Bu mail adresi spam botlara karşı korumalıdır, görebilmek için Javascript açık olmalıdır


        Aylıq Yazı


Uzun illərdir Azərbaycanlıların ürəklərində həbs olan səs May ayında elə gür çıxdı ki qulaqlarını pambıqla dolduran fars şovənizmi bu səsi minlərcə agac uzaqlarda belə eşitti.  İsyan qarşısında tir tir titrəyən faşizm, olayı yüksək səslə öz aralarında danışmaqdan belə qorxurdu. Pıçıltılarla qulaqdan qulağa geçsə də, pıçıltılar belə qulaqları kar edəcək qədər yüksəlməyə başlamışdı. Bu səs əsirlərdir ”zülmə qarşı qiyam” diyən millətin təkrar ayaqlanmasının xəbərçisiydi.

May qiyami təkcə devlət gəzətində yayınlanan soycu düşüncənin ürünü olan karikator və yazıya qarşı deyil, pəhləvi rəjimi ilə başlayan və günümüzdə də dəvam edən şövənizm və soyculuğa da qarşı Azərbaycanlının güçlü cəvabi idi. Haqlı istəklərini daha da açıq şəkildə dilə gətirən millətin yenidən varoluş bağırtısı kimi idi.  Bu qiyam sanki özgürlük yelini əsdirdi.  

May olayları Azərbaycan milli qurtuluş hərəkətinin bəlki də ən somut göstərgəsidir və hətta bir dönüm noqtəsidir. Bu qiyamla bərbaər hərəkət Azərbaycanlılarıın evinə girmiş oldu, hamı özünü bu qiyamın bir parçası gördü. Yaşlı, gənç, qadın, kişi demədən şəhərlərin xiyavanlarını fəth edən Azərbaycanlılar milli hərkətin kitləsəlləşdiyini də ortaya qoydular.

Tək millət tək dövlət sevdasını illərdir qucaqlayan faşizmin əzbərini pozmuşdu bu hərəkət. Qiyamin əlyhinə birləşən muxalif və muhafəzəkar cəphələr, İranın içərisində və eşiyində qiyamın xəbərlərini baykot etməklə qalmayıb utanmadan Türkləri məhkum etdilər. Haqlı istəklərini dilə gətirdikləri onlarca insan vurularaq öldürüdü, bir çox insan yaralandı, və yüzlərcə insan rejim tərəfindən tutuldu ama heç bir şey olmamış kimi örtbas edilirdi. Ayrımcılığa dur diyən qiyami eşitməzdən gələsə də şovənizm ordusu, o günlərin səhnələrini beynindən siləbilmədi. Beyinlərinə qazılmış olan May ayı  elə bir qorxu idi ki hər hansi kiçik bir göstəri artıq rejimin ayaqlarını titrədirdi.

Bu qiyamin dördüncü il dönümündə hələ də dəvam edən tutuqlamalarla bərabər artan güvənlik önəmləri mərkəzci zehniyətin bu ayın qiyamının yenidən yüksəlməsindən qorxur. May qiyami bir xatirə deyil bir isyan simgəsidir, mucadələ biçimidir.

GÜNASKAM olaraq May qiyaminin il dönümü gününə simgələnmiş 22 may gününün onurlu mucadələmizin yol göstəricisi olması diləyirik.

 

 

Çağdaş Tariximiz ve Milli Herekatımızın Mübarize ve Meqsed Stratejisi-3

Rehim Cavadbeyi

Mərhum Pişəvərinin başçılıq etdiyi bir illik Milli Hükumətimiz Sovet Rusiyasının arxa çevirməsi və qarşı tərəflə anlaşması nəticəsində böyük və təsvir edilməsi hardasa mümkün olmayan itgilərlə üzləşən Güney Azərbaycan çox ağır dövrünü keçirməkdə idi. Azərbaycan durduqca adı qəhrəmanlıq simgəsi olacaq F. İbrahimilərin , on minlərcə Fədainin asılması, Qətliamı , yüz minlərlə insanının sürgün edilməsi dövrünü yaşayan Güney Azərbaycan eləcədə ölkənin başqa bölgələri bu dönəmdə iqtisadi açıdan açlıq və səfalət , siyasi açıdan boşluq və başı dumanlılıq , ictimai açıdan isə ölkəni kaus- qorxu bürüyərək dəhşətli anlarını keçirməkdə idi.


3.2 Neft Sənayesinin Milliləşdirilməsi və yaxod da ki, Müsəddiq dövrü:

 

Mərhum Pişəvərinin başçılıq etdiyi bir illik Milli Hükumətimiz Sovet Rusiyasının arxa çevirməsi və qarşı tərəflə anlaşması nəticəsində böyük və təsvir edilməsi hardasa mümkün olmayan itgilərlə üzləşən Güney Azərbaycan çox ağır dövrünü keçirməkdə idi. Azərbaycan durduqca adı qəhrəmanlıq simgəsi olacaq F. İbrahimilərin , on minlərcə Fədainin asılması, Qətliamı , yüz minlərlə insanının sürgün edilməsi dövrünü yaşayan Güney Azərbaycan eləcədə ölkənin başqa bölgələri bu dönəmdə iqtisadi açıdan açlıq və səfalət , siyasi açıdan boşluq və başı dumanlılıq , ictimai açıdan isə ölkəni kaus- qorxu bürüyərək dəhşətli anlarını keçirməkdə idi.

Neftin milliləşdirilməsi və ya xodda ki, Müsəddiq dövrünün siyasi prosesi bəlli olduğu kimi öz ruşeymini Milli Hükumətin devrilməsindən alaraq start götürmüşdür.

