Bu mail adresi spam botlara karşı korumalıdır, görebilmek için Javascript açık olmalıdır


        Aylıq Yazı


Uzun illərdir Azərbaycanlıların ürəklərində həbs olan səs May ayında elə gür çıxdı ki qulaqlarını pambıqla dolduran fars şovənizmi bu səsi minlərcə agac uzaqlarda belə eşitti.  İsyan qarşısında tir tir titrəyən faşizm, olayı yüksək səslə öz aralarında danışmaqdan belə qorxurdu. Pıçıltılarla qulaqdan qulağa geçsə də, pıçıltılar belə qulaqları kar edəcək qədər yüksəlməyə başlamışdı. Bu səs əsirlərdir ”zülmə qarşı qiyam” diyən millətin təkrar ayaqlanmasının xəbərçisiydi.

May qiyami təkcə devlət gəzətində yayınlanan soycu düşüncənin ürünü olan karikator və yazıya qarşı deyil, pəhləvi rəjimi ilə başlayan və günümüzdə də dəvam edən şövənizm və soyculuğa da qarşı Azərbaycanlının güçlü cəvabi idi. Haqlı istəklərini daha da açıq şəkildə dilə gətirən millətin yenidən varoluş bağırtısı kimi idi.  Bu qiyam sanki özgürlük yelini əsdirdi.  

May olayları Azərbaycan milli qurtuluş hərəkətinin bəlki də ən somut göstərgəsidir və hətta bir dönüm noqtəsidir. Bu qiyamla bərbaər hərəkət Azərbaycanlılarıın evinə girmiş oldu, hamı özünü bu qiyamın bir parçası gördü. Yaşlı, gənç, qadın, kişi demədən şəhərlərin xiyavanlarını fəth edən Azərbaycanlılar milli hərkətin kitləsəlləşdiyini də ortaya qoydular.

Tək millət tək dövlət sevdasını illərdir qucaqlayan faşizmin əzbərini pozmuşdu bu hərəkət. Qiyamin əlyhinə birləşən muxalif və muhafəzəkar cəphələr, İranın içərisində və eşiyində qiyamın xəbərlərini baykot etməklə qalmayıb utanmadan Türkləri məhkum etdilər. Haqlı istəklərini dilə gətirdikləri onlarca insan vurularaq öldürüdü, bir çox insan yaralandı, və yüzlərcə insan rejim tərəfindən tutuldu ama heç bir şey olmamış kimi örtbas edilirdi. Ayrımcılığa dur diyən qiyami eşitməzdən gələsə də şovənizm ordusu, o günlərin səhnələrini beynindən siləbilmədi. Beyinlərinə qazılmış olan May ayı  elə bir qorxu idi ki hər hansi kiçik bir göstəri artıq rejimin ayaqlarını titrədirdi.

Bu qiyamin dördüncü il dönümündə hələ də dəvam edən tutuqlamalarla bərabər artan güvənlik önəmləri mərkəzci zehniyətin bu ayın qiyamının yenidən yüksəlməsindən qorxur. May qiyami bir xatirə deyil bir isyan simgəsidir, mucadələ biçimidir.

GÜNASKAM olaraq May qiyaminin il dönümü gününə simgələnmiş 22 may gününün onurlu mucadələmizin yol göstəricisi olması diləyirik.

 

 

Çağdaş Tariximiz ve Milli Herekatımızın Mübarize ve Meqsed Stratejisi-2

Rehim Cavadbeyi

  Milli Hükumət təxminən 70-min mülki və qeyri mülki – yəni Fədayinin qətlamı və 200- min təxminən uşaqlı-böyüklü məsum insanın sürgünü ilə nəticələnmiş çağdaş insanlıq tarixinin üzərinə su səpilməyən yarası, çürüməyə buraxılmış yaranı xatırladan unutdurulmağa məhkum faciə öyküsüdür.bu İranın Azərbaycana qarşı törətmiş olduğu soy qırımıdır.özüdə İranın Azərbaycana qarşı törətmiş olduğu bu soy qırımı siyasəti mədəni sivilizasiyadan dəm vuran çağdaş dünyanın gözü önündə güclülərin mənafei icabınca törədilmiş insanlıqdan qıraq cinayətdir.


3.1 Milli Hükumət:

 

Milli Hükumət təxminən 70-min mülki və qeyri mülki – yəni Fədayinin qətlamı və 200- min təxminən uşaqlı-böyüklü məsum insanın sürgünü ilə nəticələnmiş çağdaş insanlıq tarixinin üzərinə su səpilməyən yarası, çürüməyə buraxılmış yaranı xatırladan unutdurulmağa məhkum faciə öyküsüdür.bu İranın Azərbaycana qarşı törətmiş olduğu soy qırımıdır.özüdə İranın Azərbaycana qarşı törətmiş olduğu bu soy qırımı siyasəti mədəni sivilizasiyadan dəm vuran çağdaş dünyanın gözü önündə güclülərin mənafei icabınca törədilmiş insanlıqdan qıraq cinayətdir.nə yazıqlar ki, digər hadisələrdə olduğu kimi bu faciəyədə faciəyə məruz qalan xalqın gözündən baxılmamışdır.adama belə gəlir ki, faciəni törədənlər faciəyə məruz qalan bədbəxt insanı xatırladan cəmiyyətin tarixini yazmışlar.biz böyük millətik,lakin öz bədbəxtliyini gözü önündə canlandırmaqdan aciz qalan böyük millət!

