|
Rehim Cavadbeyi Güney Azərbaycanın ümumiyyətlə Türklərin say baxımından böyük bir hissəsinin oturduğu Kənd və Bölüklərdə-Qəsəbələrdə Kənd Təsərrüfatı İşləri-Əkinçilik,Bağdarlıq,Maldarlıq və başqa sahələr üzrə Bir sıra Rejimə bağlı Təkəlçi-inhisarçı kəsimdən başqa Kənd təsərrüfatı istihsalı həmin monopoliyaçı-təkəlçilərdən asılı olaraq sünnəti formada qalmaqdadır .
Giriş: 1. Indiki durum-mövcud şərait Biz Güney Azərbaycan Türk Milləti olaraq dünyada tayı-bərabəri az görünmüş istemar aləti olmuş bir cəmiyyətik. yaradılmış Panfarsizm-Paniranizm məfkurəsini rəhbər tutan Qüvvənin siyasi,ictimai,iqtisadi,mədəni,milli və ümumiyyətlə hər tərəfli zülm,fəlakət,mənən məhv etmə-etnosid və ayrıseçkilik-apartayd siyasətinə məruz qalmış və qalmaqda davam edən bir millətik,yox millət zəlil olmaz biz hələ cəmiyyətik. Ölkə iqtisadiyatı və sənayesi boyunduruqlu hakim rejimin və Lord sözünün təxminən lüğəvi qarşıtı olan sahib və ərbabların tam mənafeyinə uyğun şəkildə qurulduğundan güney Azərbaycan şəhərlərində əhalinin iş tələbatına cavab verəbiləcək işyerlərinin açılışına dair dövlət yatırımı əslən olmamışdır. digər yandan ölkənin ən zəngin yatırımcılarının-sərmayədarlarının birçoxunun türk olduğuna baxmayaraq həmin yatırımcıların-invisturların öz doğma yurdlarında yatırım yatırmalarına və kilasik formada olmuşsada işyerlərinin açılmasına əngəl və maniə törədərək sərmayələrini Fars əyalətlərində yatırmaqla razılaşmalı və ya əks təqdirdə ölkədəki, iqtisadi proseslərdən uzaqlaşdırılmağa məruz qalmışlar. hətta paniranist sistem maraqlı olan xarici yatırımcılarında Azərbaycan torpaqlarında yatırım yatırmaqlarınada maneəçilik törədib və törətməkdədir. bununlada bu müddətdə dövlət siyasətinin tamami ilə Güney Azərbaycanın ümumiyyətlə Türkün əleyhinə olduğundan Türk şəhərlərində Fabriklərın-İşyerlərinin olmaması, barmaq sayında vardısa da (Montaj) istehsaldan irəli getmədiyindən nə təkcə Türk Toplumunun aşağı təhsilli, orta ixtisaslı , hətta yüksək ixtisaslı gənclərində ən ilkin insan Hüquqlarından – yəni Ədalətli və əlverişli işə malik olmaq və işsizlikdən qorunmaq-müdafiə olunmaq kimi hüquqlarından məhrum edilmiş və işsizlik ölüm tozu kimi Millətimizin üzərinə çökmüş və 3-üç böyük ictimai fəlakətdən birinə çevrilmişdir.3-üç böyük ictimai fəlakət dedikdə , birinci Milli Məhkumiyyət-məhkum xalq olmaq, ikincisi İnsan Hüquq və Azadlıqlarının- yəni Demokrasinin var olmaması , üçüncüsü isə İqtisadi Məhrumiyyət nəzərdə tutulur.dövlət tərəfindən ictimai təminatın – yəni İşsizlik, Qocalıq, Sağlamlıq-Səhiyyə , Mənzil, Uşaq, Ödənişsiz gərəkli maddi yardımlı təhsil və bu qəbildən gərəkli maddi ictimai xidmətlərlə Ailə və Fərdlərin təmin olmaq hüququ tətbiq edilmədiyindən və ümumiyyətlə ölkədə bu hüququn var olmaması bu ictimai dərd və fəlakətə əlavə yüklənərək xalqımızı daha ağır və dözülməz duruma gətirib çıxartmışdır. Güney Azərbaycanın ümumiyyətlə Türklərin say baxımından böyük bir hissəsinin oturduğu Kənd və Bölüklərdə-Qəsəbələrdə Kənd Təsərrüfatı İşləri-Əkinçilik,Bağdarlıq,Maldarlıq və başqa sahələr üzrə Bir sıra Rejimə bağlı Təkəlçi-inhisarçı kəsimdən başqa Kənd təsərrüfatı istihsalı həmin monopoliyaçı-təkəlçilərdən asılı olaraq sünnəti formada qalmaqdadır . dövlət tərəfindən kəndlinin xeyrinə uzun sürəli kredit-vam , gərəkli texniki yardım , kənd təsərrüfatı istihsalının gəlişdirilməsi , modernləşdirilməsi və mekanizələşdirilməsinə dair gərəkən əsaslı addımların atılmadığına görə kəndli Ailələri ən azından ayaqda dura bilmək üçün kənd təsərrüfatı işlərindən ya tamamı ilə yada qismən ayrılaraq kənd , Bölük və ya şəhərlərdə məskunlaşaraq yoxsulluq üzündən təhsildən məhrum olmuş 6-7 yaşlı məsum balaları ilə bərabər diz-dizə oturub, insanları Ruhən və Cismən tədrici halda sarsıdan , dırnaq arası hünərmənd?! deyilən xalça toxuculuğu işini seçmək zorunda qalırlar. Bu isə toxuculuqla məşğul olan 2 – 3 milyon cıvarında kı, insanımızı tədrici surətdə ruhi-psixoloji və əsəbi gərginliyinə səbəb olmuş və olmaqda davam edir. Kənd və Bölük mühitində çağdaş yaşam tərzinin, Təhsil sisteminin, Əyləncə , Sağlamlıq-Səhiyyə mərkəzlərinin və s. Çağdaşlaşmağa və yeni yaşayışa can atan Əhalinin istəklərinə cavab verə bilmədiyindən istər-istəməz Kənd və Bölüklərin verimli torpaqları buraxılaraq böyük bir işsiz kütlə axımı şəhərlərdəki ümumi işsizlər karvanına qoşularaq gün-gündən ictimai quruluşu patlayış mərhələsinə gətirib çıxartmaqdadır.digər tərəfdən Güney Azərabaycanın iri şəhərləri işsizlik fəlakəti ilə çoxdan bəri dərin və köklü surətdə üzləşdiyindən həmin bu şəhər , Qəsəbə və kənd işsizləri ən azından ayaqda dura bilmək üçün məcburən öz doğma və müqəddəs Yurdlarını-Azərbaycanı tərk edərək Fars mərkəzlərində təhqir və həqarətə məruz qalaraq ucuz İşçi Qüvvəsinə çevrilərək ac-yalavic qalmamaq naminə iş tapmaq uğrunda bir-biri ilə yarışa girirlər.bununlada Azərbaycan türklərinin böyük bir hissəsinin yoxsulluq , səfalət və didərgin həyat sürməklərinin şahidiyik. Bu isə Türk Millətinin Şərəf və Namusunun tapdaq altında qalmasına danılmaz bariz bir nümunədir. Bu gün güney