Neftin milliləşdirməsi məsələsini ortaya gətirən iç və xarici səbəb və amillər nə idi? Niyə məhz milli hükumətimizin devrildiyindən sonra Milli Məzhəbilərin yaranması ilə təzahür etdi?Milli Məzhəbilər kimlər idi? Hansı təbəqəni hansı kəsimi təmsil edirdi?bu tələbin kökündə daxilimi yoxsa xarici amilmi dayanırdı?daxili amil dururdusa görəsən o ictimai siyasi böhran içində qıvrılan ictimaiyyətdə belə bir tələbin ortaya qoyulmasına və neftin milliləşdirilməsinə nail olmaq mümkünidimi? Xarici amil dayanırdısa o güc hasısı idi? Nəyə görə nə əldə etmək üçün o stratejidən yararlandı, yaralandısa istədiyini əldə etdimi ? və digər bu qəbildən suallara reallığı gerçəkliyi əks etdirən cavabları tapmaq üçün qərəzsiz araşdırmalara Azərbaycan güzündən baxmaq hala gərəkli bir məsələdir.

Müsəddiq dövrü iran yönümlülər tərəfindən yetərincə ələ alınmış və incələnmişdir, lakin Güney Azərbaycanıda içərən bu dönəmə Azərbaycan açısından nə ələ alınmış nədəki incələnmişdir.bu dönəm geniş incələnməyə ehtiyaci olan bir dönəm olduğundan dolayı biz keçəri şəkildə o prosesin mahiyyətinə ilişkin baxıb açıqlıq gətirməyi məqsədə uyğun sayırıq.

Müsəddiq Qacar türk sülaləsindən olmuşdur.atası Müsəddiqülsəltənə qacar Hakimiyyətinin fars əyalətində böyük vəzifə tutan və geniş topraq sahibi olan adlım şəxslərindən biri olmuşdur.Müsəddiq 15-16 yaşlarında olarkən atası vəfat etdiyindən dolayı dövlət vəzifələrinin murusiliyi-irsilik hüququna əsaslandığına görə atasının müsəddiqülsətənə titulunu və vəzifəsini üstələnərək dövlət qulluğuna girmişdir.bir müddət Xorasanda , Şirazda çeşitli vəzifələrdə eləcədə Təbrizdə valilik vəzifəsində xidmət etmişdir.Məşrutə sonrası üçüncü Milli məclis seçkilərinə İsfahandan böyük Mülkədar olaraq qatılmış və məclisdə bulunmuşdur.Müsəddiq Təhsilatını İsveçrədə Fransız dilində Hüquq sahəsində oxumuşdur.1965 / 1344 – cü il SAVAK –ın buraxmış olduğu dövlət əhəmmiyyətli gizli sənədlərə əsasən Müsəddiqülsəltənə Mülküm xanın framasoner icmalarının üzvü olmuşdur.Şirazda 1920-ci ildə Valilik vəzifəsini tutmasında müddətinin artırılmasında İngilis Səfirinin böyük rolu olmuşdur.İngilis Səfiri tehranda Lord Korzna ünvanladığı raporda bu özünü tam açıq şəkildə göstərməkdədir, lakin bunlarla yanaşı Müsəddiqülsəltənə 1925 / 9 Aban 1304 – cü ildə Məclisin Fraksiya üzvləri Rza quldurun əslində isə ingilis səfirinin göstərişi ilə Rza qulduru Qacar Türk Dövlətinin Varisi , yeni qurulacaq dövlətin Şahənşah hakimi , ordunun başçısı kimi rəsmiləşdirən sənədini icbara zura baxmayaraq imzalamayan , qəbul etməyən və ona qarşı çıxan 4 nəfərdən (Müdərris , Təbrizli Təğizadə , Dövlət abadi və Müsəddiqülsəltənədən ibarət) biri idi. Müsəddiq o tarixdən 20 şəhrivər 1320 / 1941-ci ilədək siyasi arenadan qıraqda Rza quldurun iqtidarına sakit müxalifətdə keçirmişdir.

Müsəddiq Rza quldurun ölkədən ixrac edildiyindən və oğlu Məhəmmədrza ata yerində ingilis tərəfindən səltənət taxtında otutdurulduğundan sonra müttəfiqlərin girişimi ilə ölkədə yaranmış azad siyasi fəzada nisbətən məhəmmədrzanin səltənətindən yana olaraq yenidən siyasi meydanda bulunmağa başlamışdır.Güney Azərbaycan Milli Hükumət dövrünün sonlarına təsadüf edən yanılmıramsa 15-ci Milli Məclis seçkilərində seçilməmişdir.növbəti seçkilərdə 16-ci Milli Məclisin millət vəkili olaraq aktiv siyasi fəaliyyətə başlamış və bu fəaliyyəti 1953 / 28 Murdad 1332-ci ilədək – yəni 5-6 hərbi zabitin 3-4 ixrac edilmiş hərbi genralın o cümlədən Batmanqılıncın ,Teymurtaşın , Zahedinin , öz kürəkəninin ,baş polis idarəsi rəyisinin və b. təşəbbüskarlığı ilə baş tutmuş dinc çevrilişə qədər sürmüşdür.çevrilişdən sonrakı həyatının bir qismini təxminən 3-4 ilini nisbətən dinc sürgündə keçirmişdir.