Qoyun cildinə girmiş yırtıcı qurd – sovet Rusiyası və İngiltərənin komprimisləşdirilmiş – razılaşdırılmış siyasətinin nəticəsi olaraq İngiltərənin bir başa təşəbbüskarlığı ilə yerli xalq və millətlərin xüsusi ilə güney Azərbaycan Türklərinin tələb və istəklərinin tam əksinə qurulmuş olan dırnaq arası çağdaş tipli Pəhləvi rejiminin ortaçağ dispotizmi , diktatorluğu və şovonist siyasətindən cana gəlmiş güney Azərbaycan türk milləti üçün bu fars faşist rejiminin əlindən xilas olmaq üçün ölüm-dirim savaşına girməyi labüd və qaçınılmaz etmişdir.

Sovet rusiyası ilə İngiltərə 22 fevral 1921-ci il tarixli müqaviləni əsas tutaraq hər ikisi də İranı? Öz nüfuz məntəqəsi olaraq görür və özünü onun təvizsiz maliki hesab edirdi , lakin ikinci dünya savaşı gedişində dünya siyasətinin təyinində qərarlı olan yeni bir super güc –ABD meydana gələrək özündən qabaqkı, super güclərin bağlamış olduqları müqavilələri tanımayaraq onlara yenidən baxılmasında tam qərarlı olduğunu gücü ilə göstərmiş oldu,başqa sözlə desək ABD bölgədə öz hegemonluğunu yaratmaq məqsədi ilə bölgədə ki,hegemon güclərlə - yəni İngiltərə özəlliklədə Rusiya ilə üz-üzə gəlməkdəidi.

ABD-nin bölgədə xüsusi ilə İranda ikinci dünya savaşına qədərki, müddətdə moskovaçı , Lenin və İstalini Allah sanan dırnaq arası sosialistlərin-solçuların və İngiltərədən asılı Geriçi kəsimin anti amerika təbliğatlarının tam tərsinə olaraq hansısa ciddi təsir edici rolu olmamışdır. iranda törədilmiş fəlakətlər Rusla İngiltərə tərəfindən baş vermişdir.ABD ölkədə nüfuz və söz sahibi olmağa cəhd göstərmiş , lakin öncədən ölkədə kök salmış və ictimaiyyətdə çeşitli dayaqlara malik olan Rusla İngiltərə buna imkan verməmişdir.ABD-nin iranda kudeta öncəsi müəyyən fəaliyyəti olsada 1921-ci il dövlət çevrilişindən sonra sadəcə Səfirliyinin burada fəaliyyətindən belə rusla ingiltərə ehtiyatlanmış və onu öz pay-bölüş etdikləri mənafeyə təhlükə hesab edərək 1923- Ş.1302-3 cü illərdə gün ışığında ABD –nin fövqəladə səlahiyyətli Səfiri dolayısı ilə terrur edildi və ABD qarşı tərəfin təzyiqlərinə dözə bilməyərək məcburən iran ölkəsini 1941 - Ş. 20 Şəhrivər 1320-ci il tarixinə dək rəsmi surətdə tərk etməli oldu.

Ş.20 Şəhrivər 1320-ci il tarixdə Müttəfiqlərin o,cümlədən ABD-nin ölkəyə girməyi qeyri Fars xalqlarının xüsusi ilə Güney Azərbaycan Türk millətinin igirmi illik Pəhləvi vəhşiliyi və qeyri insani siyasətindən cana doymuş kütlənin boğazda qurumuş üsyanlarının kükrəməsinə və öz milli müqəddəratınının təyini uğrunda mübarizəsinə müsbət mənada zəmin yaratmışdır, lakin məzlum xalqları himayə etmək iddaasında bulunan əslində isə məzlum xalqların xalq azadlıq hərəkatlarını alət olaraq oynadan və yeri gəldikdə isə uf demədən alverə gedən İngiltərənin müttəfiqi Şurəvi Rusiyası nüfuz məntəqəsi hesab etdiyi quzey irana yeni bir gücün –ABD-nin yerləşib qalmasını əngəlləmək məqsədi ilə Güney Azərbaycan millətinin kükrəməkdə olan milli hissindən alət olaraq yararlanmağı mənfur niyyətinə çatmaq üçün əsas vasitə kimi seçməsi nəticəsində əsasən Sovet Rusiyasına inanan ona simpatisi olan başları çəkməyən acı qalmayan qara bəxt ziyalısı ilə başı bəlalı Güney Azərbaycan dəhşətli qətlgaha çevrildi.

