnazir olan Hacıəli Rəzmaranı ,nakam terrur olan Fatimini(Müsəddiqin ən yaxın Nazirlərindən biri) və Hüseyn Əlanı və 1340 – cı ildə Baş nazir olan Həsənəli Mənsurun terrur əyləmini bu İcmanın üzvləri həyata keçirmişdir.axırda Nəvvab Səfəvi Hükumət tərəfindən edam edildi.bu təşkilat dini firqəçi təşkilat kimi tanınsada fəaliyyətində əsasən o və ya bu framasonun tətikçisi rolunda çıxış etmişdir.İcmanın əsas üzvlərindən olan İraqlı Mehdi təşkilatdan ayrılmasının əsas səbəbi kimi Nəvvab Səfəvinin məşhur framason Seyid Ziya Təbatəbai ilə sıx ilişkidə olmasını göstərir.doğrudanda bu İcma bir müddət Kaşaninin sonra Seyid Məhmud Əlayi Taliqaninin və bu kimilərin daim hər tərəfli dəstəyi altında olması danılmazdır.

[10] Redakturu və çapa hazırlayanı Homa Sərşar Şəban Cəfəri Losanceles 1998 .

[11] - Dr Fəxrəddin Əzimi ( Hakimiyyəte Melli və doşmənane an –Milli hakimiyyət və onun düşmənləri).

-M.C. Məhəmmədi ( raze Piruziye Kodetaye 28 mordad – 28 murdad çevrilişinin qələbə rəmzi ).

-Beryan Liping , çevirəni : Məhmud İnayət ( suqute empraturiye engelistan və doləte Musəddeq- İngiltərə imperializmi ilə Müsəddiq dövlətinin məğlubiyyəti).

-Profesor Əbu əl məcid Hüccəti (Mərde Sal və Səde və Hezare – İlin , yüz illiyin və Min illiyin kişisi adlı asəri ) .

-Hüseyn Məki ( Vəqaye siome tir 1331 – 30- tir Hadisələri adlı kitabı ) .

 

 

[12] Əmir Ərşəd xan Azərbaycanın tarixi bir şəxsiyyəti olaraq haqqında geniş araşdırmalara ehtiyac olduğunu vurğulamaqla yanaşı qeyd etməkdə yarar var ki, 20-yüz illiyin böyük yazarı adlım Molla Nəsrəddin jurnalinin baş redakturu böyük Jurnalist Cəlil Məmmədqulizədənin xatirələrində güney - Təbriz səfərində bu şəxsiyyət haqqında müsbət mənada çeşitli bilgilər öz əksini tapmışdır.O , Xanımısı ilə birlikdə Əmir Ərşəd xanın Oxarada kı, Sarayında bir müddət qonaq olmuş,Əmirlə mövcud siyasi-ictimai durum haqqında geniş müzakirələr etmişdir.Böyük Cəlil Məmmədquluzədə bu şəxsiyyəti tam çağdaş dünya görüşlü vətən və millətini düşünən bir şəxsiyyət kimi karakterizə edərək əlavə edir:burada insanlar deyirlər ki , Əmir Qacar hakimiyyətini quracağı yeni çağdaş dövlətlə əvəz etmək istəyir.C.M.Qulizədə qeyd edir ki, Əmir məndən istəyir ki, burada qalıb Molla Nəsrəddini burada çıxardım . Əmir bu təklifi verərək deyirdi , Molla Nəsrəddinə bizim xalqımızın böyük ehtiyacı var , mən bu jurnalın burada çap olub yayılmasına bütün gərəkən maddi və mənəvi dəstəyi verməyə tam hazıram ,hətta ən çağdaş mətbəə avadanlıqlarını sizin ixtiyarınıza alıb qoyaram,sizin özünüzə isə istənilən bütün şəraiti yaratmağa hazıram ...