Müsəddiq şəxsi xüsusiyyətinə görə ağırlıqlara , zorluqlara dözümsüz olan tutduğu yola uyğyn karakteri olmayan- yəni inqilabi əhval-ruhiyyəyə yetərincə sahib olmayan böyük Türk mülkədar ailəsinə xas davranışlara malik aristokratik şəxs olaraq liberal demokrat və ədaləti özünün başa düşdüyü kimi ədalətli olmağa çalışan bir şəxsiyyət kimi karakterizə etmək mümkündür.doğrudur, Müsəddiq özünü hec zaman bir inqilabçı kimi karakterizə etmirdi, lakin bu aydın məsələdir ki, Neftin Milliləşdirilməsi kimi nəhəng bir milli iş böyük mübarizə tələb edən inqilabi bir hərəkat və böyük inqilabçıların , məsələn Camal Əbdülnasirlərin nail ola biləcəyi iş və mübarizə idi.buna isə nə Müsəddiqdə nə əmir qulu olan ayətullah Kaşanidə nə Hüseyn Məkidə ,nə Müzəffər Bəqayidə nə ayətüllah Qərəvidə nə də digər 19 nəfər Cəbhə qurucularında, nədə ki, bir gün nala bir gün mıxa vuran Tudəçilərdə bu əhval-ruhiyyəni görmək hardasa mümkünsüz bir işidi.başqa tərəfdən Müsəddiq siyasi fəaliyyətində ruhi zəifliyindən dolayı müqavimətsiz çıxış edirdi.yaxınları Müsəddiqin bu aramsızlığını və ruhi dözümsüzlüyünü qızının ruhi xəstəliyindən dolayı irəli gəldiyini deyirdilər, lakin Müsəddiq öyrənci olduğu dönəmdə də bu rahatsızlığı mövcud idi.adı gedən qızı hal-hazırda da isveçrənin hansısa ruhi Dispanserində müalicə almaqdadır.

Müsəddiq siyasi fəaliyyəti dövründə dost və rəqibləri arasında seçim etməyi hər an dəyişkən idi. Bir növ partniyor seçimində zorlanaraq doğru atdımlar ata bilmirdi.siyasi sabitliyi hardasa kifayət qədər deyildi.Müsəddiqin Məşrutədən yana olaraq çıxış etməsinə baxmayaraq Məşrutə dönəmində axsaq-uxsaq olsada qəbul edilmiş bir neçə qanunu o cümlədən əncüməni-əyaləti hüququnun bərpasına görə qəti şəkildə öz mövqeini ortaya qoya bilmədi.digər yandan iranda ki, millətlərlə bağlı siyasətini müəyyənləşdirməkdən tam çəkindi,onları çürüməyə buraxılmış problem hesab edərək bacardıqca onlardan uzaq durmağa çalışdı, lakin İranda iranı mərkəz tutan fars şüuruna əsaslanmasına baxmayaraq Hükumətinin İngilis tərəfindən yaptırımlara-təhrimlərə məruz qaldığı dövründə türkiyəyə etmiş rəsmi səfərində dəfələrcə özünün Oğuz elinə bağlı bir Türk olduğunu bəyan edərək başçılığını ettdiyi Milli Hükumətin iranda ki, bütün xalqların özəlliklədə Türklərin iradəsini təmsil etdiyini dönə-dönə bildirərək türkiyəli soydaşlardan acilən yardım etməklərini xahiş etmişdir.

Müsəddiqin başçılığında başlamış Milli Cəbhə Hərəkatı və təxminən 28 ay müddətində qurmuş olduqları Hükumət istər mahiyyətcə istər kütlənin qatılımı açısından istər bölgənin siyasi proseslərinə təsir etmə qabiliyyəti açısından istərsədə nəticə etibari ilə Güney Azərbaycanın Milli hükuməti ilə müqayisə edilməyəcək qədər zəif , rəngsiz və nisbətən formal proses kimi karakterizə edilməsi mövcud faktlara tam uyğundur.burada ümum xalqın neftin milliləşdirilməsindən doğacaq məziyyətdən kifayət qədər məlumatlı olmaması , xalq arasında ümmətçiliyin əsas aparıcı fikir olması , mollasız hərəkatın kütləviləşməməsi fakturu və millət anlayışının oturuşmaması xüsusi vurğulanmalıdır.ölkədə baş verən siyasi oluşumlar xalqın fikir inkişafı və məfkurəyə dayalı mübarizəsinin nəticəsi kimi deyil xarici güclərin mənafei icabınca oturuşan oluşumlar idi. Bədbəxt xalq isə sadəcə su istimal edilirdi.

İranda Neft araşdırmasına , çıxarılmasına və ixracına dair anlaşma imtiyazına gəldikdə qeyd ediməlidir ki, birinci neft anlaşması Müzəffərəddin şah dönəmində - yəni 1901-ci ildə 20 min fond isterling müqabilində İngilis nümayəndəsi William Konx Darcy ilə Məmaliki məhrusə Hükuməti arasında imzalanmışdır,bu anlaşmaya əsasən neft çıxarıldığı təqdirdə əldə edilən xalis gəlirin 16% Məmaliki Məhrusəyə verilməli idi.ingiltərə Dövləti tərəfindən idarə eilən Darcy neft Şirkəti 1908 – ci ildə Anglo-İranian Oil Company / İngiltərə- İran Neft Şirkəti kimi adlanmağa başlamışdır , hal hazırda bu Şirkət uluslar arasında British Petrol (BP) olaraq tanınmaqdadır. 1921-ci il çevrilişindən sonra Rza quldurun hakimiyyəti ilə ingilis neft şirkəti arasında 1933 /1312-ci ildə yeni müstəmləkəçi anlaşma imzalanmışdır.bu anlaşmaya əsasən neftən əldə edilən gəlirdən İranın payı ən aşağı həddə 17% müəyyənləşdirilmişdir . Bu neftən əldə edilən gəlir isə 16 il Rza quldurun hakimiyyəti dönəmində bir il belə olsun dövlət büdcəsinə daxil edilməmişdir.hamısı –yəni xalis neftən gəlirin irana məxsus hissəsi ingiltərənin ikinci üçüncü dərəcəli Banklarında Sitirlingə əvəz edilərək Rza quldurun şəxsi nümayəndəsinə verilmişdir,o isə avrupa Banklarında özəlliklədə İsveçrədə Rza pəhləvinin şəxsi hesabına daxil etmişdir.həmin bu pullar Rza quldur oğlunun xeyrinə hükumətdən kənarlaşdırıldıqdan sonra sürgünə getməzdən oğluna devr etmişdir,devr edilən pulun məbləğı 68 milyon Tümən olmuşdur.xatırladılmalıdır ki, İran dünyanın ən böyük neft ayırma fabrikinə , xam neft ixracatına görə dünyanın ikinciliyinə və neft ehtiyatına görə dünyanın üçüncülüyünə malik idi.