Milli Hükumət eləcədə Məşrutə və Azadistan Hərəkatları haqqında yazılmış əsərlər əsasən mahiyyətcə qətlama , Fəlakət və məhrumiyyətlərə məruz qalan Azərbaycana və Azərbaycan xalqına deyil , əsasən İran – fars məfkurəsinə dayanılmışdır.Milli Hükumət dövrünü dəyərləndirənlər arasında Milli Hükumətə qarşı sözün həqiqi mənasında ədalətli və tərəfsiz mövqe tutan , Milli Hükumətin həqiqi mahiyyətini olduğu kimi qiymətləndirən , olanı olduğu kimi , yəni nüqsanlarını nüqsan , başarılarını başarı kimi çəkinmədən göstərən və doğru-düzgün dəyərləndirənlər hardasa barmaqla sayılmalıdır.

Milli Hükumətin digər hərəkatlarımızın ehtiyac duyduğu sırf Azərbaycan açısından,yəni fəlakəti yaşayan xalqın gözündən baxılaraq yeni araşdırmalara vacib ehtiyacı var. Bu açıdan açılmamış faktlar həddindən artıqdır, buna görə ki, buracan Milli Hükumətə baxış açısı rejim sansorundan keçən barmaq saylı bağımsız yazarların əsərləri eləcədə ölkə eşiyində bəzi gerçəkçi yanaşan soydaşlarımızın araşdırmaları istisna olmaqla əsasən Milli mahiyyətcə tam irana bağlı olan Sosialistlər , Sosial-Demokratlar, Milli Məzhəbilər , Liberal Demokratlar və radikal Dinçilər tərəfindən incələnilərək ictimaiyyətə təqdim edilmiş mövqelərlə ictimaiyyətdə milli Hükumətə fikir münasibəti formalaşdırılmışdır.

Milli Hükumət dövrünü burada araşdırmaq məqsədində olmadığımızdan ötəri baxmağımız yersiz olmazdı.öncə deyildiyi kimi Milli Hükumətlə bağlı formalaşdırılmış fikir əsasən 5 açıdan üstə gəl ADF (Azərbaycan Demokrat Firqəsi) tərəfindən araşdırılmışdır.

1.iran yönümlü Sosialistlər;

2.İran yönümlü Sosial Demokratlar ;

3. İran yönümlü Liberal Məzhəbilər;

4.iran yönümlü Nasionalist Demokratlar ;

5.iran yönümlü Radikal dinçilər və yaxodda ki xomeynizm rejim ;

6.İranlılıq mahiyyətinə əsaslanan Azərbaycan yönümlü Sosialistlər.

Burada 6-cılar istisna olmaqla digər beş iran yönümlü fikir axınından qeyri solçular – yəni Liberal məzhəbilər,Nasionalist Demokratlar və radikal dinçilər anti Azərbaycan- anti Türk xəstəliyinə yoluxduqlarına görə və Azərbaycanın haqlı mübarizəsinə qarşı tam ədalətsiz mövqedən yanaşaraq utanmadan milli Hükuməti sözün əsil anlamında yerli zəminəsiz xarici fitnəkarlıq və 21 Azər1325-ci il soy qırımını Azərbaycanın işğaldan azad edilməsi kimi qələmə verdiklərinə görə hec müzakirə mövzusu olmağa belə layiq deyil.bu gün bizim Milli davamızda da bu tip axınlarda bulunan Azərbaycanlılara belə münasibətimiz millət olaraq bir mənalı şəkildə oracan ki , islah olunmayıblar mənfidir,buna görə ki bu tipik quruplar görünüşlərinə görə çağdaş olsalarda mahiyyətcə tam geriçiliyə əsaslanan bayağı İrançılığa,Məmaliki Məhrusənin mövcud Millətlərini görməzdən gələn vahid İran Fars Millət anlayışına və qondarma müstəmləkə tarixinə əsaslanan yığımlardan ibarətdir.