Böyük Əmir O siyasi qalmaqallı dönəmdə Qacar Türk Dövlətini ən yüksək səviyyədə müdafiə edən Böyük Türk Sərkərdəsi idi. İngilis və başqalarının aləti-felinə çevrilmiş İsmayıl Simitkonun batı Azərbaycanda törətdiyi hadisələrə son qoyulmasında Böyük əmirin ən böyük rolu olmuşdur.İsmayıl Simitko adı ilə bağlı olan üsyana son qoyan Böyük Əmir, arxadan vurulan güllə yarasından vəfat etmişdir. Qacar ənənəvi Türk Dövlətini irticai və bayağı dırnaq arası Çağdaş Fars dövləti ilə əvəz edilməsini planlaşdıran ingiltərə , yerli ajan və məmurlarının vasitəsi ilə ölkədə Qacar Türk Dövlətini yerlərdə və mərkəzdə qoruyan və hər tərəfli müdafiə edən böyük sərkərdələri çeşitli yollarla aradan götürürdü. Böyük Əmir bu siyasətin qurbanı olmuşdur.

1342-ci il ağ inqilab dönəmindən sonra Bir çox Mülkədarlar kimi nə yazıqlar ki,Böyük Əmirin nəvəsi ikinci Əmirin oğlu Torap Xan və ən yaxınlarından olan Müstafa xanın oğlu Qubad Xan SAVAK-ın Quzey Batı üzrə görəvlilərindən olmuşlar və Sepəhbud Qaradağlı (qərəcədaği) isə bəlli şəxsdir.Turap xan devrim sonrası Edam edildi,Qubad xan bir müddət qaçaq qaldıqdan sonra tutulub bir müddət zindanda qaldı , lakin Taliqaninin köməyi ilə Edam hökmü Ev dusdaqlığı ilə əvəz edilmişdir.Sepəhbudun isə devrim sonrası məşhur məhkəməsi olmuşdur.

[13] qaynaq: www.sci.org.ir

 

[14] biz genəlliklə yazı boyu Rza Şahdan “Rza quldur” olaraq ad aparmışıq ,lakin bu üzdən ırağın kimliyini bu söz tam əks etdirmir.əziz və dəyərli dostlardan biri demişkən Rza şah “Aslan cildinə geydirilmiş eşşəyin təkidir”sözü bu adamın mahiyyətini daha yaxşı ifadə edir.

[15] Qaynaq بازخوانی روایت اعدام شیخ فضل‌الله نوری حدیث آن شیخ که بر دار شد... – dar ağacına gedən Şeyxin hadisəsi … adlı yazıdan götürülmüşdür ,yazarı: N.Rəhimxani http://www.akhbar-rooz.com .

[16] “ Məhəmməd Əmin Rəsulzadə” adlı Kitabın birinci cildi Bakı 1992 və “İran Məşrutə İnqilabından Raportlar”Çevirəni : R . Rəisniya çap Tehran 1377.

[17] Yazar:Məhmud Məhmud , 8-cildlik “ İranla Ingiltərənin siyasi ilişkiləri tarixi” adlı kitabın 4-cü cildində İranla İngiltərənin bu siyasi münasibətləri və adı gedən anlaşmanın haqqında geniş bilgilər öz əksini tapmışdır.

[18] dırnaq arası qeydlər,açıqlamalar yazardandır.Zəncanlı Mirzə İbrahım Qızılbaşın Xatirələri yerli araşdırmaçılardan Qulamhüsen Mirzə Saleh tərəfindən işlənib 1380\2001-ci ildə çap edilmişdir,lakin Şeyxin qatilinin kitabıdır deyə az bir zamanda yayımına qadağa qoyulmuşdur.daha geniş bilgi üçün www.shahbazi.org baxın.

 

[19]Yenicə ışıq üzü görən CİA sənədlərinə əsaslanaraq yazmış olduğu önəmli əsərlərin müəllifi ABD vətəndaşı M.Q.Məcedlə A.Şahbazinin müsahibəsi , www.shahbazi.org .

 

[20] Zendegi və zəmaneye Şeyx İbrahim Zəncani - Zəncanlı Şeyx İbrahim Qızılbaşın həyatı və dövrü , birinci bölüm . Yazarı A. Şahbazi

 

 

  

 ASMEK  

 

BayBek.com

 Akhbar Rooz

 Güney Azerbaycan Öyrenci hereketi

 Sözümüz

 Azerbaycan

  Azad Tribun

 Azar Tabriz

 Yurd Net

 Durna

 Urmu Bir Olmalý