Neftin milliləşdirilməsi fikrinə gəldikdə deyilməlidir ki, bu ideya birinci dəfə olaraq Müsəddiq tərəfindən deyil, Başnazir olmuş Marağalı Səid tərəfindən irəli sürülmüşdür,lakin o dönəmdə xarici siyasi və mali maraq kəsb etmədiyindən sakitliklə üstündən keçilmişdir.Marağalı Səid bu təklifi irəli sürdükdə ABD –nin Venozoela ölkəsi ilə tən yarıya yəni 50– 50 –yə anlaşmış olduğu neft anlaşmasını nümunə olaraq göstərmişdir . İran Neftinin Milliləşdirilməsi ideyasına gəldikdə deyilməlidir ki, bu ideyanın yaranmasında ingiltərəyə nisbətən ABD – nin Venozoela ölkəsi ilə bağlamış olduğu ədalətli anlaşmanın və 1317 / 1938 –ci il Mekzikin öz Neft Sənayesinin İngiltərənin inhisarından çıxarıb ölkənin xeyrinə milliləşdirməsinin ən böyük təsiri olmuşdur.

Bu dönəmi-yəni Milli Cəbhənin ölkədə yaranmasını şərtləndirən ictimai iqtisadi və siyasi vəziyyətdən ziyadə dünyada özəlliklədə bölgədə xarici güclərin tutmuş olduqları mövqelərə aydınlıq gətirməklə məsələnin əsil mahiyyətini öyrənmək mümkündür.öncə bildirildiyi kimi 20 şəhrivər 1320 – ci il tarixindən bəri ölkədə Sovet Rusiyası ilə İngiltərə arasında kı, anlaşmaları qəbul etməyən üçüncü güc ABD – də bulunmaqda idi.İngiltərə cənub neftini daşıyırdısa onun müqabilində Sovet Rusiyası netf də daxil olmaqla quzey yer altı sərvətlərin tapıb çıxarılmasında və daşınmasında qarşı tərəflə razılaşmışdır. ABD isə itirmiş keçmiş zamanın əvəzini açmaqda ve yeni geniş imtiyazlar əldə etməkdə qərarlı idi,lakin bunun üçün gərəkən daxili ictimai dayağın olmadığından əldə edilməsi hardasa mümkünsüz idi.ABD birinci istəyini – yəni ictimai dayağını yaratmaq üçün ölkənin bütün sahələrində öndə gedən Azərbaycanda sınamağa başlasada Sovet yanlılarının bölgədə güclü təsirə malik olduqlarından dolayı başarısız qaldı.ABD İngiltərənin sarayla din xadimlərinə , Sovet Rusiyasının yanlısı Tudəçilərə eləcədə ADF də kök salmış Sovet yanlılarına qarşı öz ictimai dayağını yaratmaq üçün unikal vasitədən – yəni ölkədə o ana dək hənuz olmayan və toxunulmamış sahə olan çağdaş Sənayeləşməni seçdi. Çağdaş sənayeləşməni isə ABD öz Doları hesabına yaradacağı yeni Milli Burjuanın vasitəsi ilə həyata keçirməklə böyük və güclü ictimai dayağa malik olacaqdır.və bu ictimai dayaqla nə təkcə böyük imtiyazlar hətta ölkəni rəqiblərin nüfuzundan belə çıxartmağa qadir olacağını planlaşdırmışdır.ABD bu planına – yəni ictimai dayaq bulmaq məqsədinə Azərbaycandan başlamaq istəsədə Azərbaycan siyasi dairəsində apardığı müzakirələrdə istənilən nəticəni alabilmədiyindən dolayı xarici siyasətdə Sovet Rusiyasının müttəfiqi kimi çıxış edən Azərbaycan Milli hükumətinə qarşı sarayı maddi mənəvi və nizami cəhətdən dəstəkləməklə planına start vermiş oldu.bununlada saray içində böyük nüfuz sahibi olan ABD ingiltərəyə güclü rəqib halına gəldi.ingiltərə iki tərəfli oyunu aparan güc olaraq hər iki blukda öz yer və nüfuzunu tutmaqda davam edirdi , amma buna baxmayaraq İngiltərə keçmiş gücünü daha göstərməkdə zorlanırdı , buna görə ki, Avrupanın başqa ölkələri kimi İngiltərədə ikinci dünya savaşından adı qalib əslində isə xarabalığa məruz qalaraq bütün sənayesi iflic duruma düşmüşdür. Onları yenidən qurmaq , ölkəni yenidən bərpa etmək üçün ikinci dünya savaşından yeganə qalib çıxmış ABD-nin maddi , mənəvi dəstəyinə çox yüksək dərəcədə ehtiyacı var idi.İngiltərənin eləcədə başqa Avrupa ölkələrinin ehtiyacda bulunduqları yardım paketi ABD – nin Eşik İşlər baxanı Corc Marşalın adı ilə bağlı olan Marşal planı idi.deyilməsi yersiz olmazdi , ki bu Marşal planı 1947-ci ildə irəli sürülmüş ,1948- ci ilin ortalarından – yəni iyun ayından etibarən ABD ilə yerli ölkələr arasında yaradılan avrupa işbirliyi və inkişafı təşkilatı çərçivəsində Avrupaya sürəkli sürətdə 12 il müddətində yardım etməyə başlamışdır.bu plan Avrupanın yenidən dirçəlməsində , hətta Avrupa Birliyinin 50 il öncə yaranmasının əsasını qoyan Avrupa Daşkömür və polad icmasının əmələ gəlməsində əsas rol oynamışdır.bunu planın qatılımcısı Edvin Kombilin təbiri ilə desək : yeni bir böyük varlığa boylu qalan Avrupaya ABD profesional bir Mama rolunda çıxış etmişdir.Marşal planından ən çox yardımı alan ingiltərə istər istəməz orta doğo bölgəsində keçəri olsada ABD ilə razılaşıb , yola getməyə məcbur idi.