azərbaycan , Qaşqay və Quzey Xorasan(güney türkmənistan) türklərinin təkcə ümumi dərdi Paniranist və Panfarsist gücün məqsədli olaraq yürütdüyü iqtisadi siyasətinin məhsulu olan kütləvi yoxsulluq,işsizlik və ictimai təminatsızlıqla xülasə edilə bilərmi? Cavab aydındir,əlbət də ki, yox . paniranist sistem İqtisadi məhrumiyyət və bu kimi digər taktiki vasitələrdən yararlanaraq nəhayi hədəfi olan məhkum xalqı mənən məhv etmək istəyini həyata keçirir. demək məhkum xalqın mənən məhv edilməsi Panfarsist rejim üçün əsas hədəfdirsə biz məhkum xalq üçündə əsas dərd Milli Məhkumiyyətdən qurtuluş yoludur. biz Türklər ən əsas milli və dərin köklərə malik dərdlərimizi içdən dərk etmək,başa düşmək və onu milli şüurumuza hək etmək üçün Paniranist və panfarsist gücün bizə qarşı yürütdüyü qeyri insani siyasətinin açıq və qapalı yönlərini iç etməyi bacarmalı və milli azadlıq savaşımızın yönünü bu hədəfin-yəni iranı mərkəz tutan Fars düşüncə sisteminə əsaslanan rejimin darmadağın edilməsinə yönəltməliyik. Düşmən sözünü işlətmək istəməzdim,lakin paniranistlər bizi düşmən olaraq nitələndirdikləri üçün istər-istəməz düşmən mövqeyindən çixiş etdiklərini sübut etmişdirlər və düşmənə düşmən kimi baxmaqda nə yazıq ki qaçınılmazdır. bu paniranizm-panfarsizm qulluqçuların biz güney Azərbaycan türk millətinə qarşı məqsədli olaraq sürəkli surətdə yürütdükləri dövlət əhəmiyyətli stratejisi nədir sualına cavab olaraq konkret şəkildə bildirilməlidir ki, mövcud rejim sələfi olan Pəhləvi sülaləsi rejimi kimi bir qayda olaraq biz türkləri bir hüquqlu millət olaraq tanımır , hətta tanımaq belə istəmir, bizi yerli xalq hesab etmir, köçəri , vəhşi və gəlmə parazit-müzahim kütlə hesab edir və hər tərəfli məhrumiyyətdə saxlanılmağımızı təbii qayda qəbul edir və bu çirkin siyasətin yürüdülməsində isə özünü tam hüquqlu va haqlı hesab edir. Mövcud rejim bizi mənən məhv etməkdə(etnosid) qərarlıdır, bunun üçün də bizi milli mədəniyyət əsası isə milli dilimizdən məhrum etməklə hövviyyətsizləşdirmək və manqurtlaşdırmaq istəyində tam qərarlı olduğunu bu qeyri-insani siyasəti dövlətin daxili dövlət stratejisinə çevirməsi ilə sübut etmişdir.və bu istiqamətdə bütün vasitələtdən o cümlədən iqtisadi məhrumiyyət kimi ictimai fəlakətləri taktik olaraq tətbiq edir. 2. bu acınacaqlı şəraitin hakim olmasına nədən olan hadisələr Hər şeydən öncə qərbi avrupada elmi-praktik cəhətdən yüksək müvəffəqiyyətlə nəticələnmiş bir faktoru qeyd etmək gərəkir ki,milliyyət və vətəndaşlıq hüququna dayalı müstəqil “milli dövlət” və onun fondamental əsasını-bünövrəsini təşkil edən “milli mədəniyyətin sürəkli inkişafı”-nı təməl qəbul edən milli dövlət tezisinin icra edilməsidir.bu tip quruluş ölkə və ölkə vatəndaşlarının hüquq və azadlıqlarının qurunulmasının, ictimai təminatının var olmasının ,ölkənin hər tərəfli inkişaf , dirçəliş və çiçəklənməsinin əsasını təşkil edərək sürəkli təzminatçısı rolunda çıxış edir.başqa deyimlə desək bu gün gördüyümüz avrupa barışmış milli dövlətlərin avrupasıdır.biz güney azərbaycan türk milləti isə bundan,yəni milli dövlət quruculuğundan məhrum edilmişik.demək bu hər sahəli ictimai fəlakət və məhrumiyyətin əsas amili dövlətsiz cəmiyyət halında zoran saxlanılmağımızdadır , yəni milli isarətdə olmağımızdır.əlbətdə bu belə başa düşülməməlidir ki, isarətdən qurtuluşla əldə ediləcək istiqlaliyyət avtumatik şəkildə bir anda bütün yüz illiyin iqtisadi,İctimai,Siyasi problemlərini həll etmiş olacaqdır.isarətdən qurtuluş və millətin gerçək mənafeyinə dayalı müstəqilliyə nail olmağı amaclayan stratejik hədəf ictimai-iqtisadi-siyasi-psikuluji və başqa problemlərin həllinə dair ən doğru-düzgün yanaşmaqdır. Bu isə isarətdə ki xalqımızın sadalanmış fəlakətlərdən xilas olması və mövcud ictimai-siyasi-iqtisadi problemlərinin yeganə məntiqi çıxış yoludur. 20-ci yüzilliyin ilk rübbünün sonlarından etibarən bu milli isarətin,ictimai-ümumi fəlakət və məhrumiyyətin eləcədə orta çağ dispotizm və diktatorluğunun üzərimizdə hakim kəsilməsinin əsas səbəbkarları kimdir sualına gəldikdə, ap-açıq aydın şəkildə ümum millətimizə elan etməliyik ki, 03. isfənd. 1299 - 22.fevral. 1921-ci il kudetasının-dövlət çevrilişinin müəllifləri , onu maliyyələşdirən və həyata keçirən ləyaqətsiz əlaltı kəsim olmuşdur. Bunların kimliyi açıqlanılarkən deyilməlidir ki, yaşadığımız geri qalmış və məhrumiyyətdə boğulan yaxın , orta şərq və ümumiyyətlə İslam bölgəsində bir neçə dövlət istisna olmaqla digər dövlətlər xüsusi ilə bizi də öz isarət zəncirlərində tutan şovonist iran dövləti yerli xalq və millətlərin iradəsini tapdalayan , arzu və istəklərinə tabe olmayan çağdaş geyimli , irticaçı , bayağı və istemarın və qlobal Şirkətlərin marağına uyğun ortaya gəlmiş dövlətlərdir. Bulunduğumuz iran? ölkəsi həm milli tərkibi, həm siyasi quruluşu həmdə siyasi cuğrafi ərazisi baxımından 19-cu yüzilliyin əvvəlləri 20-ci yüzilliyin ilk rübbündə sümürgəçi-müstəmləkəçi dövlətlərin xüsusi ilə tezar və sovet Rusiyası ilə İngiltərənin tam və bir başa iştirakı ilə və onların dövlət mənafeinə tam uyğun şəkildə aparılmış pay – bölüşün məhsulu