Iran yönümlü solçulara – yəni Sosialist və sosial-demokratlara gəldikdə deyilməlidir ki,bu kəsim çağdaş Azərbaycanın dil və ədəbiyyatı sahəsində çalışan , yazan və yaradan ilkinlər sırasında olmuşlar.bu kəsim ideoloji açıdan öz araşdırmalarında əsas məsələ kimi milli məsələyə deyil xalq dilinə önəm verməyi məqsədə uyğyn hesab etmişlər. Bunlar Millət və milliyyət məquləsini imperializmin aləti olaraq göstərməklə xalq dilinə və Komentern beynəlmiləlçiliyə önəm verməklə Güney Azərbaycanda milləti və milliyyəti oluşduracaq kəsimi sosializmə əslində isə bilər –bilməz Sovet Rusiyasının maraqlarının bölgədə - yəni iranda qorunulmasına yönəltmişdir.bizim xalq olaraq əsas problemimizin biri elə buradan başlamışdır.birinci Millət-dövlət tezisi uğrunda mübarizə aparacaq kütlənin tam əks istiqamətə , yəni dırnaq arası sosializmə yönəldilməsi, ikincisi Azərbaycanın bu axışdan təhlükə hiss edən yüksək və orta təbəqəsinin əks istiqamətə - yəni Tehranı mərkəz tutan paniranist və panfarsist kəsimə inteqrə edilməsinə onlarla birləşməsinə istər – istəməz şərait yaratmasıdir. Daha dəqiq desək Vilademir iliç leninin təlimatına əsasən milli hüquqlardan yana olaraq Milli iradədən sosializmə doğru yönəlmiş yolda yararlanmaq məqsədi güdülmüşdür.

6-cisına gəldikdə isə nə yazıqlar ki, durum olduqca acınacaqlıdır.ADF və başqa adlar altında çıxış edən digər ADF yanlıları əsasən əksəriyyətlə bu gün Milli Hükumətimizin başçısı mərhum Pişəvərinin 60 il öncə buraxmış səhvlərini hala təkrar etməkdən çəkinmirlər.bu gün ADF – yanlılarının genəlliklə siyasi anlayışına görə güney Azərbaycan İran Azərbaycanı olaraq bayağı fars irançılığın tərkib hissəsi kimi görünməkdədir.bayağı və qondarma iranın asimilasiona məhkum xalqı olaraq Muxtariyyətçi və ya Fedralçı kəsimi kimi çıxış etməklə Güney Azərbaycanı yenidən çıxılmazlığa yönəltmək istəyindədirlər . millət anlayışına gəldikdə isə deyilməlidir ki, bunların hala 60 – il öncəki Milli Hükumətin millət anlayışından irəli getmir və irançılığa , panfarsizmə qarşı mahiyyətcə zərərsiz mövqe sərgiləməkdədir.60 – il öncə Azərbaycan Milli Hükumətindən İngiltərənin əsas tərəfdaşı Sovet Rusiyası ABD-nin gəlişinə qarşı dığırladılan daş kimi istifadə etdisə bu gün ADF nə yazıqlar ki, yenə bölgədə ABD-nin gəlişinə qarşı eyni mövqedən çıxış etməkdədir.bu gün rəsmi və qeyri rəsmi ADF-çilərin böyük hissəsi nə yazıqlar ki, 60 – il öncə ki, ADF – mizlə fərqləndiyi cəhətləri yaxşılığa və doğruluğa doğru deyil.sadəcə müsbətə doğru dəyişilən şey deməsi mümkünsə oda Azərbaycan dili anlayışının Azərbaycan Türk dili anlayışı ilə dəyişdirilməsidir.elə buna görə də ADF və ADF yanlıları bu gün böyük siyasi təcrübəyə malik olduqlarına və Milli Hükumətimizin zəngin idari arşivinə sahib olduqlarına baxmayaraq Güney Milli Hərəkat dışında qalmışlar. bununlada Güney Azərbaycan Milli Azadlıq Hərəkatı geniş və dərin siyasi kadrlardan məhrum olmuşdur.təssüf hissi ilə vurğulanmalıdır ki, ADF yanlıları əksəriyyətlə anti ABD-anti Amerikan alergisi olanlar kimi çıxış edərək , istər-istəməz bu an Güney Azərbaycanı mənən ölümə məhkum buraxan teokratik və neo faşist Fars rejimi və bu 90 il müddətində bölgənin süni millət dövlətləşməsini – yəni yerli xalqların iradə və istəklərini görməzdən gələrək həyata keçirən , bu müddətdə bölgəni çapıb talıyan və bu an bölgəni olduğu siyasi-coğrafi yapısında saxlanmasına çalışan əsas təcavüzkar güclərlə mövqeləri üst-üstə düşməkdədir.Amerika böyük imperializmi deyərək Rusiya və İngiltərə kimi əsas müdaxiləçiləri göz ardı etdiklərinin nə yazıqlar ki, fərqində deyillər.bunu anlamağın vaxtı çoxdan gəlib çatmışdır ki, böyük Amerika imperializmi deməklə və Güney Azərbaycan Milli Azadlıq Hərəkatını bu Anti ABD istiqamətinə yönləndirmək cəhdləri ancaq və ancaq başı bəlalı Güney Azərbaycan xalqını yenidən ot-alovun içinə sürükləmək cəhdidir,bu isə Güney Azərbaycanı nəhayi uçuruma sürükləmək kimi başa düşülür.

deyilməlidir ki, ADF bu dünya görüşündən mövzumuza –yəni Güney Azərbaycan məsələsinə baxdıqlarına görə nə təkcə xalq olaraq bu günkü siyasi durumumuzu nə dəki, Milli Hükumətimizin dövrünü yetərincə doğru-düzgün qiymətləndirə və işıqlandıra bilməmişlər , buna görə ki, həqiqətlərin güzünə dik baxa bilmirlər və ya xodda ki baxmaq istəmirlər .elə buna görədə Hərəkatımızın Gənc aydınları başqa Hərəkatlarımızda daxil olmaqla Milli Hükumət dövrünü doğru-düzgün həqiqətlərin üzünə dik baxaraq həqiqətləri deməkdən çəkinmədən dəyərləndirmək, Hərəkatları gerçəkçi-vaqebin olaraq ışıqlandırmalıdırlar .