3.1 bölümdə də qeyd edildiyi kimi ABD ölkənin əsas nüfuz sahibi olan Güney Azərbaycanda öz ictimai dayağını yaratmağa çalışsada bəlli nədənlərdən dolayı bunu başaramamışdır.bunu başara bilmədiyindən dolayı Sovet Rusiyasına meyillilərdən çəkinən əsasını Türklərin təşkil etdiyi orta özəlliklədə qeyri mənqul – daşınmaz yüksək topraqlar sahibi olan mülkədarları yüksək Tacirləri və azda olsa yüksək din xadimlərini içərən kəsimdən ibarət iranı mərkəz tutan fars Şüuruna dayalı Milli Burjuvanın yaradılması prosesini tam və bir mənalı şəkildə dəstəkləməyi əsas xətt olaraq önünə qoymuş oldu . buda Azərbaycanın çeşitli ictimai bağlarının və ilişkilərinin qırılması faciəsinə gətirib çıxartdı.yüksək mülkədarlar və tacirlər liberalizmin təbii qaydası olaraq orta Əsnaf və kiçik ənənəvi sənayeçilərini də ardınca çəkməsi prosesi istər istəməz Azərbaycanın zamanla iflic duruma düşməsini qaçınılmaz etmişdir . bununlada o dönəmdən başlayaraq Azərbaycanın inkişafını , dirçəlişini və mənliyini qoruyanlar əsasən cəmiyyətin ən yoxsulları , aşağı qatını və bunların içindən çıxmış nisbətən aydınları təşkil etmişdir, hala bu ictimai paraduks oluşum nə yazıqlar ki, müəyyən qədər dəyişilmişsədə , bu dəyişikliyin incələnməyi gərəkilən bir ictimai oluşum olmasını vurğulamaqla deyilməlidir ki, bu ictimai paradoks bünövrə qoyuluşu ilə qalmaqdadır , buna görə ki, ölkədə bu 60 il müddətində hansısa ciddi bir Siyasi-İctimai-İqtisadi dəyişiklik baş verməmişdir.

ABD- nin bu proyekti az bir zamanda ölkənin , bütün siyasi –İctimai –İqtisadi istrikturunu –quruluşunu etgiləyərək siyasi ideoloji xətt kimi Milli Cəbhə və ya xodda ki, Milli Məzhəbilərin timsalında zühur etməyə başladı.bax! neftin Milliləşdirilməsi ideyası ilə ortaya gələn dırnaq arası Şüurlu iran Millətləşməsi bir milli Siyasi Hərəkat kimi buradan qaynaqlanmışdır.burada vurğulanması gərəkən bir şeyi qeyd etmək lazımdır ki, dırnaq arası İranda istər dispotizmə dayanan Pəhləvi İrançılığı istərsədə liberal Demokrasiyəyə dayandıqlarını iddaa edən Milli Məzhəbilərın və yaxodda ki Liberalların meydana gəlməsi formaca qəbul olunsada mahiyyətcə ölkə içi ictimai şüurun ,İqtisadi münasibətlərin , Siyasi inkişafın nəticəsi olaraq deyil , iynə ilə edilmiş təzriqdən doğmuşdur.burada Məşrutə sonrası duruma dair İngiltərənin əhvaz Şəhərində ki, konsulu olan Vilsonun işlətmiş ifadəsi yadıma düşür , o deyirdi: iranın durumu həddən artıq xarabdır,nə vaxtsa bu xalqlar məruz qalmış olduqları bu acınacaqlı vəziyyətdən xilas olmaq istəsələr, fövqüladə partlayış baş verəcəkdir.onlar ki, bu gün hay – külək salırlar xalq üçün deyil, yeni məqam və pul əldə etmək məqsədi güdürlər.[7]İranın siyasi məsələləri üzrə uzman Niki Kedi haqlı olaraq deyir ki, Müsəddiqi Qəhrəmana çevirən ən əsas məsələ onun özəl karizması deyil İngiltərə ilə ABD – nin siyasi çəkişməsi olmuşdur.