olmuşdur. Şərqin , ortadoğunun iki böyük müsəlman ənənəvi Türk dövlətinin Məmalikil məhrusənin(iran) xüsusilə Osmanlı imperaturluğunun torpaq və xalqlarının gələcək taleyini tamamilə öz dövlət mənafelərinə uyğun şəkildə formalaşdırmaq məqsədi ilə İngiltərə , Rusiya ,Fransa və İtaliya dövlətləri arasında 1903 –cü il Antant sözləşməsi imzalanmışdır, ardınca məhz Məmalikil məhrusə - iran torpaqlarını Nüfuz Bölgələrinə bölmək məqsədi ilə İngiltərə ilə Rusiya arasında razılaşdırılmış 1907 \ 1286 – cı il sözləşməsi imzalanmışdır. birincinin nəticəsində Osmanlı imperaturluğu parçalanmış və onların mənafeyinə tam uyğun şəkildə yeni dövlətlər meydana gəlmişdır . ikincisinin nəticəsində isə məmalikil məhrusə - iran Tezar(çar) Sovet Rusiyası ilə ingiltərənin Nüfuz Bölgəsi olaraq həmin iki imperaturluq tərəfindən yenidən onların tam istəklərinə uyğun şəkildə - yəni Türklərdən arınmış dırnaqarası masonçu Panfarsistlərlə çağdaş geyimli irticaçı bir müstəmləkə dövlətçəsinin qurulmasına nail olunmuşdur. Rus – İngiltərə arasında ki, 1907 \ 1286-cı il Sözləşməsi Panfarsistlər (şərəfsizlik damğasını alınlarında gəzdirənlər) tərəfindən tarixə bir ləkə kimi göstərilən və daim o beceriksiz və ləyaqətsizlər tərəfindən təhqir edilən Qacar klasik-ənənəvi Türk Dövləti adı gedən müqaviləni dövlət olaraq qəbul edilməsini öz adlarına sığışdırmamış və bu sözləşmənin imzalıanmasını böyük şərəfsizlik damğası özüdə tarix durduqca yaşayacaq şərəfsizlik damğası hesab edərək imzalamaqdan imtina etmişlər, qacar hakimiyyəti adı çəkilən sözləşməni imzalamadıqları təqdirdə Hakimiyyətlərini itirəcəklərini bildiklərinə baxmayaraq sözləşməni təyid etməkdən imtina etdilər.və bu şərəfli əməlləri ilə Müstəqil ənənəvi türk dövləti olduqlarını sübut etdilər. Qacar hakimiyyət yetgililərinin böyük çoxluğu bu satqın onunku-bununku olan dırnaq arası kudeta dövlətini tanımayaraq öz Şahlıqlarını Məmaliki-Məhrusə toqrağında olmasada Parisdə uzun müddət sürdürdülər və hətta Elxanilərdən bəri Ağqoyunlular,Qara qoyunlular,Səfəvilər,Avşarlar və nəhayət Qacar Dövlətlərinin simvolik Şahlıq Tacını quldur Rza Mirpncə alçaqlığını , ləyaqətsizliyini və xalqın razılığı olmadığını əsas gətirərək verməkdən belə imtina etdilər.bu o deməkdir ki Rza quldur əsrlər boyu Məmaliki-Məhrusə klasik Türk dövlətinin istər dövlət yetgililəri istərsədə xalq tərəfindən varisi kimi tanınmamışdır.Rza quldur və onun varisləri sadəcə onun-bunun barbaqları ucunda tutmuş soxulcan kimi olmuşlar. bunuda qeyd etmək yerinə düşər ki , Qacar Türk dövlət yetgililərindən olubda ayrılıb Rza quldurun yanında dayanan şəxslər əksərən Qacar türk sülalə dövlətinə xəyanət edən masonlar olmuşlar, lakin mason olduqlarına və ağalarının əmir qulu olduqlarına baxmayaraq daim istər Rzaya istərsədə onun varisi Məhəmmədrzaya görməz yana yanaşaraq onları bir Dövlət başçısı kimi bir Şah kimi hörmətə layiq görməmişlər ,bu şəxslərdən nümunə olaraq Türk olan Qəvamülsəltənəni onun qardaşı Vüsuqütdüləni , Müsətdiqülsəltənəni (müsətdiq üzərində dayanılması gərəkən şəxslərdəndir)və başqlarını göstərmək olar. İran Demokrat Partiyasının eləcədə digər Qəvama yaxın olan dövlət adamlarının içində cərəyan edən söhbətlərdə Məhəmmədzrza şah atasını yeni dəyişdiyi vaxtlarda Qəvamı sarayda çox görmək istəmirdi , buna görə ki, onu gördükdə ölkənin Şahənşahı olduğunu unudurmuş kimi özü bilmədən davranmalı olurdu.Qəvam Şahı həmişə kinayəli olaraq gülə-gülə balaca , çıqılı Pəhləvi olaraq yad edirmiş. Bu satqınlığı və şərəfsizliyi özündə əks etdirən müqavilə sovet rusiyasının tam razılığı ilə İngiltərənin bir başa təşəbbüskarlığı – kudetanın müəllifi, sponsoru(maliyələşdirəni) və əlaltıları olan (panfarsist) masonlarla 22 fevral 1921\ Ş. 03 isfənd 1299 – cu il tarixdə həyata keçrilmişdir.bu satqınlıq müqaviləsi dövlət çevrilişindən 5-6 gün sonra çevriliş sonrası dırnaq arası başnazir Yəzd dılğırı Jurnalist Seyid Ziya Təbatəbayi tərəfindən Moskovada yeni dövlət adına imzalanmış və o, zamandan qüvvəyə minmişdir.bu panfarsist dövlətin qurulmasında əsas rol oynamış köhnə masonçu Seyid Ziya Təbatəbayi Başnazirlik vəzifəsində oturaraq bu namus və şərəf bazarlığını əks etdirən müqaviləni yeni dövlət adına imzalarkən Qacarların son Şahənşahı Əhməd Şah haqlı olaraq : bu minvalla mən burada (məmalikl məhrusədə-iranda) Şahənşah olmaqdansa Paris küçələrində ləbləbi satmağı tərcih edirəm-demişdir. Məmalikil məhrusə - iran 22 fevral 1921 –ci ilə -yəni dövlət çevrilişinə qədər ki, müddətdə cəsur və demokrat ruhlu Türklərin sarsılmaz iradəsi ilə ölkə içi ictimai şüurun və hadisələrin məhsulu olan (pisdən yaxşıdan) müstəqil ənənəvi dövlətə malik olmuşdur. Tarixən Türk cəsurluğuna və yenilməzliyinə qısqanan və heç cür xəyanət və satqınlıqdan çəkinməyən və hətta xəyanətlərinə görə fəxr edən Fars Aydın , siyasi , ruhani və Aristokratik təbəqəsi nəhayət ki, tarixi amalına – yəni ölkənin bütün sərvətlərinin xaricilər tərəfindən çalınıb çapılması və bütün çağdaş bəşəri inkişaf qafiləsindən məhrum olmaq müqabilində çatmış oldu . yüz illiklər boyu şərəflə davam etmiş Azərbaycan klasikTürk dövlətçiliyini əvəz edən dırnaq arası çağdaş müasir tipli dövlət quran şovonist panfarsistlər hakimiyyətə gəldikləri andan başlanaraq İranda? Bu günkü rejimdə daxil olmaqla Sözün həqiqi mənasında xalqların iradəsini təmsil edən Müstəqil və suveren siyasət yürüdən dövlət anlayışı qalmamışdır, bu danılması mümkün olmayan günəş kimi saçan bir həqiqətdir. Bəli! Ölkə üzrə Rusiya ( çar ya xodda ki,sovet fərq etmədən , burada artırılması yerinə düşər ki, V.