GAMAH ( Güney Azərbaycan Milli Azadlıq Hərəkatı)Millətçı anlayışına əsaslandığına görə mahiyyətcə armangəra - ülküçü idealist olması ilə yanaşı unutmamalıdır ki, gerçəkçi-vaqebin idealist olmadan başarılı ola bilməyəcəkdir.biz çağdaş tarixi olaylara yanaşdıqda mütləq həqiqəti deməkdən çəkinməməli,olanları olduğu kimi göstərməkdən hətta bu günkü fikrlərimizlə uzlaşmadığını gördüyümüzdə belə deməyi bacarmaqla acı tarixi hadisələrin üzünə dik baxmalıyıq. Böyük Fədayi Nabdel Oxtay panfarsist düzənə qarşı demişkən: tutalım ki, biz tarixən bu topraqların xalqı deyilik,buraya gəlməyik ! tutalım ki,biz əslən Türk olmamışıq,sonradan zoran türkləşdirilmişik,hər nəyiksə bu gün biz özümüzü Türk olaraq tanıyırq və Türk olaraq Hüquqlarımızı tələb edirik.

biz tarixi proseslərə o , cümlədən Milli Hükumətimiz dövrünə yanaşdıqda unudulması ictimaiyyətdə Sosiolojik və psikolojik fəsad törədən bir şeyi nəzərdə almalıyıq ki, hərəkatların istər formaca istərsədə Mahiyyətcə malik olduqları dəyərlər olduğu kimi göstərilməlidir , onu təhrif etməklə gündəm Hərəkata nə isə müsbət bir şey qazandırılmır bəlkə Gündəm Hərəkatda İnama şübhə kimi böyük fəsadlar törətməklə yanaşı Gündəm Hərəkatın Məfkurəsini Sabah qarşısında Şübhə altına alır.

hər dövrün öz istəkləri var , bu gün isə İstiqlaliyyət Güney Azərbaycanın əsas mübarizə stratejisidir.amma bu əsas vermir ki, biz Xəlq müsəlman Hərəkatını , Milli Hükuməti , Azadistan və Məşrutə Hərəkatlarını İrana və iranı mərkəz tutan fars milli şüurun alternativi kimi çıxış edən Güney Azərbaycanın istiqlaliyyəti uğrunda mübarizə aparan Azərbaycan Türk mehvərli hərəkatı kimi göstərək , doğrudur bu günkü Milli Hərəkatımız göbələk kimi yerdən birdən-birə çıxmayıb, həmin adı gedən Hərəkatların mükəmmilləşmiş və fikri inkişafla ardıcıl zamana uyğun davamıdır.bu Hərəkatlar Azərbaycanın Mübarizə iradəsini göstərən bir-birinin vəhdətini təşkil edən milli azadlıq hərəkatıdır.

Biz öz dönəminin böyük Hərəkatları olan oluşumların mahiyyətini bu gün düşündüyümüz kimi göstərməklə ardıcıl Hərəkatlarımızın fikri inkişafını , başarılı Hərəkat olmadıqlarının səbəblərini , Amillərini və qarşısındakı aşa bilmədiyi maneələri xalq olaraq açmaqdan ışıqlandırmaqdan aciz qalarıq .

Olduqca böyük ictimai – iqtisadi – siyasi , psikolojik böhranla yanaşı böyük sayda insan itgiləri ilə nəticələnmiş bu Hərəkatlarımızı dövrlərinə uyğun Hərəkat olaraq olduğu kimi göstərməklə ən azından əsas manelərin nə olduğunu və məğlubiyyətlərinin səbəblərini xalq olaraq dərk edib ən azından başı dumanlılıqdan çıxmış olarıq . bəli ! bu böyük dörd hərərkat Xalqımızın başlatmış olduğu məğlubiyyətlə sonuçlanmış Hərəkatlarımızdır, niyə və nəyə görə məğlub olduqlarının real – gerçək cavabını bulduqda , onu dərk etdikdə bu günkü Güney Azərbaycan Milli Azadlıq Hərəkatımızın doğru-düzgün elmi-nəzəri əsaslarını yaratmış olacayıq . bu elmi-nəzəri əsaslar isə bizi istiqlaliyyətə aparacaq mübarizə yolunda kimlərlə necə və nə cür ittifaqda olacağımızı müəyyənləşdirməyimizi şərtləndirəcəkdir.bu haqda son söz olaraq qeyd etməyim yersiz olmazdı ki, öncə Milli Hərəkatımızın mahiyyətcə İdealist bir axın olduğunu deməkdə Milli Hərəkatımızin konkret idealist və yaxod da ki, realist olmasını bildirməkdən kənar sadəcə Millət və milliyyət anlayışının zati dəyərlərinə görə idealist yanaşma olduğunu çatdırmaq məqsədindəidim.zatən bu gün Güney Azərbaycan Milli Azadlıq Hərəkatı Sağ-Sol ayrımı yapmadan vahid Milli cəbhədə paniranizmə , Panfarsizmə qarşı qurtuluş savaşı aparması qaçınılmazdır.