Mərhum Müsəddiqin başçılığında Milli Cəbhə mübarizə platformalarında neftin milliləşdirilməsini stratejik məqsəd olaraq ortaya qoydular.Milli Məclisdə bulunan Cəbhəçilərin təkid və təzyiqləri nəticəsində Cinayətkar Başnazir Hacıəli Rəzmara 1312 / 1933 –ci il neft anlaşmasını Geys – Gulşaiyan adlı Əlavəni Məclisin təsvibindən keçirə bilmədi və axırda məcburən 5 Dey 1329 tarixində onu geri götürməli oldu . sonra isə Həsən Əla buna nail ola bilmədi. Milli Məclis ABD – nin Venozoela ilə bağlamış olduğu 50 – 50 yə anlaşmasını nümunə göstərərək Neft Sənayesinin İdarəçilik hüququnun İran tərəfində olması şərti ilə 50% üzərində ingiltərə ilə razılaşa biləcəyini bildirdi , lakin İngiltərənin bununla razılaşmadığını görən Milli Məclis ordibeheş 1330-ci ildə Mərhum Müsəddiqi başnazir təyin edərək neft Sənayesini isə Milli elan etdi.

Müsəddiq Milli Cəbhənin doğrudan da ictimai Şüurun və siyasi inkişafın və öz liderlik karizmasının məhsulu olduğuna inanaraq Milliləşdirilmiş neft sənayesinin İran dövləti tərəfindən idarə edilməsi üzərində dayanmağa başladı, lakin az bir müddət içində milli Cəbhəçilər arasında fikir ayrılığı sonrada bu fikir ayrılığı öz yerini təbii olaraq geniş ixtilaflarla dəyişdi.başqa tərəfdən isə ölkədə böyük çəkisi olan Sovet Rusiyasının yanlısı Tudə partıyası bir nala bir mıxa vurma siyasətini Müsəddiqə qarşı tətbiq etməyə başladı.Tudə bir gün Müsəddiqə dəstək verirdisə sabahısı gün ardıcıl qısa-qısa tələbini ondan alabilmədiyini gördükdə Müsəddiqə qarşı çıxaraq onu ABD İmperializminin aləti hesab edərək vurmağa qalxırdı,Hətta Tudə bu istiqamətdə irəliyə gedərək Sovet Rusiyasının əsas bölgə müttəfiqi olan İngiltərə İmperializmini Sovet Rusiyası ilə əvəz etməyi , bu alınmadığı təqdirdə ölkədə İngiltərənin hakim olmasını ABD – dən qat-qat yaxşı olduğunu əsas fikri xətt olaraq görürdü və təşkilat işlərini də bu əsasda qurmaqda idi. Mərhum Müsəddiq iyul 1951 / 30 tir 1330 hadisəsindən sonra daha artıq qətiləşərək Şaha ! siz Hükumət deyil, səltənət etməlisiniz deyə Şahın başkumandanlıq yetgisini milli Məclisin vasitəsi ilə əlindən alıb başnazir olaraq mərkəzi ordu Komandanlığını (sitad Arteş)özü üzərinə götürdü . amma buna baxmayaraq Mərhum Müsəddiq günü – gündən öz silahdaşları tərəfindən təzifə məruz qalmaqda idi.digər tərəfdən isə ABD Neft sənayesinin Sovet rusiyasının qonşuluğunda olan özünü idarə etməyə qadir olmayan iran dövləti tərəfindən idarə edilməsinin tərəfdarı deyildi, ABD sadəcə irandan İngiltərənin tək başına çıxartmaqda və ixrac etməkdə olduğu nəhəng neft yataqlarına ortaq olmağı planlaşdırmışdır, Buna isə ingiltərə 30 tir hadisəsindən bir müddət sonra-yəni ABD prezident seçkilərində Aban 1331-ci ildə Truməni əvəz edən Ayzinhaver dönəmində razılaşmışdır.bu razılıq Çirçil tərəfindən 10 tir , Ayzinhaver tərəfindən isə 1953 / 20 tir 1332-ci ildə imzalanmışdır, bu razılıqdan həmən sonra intelecensin ( Secret İntelligence Service , SİS , ) Mİ6 ( İntelligence Military ) gizli xarici servisi ilə SİA –nin (İntelligence Agenege Central ) işbirliyinə start verilmiş oldu.

Öncə qeyd edildiyi kimi Milli Cəbhənin qurucuları Cəmiyyətin mənafei icabınca deyil, başqalarının tapışırığı ilə vahid Cəbhədə birləşdiklərinə görə həmin gücün tapışırığı ilə də bir – birindən uzaqlaşmağa , biri birini ittiham etməyə , qarşı qarşıya gəlməyə başladılar.bu dırnaq arası İran Milli Hərəkatına dair Mİ6 Servisinin əməkdaşlarının raporlaında və sonra buraxdıqları xatırələrində əks etdirilən təhlillərdə deyilirdi ki,bu iran nasionalizmi , İran Millətçiliyi deyilən siyasi çaxnaşma ciddiyə alınmamalıdır,buna görə ki, bu nə ciddi nədə əsildir,bu cəmiyyətin içindən qaynaqlanmayan , ictimai Şüura söykənməyən , əksər cəmiyyətin tələbi olmayan , kütləvi forma almayan ,bəzi siyasətbazların şəxsi qazanc əldə etmək məqsədi ilə törətmiş olduqları siyasi şıltaqlıqdır.bunların qarşısında müəyyən müddət sərt dəyişilməyən mövqe sərgiləməklə dayanılsa mütləq və mütləq bunlar geri oturaraq Qəhrəman deyə səslədiklərini meydanda qoyacaqlar. duğrudanda belə deyilmi? Dedikləri kimi olmadımı? .