İ.lenin oktyabr çevrilişindən sonra Çar İmperaturluğunun bütün müstəmləkəçilik karakterli anlaşmalarını bir tərəfli ləğv etdiyini bəyan etsədə bu əməldə özünü heç göstərməmişdir,inqilab sonrası İngiltərə ilə bərabər Çar dövrünün anlaşmalarını eyni istiqamətdə , yəni müstəmləkəçilik siyasətini Sol boyasında daha rahat şəkildə davam etdirmişdir. ) ilə İngiltərə siyasi - iqtisadi pay-bölüşü apararkən nə tənha yerli millətlərin istək və arzularını nəzərə almamış,hətta onların mübarizəsinin də qan içində boğulmasını müdafiə etməkdən belə çəkinməmiş və ölkədə özlərinə yarayan milləti və ya təbəqəni hakim,başqa millətlərini isə hər cür zülmə məhkum millət edən siyasi quruluşun həyata keçirilməsini və hakim olmasını hər tərəfli müdafiə etmişlər.hakim millət və ya təbəqənin hər sahədə hakim-məhkum millət bölgüsünə dayanan şovonist siyasətinin nəticəsində isə zülmə məhkum yerli millət və xalqlar milli təhqir və alçalmaqda , geri qalmaqda ,özgürsüz və hər tərəfli yoxsulluq və məhrumiyyətdə boğularkən yer altı-yer üstü sərvətləri hakim milləti təmsil edən rejim və ərbabları tərəfindən talanmış və talanmaqdadır.bu dövlətlərin milli dövlət olmadıqlarına bariz nümunə kimi milli dövlətlərə malik olmayan dövlətsiz türklərin 8-9, ərəblərin isə təxminən 14 dövlət və şeyxneşinlər arasında parçalanmasını,sərhədlərin münaqişəli olmasını,daxili siyasətdə irqi ayrı seçkilik siyasəti”apartayd”,milli soyqırımı”genosid”, mənəvi soyqırımı”etnosid”,dövlət terrorizmi kimi siyasətlərinin tuğyan etməsini və buna qarşıtlı gecikmiş haqlı milli azadlıq hərəkatlarının baş qaldırmasını göstərmək olar. Bu həyati problemlərin əsaslı həll yolu isə yalnız və yalnız iran başda olmaqla digər xalqılarının iradəsini təmsil etməyən ölkələrin coğrafiyasının yenidən yerli millətlərin milli mənafelərinə uyğun formalaşdırılmasını, yeni-yeni demokratik və gerçək millət dövlətlərinin meydana gəlməsini dəstəkləmək və bu prosesin yeganə çıxış yol olduğuna inanmaqdı. bəli! Bu böyük , sarsılmaz və ədalətsizliyə , ağalıq lovğalığına qarşı barışmaz iradəyə malik güney Azrbaycan Türk milləti bu ədalətə zidd siyasətin nəticəsi olaraq müstəmləkə-sümürülən xalq durumuna düşmüşdür. Azərbaycan türk milləti var olduğu torpaqlarda 7-8 min illik mədəni tarixə malikdir.dünyanın ən ilkin parlaq Sumer və ilam mədəniyyət və ənənəvi dövlətlərini yaratmışdır.şərqin türk mənşəli Mad, Urartu , Əşkan, atropaten, alban kimi islam öncəsi və islam sonrası nəhəng türk dövlətlərinin o,cümlədən sonuncusu olan Qacar türk ənənəvi dövlətini qurub,qoruyub inkişaf etdirən millət olmuş və halhazırda isə millət olaraq o,dövlətlərin bütün güclülüyü,zəifliyi,yaxşılığı və ya xod da pisliyi ilə tam hüquqi varisidir.maraqlıdır kı, bu gün türk dövlətləri əzəmət və böyüklüyündən artıq öz dövrlərinə görə irəliçi-mütərəqqipərvər, insansevər olmaları,milli ədalətə söykənməkləri,ibtidai demokratik siyasət yürütməkləri və intelektin-şüurun inkişafını müdafiə etdikləri ilə karakterizə edilir və yüksək qiymətləndirilir.bu kimi zəngin və əngin mədəni tarixi yaşamış Azərbaycan türk milləti ,onu və məmalikil məhrusədə(iranda)yaşayan digər xalqları təmsil edən qacar türk sulaləsinin türk demokrat ruhlu mədəniyyətindən uzaqlaşaraq fars hakim zumrəsinin dispotizm və lovğalığına söykənməsi ilə həm hakimiyyəti həm Azərbaycan türk millətini həmdə qeyri türkləri mədəni ,elmi və iqtisadi irəliləyişinə səbəb ola biləcək əsaslı şəkildə çağdaşlaşmaqdan çəkinməsi ilə uçuruma doğru sürüklədi. Qacar türk sülaləsi hakimyyəti qərbin çağdaş elmi-nəzəri və tekniki nailiyətləri ilə silahlanmış qərb sümürgəçi dövlətləri ilə apardığı ardıcıl məğlubiyyətli hərbi-siyasi savaşlarda zəifləmiş və nəhayət Rus imperiası ilə unudulmaz Qəhrəman Abbas Mirzənin[1] komandanlığı ilə cəsurcasına apardığı son qanlı savaşlara baxmayaraq zəyiflik və daxili xəyanətlər nəticəsində milli alçaldıcı müqavilələrə - gülüstan(1813),türkmənçay(1828) qol çəkməklə ölkənin döyüşən və vuran əli,düşünən beyni və döyünən ürəyi olan böyük Azərbaycan parçalanmışdır.Azərbaycanın parçalanması və gərəkilən önəmin verilməməsi bir tərəfdən, ötə yandan həris və lovğa fars aydın,siyasi,ruhani və aristokratlarına(böyük Məhəmməd Mirzə Şahdan sonra ) anarşik həddə meydan verən Qacar türk sülaləsi hakimiyyəti müstəqil siyasət yürütməkdə zorluq çəkir və müstəmləkəçi dövlətlərin diplomatik manevrlərindən baş qurtarmayaraq uçuruma doğru sürüklənməyə məhkum oldu.qeyd etmək yersiz olmazdı ki, Türk Fars davası əsasən Böyük Nasirəddin Şah dövründən başlamışdır.belə ki,cənub və mərkəzdə ingiltərənin yetirmiş olduğu fars ricalları ingiltərənin nüfuzu sayəsində