Quzeyin N.Nərimanovu kimi sovet Rusiyasına həddindən artıq inanan ona bel bağlayan həyatı boyunca dünyaya o yöndən baxan və nəhayət Nərimanovla eyni taleyi bəlkə də daha artıq faciəyə düçar olaraq quzey Azərbaycanda bəzi silahdaşlarının dolayı iştirakı ilə KQB nin bir başa təşəbbüskarlığı ilə qətlə yetirilən , dünyasını dəyişərkən sovet Rusiyasının üzünə tüpürən Mərhum Pişəvərinin başçılıq etdiyi bir illik Milli Hükumət Sovet Rusiyasının arxa çevirməsi və qarşı tərəflə anlaşması nəticəsində böyük və təsvir edilməsi hardasa mümkün olmayan itgilərlə üzləşən Güney Azərbaycan çox ağır dövrünü keçirmişdir .

Burada Milli Hükumətimizin Mədəniyyət naziri , Mərhum Pişəvərinin Sovet Rusiyasına getdikdən sonra ADF MK –nın Baş katibi olmuş , ağır zəhmətlərə qatlaşan və siyası həyatında müstəqilliyini və xalqa sıx bağlılığını heç bir şeyə dəyişmədiyinə görə başı böyük bəlalar çəkmiş şerində dediyini doğrudan da həyatında yaşayan:

Biriyayam möhtəşəm Təbriz diyarımdır mənim

Bu vətən uğrunda ölsəm iftixarımdır mənim!

Görkəmli Şair Mərhum Biriyanın Qazaqıstanda Sürgün həyatı yaşarkən Azad buraxılması ilə bağlı o dönəm Sovet Rusiyasının Baş naziri Malenkova yazdığı diləkçə hal hazırda çox önəmli bir sənəd olaraq Milli hükumət və milli Hükumət sonrası quzey Azərbaycan dövrünə aydınlıq gətirən sənədlərdən diridir .bu Azərbaycan dövlətçiliyi üçün önəmli sənədin bir iki cümləsinə işarə etməkdə yarar var .Biriya deyir : fransadan qayıtdıqdan sonra Seyid Cəfər Pişəvərinin Tudə ilə etilafa gedərək ADF – ni qurduğunu gördüm , bu etilaf məni açmadığına baxmayaraq xalqımın mənafeini nəzərə alaraq buna qoşuldum və Milli Hükumət dövrü Pişəvəri Kabinəsində Mədəniyyət naziri oldum .

Qəvaülsəltənənin Moskova səfərindən sonra Tehran ordusu Hacıəli Rəzmaranın başçılığında Barış adı altında Təbrizə yürüdüyü dönəmə işarə edərək yazır : bu zaman MK –da uzlaşmaq zorlandı ... Baş nazir Pişəvəri ilə sadiq padiqan[5] ... Sovet Rusiyasına getdilər , Pişəvəri getdikdən sonra mən MK-nın Baş katibi olaraq dirənməkdə müqavimət göstərməkdə tam qərarlı ıdım. Digər yerdə yazır : ...Konsul yardımçısı Seyidzadə ilə görüşümüzdə biz Milli Hükumət olaraq qalıb müqavimət göstərməkdə qərarlı olduğumuzu desəmdə o Molotovun göstərişi ilə mənə ölkədən çıxıb Sovet Rusoyasına getməyimə yardım edəcəklərini dedi , mən Təbrizdən getməyəcəyimi desəmdə nəticəsiz oldu . Biriya sonra ölkə içində Tehran yanlılarının baş qaldırdıqlarına işarə edərək yazır : ... Mərkəzi ordunun ölkəyə gəlməsi və yerli irticaçıların baş qaldırması nəticəsində ... Təşkilatımıza ... böyük zərbələr vuruldu , ... Sovet Rusiyasına məxsus Xəstəxananın yanından keçərkən maşınımın üzərinə irticaçılar hücum etdilər , bu toqquşmada mühafizlərimdən birinin açdığı güllədən bir nəfər irticaçılardan həlak oldu .keçəri olsada özümüzü qorumaq üçün Xəstəxanaya girdik , həmin gün Amerikanın General Konsulu Mester Saten Sovet xəstəxanasına gələrək mənlə görüşmək istəsədə mənim orada olmadığımı bildirərək görüşməmizə imkan verməmişlər .sonra isə Sovet Rusiyasının Təbrizdə ki, general Konsulu tərəfindən Xəstəxanadan Konsulxanaya apardılar .və oradan nəhayət 7 mart 1947 –ci il tarixində təyyarə ilə Bakıya köçürdülər. Sonra Sovet Rusiyasının işğalında bulunan Quzey Azərbaycanda kı, dönəmə və Dövlət başçısı Mərhum Pişəvərinin ölüm hadisəsinə işarə edərək yazır : ... lakin Pişəvəri hadisəsi Mənim ruhumda böyük təsir buraxmışdır. O tarixdən Mən maşına belə minmək istəmirdim . dəvət olunan yerlərə Piyada və ya Tramvay vasitəsi ilə gedirdim . Pişəvərini Gəncə Şəhərinə aparan sürücü Karnik bu Hadisədən bir neçə gün əvvəl Qulam Yəhyanın vurduğu teleqraf üzrə irəvandan gəlmişdi....