ABD ilə İngiltərə razılaşdıqlarından sonra H.Məki , M.Bəqayi , Yəzdli Hayirizadə , Ayətüllah Kaşani və bu kimi Çəbhəçilər müsəddiqi meydanda qoyubda qarşı çəbhəyə keçmədilərmi? Kaşani açıq aşkar Yəzdli Ziya Təbatəbailərlə sıx əlaqədə olan Müsəddiq dövründə ki Tehran polis rəisini , Nazir Fatimini , adlım Framasoner[8] kəsrəvini Terror edən onun –bunun tətikçisi rolunda çıxış edən Nəvvab Səfəvinin başçılıq etdiyi dırnaq arası islam fədailəri təşkilatı[9] ilə üstə gəl Müsəddiqə düşmən kəsilmiş Zahidi ilə digər yandan Şahın və ingiltərənin pulu ilə Müsəddiqə qarşı xalqı üsyana çəkən ayətüllah Behbəhani , Şeyx Nuri ilə birləşdi.Məki , Bəqayi ,hayirizadə isə məşhur rəşidiyan qardaşları və Zahidi ilə əyləşməyi tərcih etdilər.

28 murdad 1332 /1953 – ci il çevrilişində və ondan öncəki Şahdan yana törədilmiş hadisələrdə Tehran Fahişə şəhərciyinin hovuz üstü çılpaq rəqqasələrini ardınca dəfələrlə Cavid Şah ( ölməz Şah – yaşar şah )şüarı ilə xiyabanlara hidayət edən məşhur Pıçaqçəkən Şəban Cəfəri (Şəban bimox- hüşsüz şəban və ya xodda ki, əvam dilində mal baş Şəban kimi tarixə düşən şəxs ) yaşadığı ABD – də danışıqlarının birində deyir ki, Şah 24 murdad başarısız çevrilişindən həmən sonra məcburən ölkəni tərk etdiyi ərəfədə biz Ayətüllah kaşaninin evində idik. Kaşani bizə xitabən dedi: Alihəzrət dare əz məmləkət mire birun . berin nəzarin bere birun , əgər Alihəzrət bere Əmmameye ma həm rəfte ha ! tərcüməsi:Şah həzrətləri ölkəni tərk etmək istəyir , gedin qoymayın getsin, əks təqdirdə bilin ki, şah getsə bizim abamızda gedəcək!.[10]

 

Çəbhəçilərin ardınca əvam bədbəxt kütləni çəkib meydana gətirəcək şəxsiyyətlərdən biri bəlkədə ən başlıcası olan Kaşaninin ictimai və siyasi Hadisələrə münasibəti bundan ibarət idi.bu tip insandan bundan artıq nə gözləmək olardı.bu tip cəbhəçilər bir tərəfdən neftin milliləşdirilməsi uğrunda mübarizə apardıqlarını iddaa edirdilərsə başqa yandan əks qüvvə ilə - yəni neftin milliləşdirilməsini öz mövqelərinə ziyanlı hesab edənlərlə öz şəxsi çıxarları açısından kamprimensə-razılaşmaya getməkdəidilər.əlbəttə ki, bunun nəticəsində daxili amil kimi 4-5 hərbiçinin , bir kəsim hovuz üstü rəqqasələrin xiyabana tökülməsi çevriliş etməyə yetərdi.

Ölkənin ən güclü Təşkilatı Tudə -yə gəldik də isə öncə deyildiyi kimi bir nala bir mıxa vurmaqdaidi. Pis qardaş qardaşının ancaq ölümünü istəməz misalı kimi Tudə də sadəcə Mərhum Müsəddiqin ölməyini , məğlub olub siyasi arenadan getməsini istəmirdi,ölümündən , məğlubiyyətindən başqa atalar misalı Mərhumun başında turp əkməyə hazıridi. Tudəyə görə öz əzələ nümayişini , güc göstərisi yapmasını və ən başda sovet yönümlü sosialist təbliğatını aparması üçün ən gözəl keçəri dövr yaranmışdır,yaranan bu keçəri dövrdən isə nəhayət yararlanmağı planlaşdırmışdır. Tudə tam yəqin idi ki, Müsəddiqi dəyişəcək olan kəsim Tudəyə bu fəaliyyət imkanını tanımayacaqdır.məhz bu üzdən də su istifadə məqsədi ilə əlindən gələni ardına qoymadı.ADF – ni arxası üstə qoyan , milli Hükuməti yarı yolda buraxan Tudə başçıları bu dəfədə Müsəddiqə təziq vasitəsi kimi Azərbaycan iradəsini su istimal etmək amacı ilə əslində Partiyanın pruqramında uləviyyətdə ( edilməsi – icrasi çox gərəkilən ) olmayan tələblərlə - yəni Əyalət əncümənlərinin bərpası Şüarları ilə tərəfdarlarını Küçə - bazara tökməklə Müsəddiqi Sovetin təsiri altına salmağa çalışmaqdaidi , lakin dövr dəyişməkdə idi.Müsəddiqin başını çəkdiyi nırnaq arası liberal Demokrasiyəyə dayalı İran Nasionalizmi 24 murdad dan sonra tək başına qalmış Müsəddiqin getməyi qətiləşmişdir. bunu görən Tudə başçıları vaxt qazanmaq amacı ilə Müsəddiqi müdafiə və qurumaq üçün qədrini bilmədiyi yetgin kadrlarını ölümə səfərbər etməyə başladı , lakin iş bitmişdi , əsas amillərin istədiyi əldə edilmişdir.digər çəbhəçilərin dediyi kimi ABD ilə İngiltərə Neft üzrə razılaşmış və İranın isə lazımınca haqqını artırmışlar , daha mübarizəyə ehtiyac qalmamışdır.