dövlət içi Türklərə qarşı alternativ oluşdurmağa qalxaraq buna nədən olmuşlar. nə yazıqlar kı,bu dönəmdə dünya və nisbətən bölgə xalqları milliyyət və vətəndaşlıq hüququna dayalı dövlət qurmaq uğrunda işğalçı və müstəmləkəçi dövlətlərə qarşı qurtuluş savaşı apararkən (buna böyük osmanlının şərqi avrupa torpaqlarındakı,xalqların eləcədə Böyük Atatürkün kumandanlığında yeni türkiyənin özünün milli qurtuluş savaşını misal olaraq göstərmək olar , lakin bu bölgədə gedən millət-dövlət prosesinə rağmən , xarici güclərin yəni İngilislə Rusiyanın bir başa müdaxiləsi sonucunda Azərbaycanın baş zümrəsinə mənsub Aydın,siyasi,Ruhani və aristokratları könülsüz millət va xalqlar yığımı olan məmalikil məhrusənin “iran” dövlət quruluşunu və ərazisini demokrat ruhlu türk mədəniyyətinə dayanaraq həqiqi mənada çağdaş , demokratik və fedral sistemin yaradılması,milli hüquq və azadlıqların tətbiqi kimi ictimai-siyasi-mədəni-iqtisadi-elmi-tekniki sahələrdə lazımı islahatları aparmaqla qorunub saxlanmasını əsas götürdülər , bu ideoloji axım da böyük osmanlı imperatorluğunun qorunulmasını müdafiə edən məğlub Osmanlıçılar kimi məğlub olaraq meydanı qarşı özününkü olmayan onunku-bununku olanlara-yəni dirijor çubuğu ilə oynayan dırnaq arası panfarsistlərə istər istəməz buraxmış oldu . Azərbaycan başbilənləri bu yöndə də vahid məqsəd naminə birləşəbilməyərək əsasən üç bir-birinə zidd tərəfdə mövqə tutdular kı, buda Azərbaycan türk millətinin və ziyalı təbəqəsinin milli birlik iradəsinin parçalanmasına və bir-birinin qarşısında dayanmasına və birinin digərini vurub siyasi arenadan , səhnədən çıxartmasına və dolayısı ilə bir-birini zərərsizləşdirərək xarici qüvvələrin siyasi manevrlərinə və istədiklərini ölkədə tətbiq etməklərinə nədən oldu . Burada Məşrutə hərəkatına və onun istəklərinə və qatılımcılarının məsələsinə girməzdən öncə Məşrutənin mahiyyət və nəticə etibari ilə doğurmuş olduğu vəziyyəti açmaq üçün iki Şəxsiyyətin fikirlərini göstərməkdə yarar var. Birincisi Məşrutə sonrası durumla ilgili İngiltərənin əhvaz Şəhərində ki, konsulu olan Vilson sonralar öz xatirələrində yazır : iranın durumu həddən artıq xarabdır,nə vaxtsa bu xalqlar məruz qalmış olduqları bu acınacaqlı vəziyyətdən xilas olmaq istəsələr, fövqüladə partlayış baş verəcəkdir.onlar ki, bu gün siyasi arenada hay – külək salırlar xalq üçün deyil,zəif hükumətlərini daha artıq təzifə uğratmaqla yanaşı xalqın iradəsini su istimal edərək yeni məqam və pul əldə etmək məqsədi güdürlər.[2]ikincisi isə ölkədə Solun – Sağa qurban verdiyi Azərbaycanda məhəmmədrza dövründə çalışan tək başına döyüşən Mərhum Əli Təbrizlidir.Ə. təbrizli ən adlım şah əsəri olan Dil və Ədəbiyyat və ya xodda ki, ümumiyyətdə deyilən Dil və milliyyət də açıq aşkar şəkildə haqlı olaraq deyir: Məşrutə biz Azərbaycanlılara Qacar Türk Dövlətinin Panfarsistlərə devr edilməsindən başqa nə verdi?və s. Məşrutə dönəminin siyasi təsnifləşməni təxminən üç qurupda aşağıdakı kimi göstərmək olar: 1.mövcud Qacar türk sülaləsi hakimiyyətinin tədrici islahatlarla qorunulub saxlanmasını müdafiə edənlər; 2.Qacar türk sülaləsi hakimiyyətinin mövcud vəziyyəti mövcud dünya şəraiti ilə uyğun olmadığını savunan və radikal şəkildə çağdaşlaşmasını istəyən məşrutəçi və Azadistan hərəkatının qatılımcıları; 3.müstəmləkəçi güclərə həm maddi həmdə mənəvi cəhətdən satılan Masonlar və masonçularla fikir və əməlləri tamami ilə üst-üsdə düşən əksər fars Ruhani, aydın, aristokrat və siyasiləri . təsnifləşmənin haqqında izahata keçməzən öncə qeyd edilməsi yerinə düşər ki, ölkədə dövrün Siyasi-İctimai həyatında əsas söz sahibi olan yüksək səviyyəli din xadimləri hər üç qurupda bulunmaqda idilər ,lakin nə yazıqlar ki, bir çox din xadimləri eyni mövqedən – yəni cəmiyyət arasında öz sinfi hegemonluqlarını qorumaq naminə hər şeyə özəlliklədə İngiltərə ilə tam işbirliyində bulunaraq ölkənin müstəmləkə halına düşürülməsində böyük qatqıda bulunmuş oldular , burada Məşrutə Hərəkatında öndə gedən Mücdəhidlərin( mərcəi-Təqlidlərin) geri çəkilməsi Məşrutənin məğlubiyyətində əsas rol oynadığı xüsusi vurğulanmalıdır. 1-ci kəsim: Bu kəsim tam müstəqil olduğuna görə nə müstəmləkəçilər tərəfindən nə dəki,bəlli səbəblərdən dolayı – yəni Azərbaycanlıları narazı etdiklərinə görə ümum cəmiyyət və xüsusi ilə Türklər tərəfindən müdafiə edilmədi .bunun nəticəsində isə bu kəsimə bağlı olanlardan bəzisi ikinci kəsimə qoşuldusada böyük çoxluğu ya ölkəni tərk etməli yada üçüncü kəsimə qoşulmalı oldular. 