Bu və bu kimi onlar bəlkədə yüzlər sənəd Sovet Rusiyasının və onun yönətimində olan Tudənin Azərbaycan Milli Hükumətinə necə arxadan zərbə vurduğunu ap-açıq şəkildə göstərməkdədir,sadəcə bu bilər – bilməz uğrunda döyüşdüyü xalqına vurulan zərbədə istər – istəməz iştirakda bulunanların təsirində qalan bir çox əziz Solçu soydaşlarımız düşünər – düşünməz ört basdır etməyə çalışırlar .

Vurğulanmalıdır ki , Sovet Rusiyası Milli Hükumətimizin qurulmasında maraqlı olması və yardım etməsi sadəcə bu xalqı daş olaraq ABD –nin gəlişinə qarşı dığırlatmaq məqsədindən irəli gəlmişdir . xalqın Milli Şüurunun formalaşmadığı və doğru məcrada olmadığından dolayı xalq və Fədai dəstələri Tehrandan gələn Ordu qarşısında dayanmağa , dirənməyə və qurmuş olduğu Milli Hükumətə sahiblənərək qutsallıq verməyə özündə anlam qazandıra bilməmişdir .başqa yöndən desək bu Dirənişin geri çəkilməklə zəif şəkildə sürdürülməsi və ya xodda kı Milli və kütləvi Dirənişsizliyin əsas iç səbəbi Milli Hükumətimizin yetgililərinin bir çoxunun Millət – Dövlət anlayışına Böyük Qəhrəman fridun İbrahimilərin tam tərsinə yanaşma tərzlərindən yəni Leninin Milli hərəkatlara baxış tərzi ilə yanaşıldığından qaynaqlanmışdır . bu təfəkkürlə əlbəttə ki, Milli Hükumət Millət – Dövlət məquləsinə deyil , Milli Hərəkat dırnaq arası Sosializmə daha doğrusu Sovet Rusiyasının istəyi doğrultusunda Milli Hükumət yetgililərinin istəyindən asılı olmadan su istimal edilməli idi .elə buna görə də Sovet Rusiyası bir çoxlarının dediyinin və yazdıqlarının tam tərsinə iranda az olmuşsada öz istəyinə yüz minlərcə insanın sürgün edilməsi ,70 min insanın qətlamı hesabına çatmış oldu.