intelecensin Mİ6 servisinin başqanı Vudhausun rəhbərliyində ki, qrup daim İngiltərənin yanlısı və əl altısı kimi çıxış edən ordu kumandanları ilə o cümlədən Hidayətullah Gilanşah , Teymur Bəxtiyar ,Həsən Ərfə , Həsən Əxəvi və b, danışıb çevrilişə hazırlaşırdılarsa digər tərəfdən Kermit Rozolit Zahidininin Müsəddiqi əvəz edəcək yeni Başnazir kimi zəminəsini yaradırdı , köməkçisi Çokordiən isə Çəbhənin keçmiş əsas qurucuları arasında apardığı çeşitli danışıqlar nəticəsində razılıq əldə olunmuşdur ki,ABD ilə ingiltərə arasında neft məsələsi öz həllini tapmışdır, bu kaus dövrünün uzadılması ancaq və ancaq Sovet Rusiyasının xeyrinədir, lakin buna baxmayaraq Müsəddiq inadkarlıq edərək bununla razılaşmamaqdadır, buna görə də çevrilişlə hakimiyyətdən kənarlaşdırılmalıdır.[11]elə bununlada 28 murdad 1332 / 1953 – ci il tarixdə öncə qeyd edildiyi kimi bir neçə hərbiçinin və xiyabana tökdürülmüş dırnaq arası şahçıların hücumu ilə Hükumət evi çevrilişçilərin əlinə keçdi , Müsəddiqin şəxsi evi Tudənin yetgin hərbi kadrı tərəfindən qurunulmasına baxmayaraq o , həlak olduqdan sonra ev tamamı ilə talandı.bununlada dırnaq arası iran Milli Hükuməti dağılmış elan edildi.

ABD Azərbaycan Milli Hükumətindən sonra start vermiş olduğu prosesin ilk mərhələsini başarı ilə başa vurdu . ABD ölkədə istədiyi ictimai dayağa sahib olmaqla yanaşı çevriliş sonrası birinci dəfə olaraq öz yanlısı Zahidinin yeni Hükumətin baş naziri olaraq şah tərəfindən seçilməsinə nail oldu . çevrilişdən sonra öncədən İngiltərə ilə ABD arasında əldə edilən razılığa əsasən İran Milli neft Şirkəti ad olaraq Müsəddiq dönəmində olduğu kimi formal şəkildə məsul yönətim hesab edilərək qaldı, əslində isə iran neftinin tədqiqi , çıxarılması , neft ayırması , ixracı və idarə edilməsi hüququ, qurulmuş olan Konsersiuma məxsus idi. Yaradılmış olan bu Konsersiumda neftin 40% -ı ABD –ə xas olan şirkətlərə , 6% Fransa Şirkətinə , 40% -ı İngiltərənin İngiltərə-İran Neft Şirkətinə( bu andan etibarən Britiş Petrul adını qəbullanmışdır) və qalan 14% isə yenə onun müttəfiqi olan Ruyal Şel Şirkətinə verilmiş oldu , bununlada ingiltərə iran neftinin 54% -ni - yəni çoxluğunu öz əlində tutmaqla idarə etmə hüququnu özündə saxladı , bununla yanaşı İranın xalis neftdən gəlir payı 17% -dan 50% -a artırılmışdır, İran xalis neftdən gəlirini yenə də İngiltərənin ikinci və hətta bəzən üçüncü dərəcəli Banklarında Siterlingə dəyişməklə əldə etməsi konsersiumda nəzərdə alınmışdır.

Qeyd etməliyik ki, yeri gəldikdə Məmaliki-Məhrusənin - İranın daxili işlərində müdaxilə edən ,irəliləyə bilməyən geri qalmış ölkələri biri digərinə qarşı su istimal etmək siyasətlərini yürüdən bu üç gücün siyasətinə və yürütmüş olduqları siyasətin törətmiş olduğu nəticələrə toxunacayıq ,lakin burada artırmaq yerinə düşər ki, ABD-nin birinci kəz olaraq ölkənin daxili işlərində müdaxilə etməsi istər Sovet Rusiyası ilə istərsədə İngiltərə ilə müqayisə edilməyəcək qədər fərqlənir, ABD öklənin siyasi hakimiyyətini öz rəqiblərinin əlindən çıxarmaq və öz nəzarəti altına almaq məqsədi ilə yürütdüyü siyasət Azərbaycanın böyük itgisinə və ictimai bağlarının qopmasına səbəb olsada İrana müəyyən mənada məziyyətli olmuşdur.birinci İran Fars Şüuruna dayalı mövcud olmayan asılı Milli Burjuvanın ortaya gətirilməsi ilə yanaşı ölkədə Montaj Sənaye fabriklərinin qoyuluşu , ikincisi neftdən əldə etdiyi 17% gəlirin 50% -a qaldırılması Hərbi və iqtisadi yardımları göstərmək olar, lakin bu tür münasibətə nə Sovet dönəmində nədə ki, ingiltərə dönəmində rastlaşmaq hardasa çox çətindir.digər tərəfdən Rusiya ilə İngitərənin müdaxilələri və ölkədə müəyyən kəsimi alət olaraq su istimal etmək planları daha fəlakətli , daha artıq itgili və faciəli olmuşdur, bunun əksinə göründüyü kimi Milli Çəbhəçilər dönəmində o itgilərə və ictimai faciələrə raslaşmaq olmur , lakin buna baxmayaraq o zamandan etibarən ictimai rəy bu gerçəliyin tam əksinə formalaşdırılmışdır.buda ABD – nin ölkədə hakim rolda qala bilməməsindən qaynaqlanmışdır.

 

 

  

 ASMEK  

 

BayBek.com

 Akhbar Rooz

 Güney Azerbaycan Öyrenci hereketi

 Sözümüz

 Azerbaycan

  Azad Tribun

 Azar Tabriz

 Yurd Net

 Durna

 Urmu Bir Olmalý