2-ci kəsim: bu dönəmə və bu dönəmin şəxsiyyətlərinə ayid nə yazıqlar ki,başqa tarixi hərəkatlarımız da daxil olmaqla gerçək açıdan araşdırmalar aparılmamışdır.gənc türk aydınları tərəfindən gerçəkliyə dayanaraq gərəkilən araşdırmalar yapılmış olsa tam çılpaqlığı ilə bu yüz illiyimizin fəlakətinin 19-cu yüzilliyin ikinci yarısından start aldığının şahidi olarıq.buna görə Türk aydınları araşdırmalıdırlar ki, bu bizim mənsub olduğumuz xalqın əməli surətdə önündə getdiyi hərəkatdır,lakin bu ana dək bu hadisələrə öz açımızdan-yəni Azərbaycan Türk reallığından nə yazıqlar ki baxılmamışdır. Məşrutə hərəkatıda daxil olmaqla bütün hərəkatlar bilindiyi kimi əsasən dövrün iki amilindən,yəni ölkəiçi ictimai-Siyasi-İqtisadi vəziyyətin xalqlar tərəfindən qəbul olunmazlığından və Xarici güclərin müdaxiləsindən qaynaqlanmışdır.adı gedən dönəmin araşdırmalara böyük eytiyacı olduğunu vurğulamaqla yanaşı nə qədər acı olsada qeyd edilməlidir ki,məşrutə Hərəkatı ölkəiçi vəziyyətdən artıq xarici müdaxilədən qaynaqlanmışdır.Məşrutə Hərəkatı başlandığı dönəmdə Qacar klasik türk dövləti İngilislərə inamını itirdiyindən dolayı Ruslarla İttifaqda olaraq , ingilislərə nüfuz meydanı tanımayaraq Ölkədə tədrici islahatlarla irəliyə getməyi əsas siyasi xətt olaraq müəyyənləşdirmiş durumdaydı.qeyri rəsmi saylara əsasən on miliyonluq ölkə əhalisinin 80-85% kəndlərdə,digər hissəsi isə Şəhərlərdə məskunlaşmışdır.əhalinin ən böyük çoxluğu savadsızidi.Xalq arasında bilirli olaraq mütəşəkkil olmayan mövcud durumdan narazilik varidi.Demokrasinin,İnsan Hüquq və Azadlıqlarının, Əyalət əncüməni - Fedral quruluşun məziyyətlərindən ,Fransadan Aşıb gələn Nasionalizm kimi Hüquqi və siyasi anlayışlar haqqında demək olar ki,anlayışları bir xalqı ayağa qaldıra biləcək həddə deyildi.amma xarici müdaxiləyə qarşı ölüm-dirim savaşı aparmağa istək və iradə daim olduğu kimi yüksək səviyyədə mövcudidi,lakin nə yazıqlar ki hərəkatın önündə gedən teorisiənlər ,funoksionerlər,əsasən Rusiyanın inqilabçı sosialistlərinin bir qolu halına gəlmiş çağdaş Millət anlayışına etiqadı olmayan beynəlmiləlçilər və özəlliklə İngilisin əmir qulu olan əsasən özününkü olmayan irticayi Din xadimləri və bir çoxunun Framasoneri qurumların ürünü olan Avrupa təhsillilərindən ibarət oluşduğuna görə Azərbaycan Türk xalqının xarici müdaxiləyə qarşı yenilməz Əzim və iradəsi sadəcə su istimal edilərək İngilis səfirliyinin bir başa müdaxiləsi ilə Qacar klasik Türk Dövlətinə və onun muttəfiqi olan Çar-Tezar Rusiyasına qarşı yönəldildi . bu və bu kimi səbəblərdən dolayı Bu kəsim və bulunduqları Məşrutə hərəkatı istər mahiyyətcə istərsədə formaca çox mürəkkəb və ziddiyyətlidir. bu kəsim içərisində Erməni yeprem xan kimi Başda ulu Səttar xan olmaqla Təbriz Fədayilərinin qətlamçılarından biri , Hüquqçu Erməni Mirza mülküm xan kimi Mason İcmalarının başını çəkən müzdur , Seyyed cəmalətdin əsədabadinin əmir qulu ölkədə geniş və tədrici islahatlar aparmaqda qararlı olan böyük nasirəddin Şahın[3] qatili Mirza Rzai Kirmani ,teorik açıdan qatqıda bulunan qacar tayfasından mirzə Cəlalətddini ,Kirmanlı Ağamirzəni ,Təbrizli Mirzə Təğizadəni ,İngilis yanlısı bir çox din xadimlərini və onlar bu kimi şəxslərlə yanaşı , lakin tam fərqli qəhrəmanlıq simalarını-yəni Böyük döyüş simgəsi Səttar Xanı ,mübarizə həyatı özəlliklədə Məşrutə Hərəkatından sonrakı dövrü haqqında hec bir təhqiqatın aparılmadığı , hec bir doğru-düzgün məlumatın olmadığı qəsri şirindəki qətlinin səbəblərinin aydınlaşmadığı Bağır Xanı , Əli misio –nu böyük Azərbaycan Fədayilərini Azadistan dönəmində Böyük və nəhəng Xiyabanilərin unudulmayacaq qəhrəmanlıqlarının şahidiyik.Məşrutə Hərəkatının Bu geçərsiz tərəfi ilə yanaşı qeyd edilməlidir ki, Məmaliki Məhrusədə birinci dönə olaraq Məşrutə, Məşrutə Şahlığı , Qanun , İnsan Hüquq və Azadlıqları , Demokrasi kimi çağdaş mədəni dəyərlər və Sənaye devriminin ölkədə səslənməsi də bu dönəmə aiddir. Məşrutə və Azadistan Mahiyyətcə əsasən paraduks təşkil edən ziddiyyətli və Millət anlayışına sığmayan sinfi anlayışlarla İnsan Hüquq və Azadlıqları və xarici müdaxilədən qurtuluş kimi böyük tələblər uğrunda mübarizəyə gedən , lakin xalq olaraq hazırlığı olmayan proqramsız kütlənin Hərəkatidi. Məşrutə Hərəkatının əsas mübarizə hissəsini təşkil edən Ulu Səttarxanın başçılığındaki, 11 aylıq Təbriz Qiyamı mahiyyətcə bir mənalı şəkildə xarici müdaxiləyə qarşı üsyan və savaş idi.buna əsas bariz nümunə kimi Səttarxanın Rus Səfirinin : bayrağımız altına sığın ifadəsinə qarşı :biz özümüz bayrağımız altına sığındıranıq kimi ən şərəfli fenomen kəlamını və Bağşimalda ki, haqqında 10 –lar filmin yüzlər qəhrəmanlıq üyküsünün yaranmasını gərəkdirən 3-4 günlük tayı – bərabəri görünməyən ölkəyə soxulmuş Rus əsgərlərinə qarşı döyüşünü göstərmək yetər . bu xarici müdaxiləyə qarşı döyüşdən başqa Məşrutə funuksionerləri tərəfindən istənilən Qacar klasik Türk Dövlətini Mütləqə Şahlıqdan Məşrutəli Şahlığa keçməsini , ölkə xalqlarına çağdaş mədəni dəyərləri sunacaq müasir və müstəqil dövlət qurmaq kimi Siyasi və hüquqi tələblər əsasən ibham altında olan sonralar isə göründüyü kimi Məşrutənin siyasi yönətiminin ingiltərə ilə rusiya razılaşaraq Hükumətdən gizli 1907 – 1286 –ci il ölkəni iki nüfuz bölgəsinə bölən anlaşmasını imzaladıqdan sonra necə geri çəkildiklərinə tarix şahiddir.bu Azərbaycan igid Qəhrəmanlarını tehran küçələrində buraxan ,arxadan vuran yönədici Məşrutəçilərin razılaşdığı məşrutə fərmanı Məşhur Qəvamın yazdığı və əleyhinə çıxdıqları Mərhum müzəffərəddin şah tərəfindən imzalanmışdır.bunların razılaşdıqları Məşrutəli Səltənət, Milli Şura məclisi Qanunu və ona əlavələr ( Qanun deyə bilsək)Məşrutə deyə xalqı küçələrə tökən ilkin