Unutmamaq gərəkir ki, tarixi bir hadisəni olduğu kimi yəni əsas mahiyyətini və formasını doğru-düzgün göstərməmək və bilər-bilməz törədilmiş ağır səhvləri gizlətmək , məsələni dərindən incələməkdən , nəqd etməkdən yayınıb gündəmləşdirməklə bu günkü eşik güclərdən asılı olmayan ( o və ya bu gücün aləti – feli olmayan)şüurlu şəkil almaqda olan Güney Azərbaycanın Bağımsızlıq-müstəqillik savaşının qələbəsini şübhə altına alacaq bəzi ümidsizləşdirici süalların əhali arasında yaranmasına nədən olmaqdadır. Bu yaranan süallara ancaq və ancaq bu yüz illik tariximizdə olan bitənləri tam olduğu kimi göstərməklə cavablandırmaq olar.bu gün Güney Azərbaycanla ürəyi vuran bir çox insanımız belə bir süalla üz-üzədir ki, görəsən Güney Azərbaycan bağımsız və müstəqil bir dövlət olabilər və ya xodda ki, müstəqiliyinə nail ola bilər ? ola bilərsə bu düşündüyümüz böyük Məşrutə , Azadistan , Milli Hükumət və Xəlq Müsəlman Kimi xalq hərəkatlarımız niyə bağımsızlıq əvəzinə tayı bərabəri görünməyən kütləvi faciələrlə üzləşdi ? demək Güney Azərbaycanın Müstəqilliyi nə İranda nə də bölgədə qəbul olunmazdır , buna görə də bu bədbəxt taleimizlə razılaşmalı və boşuna itgi vermədən fedralizmlə razılaşmalıyıq , kimi xalqımızın çıxarlarına tam zidd bir mövqeyi əsas götürür ,güney Azərbaycanımızın gənc milltçilərinin fedralist kəsimi əsasən bu gizlədilmiş gerçəkliklərdən xəbərsiz olaraq cəmiyyətə verilənlərlə yetinən və onların təhlilinə əsaslanaraq bu geriçi , Konservativ - mühafizəkar və hal-hazırda bölgədə gedən milli mübarizələrə uyğun olmayan məğlub hərəkatlarımızın təkrarı olan məntiqsiz stratejini var gücü ilə müdafiə etməyi məqsədə uyğun hesab edir.bu isə bu gün xalq arasında Milli Azadlıq hərəkatımızın Məqsəd stratejisinin aydınlaşdırılmasında ən böyük maneəyə çevrilərək Hərəkat içində başı dumanlılığa nədən olmaqdadır. Başı dumanlılıq isə Mübarizə əzminə,döyüş iradəsinə yüksək səviyyədə mənfi təsir göstərməkdədir. biz geriyə doğru deyil , önə yürüməliyik. Unudulmamalıdır ki, Mənsub olduğumuz Dörd məğlub Hərəkatımızın məğlubiyyətlərinin və baş vermiş böyük insani faciələrin əsas iç səbəbi O Milli Hərəkatlarımızın İstiqlalçı olduqları , Millət-Dövlət tezisinin həyata keçirilməsi uğrunda mübarizə etdikləri üçün deyil , tam tərsinə Məmaliki-Məhrusə yönümlü düşüncəni tarixə buraxıb tam bağımsız Güney Azərbaycan uğrunda İstiqlalçılıq stratejisini rəhbər tutmadıqlarına görə məğlub olmuşdur.burada bu iddaamızı təsdiqləyən bir faktı yazmaqda yarar var. Milli Hükumət yenildiyindən sonra MK üyələri Quzey Azərbaycana dönmüşlər , MH Başçısı Mərhum Pişəvəri , Padiqan və Cahanşahlı üçlüyünün Quzey Azərbaycan Rəhbərliyi ilə olan ardıcıl görüşlərinin birində Sovet Rusiyasında ən nüfuzlu liderlərdən biri olan Mərhum Mircəfər Bağırovla Pişəvərinin belə bir önəmli və üstündə durulası söhbətləri olmuşdur ;

Pişəvəri: bizim məğlub olmağımızın ən böyük səhvi mütərəqqi və demokratik İran təşkilatları ilə vaxtında etilafa getməməyimiz olmuşdur.onlarla vaxtında etilafa getmiş olsaydıq , Tehran Təbrizə ordu yeritməyə qadir olmazdı.bu sözü duyar-duymaz Mircəfər Bağırov demişdir ki, əziz qardaşım sənin ən böyük səhvində elə budur ki, İrandan və İranlılardan (farslardan) və onların Partiyalarından tam qıra bilməmisən , İran yoxsa Azərbaycan arasında qətiyyətli mövtə ortaya qoya bilməmisən. əgər vaxtında bu əl o, əl etməsəydin , onlardan (tehrandan) tam qırıb bizə ( Quzey Azərbaycana)qoşulsaydın ,onlarla ardıcıl danışıqlara getməsəydin İran və Dünya bu gün olunmuş işdə vaqe olmuşdular ,lakin bunu etmədiyinə görə və Tehranla ardıcıl mənasız danışıqları sürdürdüyünüzə görə bu gün iran Beynəlxalq qarşısında bizi iç işlərinə müdaxilədə suçlayır və Azərbaycanı İranın ayrılmaz hisəsi olaraq göstərir.[6]bunuda qeyd etmək yerinə düşər ki, Mircəfər Bağırovun bu fikri Moskovanın fikri deyildi, Bağırov dünyanı olunmuş işdə vaqe qoymaq dedikdə Moskovanıda nəzərdə tutmuşdur.o dönəm Sovet Rusiyasında dövlət içi çəkişmələrdə Mircəfər Bağırov Güney Azərbaycanın Müstəqilliyini dəstəkləmək istəyirdisə Moskova özəlliklədə o dönəm Xarici işlər naziri Molotov buna qarşı idi.yeri gəldikdə bu önəmli məsələyə bu günkü Milli Azadlıq Hərəkatımızla müqayisəli şəkildə toxunacayıq.

 

 

  

 ASMEK  

 

BayBek.com

 Akhbar Rooz

 Güney Azerbaycan Öyrenci hereketi

 Sözümüz

 Azerbaycan

  Azad Tribun

 Azar Tabriz

 Yurd Net

 Durna

 Urmu Bir Olmalý