şüar və tələbləri ilə uzlaşmayan və xalqın iradəsi heçə sanılaraq siyasilərin qarşılıqlı razılaşmasının məhsulu olan çelişkili maddələrdən ibarət qanun idi.bu Məşrutə Qanunu imzalandığından 1357-1979 – cu ilə dək – yəni 72 il müddətində 22 – dəfə Milli Məclis fəaliyyətdə bulunmuşdur , tarix şahiddir bu məclislər neçə soysuz xalqı təmsil etməyən insanları barındırmışdır.Məclis deyil gobud alver mərkəzi olmuşdur. Iradəsinə görə Azərbaycana Şərəf Hissi doğuran azadistana və onun öndərinə Ulu xiyabaniyə gəldikdə deyilməlidir ki, Xiyabani Mübarizə əzminə , yenilməz iradəsinə və xaqla tam inamı ilə bağlılığına görə bütöv Azərbaycanın o dönəmki siyasi mübarizəsinə məna verən şəxsiyyətdir.Xiyabaninin mübarizəsini iki əsasda karakterizə etmək mümkündür. birinci məmaliki – Məhrusənin mövcud var olan düzənində Rusiyanın və ingiltərənin siyasi nüfuzuna və işğalına xalqın iradəsinə söykənərək son vermək və hec bir xarici müdaxiləyə yol vermədən ölkənin tam bağımsızlığını – müstəqilliyini təmin etmək; ikincisi Avrupada gəlişməkdə olan ictimai – siyasi - iqtisadi reform və modernləşməni o cümlədən insan hüquq və azadlıqlarını ölkədə tətbiq etmək idi. Xiyabani o hər sahəli fəsad içində boğulan bir mühitdə bu anlayışın tam doğruluğuna inanan böyük bir şəxsiyyətidi , elə buna görə də tam mənsub olduğu Azərbaycan türkünə və onun igid fədailərinə söykənirdi . vurğulanmalıdır ki, Xiyabani bölgənin o dönəmində tənha Siyasi Mübarizdir ki, istər ingiltərədən istərsədə yenicə hükumətə gələn bolşeviklərdən yardım almadan tam müstəqil dövlət qurmaqda xalqın iradəsinə arxalanmışdır.yenə də Xiyabani tənha şəxsiyyətdir ki, yenicə hakimiyyətə gələn Bolşeviklərin yalançıq dəstəyinə inanmayaraq onların dəstəyini geri çevirdi,Bolşeviklərin dəstəyinə arxalanan kiçik xanın aqibəti bolşeviklərin yardımının əsas mahiyyətini ortaya qoymaqla Xiyabaninin bir Dahi kimi ən doğru addımı atdığını sübut etdi. Xiyabaninin o dönəmdə - yəni 90 il öncə ortaya qoyduğu iki əsas məqsəd bu gündə bu bölgədə Güney Azərbaycan da daxil olmaqla bir çox xalqın arzuladığı ideyadır, Xiyabaninin niyə bu amalına çatmadığına cavab olaraq deyilməlidir ki, xarici müdaxilənin yerli camaata görə qat-qat artıq güclü olması və özəlliklə vurğulanmalıdır ki, ölkənin ən şüurlu və digər ölkə içi bölgələrə nisbətən ən çox inkişaf etmiş Azərbaycan xalqı hələ Xiyabaninin uğrunda döyüşdüyünü tam anlamı ilə dərk etməmiş və dərk etməyə hələ hazır deyildi . deyilməsi yersiz olmazdi ki, bir xalq uğrunda döyüşdüyünə inandığı qədər yaxın olar , yəni xarici müdaxilə nə qədər güclü olsada bir xalqın uğrunda döyüşdüyünə qətiyyətlə inandığı təqdirdə məğlub edəbilməz, qətiyyətli inamla aparılan mübarizə yenilməzdir ,bunun tarixdə yüzlər nümunəsi vardır.elə xalq arasında bu inama qətiyyət olmadığından dolayı Hərəkatın öndəri böyük Xiyabani xalqın gözü önündə Millət düşmənləri tərəfindən həlak edilərək küçə bə küçə gəzdirildi. Böyük Əbülfəz elçibəy deyirdi : Mən çağdaş tariximizi oxurkən , ən çox fəxr etdiyim Şəxsiyyət Dahi Xiyabani olmuşdur.doğrudan da tarixi düzgün anlayan və düzgün təhlil edən hər bir Azərbaycan Türkü üçün Xiyabani yenilməz iradənin simvoludur, Profesor.Dr.M.T.Kirişçi[4] kimi Böyük Dahi İdeoloqumuz boş yerə böyük Xiyabani mənzuməsini yazıb yaratmamışdır.Son söz olaraq , bu hərəkatı öz simalarında yaşadan yenilməz Səttarxanlar,igid Bağırxanlar,dönməz Hüseynxan bağbanlar sarsılmaz böyük Xiyabanilər,Qəhrəman Əli misiolar, qəhrəman Pesianlar, Təbrizdə İnsan Hüquq və Azadlıqlarının qurbanı olan Vaşinqtonlu Hovard Baskrolun adları Azərbaycan durduqca insanlığın və milli şərəfin simgəsi olaraq yaşayacaqdır. 3-cü kəsim: Bu ikinci kəsimin tam tərs cəbhəsində- qeyri fars xalq və millətlərin bütün milli və fərdi mənafeinə zidd fəaliyyətdə bulunan istemar və mürtəcenin tərəfində dayanan kəsimdir.bu kəsimi oluşduran əksərən Fars ruhani,aristokrat,aydın və siyasiləri üstə gəl masonların fəaliyyəti ölkədə çatışmamazlıq və ümumi məhrumiyyətlə üzləşilmiş ictimai,iqtisadi və siyasi atmosferdən sadəcə su istifadə edərək yararlanmağa və nəyin bəhasına olursa olsun, türklərin uzun əsrlik nisbi,ibtidai demokrasiyəyə və milli ədalətə dayanan dövlətçiliyinin əleyhinə müstəmləkəçilərin bir başa iştirakı ilə çevriliş etmək və qərbin çağdaş elmi-praktik,nəzəri,tekniki , mədəni və başqa sahələrdəki , irəliçiliyini sadəcə ölkədə yansılayacaq formada (dırnaq arası müasir tipli rejim) dispotizmə və diktatorluğa söykənən paniranist və panfarsist ideologisinə dayanan irani mərkəz tutan fars düşüncə sistemli bir rejimin quruluşuna yönəlmişdir. Bu panfarsist lovğalığının nəticəsində ölkədəki,bütün millətlərin ümumi mənafeinə xidmət etməyə yönəlmiş Azərbaycan türk milli iradəsinin - Məşrutə və azadistan hərəkatının qan içində boğulmasına nail olunmuşdur. Azərbaycan türk milli iradəsinin qan içində boğulmasında daxili üləmaların və Nəcəf-Əşrəf mücdehidlərinin bir neçəsinin rolu xususi vurğulanmalıdır.və nəhayət xalqın - milli türk iradəsinin qan içində boğulduğundan və dövlət iradəsizliyindən dolayı siyasi-ictimai zəmində doğulan boşluqdan istifadə edilərək istemarın istəyinə uyğun şəkildə Rza mirpəncin başçılığı ilə PƏHLƏVİ sülaləsi hakimiyyəti qurulmuş oldu. Bu dönəmdən məmaliki məhrusədə-iranda dəhşətli fars şovonizmi,vəhşiliyi və cinayətkarlığı ilə tarix yaddaşına hək olunmuş(əgər doğrudan tarixdə olmuşsa ) HƏXAMƏNİŞ və SASANİ dövrünün dini fondamentalizmi-gericiliyi milli şovonist zülmkar siyasəti pəhləvi sülaləsi dövləti tərəfindən çağdaşlaşdırılaraq daha qəddarcasına qeyri fars xüsusi ilə türklərə qarşı icra edilməyə başladı.bu tarixdən başlayaraq irani mərkəz tutan fars düşüncə sistemi rəhbər tutularaq paniranist,panfarsist və şovonist siyasətin əməli qəti kökm olan bir qanun kimi qeyri fars xususi ilə türklərə qarşı hakim fars təbəqəsi tərəfindən icrası labüd sayıldı.bu qeyri insani və faşist dövlət siyasəti istər Rza pəhləvi,istər oğlu məhəmmədrza pəhləvi istərsədə 1979-cu il çevrilişi ilə hakimiyyəti mənimsəmiş dırnaqarası iran islam cümhuruyyəti dönəmində bu şovonist siyasət dövlətin daxili stratejik məqsədlərindən birinə ən başlıcasına çevrilərək dəyişilməz prinsip kimi öz icrasını qüvvədə tutmuş və tutmaqda davam edir. Bizcə oracan ki,iran var və iranda iranı mərkəz tutan fars düşüncə sistemi hakimdir.ölkədə(iran)istər anayasalı şahlıq,istər islami cumhuriyyət , istər hər hansısa formada cümhuriyyət idarəçiliyi istər unitar (mərkəzçi) istərsədə fedrativ dövlət quruluşları ,ölkədə ki, qeyri fars xalq və millətlərinin fars millətini təmsil edən rejim tərəfindən aşağılandırılmış, təhqir etdirilmiş və hər tərəfli məhrumiyyətlə barışdırılmasına güc sərf etdirilmiş milli və fərdi psikologisini dərman və tərmim etməyə,tam bərabər hüquqlu xalq və millətlər sistemini bərpa etməyə qadir və məqbul deyil. Buna görə ki,fars milləti özünün olduğu kimi doğulan yeni nəslini də ölkədə qadir və hakim millətə məxsus tərbiyə ilə böyütməyə adət etmiş, ötə yandan qeyri fars millətləri xüsusi ilə türk milləti özünün olduğu kimi (istər yoxsul istər orta istər yüksək təbəqəyə mənsub olsun ) doğulan yeni nəslini də aşağılandırılmış,təhqir etdirilmiş və hər tərəfli məhrumiyyətlə barışdırılmasına güc sərf etdirilmiş milli türk dili və türk mədəniyyəti ilə tərbiyə edib uşağının hər tür zülmə məhkum millətə mənsub olduğu ilə razılaşmalı ya da kı, mənsub olduğu millətə arxa çevirib,dönüklük edərək manqurtluğu qəbullanaraq öz millətinə farsdan beşbətər düşmən kəsilməli olacaq bir şəkildə balasını tərbiyyə etməyə məcbur edilmişdir. Bu insanlığa sığmayan faşist və paniranist iranı mərkəz tutan fars düşüncə sistemi düz dörd nəsldir ki, ölkədə qeyri fars millətlərinə xüsusi ilə türklərə qarşı tətbiq edilir.bu gün iran islam cümhuriyyəti türklərin insansevər və təmiz dini etiqadından su istifadə edərək bu vəhşi faşist siyasətini daha qəddarcasına və rəhmsizcəsinə davam etdirir. mövcud rejim dırnaqarası şiyə islamiyyətinə bürünərək biz türkləri məğlub və məhkum millət özünü isə hakim Fars millətinin nümayəndəsi hesab edir. Islamiyyətə bürünmüş bu şovonist rejim millətimizi bəşəriyyətin bu günkü dünyada nisbi rifahını və Azadlığını özündə təmin və təzmin edən insan hüquq və azaadlıqlarından eləcədə demokratik dəyərlərindən gobudcasına məhrum etmişdir, bundan əsas məqsədi biz Türklərin milli birlik əzmini sındırmaq , milli mənliyimizi ,milli kimlik şüurumuzu,milli psikologimizi , milli tariximizi , milli ədəbayatımızı və bu unudulmaz mənəvi dəyərlərimizi özündə yaşadan Türk dilimizi ümumiyyətlə bütün maddi mənəvi sərvətlərimizi məhv etmək, mənəvi soyqırımı - etnosid siyasətinə məruz qoymaq , fars xalqı içində əritməyə-asimilə etməyə, farslaşdırmağa və nəhayət manqurtlaşdıraraq həmişəlik boyunduruqlu , tabeçi və ələbaxımlı kütlə halına salmaqla bütün yeraltı-yerüstü maddi - mənəvi sərvətlərimizə əbədi yiyələnərək üzərimizə hakim fars milləti olaraq kəsilməkdir. Bəli! mövcud rejim irandaki millətləri ,xalqları faktiki-əməli olaraq hakim (fars)və məhkum millətə( ölkənin böyük çoxluğunu təşkil edən türk milləti başda olmaqla digər kürd,bəluç,ərəb və s.millət və xalqları) bölmüş,zahirdə isə dırnaqarası şiyə islamiyyətinə bürünərək türk millətinin təmiz,barışçı və insansevər dini etiqadından zidd bəşəri və insanlığa yaramaz məqsədinə çatmaq üçün ciddi surətdə su istifadə edir. Demək biz türklərin məruz qaldığı milli isarət və hər tərəfli məhrumiyyətin əsas amili PANİRANİST,PANFARSİST və ŞOVONİST siyasətə dayanan İRANI MƏRKƏZ TUTAN FARS DÜŞÜNCƏ SİSTEMİDİR.səbəbkarları isə bu qeyri insani faşist siyatini hakim olaraq türk xalqına qarşı yürüdən və o,siyasəti yerlərdə müdafiə edən manqurtlardır. Bu gün unudulmamalıdır ki, anti azərbaycan siyasətini dövlətin stratejik məqsədinə çevirən islamiyyətə bürünmüş panfarsist iran islam cümhuriyyəti göründüyündən qat-qat daha artıq təhlükəlidir. buna görə ki, Sələfi olan pəhləvi rejiminin əlində bulunmayan dini silaha yiyələnmişdir.ümum azərbaycan türk millətinin təmiz və insansevər dini etiqadından su istifadə edərək cinayətkar siyasətlərini həyata keçirməkdədir. 3.1324-1325 \1945-1946 - ci il milli hükumət və 1357\1979 – cu il çüvrilişini içərən dövr: |